Əvəzolunmaz (20-ci bölüm)

Şərhlər: 2
Baxılıb: 6 810
Səs ver:
(səs: 1)
Konsertdə axıra kimi qalmayıb qayıdırlar...Onu evlərinə qoyub öz evlərinə qalxır Cahangir..Otağına keçib üzərini rahatlayıb yatağına uzanır..Bu günü düşünüb üzündə gülüş yaranır..
Səbinə evə keçəndə xalasıgilin gözünə çox batmayıb öz otağına gedir..Otağındakı böyük güzgüsündən özünü seyr edərək gülümsəyir..Sevincdən fırlanaraq özünü yatağının üstünə atır..
Sabah dekabrın son günü idi.İki ailə yığışıb birlikdə keçirməyi planlamışdılar..
Səhər yuxudan gec oynamışdı Səbinə..Telefonuna baxanda Cahangirdən bir neçə mesaj görüb sevinir..Onları oxuyarkən üzündə gülüş yaranır..Günə gözəl əhval ruhiyyə ilə başlayır..Üzərini dəyişib,əl üzünü yuyur..Mətbəxə keçəndə mamasını qucaqlayıb öpür.
-mamaların birdənəsi..
-sənində günortan xeyir-gülümsəyib qızını öpür-Bayramın mübarək gözəlim...
-Sənində mama..Daha gözəl günlər yaşayaq..Rəsul onlara kənardan baxırdıki Səbinə onu qucaqlayır.-sən nə vaxt gəldin?-yanağından öpüb-Bayramın mübarək qaqaş-təbrik edir..Rəsul onu belə sevincli,həmişəki kimi gülümsəyən görüb sevinirdi..O,da Səbinəni təbrik edib mamasına baxır
-axşam Mahir dayıgildəyik..
-bilirik..Buna bax mama indidən qaynatasını nə çox istədi...
-başladı yenə bu cücə..Az danış,get hazırlaş..Axşama ancaq bitirərsən bəzək düzəyini...Bu qızını kim alacaq bilmirəm,gör saat neçədi ,hələ indi durur yuxudan..
-Sən öz nişanlı tapmısan deyə qızıma ilişmə...Minirə xanımda onların belə mehribanlığına qoşulur
-Məni bəyənən bu halımla bəyənir sən narahat olma qaqaşçik-önu öpüb telefonunda oynaq bir mahnı qoyub oynayaraq öz otağına gedir..Rəsul onun rəqsinə gülüb masaya oturur..

Cahangir yuxudan tez oynamışdı..Bayramda olsa bəzi işlərə görə şirkətə getmişdi..Səlimə ilə düzəldiləcək sənədlərə baxırdılar ki Nail gəlir...
-katibəni görmədim,ona görə icazəsiz girdim..
-İşlərin dalınca gedib...İstəyirik tez bitsin evimizə gedək...Ayağa durub əl verib salamlaşır..
-Siz hələ qayıtmamısınız Amerikaya?
-istəyirəm bu yeni ili Bakıda keçirim...Cahangirin masasının qarşısındakı qoltuğa oturur..
-Səlimə birazdan baxarıq-deyib onu yollayır.
-biz iki ailə bir yerdə qeyd edəcəyik..Alınsa gecə atəşfəşanlığa baxmağa çıxacayıq ..
-Biz Azərbaycanlıların bu mehribanlığı ingilislərdə yoxdur..Onlar ancaq miladın 1 neçə saatını birlikdə keçirirlər..Sonra hərəsi bir yerə dağılır..
-Bəli bizim dəyərlərimizdə bu deyilmi?böyüklərimizlə bərabər yaşamaq..
-indi bir çoxu ayrı yaşayıb unudurlar belə dəyərləri..
-Kim ilə qeyd edəcəksiniz?
-Yəqinki tək olacam..
-İstəyirsiniz bizə qoşulun Nail bəy
-Yox narahatçılıq vermək istəmirəm..
-Onsuz özümüz olacağıq,siz neçə zamandır xaricdə olursunuz.Həm sizin üçündə yaxşı olar..
-Gəl bu bəy sözünü işlətmə..Yaşıd sayılırıq....Beləcə söhbət edib razılığıa gəlirlər..Nailin ürəyindən olmuşdu bu təklif..Zümrüdü çox görmək istəyirdi...
Cahangir işlərini yekunlaşdırıb evə qayıdanda süfrəni hazır görüb masanın üstündəki ləpədən götürür.
-Xoş gəldin..
-mama axşama bir qonağımızda olacaq,birazdan gələr..
-kimdi elə bu bayram günü qonaq gələn?
-Nail bəy gələcək..Dünən nişanda görmüşdün..Xaricdə yaşayır..Burda keçirəcəyini dedi yeni ilini.Məndə bizə dəvət etdim....Zümrüd içkiləri masaya gətirəndə Nailin gələcəyini eşidib təəccüblənir..
Yavaş yavaş ailələr toplanırdı..Masanın başında Adil və Mahir bəy oturmuşdu..Rəsul atasının yanında oturmuşdu ki Cahangirdə onlara qoşulur..Yeni oturmuşdu ki Nail gəlir..Hamı ilə görüşüb bayramlarını təbrik edir.
-Bayramınız mübarək..
M-Sizində..Buyurun süfrəyə..Mahir bəy onu süfrəyə dəvət edir..Nail onun yanında Rəsul ilə üzbəüz oturur..Bəlkədə gələcəkdə iki kürəkəni olacaqdılar..Kim bilir?
Nailin yanında Cahangir..Cahangirin qarşısında Oqtay..Onun yanında Səbinə...Səbinənin yanında Nəzrin..Nəzrinin qarşısında Zümrüd oturur..Evin xanımlarıda son yeməkləri süfrəyə qoyub yoldaşları ilə üzbəüz otururlar...
-Nuş olsun hamınıza..Cahangir Nail bəyədə çək yeməklərdən-deyib Gülər xanım boşqabı ona uzadır..
-Çox gözəldi süfrəniz....
M-Sağol oğul...Bu qapı,bu süfrə həmişə qonağın üzünə açıqdır...-Üzünü Adil bəyə tutub-Allah bizim balalarımızı xoşbəxt eləsin...Zümrüdün,Səbinənin,Cahangirin toylarını görək..Bir ata-ana üçün bundan gözəl nə ola bilərki.
A-düz deyirsən Mahir..Biz onlar üçün yaşayırıq..Cahangir sənin başını nə zaman bağlayırıq?
C-tezliklə Adil dayı.Bu dəfə Zümrüd qabağa düşməsə..Altdan alta Səbinəyə baxır..
Z-narahat olma o tərəfdən Cahangir..Mənim planlarımda evlənmək yoxdur hələ..
G-dizimin dibinə bağlanıb qalacaq o...Görmürsən gündə biri zəng edir elçi gəlməkdən ötrü..Bu qız qoymur....
M-Gülər mənim uşaqlarımla işin olmasın,onlar özləri üçün nəyin yaxşı nəyin pis olduqlarını bilirlər...
G-sən onlara hər dəfə arxa çıxırsan deyə dilləri bu qədər uzundur...
Onların bu danışığına masadakılar gülüşürlər....Gecə öz axarı ilə deyib gülərək keçir..Tostlar deyilir bir birinin əvəzinə..Uşaqlıq zamanlarından danışaraq yada salırlar..Nail onların mehribanlıqlarına qibtə edərək baxırdı..Arada o da başına gələnləri danışıb onları təəccüblənbirirdi.
Saat 11 olanda evdəkilərə getmək istədiklərini deyirlər.
S-ata biz atəşfəşanlığa baxmaq istəyirik..Gəlin bulvara enək...
A-ay qızım siz gedin biz qocaların orda nə işi?
S-ata nə qoca?Min cavana dəyərsən sən..Yerindən durub atasını qucaqlayır.-mənim totuş atam-deyib yanaqlarından öpür..Cahangir onun hərəkətinə gülüb başını yelləyir..
M-Maşınsız gedin.Bayram günüdür tıxacda qalmayın..
Oqtayada təklif etsələrdə işi olduğunu deyib onlara qoşulmur.
Cavanlar hazırlaşıb evdən çıxırlar..Rəsul barmaqlarını Nəzrinin barmaqlarına keçirib əl ələ tutmuşdular..Səbinə Cahangirin yanında dursada qardaşına görə onun əlindn tutmurdu..Cahangirin digər yanında Zümrüd...Zümrüdün yanında isə Nail durmuşdu..
-İlanın sevmədiyi ot burnunun dibində bitər deyiblərmiş-dodağının altında deyib ətrafına baxır..Nail onun dediklərinə gülüb dahada yaxın dayanır..Çox insanların olduğunu görüb biraz sakit yerə çəkilirlər..

Səbinə qardaşının yanından biraz uzaqlaşıb onları tək qoyur...Cahangir onun əlindən tutmaq istəyəndə qoymur
-olmaz,Rəsul görər
-görsün.
-ayıbdı.
-onlara yox amma bizə ayıbdı?
-hə..
Cahangir onun əlindən tutur,çəksədə buraxmır.. -İstəyirsən indi Rəsulla danışım..
-yox,yox..

Zümrüd onlara baxaraq mane olmamaq üçün biraz kənara çəkilmək istəyəndə Nailə yapışır..
-Axxx.Siz uzaqda dayanmamışdınız?-acıqla deyib ondan aralanır..
-Yox.mən bayaqdan burda idim..
-kor deyiləm görürdüm burda olduğunuzu!
-Niyə mənə acıqlısınız,sizi incidəcək nə isə etmişəm?
-Yox..bu hardan gəldi ağlınıza!?
-Məni görəndə sevinmədiyiniz üzündən bilinir..
-.................Zümrüd onun sözlərinə utanır..
-Gəlin yeni ili mehriban qarşılayaq...
-Üzr istəyirəm keçən dəfə kobudluq edib sizi acılamışdım oturacaqda..Zümrüd üzrxahlıq edib keçən dəfə kobudluq etdiyini etiraf edir..
-Günah məndə idi,sizi bezdirmişdim suallarımla..
-Yaxşı ki bunu bilirsiniz!.Demişdi ki dodağını çeynəyib-.şeey yəni sizdə də günah vardı..
Nail onun bu hallarına gülümsəyib cibindən bir qutu çıxarır.-Səhv başa düşməzsəniz sizə kiçik bir hədiyyə versəm qəbul edərsiniz?
-Mənə?....Siiiz?
Nail əlindəki qutunu açıb ona göstərir..
-Bunu sizi görəndən sonra Amerikada olanda bir zərgərdə görmüşdüm..Baxanda ilk siz gəlirdiniz ağlıma..
-Amma buuu....Buu çox bahalı hədiyyədi..Zümrüd üzüyün gözəlliyinə heyran qalmışdı.. Ortasında yaşıl dörd künc qaş,qıraqları isə aysberq kimi ağ qaşlarla əhatələnmişdi..
-Mən bunu qəbul edə bilmərəm..
-Axı...
-Dedimki olmaz..Adama deyərlər bunu hansı üzlə qəbul edirsən..
-dost üzü ilə..
-Biz?mən və siz dost..
-Bəli...
-Yenədə olmaz.Dost dosta bahalı üzük almır...
-Amma mən bunu sizin üçün almışdım..
-Necə dostuqki sizli bizli danışırıq-dodağının altında deyib suni gülümsəyir-Nail bəy bağışlayın bu hədiyyəni qəbul edə bilmərəm..
-Olar səmimi danışaq?
-necə yəni?
-Siz,bizi kənara qoyaq..
-Bu adam mənim dediklərimi eşitdi?ürəyində bunu deyib-yaxşı..
Yeni ilin girməsinə son bir iki dəqiqə qalır..Cahangir qolundaki saatına baxıb sonrada havaya baxır..Səbinə isə ona baxıb fikrə getmişdi ki Cahangirin səsinə fikirlərindən ayılır
-Son 1 dəqiqə....Səbinənin əlini bərk tutaraq özünə yaxınlaşdırır..-Bu il mənə səni hədiyyə etdi..Bir ömürlük qonağım SƏNİ SEVİRƏM..-tamda bu vaxtda fişənglər partlayıır..Səbinə onun dediklərinə xoşbəxt idi...Hər kəs atəşfəşanlığı seyr edirdi onlardan başqa..
-Biraz əyil.....Səbinənin boyu onun yanında kiçik idi..Hündür ayaqqabı geyinəndə biraz bərabər görünürdülər..İndi alçaq geyinmişdi ayaqqabısını ona görədə boyu ona çatmırdı..
Cahangir azacıq önə əyilir,onun nəisə deyəcəyini düşünürdü..Səbinə onun yanağına isti bir öpüş qondurur...Sevinmişdi buna Cahangir...

Rəsul Nəzrin havanı seyr edərkən bir birlərini qucaqlamışdı.
-aaa..Rəsul ona bax ürək formasında partlayır..
-..Onun saçından öpüb gülümsəyir
- Rəsull??
-haycan..
-darıxıram .
-niyə..
-sənin üçün
-Danışmışdıq bunları,mən orda işimi həll edib qayıdacam və birdə ayrılmayacağıq
-niyə sevdirdin özünü mənə bu qədər!?ürəyimin döyüntüsü olmusan..indi gedirsən ürəyim dayansın?..
-Ürəyinə qurban olaram..Hər an yanındayam uzaqda olsam belə..Bax o qədər bezdirəcəmki səni deyəcəksən gəlmə..
-səni çox sevirəm..
-mənim qədər ola bilməz....Yanaqlarını əlləri arasına alıb kiçik burnundan öpür.
..Geriyə dönəndə Cahangir ilə bacısını əl ələ görür..Nəzrin onun baxdığı yerə baxanda narahat olur...
-Rəsul..
-......
-hirslənmədin?
-.........................
-onlarda sevirlər bir birlərini..
-bilirəm..
-necə?..
-Səbinə qaçırıldığı gün..Nəzrinin əlindən tutub onlara yaxınlaşır..
Səbinə qardaşından çəkinib əlini onun əlindən çəkmək istəyəndə qoymur..
-Mənim nə vaxt xəbərim olacaqdi!?Cahangirin ona verdiyi reaksiyanı bu dəfə o göstərir.. əsəbləşmiş kimi aparır özünü..
-Rəsul..
-Günah bacındadı,keçilik edib tərsləyirdi məni..Axır şeytanın ayağını qırıb razı sala bildim....Səbinə onun dediklərinə qaşqabağını sallayır..
-Allah kömək olsun sənə indidən-deyib Cahangiri qucaqlayır-sevinirəm ikinizində adına..
-Qaqaş sən hirslənmədin?
-Niyə hirslənimki,Cahangir mənim qardaşım sayılır...
-Nc nc nc gör heç dalaşırmı ki niyə bacımı sevirsən..Camaatın qardaşı dava dalaş salır,bizimki sevinir!..Dodağını sallayır..
-Başa düşmədim sən sevinirsən yoxsa dava istəyirsən?..
-Ey bacımla işin olmasın-Rəsul bacısını qucaqlayıb öpür..-Səni ona əmanət edəcək qədər tanıyıram..Bilirəmki o səni mənim kimi qoruya biləcək cücə...Sən mənim həmişə balaca bacımsan...Səbinə qardaşı danışdıqca kövrəlir..Onu qucaqlayıb ağlayır..
-mənim sevgilimi niyə ağladırsan... bu emosianallığı aradan qaldırmaq istəyir Cahangir..
-Bu qız son vaxtlar yaman ağlancaq olub aa..Səbinənin üzünü güldürürlər.

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri