Yetim qız (2-ci bölüm)

Şərhlər: 5
Baxılıb: 7 108
Səs ver:
(səs: 2)
Artıq Tünzalənin həyatına yeni nəfəs, yeni rəng gəlmişdi, İntiqam isə bundan elə də xoşlanmasada yoldaşını o qədər sevirdiki ona o qədər bağlı idi ki, yoldaşına görə səbr edirdi. Çünki o öz qanından olan doğma övlad istəyirdi.
Tünzalə isə günü-gündən Asyaya bağlanırdı . Artıq 5 il keçir. Tünzalənin 3 qızı var 5 yaşlı Asya 4 yaşlı Leyla və 2 yaşlı Ləman.Bəli Bəli bəlkə də bu gözəl ürəyinə görə Tanrı Tünzaləni və İntiqamı iki balayla sevindirdi.
Artıq onların üç qızı var idi. İkisi doğma biri ögey.
Tünzalə üçün İntiqam üçün nə qədər sevimli gözəl günlər olsaydı da bu Beş yaşlı yaşadıqlarından və yaşayacaqlarından xəbərsiz olan Asya üçün bəlkə də olacaq ən qara günlərin qığılcımı, və o qaranlığın peyda olan bozartısı idi. Tünzalə üç qızı arasında heç bir fərq qoymur. Və üçünü də eyni qədər üçünü də eyni balası kimi sevirdi. Amma təəssüf çox təəssüf ki, İntiqam mərhəmət məktəbini yaxşı keçməmişdi. Qızlar arasında fərq qoyur. Tünzalə evdə olmayanda Asyanı ağladır döyür, öz qızlarını isə daima əzizləyirdi.Hətta bəzən qızın başına o qədər oyunlar açırdı ki, bəzən onu əgər anana desən səni öldürəcəm deyib qorxudurdu. Bir dəfə Tünzalə üç qızını ticarət mərkəzinə alış-verişə aparır. Onlara oyuncaq və paltar alacaqdı. Öz avtomobilləri ilə öz sürücüləri aparır. İntiqam isə ofisdə iş başındadır. Və Asiyanın həyatının ikinci kluminiyasiya hadisəsi baş verir. Üç qızı ilə avtomobillərinə minmək üçün əli dolu yolu keçmək istəyən Tünzalənin əlindən Asiya buraxıb yoldakı pişik balasını xilas etmək üçün gedir bu vaxt başqa bir maşının sürətlə Asiyanın üstünə getdiyini görən ana Asiya deyib qışqırır və qaçır Asiyanı xilas etmək üçün.
Amma həmin gün qəzaya qurban Tünzalə özü olur. Və daha xəstəxanaya belə çatmayan ana yolda gözlərini əbədi yumur dünyaya. Asya isə Tünzalə qışqıran zaman qaçıb yolu keçmişdi.
Ən maraqlısı isə Tünzalənin balaca qızı iki yaşlı Ləman həmin hadisə zamanı itir və bir də o uşaqdan xəbər çıxmır. Artıq 20 il keçir....
Həmin evdəki mənzərəyə bir baxın İntiqam 50 yaş ,ikinci yoldaşı Elnarə 42 yaş, qızı Leyla 24 yaş və qızı olsada əslində kölə kimi işlətdikləri və hər gün döyüb lənət etdikləri gözəllər gözəli 25 yaşlı Asiya. O qədər gözəl idiki bütün gözlər onu görmək üçün paxıllıq edirdilər. Zərif qarabuğdayı uzun qara saçlı Asiya. Ama evdə hamı ona nifrət edirdi. İntiqamda;Elnarə də, Leyla da hər biri Tünzalənin ölümünə Ləmanın itməsinə görə bu bəxtsiz gözəli günahkar bilirdilər.
Leyla isə BDU hüquq fakültəsini bitirib. Və atasının tanışı Bərxudarovun oğlu Eynər ilə nişanları olacaq çox yaxınlarda. Bu villanın məhləsində isə 30 yaşlı bir subay bağban oğlan var, Araz həmin o Arazki, o da Asya ya dəli kimi aşiqdir.
Yazıq Asya isə gözü açılmamış sevmək nədir bilməyən, adı çəkiləndə yenə döyüləcəyi söyüləcəyi qorxusu ilə yaşayıb hər gün səhər birdə çörək yeyib sanki oruc tutur kimi köhnə yamaq paltarlar geyib hində yatan bir kölədir bu evdə ama guya evin qızlarından biridir.
Bir gün gecə isə Asiya günahsız şəkildə işləyib taqətdən düşmüş gecə yenə hində yatırdı onun dostları toyuqlar idi ən vəfalı dostları.
Gecə saat 03:30 olardı hinin qapısı açılır. Bunu eşidən Asya diksinir. Lakin artıq gec idi. Onun ağzını bağlayır. Və bütün paltarını cırıq-cırıq edir.
Bəli yetim bir qıza təcavüz gecəsi olur bu. Xəyalları puç olur günahsız bir qızın bu gecə. Bəli bunu edən o idi.
Yalnız o alçaqdan bu qeyrətsizlik gözlənilərdi... (ardı var )
 
Müəllif: Rəvan Nişançı Məmmədli
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri