Əvəzolunmaz (29-cu bölüm)

Şərhlər: 1
Baxılıb: 6 871
Səs ver:
(səs: 1)
Qonaqlar gedəndən sonra başı qarışıq olduğundan Cahangir ilə danışa bilməmişdi...İşlərini yekunlaşdırıb yatağına uzanır..Yorğanını üzərinə çəkib Cahangiri yığmaq istəyirdi ki qəlb qəlbə qarşı məsəli ondan zəng gəlir..Üzündə gülüş yaransada toyun tez olmağını xatırlayıb qaşqabağını tökür..
-Eşitdim biri mənə hirslənib..
-Düz eşitmisən...
-Mən sənə izah elədiyimi düşünürdüm..
-Mənimdə fikirlərimi soruşmağını demişdim..
-Evlənmək istəmirsən?
-İstəyirəm amma belə tez yox..
-Niyə?
-Bilmirəm..
-hmm....
İkisidə biraz susurlar..Səbinə onun qəlbinə dəydiyini anlayır..
-Cahangir?
-Caan..
-Məndən küsmədin?son iki ayda bu qədər olanlar məni çaşdırıb..Sən və Mən..sonra bu üzük
-Mən səndən istəsəmdə küsə bilmərəm Səbinə..Yadımdan çıxmamış deyim sabah səninlə üzük almağa gedəcəyik..
-Barmağımdakı nədir bəs?Hə küsmə sən heç zaman məndən..Mənə olar sənə yox-deyib gülür..
-O üzük mamanın sənə hədiyyəsidir..Bizim üzüklərimizi hələ alacam...Niyə mənə olmaz küsmək?
-Çünki sən oğlansan..Oğlan dediyin küsüb inciməz..Qızlara məxsusdu küsmək..
-Ay səni çoxbilmiş.....Gecəni beləcə şirin şirin danışaraq keçirirlər...
Sabah qızları dərsə Rəsul aparır...Cahangirdə hazırlaşıb işinə gedir..Günorta Səbinəni dərsdən götürüb üzüklərə baxmağa gedirlər..Səbinə,onun qarşısına qoyulan hər bir üzüyə heyran qalırdı..Cahangir ona baxıb gülürdü..
-Səbinə seç daha bunlardan birini..
-Hamısı çox gözəldi axı..Seçim edə bilmirəm...Əlini birinə uzadıb göstərir-bax buna gör necə incədi...Sonra da digərini göstərib-hii bu ondan lap gözəldi...Cahangir?yazıq sima ilə ona baxır
-Can Cahangir..Elə baxma..
-Onda özün bəyən birini mənə..
-Sən seçsən yaxşı olardı...Yaxşı-yaxşı elə baxma...Xoşuna gələn üzüyü götürüb ona uzadır-Bax bu çox xoşuma gəlir..Cahangirin əlindən alıb üzüyə heyranlıqla baxır..
-Az bax..Ondan alıb üzüyü barmağına taxır..-İncə barmaqlarını yaraşdı....
-Bu çox gözəldi Cahangir...Olar üzüklərimizə ad yazdıraq?
-Seriallara çox baxdığın burdan bilinir-ona gülüb razılaşır..
Sonra Cahangirə üzük seçib götürürlər.Səbinədən fərqli olaraq o rahatlıqla birini bəyənir...Sonra bir yerdə oturub yemək yeyib şirkətə qayıdırlar...Səliməni görsədə vecinə almırdı..Onun cavabını Cahangir vermişdi...

Toy hazırlıqlarına başlamışdı ailələr..Nəzrin ilə Rəsul otaqları üçün mebəlləri seçib evə yığdırmışdılar..Onlar ayrı evə çıxmayacaqdılar..Rəsulun otağını təzə gəlin otağı kimi bəzəmişdilər..Toya 3 gün qalırdı...Bütün işləri həll edib sona gəlinlik almağı saxlamışdılar..Gəlinlik üçün qızlarıda özləri ilə aparırlar.Cahangir gəlmək istəsədə işinə görə alınmır..Amma Səbinəyə başa salmışdı ki çox cəzb edici geyim almasın..Qızlar Nəzrinə gəlinliklər göstərib geyditdirirdi..Bəyənib bəyənməmək isə Rəsula qalırdı..Bir neçəsini mız qoyub bəyənməmişdi..Axırıncı gəlinliyi geyinib çıxmışdı ki Rəsulun heyran baxışlarını gülür Nəzrin..Rəsul onu alacaqlarını deyib sevindirir qızları..Bezmişdilər artıq gəlinlik seçməkdən..Növbə Rəsulun idi..İndidə ona bəylik seçirdilər..Butikə girən kimi Nəzrinin gözünə bir geyim sataşır..Qızları çağırıb onlara göstərir..Zümrüdlə Səbinə biraz müzakirə edib geyimə bir neçə aksesuar qataraq razılaşırlar onunla..Rəsul isə öz aləmində idi..Geyimlərə başı qarışmışdı..Nəzrin onu səsləyib çağırır...Qızlar üçüdə birlikdə manikendəki geyimin qarşısından çəkilib ona göstərirlər..Rəsul ilk razılaşmır..Nəzrinin yalvarışından sonra geyinir..Güzgünün qabağına keçəndə bəyənmədiyi geyimin ona belə gözəl yaraşdığına inanmır...Qızlar kənardan ona baxıb gülürlər....Sıra Zümrüd və Səbinə də idi..Ziyafət geyimləri olan bir butikə girirlər..Zümrüd özünə qara,dar,balıq ətəyi,kənardan maloçnu rənglə əhatələnən gözəl bir don seçir...Səbinə bir neçə geyim seçsədə yenə seçim arasında qalır..Axırda qızların köməkliyi ilə birinin üstündə qalır..Bədənə oturan açıq rəngli dantəl qarışığı donu bəyənir..

Gün ərzində çox yorulmuşdu Zümrüd..Yorğunluqdan yatağında yuxulayırdı ki telefonun səsinə dik atılıb səksənir..Ürəyini tutub dərindən nəfəs alır..Telefonun ekranına baxanda nömrəni tanımır..İlk əvvəl açmaq istəmir ama sonra açır..Toy hazırlıqlarında olduğuna görə düşünürki tanış biri olar..Alo demişdi ki oğlan səsi eşidib kimin olduğunu xatırlmağa çalışır..
-Necəsən Zümrüd?
-Yaxşıyam sağolun.. siz kimsiniz?
-Nail..
-........................
-Deyəsən narahat elədim yatmışdın..
-Sən hardan bilirsən yatdığımı?
-Yuxulu səsindən...
-Niyə zəng eləmişdin?
-Pəncərədən baxa bilərsən?bilmirəm işıq yanan pəncərələrdən hansıdır sənin otağın..
Zümrüdün yatağı pəncərənin yanında idi..Dizləri üstünə qalxıb pərdəni çəkib baxır...
-Sən burda neynirsən?
-Səni görməyə gəldim...Maşına söykənib ona baxaraq danışır.
-Dəli olmusan?Cahangir görsə nə deyəcəksən?
-Məndə görməyini istəyirəm...
-Yox sən dəqiq dəli olmusan..
-3 gün vaxtın var Zümrüd..ya xoşluğunla mənimlə evlənəcəksən ya da mən bilirəm nə edəcəm-deyib ona gülümsəyir..

Toy günü 
Qızları salona Rəsul aparır..Cahangir isə qonaqlar,restoran ilə məşğul olurdu....Toy axşam olacaqdı..Nəzrin saçlarını buruq elətdirib kənarlarından topladır..Üzünü sadə makyaj elətdirir həmişəki kimi..Onsuzda ona çox makyaj yaraşmırdı..Üzünün gözəlliyini əksinə korlayırdı bəzənmək....Səbinə saçlarını fenlədib düzləşdirir..Saçları buruq halında gödək görünürdü..Fenlənəndən sonra o buruq saçları uzun gözəl görünür...Parlaq gecə makyajı elətdirir..Zümrüd saçlarını topuz yığdırır..Yaşıl gözlərini vuğulayan cəlbedici makyajla görkəmini tamamlayır....Hazır olduqdan sonra Rəsul onları götürüb evə qoyur....Qohum əqrəbalar yığışmışdı evə artıq..Tez birtəhər üzərlərini geyinirlər..Səbinə oğlan evi olduğu üçün Nəzrinin yanında ola bilmirdi..Zəng edib ayaqqabısının altına onunda adını yazmasını deyir..
-Ay dəli onsuzda nişanlısan daha adını niyə yazdırırsan?
-Az sən yaz..Rəfiqəmin ayaqqabısına adım yazılmalıdı ya yox?
-Yaxşı-yaxşı yazıram.-gülüb danışığıqlarını sonlandırırlar...
Vaxt yetişir,vağzalı sədaları altında bəy evi çıxaraq gəlin evinə gedir..Rəsul əlində gəlin gülü ilə qonaq otağına keçib onu Nəzrinə verir..Böyüklər bir ağızdan xeyir dualarını,təbriklərini deyirdilər.Gəlinin belini bəyin qardaşı bağlayar..Nəzrinin belini başqasının bağlamağını istəyəndə Rəsul qoymur..Cahangir onun dostu,qardaşı sayılırdı..Qız evindən olsada onun bağlamağını istəmişdi..Cahangir lenti iki dəfə Nəzrinin belinə bağlayıb açır..Üçüncüdə isə bağlayır..Ətrafdakılar buna kövrəlmişdi..Səbinəya baxanda onun dolmuş gözlərini görüb şirin təbəssüm qonur üzünə..Mahir bəy qızını çırağın başına fırladaraq xeyir duasını verirdi onlara..Bütün adətləri yerinə yetirib vağzalı səsində evdən çıxırlar..Qapını Zümrüd bağlayacağından tək qalmamaq üçün Səbinəni özü ilə saxlayır...Hər kəs maşınlara oturub getməyə hazırlaşır...Cahangir qızların hələ düşmədiyini görüb yuxarı çıxır..Zümrüd bir iki əşyasını götürüb qapını bağlayıb qardaşıgil ilə blokdan çıxırlar...Bibisi qızı Laləni Cahangirin maşınında görüb görüşür Səbinə...Lalə 22 yaşında idi..Zümrüd kimi o da magistr imtahanlarına hazırlaşırdı..İmtahana görə onlarda qalacaqdı bir müddət..Amma Səbinənin bundan xəbəri yox idi..Səbinə arxa oturacaqda oturmaq istəyəndə Zümrüd qoymur..Ona təkid edib Cahangirin yanında oturdur...Qızlar deyib gülərək həyəcanlarını yatırmaq istəyirdilər..
-Səbiş əllərin yenə buz kəsib..
-Həyəcandandı yəqin Zümrüd..Ay necə gözəl görünür bizimkilər...
-Sən niyə həyəcanlısanki?-Cahangir onun əlindən tutub narahat olur-Belə incə don geyinəndə buz kimi olarsan!..Həm mən sənə demədim çox cəlbedici olma?
-Qardaşımın,həmdə yaxın rəfiqəmin toyudur,necə həyəcanlı olmayım..Bütün gözlər üzərimizdə olacaq...Yaxşı da Cahangir..Bütün geyimlər belə idi..
-Bizim gəlinimiz hamıdan gözəldi..Qızla işin olmasın...
-Sağol baldız sən məndəndə gözəl görünürsən..-Arxaya boylanıb onun əlindən tutur-Bu toydan sonra elçilər qapını qıracaq...
-Yox,yox başıma iş açılmasın..Mamanın əlindən qurtula bilməyəcəm bu dəfə...
Lalə çox söhbətə qoşulmur,sadəcə gülümsəməklə yola verir..Restorana çatırlar..Rəsulgilin maşınına yaxınlaşıb içəri keçməyin vaxtı olduğunu deyirlər....Musiqi sədalarında zala daxil olurlar...İlk rəqslərini edib yerlərinə otururlar....Toy çox gözəl keçirdi...Səbinə ilə Zümrüd doyunca sındırırlar toyda..Naildə gəlmişdi..Zümrüdən gözünü çəkmirdi...Cahangir oynamağı çox sevmədiyindən rəqsə qalxmırdı...Arada Səbinənin inadına görə rəqs meydanına gəlirdi...Toyun axırına yaxın lirik rəqsə bütün cütlüklər qalxır..Səbinə oynamaqdan yorulsada bu rəqsi etməsə ürəyi partlayardı..
-Yorulub əldən düşmüsən..
-Hə..Ayaqlarım sızlayır..Neçə saatdır bu hündürdəyəm..Amma xoşdu,bax sənə çatmışam..
-Sən hələ bu qədər gözəl görünməyin cavabını ver mənə..
-Sənin yanında eybəcər olmayacaqdımki...
-Sən mənim gözümdə dünya gözəlisən..Bir daha elə düşünmə...
-.....................
-Bəlkə toydan çxıb yenə gəzək?
-Yox birdə bu geyimdə heç yerə gedən deyiləm səninlə..Bu gecə əmimgildə qalacam..Mama qoymadı evdə qalmağa-dodağını sallayıb bikefləşir..
-Düz edir Minirə xala..Uşağın evdə qalmağı düzgün olmaz..-onu zarafata tutur.
-Deməli uşağam hə?.
-Hə..Sən mənim uşağımsan..Özüm böyüdürəm səni...
-Gözlərini süzüb cavab verməyib rəqslərini edirlər...

Zümrüdü rəqsə dayısıoğlu dəvət edir..Bu zaman Nail bayırda olduğundan zala daxil olanda onları görüb yaxınlaşır...Onların rəqsini yarım bölüb Zümrüdlə rəqs etmək istədiyini deyərək əlini uzadır..Oğlan kobudluq olmasın deyə aradan çəkilir....Rəqs etdiklərində Zümrüd ona çox baxmamağa çalışırdı.Nail ondan gözünü çəkməyib heyranlıqla baxırdı..
-Bir insan bu qədərmi gözəl ola bilər..
-Bu sözlərini başqalarına saxla..
- 3 gün bitdi.Görürəm öz xoşuna razı olmayacaqsan..Daha gözləməyəcəm Zümrüd...
-..............Ona cavab verməyib özünü vecsiz göstərir....
-İndi çıxırsan burdan..Yoxsa mən özüm aparacam səni..
-Nə?..Mən heç yerə getmirəm..Onun əlindən əlini çəkmək istəyəndə Nail qoymur..
-Cəhd belə etmə...Gəlirsən mənimlə yoxsa özüm aparım!?Düşünməki əlimdən çıxan kimi azadsan..Çöldə səni gözləyirəm,gəlməsən özüm gəlib gətirəcəm....
Onun əlini buraxıb zaldan çıxır...Zümrüd onun dediklərinə yerində donub qalmışdı..Yerinə keçib oturur..Seçim qarşısında qalmışdı..Getmək istəmirdi.Amma Nailin gəlməyindən ehtiyat edirdi...Qərara gəlib yerindən durmur..Getməyəcəkdi..Biraz vaxt keçəndən sonra Naili qapıda görüb narahat olur..Onun üzündəki gülüşə qəzəblənir...Nailin yaxınlaşdığını görüb tez yerindən qalxıb ona tərəf gedir..Yanından düz keçib zaldan çıxır...Çöldə onun gəlməyini görüb acıqla baxır..
-Buyur sözünü de!
-Burda deməyəcəm.Otur maşına..
-Sən lap ağ elədin..-deyib içəri girmək istəyəndə Nail qoymur..Qolundan tutub özü ilə aparır..Zümrüdün çabalarına baxmayaraq buraxmır...Maşına oturdur-Burdan tərpənməyi ağlından belə keçirmə..Səni çox gözlədim.İndi sən məni eşidəcəksən!..
Qapını örtüb maşını idarə edərək ordan uzaqlaşır..Zümrüd onun sərt danışığından qorxuya düşsə də üzdə bildirməməyə çalışır..
-Məni axtaracaqlar..Qayıdaq..
-Narahat olma birazdan qaytaracam....Araya sükut çökür...Nail sakit bir yerdə saxlayıb enir maşından..Zümrüd də düşüb onun qarşısında dayanır...
-Sabah bizimkilər sizə gələcək və sən razı olduğunu deyəcəksən!
-Başa düşmədim?...heç vaxt!
-Səbəb...
-Səbəb...səbəəb...Səbəb istəmirəm evlənmək..Və səninlə heç evlənmək istəmirəm..Evlənməyəcəmdə!..
-Demək belə....Günah məndən getdi-deyib ani hərəkəti ilə onu qucaqlayıb dodaqlarına yapışır...

Toyun axırları idi..Səbinə ətrafda Zümrüdü görməyib axtarır..Tapmayıb narahat olmuşdu ki onun Nail ilə bərabər gəldiyini görüb təəccüblənir...Yaxınlaşmaqistəyirdi ki daha restorandan çıxmaq vaxtı olduğundan gedə bilmir..Nəzrin gülünü atmağa hazırlaşır..Subay qız oğlanlar onun arxasında durub həvəslə gülü tutmağı gözləyirdilər..Cahangir onu qoymasada,şirin dilinə salıb ondan icazə ala bilir Səbinə..O da subaylar arasında dayanır..Bir..iki..üç deyib Nəzrin gülü atır..Zümrüd kefsiz dayanmışdı ki gül onun qucağına düşür...Səbinə onda bir hal olduğunu anlayırdı..Gülərək ona yaxınlaşır
-Bizdən qabağa düşənə oxşayırsan Zümrüd.
-.................Cavab verməyib qaşqabağını tökür...Səbinə onun qoluna girib çıxırlar restorandan...
Cahangirin maşınına oturanda Laləni görüb gülümsəyir....Toy haqqında danışıb müzakirələr aparırdılar...Yenə Lalə onların çox söhbətinə qoşulmayıb sadəcə gülümsəməklə yola verir..

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri