Əvəzolunmaz (24-cü bölüm)

Şərhlər: 2
Baxılıb: 6 275
Səs ver:
(səs: 2)
Nailin ağrıları çox olduğundan keyləşdirici ilə yatırmışdılar..Mahir bəy onu ziyarət edib halını əhvalını öyrənmişdi..Zümrüd bura gələndən ona baş çəkməmişdi,başı qarışıq idi..Gecə qardaşının yanında qaldıqlarından fürsət tapıb onu görməyə gedir..Naili görəndə hirslənirdi çox vaxt..Özüdə səbəbini bilmirdi,niyə onu görəndə bu qədər əsəbləşirdi..Belə deyim var "bəzi sevgilər nifrətdən doğar”bəlkədə onun sevgisidə beləcə yaranacaqdı?..
Nailin burda bir yaxını yox idi..Bir tək dostu Kərim və ailəsi burda yaşayırdı..Qəzadan sonra onun katibəsinə zəng edib ailəsinə bildirməyini demişdilər..Kərim onun yanından biran olsun ayrılmırdı..Zümrüd onu görməyə gələndə Kərim yox idi..Yəqin hara isə getmişdi...Nailin vəziyyəti yaxşı olduğundan onun otağına girməyə icazə verilirdi..Zümrüd onun otağına girib uzaqdan seyr edir.Naili belə görüb kövrəlir..Onsuzda bayaqdan dolu bulud tək dayanmışdı ailəsinin yanında.İndi göz yaşlarını sərbəst buraxır..Nailin yatdığına görə onu görmədiyini düşünürdü...Biraz ona kənardan baxıb otaqdan çıxmaq istəyəndə onun səsinə dayanır.
-Zümrüüd...Nail onu görüb sevinərək yerində qabağa gəlmək istəyəndə-axxx... qolu incidir..
-Dayan...tərpənmə,necəsən?- onun yanına gedib arxaya söykənməsinə kömək edir..
-Səni gördüm yaxşı oldum..Cahangir necədi?..Sarğıda olmayan əli ilə onun gözlərini silir.
-Həkim dedi vəziyyəti ağırdı..
-qorxma o güclü oğlandı..Sizə görə,Səbinəyə görə özünə gələcək-Zümrüdün əlindən tutub göz gözə gəlirlər
-ailənə xəbər veriblər,yəqin sabah burda olacaqlar-söhbəti dəyişib əlini çəkmək istəyir onun əlindən..Üzünə toxunmasına onsuz bir qərib olmuşdu..Nail onun utandığına gülümsəyib söykəndiyi yerdən ağrısada qabağa gəlməyə çalışır..
-Zümrüd?
-bəli..Tərpənmə..
-Mənim ilə evlənəcəksən?..Onun gözlərinə baxaraq deyir..
Zümrüd biranlıq heçnə başa düşməmiş kimi susurdu.Onu təəccübləndirmişdi..Bu halında belə fikri onda idi..Sonra özünə gəlib acıqlanır-sənin halın görünür yaxşıdı!-deyib əlini ondan çəkir..Nailin arxadan onu səsləməsini dinləməyərək otaqdan çıxır..-Zəhləmgetmiş!günah məndədiki onula mülayim rəftar etdim..Sən o sevgini ancaq sənin üçün ölən qızlara deyə bilərsən!...Öz özünə danışıb qapının yanından uzaqlaşmaq istəyəndə Kərimlə rastlaşır..Əlində su ilə gəlib onun qarşısında dayanır..
-Salam sən yəqin Zümrüdsən..
-Bəli..Tanışıq?-Kərimin onu tanımasına təəccüblənir..
-Mən Nailin yaxın dostuyam..Sənin haqqında danışmışdı.Zümrüd olar səninlə biraz danışaq?..
-Buyurun...
-Mənim dostum ilk dəfədir ki mənə bir qız haqqında danışırdı..Bilirsən səni necə tanıdım?Gözlərindən..
Zümrüd onu susub dinləyirdi..
-O,sənin haqqında danışanda gözləri parıldayır..Hətta sənə üzük almışdı.
-Bunları niyə mənə deyirsiniz?
-Gülür-bilmirəm..Bəlkədə dostuma yaxşılıq etmək üçün....
-...........
-Biz əsgərdə olanda o ayağından yara almışdı..Bir müddət gəzə bilmədi..Çox həkimlər onun yeriməyəcəyini demişdi..Amma şükür bu günümüzə..O həyata küsmədi ayağa qalxmağı bacardı..O istədiyi,arzuladıqlarına öz əməyinə,gücünə əldə edib.Onun ürəyini elə ələ almısınız ki Bakıya gec gec gələn Nail indi NevYorka qayıtmır..

Səbinə şüşə pəncərədən onu seyr etmişdi gecə boyu..Yavaş yavaş səhər açılırdı..Gülər xanım ona biraz dincəlməsini desədə ordan ayrılmamışdı..Cahangirin gözlərini açdığını görmək istəyirdi...Əlini çənəsinin altına qoyub ona baxırdı ki tərpəndiyini görür..İlk əvvəl səhv gördüyünü düşünür..Cahangirin gözünü açıb ona baxmasına qışqırığı dəhlizi götürür..
-oyandı...oyandıı..Gülər xala oyandı Cahangir...Onun səsinə tibb bacıları otağa girib yoxlamağa başlayırlar..Gülər xanım,Nəzrin sevinərək bir birlərini qucaqlayırlar...Həkimdə gəlib onu yoxlayır...Pəncərədən hamı onlara baxırdı..
-Nişanlınız yaman qızdı Cahangir bəy..
-Nişanlım?
-Səbinə xanımı deyirdim.
-.Nə edibki?
-Sizin yanınıza gəlmək üçün demədiklərini qalmadı mənə..Həkim mehribanlıqla zarafat edib onun üzünü güldürür..
-Cahangir həkimin dediklərinə sevinərək Səbinəyə baxıb gülümsəyir..-Burda da əməlindən qalmayıb...Olar ailəmi görmək?..Halsızda olsa onları görmək istəyirdi.
-Olar amma bu gün çox icazə verə bilmərik..İstirahət etməlisiniz.Ciddi əməliyyat keçirmisiiniz..-deyib otaqdan çıxır..
Gülər xanım sevinc göz yaşlarını saxlaya bilmir.Otağa girib ağlayaraq oğlunun baş ucunda dayanır..Nəzrində ağlayırdı mamasını,qardaşını belə görüb..Rəsul işinə görə burda olmadığından səhərə yaxın gəlib çata bilmişdi..Xəstəxananın həyətində Mahir bəylə durmuşdularki Cahangirin ayılmasını eşidib yuxarı qalxırlar .Mahir bəy oğlunun ayılmağına qurban demişdi..Onu ayıq görəndə gözləri dolur..Səbinə otağa keçməyə utanırdı.Gecə boyu onun ayılmasını gözləyən elə bil o deyildi...Zümrüd bunu hiss edib onu qucaqlayaraq özü ilə bərabər aparır...
G-çox şükür balam ayıldı..
M-mənim oğlum qoçaqdı bilirdimki ayılacaq!
C-Nail necədi ata?
M-yaxşıdı oğlum,narahat olma sən...
Z-mama,ata çıxaq istirahət eləsin Cahangir.İndidən çox yormayaq..
M-belə tez..
G-hələ çox qaldıq-Göz qaş edib Mahir bəyin qoluna girib otaqdan çıxırlar..Səbinədə çıxmaq istəyəndə Zümrüd qoymur-Sən hara?.. Özü qapıdan çıxarkən ona havadan öpüş atıb,qardaşına göz vurub gedir..

Səbinə o çıxandan sonra üzünü Cahangirə dönür..Onu kənardan seyr edirdi.Sevincindən ürəyinin döyüntüsünü duyurdu.
-Orada niyə dayanmısan?gəl bura-əlini uzadır...
-Necəsən indi,ağrıların çoxdu Cahangir?onun yanına gəlib qarşısında durur...
-Can Cahangir Otur..-Ona yer göstərib əlindən tutur..
-Darıxmışdım elə deməyin üçün....
-Gərək tez tez xəstəxanaya düşəm,darıxasan mənim üçün.
-Yox..Birdə bura düşmə--gözləri dolur-Məni çoxlu ağlatmısan onsuz..
-..Niyə ağladın?Məni ki sevmirsən..
-O sənə elə gəlir!üzünü yana çevirib gözlərini silir..
-Necə yəni?
-Yənisi yoxdu...özün başa düşdün..
-Yox başa düşmədim..Onun üzünü özünə doğru çevirir-sən desən başa düşəcəm..
-Səni Sevirəm...Sevirəm Cahangir...Birdə məni belə qorxutma-ağlayaraq onun sinəsinə başını qoyur...
Cahangir onun saçından öpüb ətirini ciyərlərinə çəkir..
-Sən heç tək qoyaram mən?..ağlama....Onu özündən aralayıb gözlərini silir...Hər işdə bir xeyir var Səbinə..Bax bu qəza səni mənə qovuşdurdu...onun yanağından öpərək gözlərinə baxır..
-Bilirəm qısqandığın üçün ayılmısan..Həkimin yaraşıqlıdı öz aramızdı-gülüb söhbəti dəyişir..
-Başa düşmədim!Sənə nə həkimdən?
-Heç elə belə dedim..
-Səbinə!!
-Caan Səbinə....Onun belə deməyinə ikisidə gülür..Səbinə onu çox danışdırmayıb otaqdan çıxır..Başının ağrısına görə iynə vurandan sonra yuxuya gedir..

Nailin qəzaya düşdüyünü biləndən sonra Nigar xanım yerində dura bilmirdi..İlk reyslə Bakiya gəlir yoldaşı Nəsib bəy ilə.Nigar xanım namaz qıldığı üçün başını bağlamışdı.Üzü nurlu xanim idi...Kərim onlara Nailin yaxşı olduğunu desədə ana ürəyidi bu balasını görməsə,yanında olmasa inanmaz .Hava limanından düşüb bir baş xəstəxanaya gəlirlər..Otağa girəndə Naili sarğı içində görüb kövrəlir.
-Nail...Onun yanına gəlib üz gözündən öpərək ağlayır..
-Ana yaxşıyam.. ağlama...
-Çox qorxutdun bizi Nail..Necə oldu bu qəza?
-İclasdan qayıdırdıq..Yol sürüşkən idi.Qarşıdan gələn maşın idarə etməsini itirib bizim maşına dəydi..
Kərim gəlir...
-Salam Nəsib dayı...Onlarla görüşür..-Nigar xala narahat olmayın yaxşıdı..Həkim birazdan yenə yoxlayacaq.
-Kərim digər oğlan necədi?
-Yaxşıdı indi...

Cahangirin oyandığını Nailə demək üçün onun otağına gəlir Zümrüd..Qapını döyüb içəri keçəndə yanındakıları görüb anası və atası olduğunu anlayır..Gəldiyinə peşman olur....
-Mən..Narahat etməyim..Cahangir yaxşıdı onu deməyə gəlmişdim-deyib qapını açdığı kimidə bağlayıb getmək istəyəndə Nail qoymur..
-Gəl Zümrüd..Anamla atamdı
Onun ürəyində asıb kəsərək məcbur otağa keçir..
-Salam...xoş gəlmisiniz deyərdim.Bura heç kim xoş gəlməz..
-Salam qızım..Deməli Zümrüddür adınız.
-Bəli xala..
-İndi bildim o üzüyün sahibəsi kim imiş...
-Anaa!
-Nigar uşaqları utandırma..
-Caan ana..Şükür bu oğlanında xoş gününü görəcəyik tezliklə...Nigar xanım Zümrüdə yaxınlaşıb onunla görüşür..Nail anasının dediklərinə sevinsədə Zümrüdün hirslənəcəyindən çəkinirdi..Zümrüd ürəyində bir xeyli Nailin ağına qarasına deyir..Utandığından bir kəlmədə danışa bilmir..
-MaşaAllah çox gözəlsən Zümrüd..
-Çox sağolun xala..Mən getməliyəm..Sizi gördüyümə şad oldum-deyib otaqdan çıxır..Əlində olsa Naili bir qaşıq suda boğardı..Yenə əsəbləşdirmişdi onu..Nigar xanımın dediklərinə utanıb yerin dibinə girmək istəyirdi..Birazda orada qalsa idi əsəbini cilovlaya bilməyəcəyindən qorxurdu...Hirslə gedib Səbinənin yanına oturur.
Nigar xanım Zümrüdün utanıb getməsinə gülümsəyir Nəsib bəylə..
-Çox təəccübləndirdin bizi oğlum..Çox gözəl qızdı.Hərəkətlərindəndə bilinirki tərbiyəli qızdı..Nəsib bəy sevinərək oğluna baxır.
-Ataa..
-Nəsib dayı oğlunuz fərasətsiz çıxdı bu məsələdə..-Nailə baxıb gülür Kərim-razılığını ala bilmir Zümrüdün..
-Onu bunu bilmirəm.Mən tezliklə gəlinimi evimdə görmək istəyirəm..Gərək Zeynəbə(Nailin bacıısı)) xəbər edim hazırlıqlar görməyə başlasın toya.
-Ana...Kərim...Bəsdirin!-Sərt tonda desədə o da gülür..
-Kərim o mənim oğlumdu..İstədiyini əldə edən biridi Nail...Necə ki mən anasının könlünü qazanmışdım..

Müəllif: Milady Ovod
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri