Əvəzolunmaz (31-ci bölüm)

Şərhlər: 1
Baxılıb: 6 530
Səs ver:
(səs: 1)
Zümüd qardaşının belə aqressiv olmasına narahat idi..Səbinə ilə danışıb onun yumşalmasını istəyir...İstəmirdi arada soyuqluq olsun..Verdiyi qərara peşman olmağa başlayırdı...
Zümrüdün deməyindən sonra indi yaxşı başa düşürdü Cahangirin neçə gündür əsəbi olmağını..Səhər onu dərsə aparanda dözməyib bu söhbəti açır..
-Cahangir sən niyə Nailə əsəbisən?
-........................
-O Zümrüdü bəyənib,sevib evlənmək istəyir..Sənin kimi..
-...........................
-Bir söz deməyəcəksən?
-Dərsin bitəndə xəbər elə gələcəm...
-Onun suallarına cavab vermədiyinə Səbinə hirslənir..O,da ona cavab verməyib maşından düşüb gedir....Cahangir onu qoyub işinə gedəndə yolboyu düşünürdü..Nailə niyə əsəbi olduğunu,bəlkədə haqsız idi əsəbi olmaqda..Səbinənin dediyini xatırlayıb mahnı yadına düşür..Onun sevimli mahnısı...Mahnını dinləyərək Səbinəni düşünüb fikirlərdən uzaqlaşır...
Zümrüd hələdə fikirlər içində itib batmışdı..Bilmirdi düzgün qərar vermişdi evlənmək haqqında yoxsa səhv.Bir yola addım atmışdı..Bilmirdi necə bir yola çıxdığını...Tez-tez Nail zəng etsədə onunla soyuq danışıb yola verirdi....Getməyinin üstündən 1həftə keçmişdi Nailin..Dözməyib qayıdır..Zümrüdün onun gəlişindən xəbəri yox idi..Lalə ilə bərabər suallara baxıb bir birlərinə izah edirdilər..Telefonda Nailin adını görüb siması dəyişir.Onun zəngini açmaq istəmirdi..
-Niyə açmırsan zəngi?
-Laləyə nə deyəcəyini bilmədiyindən cavab verməyib zəngi açır..Danışaraq öz otağına gedir..
-Aşağıda səni gözləyirəm..
-Sən?...Sən burdasan?-pəncərədən baxıb onun maşınını görüb narahat olur..
-Hələ çox gözləyəcəm?!..
Üzərini dəyişib mamasından icazə alaraq evdən çıxır...Naili qarşısında görəndə qəribə hisslər yaşayır..Özüdə başa düşə bilmirdi özünü..Həm bu qədər ondan qaçırdı həm onu görəndə həyəcanlanırdı...Maşına oturub onunla gedir.Salamdan başqa bir kəlmədə kəsmirlər...Nail onu rahat danışa biləcəkləri gözəl bir restorana gətirir..Zümrüd utanaraq içəri keçir.. Restoran çox şık bir yer idi...Nail onun çəkindiyini görüb əlindən tutur..Bu hərəkətinə Zümrüdü lap həyəcan basır..Ondan əvvəl stulu çəkib oturmağına kömək edir...
-Nə istəyirsən?....
-Çay..
-Bəlkə nahar edək..
-İstəmirəm..
Afisianta sifarişlərini deyib susurlar...Nailin ondan gözünü çəkmədiyini görüb narahat olur..
-Necəsən?..Söhbət açıb onun baxışlarını üzərindən çəkmək istəyirdi..
-Yaxşı..Sən necəsən?
-Çox sağol məndə yaxşıyam..
-Zümrüd gəl açıq söhbət edək..Görürəm fikirlərin qarışıqdı..Bilirəm səni tələsdirdim..-Əllərini çənəsinin altında birləşdirib ona baxaraq danışır..
-Düz bilmisən suallarla doludu beynim..həmdə qarışıqdı....
-Buyur mən burda...fikirlərini qarışdıran nədir?..de cavablayım..
-Sən niyə mənimlə evlənirsən?..yəni...özünə uyğun biri ilə deyildə niyə mənimlə?..—Söykəndiyi yerdən dikəlib Nail ilə üzbəüz dayanır..
-Mənə uyğun necə biri olmalıdır səncə?-demişdi ki onların masasına gözəl,yerişindən duruşundan alicənablıq axan bir xanım yaxınlaşır...Nail onu görüb ayağa qalxır..
-aaa Nail bəy buralara gələrmiydi?
-Demək ki gələrmiş Nərgiz...Necəsən?-onunla görüşüb Zümrüdə baxır-Nərgiz bizim ailə tanışımızın qızıdı...
Zümrüd gülümsəməklə yetinib cavab vermir..
-Bu gözəl xanım Nigar xalanın dediyi,ən əsası təriflədiyi Zümrüd olmalıdır məncə....Dediyi qədər gözəlsən..Təbrik edirəm hər ikinizi..Zümrüdə əlini uzadır...O,da yerindən qalxıb onun əlini sıxır...
-Bizimlə otur istəyirsən Nərgiz..
-Yox Nail..Bizim qızlar gələrlər indi..Çox sağol..deyib gedir öz masasına əyləşir.
Zümrüd belə baxanda Nərgizdən də gözəl idi..Yaşıl gözləri nəyə desələr dəyərdi...Onunla özünü müqayisə edib Nailə baxır..
-Harada qalmışdıq?
-Dedin sənə uyğun necə biri olmalıdır?..Sənə uyğun o qızdır..Həm ailələriniz yaxındır..həm də..həm də..
-Həm də səndən gözəldir hə?
-....................
-Sevmək nə təbəqəyə,nə də gözəlliyə baxmır..Sənin ki gözlərin onu görəndən sonra digərlərinə bağlanır..Hər yerdə onu gördüyünü sanırsan....Hər kəsdə onu axtarırsan...Bax mənimlədə belədi..-Zümrüdün əlinin üzərinə əlini qoyub ona baxır-Səni oturacaqda gördüyüm o gündən ağlımdan çıxmırdın..Səbəbini özümdə bilmirdim..Bəxt elə gətirdi ki sən Cahangirin bacısı idin...Nərgizə gəlincə mənim üçün sənə çatacaq qadın yoxdu..
Nailin danışdıqca sevgi ilə parlayan gözlərinə baxanda səhv addım atmadığına əmin olur..Demək ki ilk baxışda,ilk görüşdə məhəbbət var imiş...
-Ağlını qarışdıracaq başqa nə sual qaldı?
- Niyə toyu belə tez etmək istəyirsiniz.
Duruşunu pozmadan Zümrüdün əlini dodaqlarına yaxınlaşdırıb öpür-Səni yanımda görmək istəyirəm...
-Mən isə belə tez olmasını istəmirəm...İmtahanımı verdikdən sonra istəyərdim..
-Yaxşı necə istəyirsən...3həftə sonra nişanı edərik..
Bu qərara sevinir Zümrüd...Onunla söhbət edərək kəşf edirdi Naili...
********************************
Dərsdən sonra sakit idi Səbinə..Onunla danışsa da yola verir..İşə gələndə belə səssizliyini pozmur..Cahangir onun küsdüyünü bilirdi..Ona görə işdən sonra onun necə könlünü alacağını bilirdi..Bu günüdə darıxdırıcı keçir Səbinə üçün..İşin bitməsi üçün dədqiqələri sayırdı...Vaxtın olduğunu görüb üzərini geyinib Cahangiri gözləmədən bankdan çıxır...Qapının yanında durub gözləyir..Biraz keçmiş Cahangirdə gəlir..
-Niyə burda gözləyirsən?yanıma gəlmədin..
-Nə bilim..
Daha heçnə deməyib onun sakitliyinə gülümsəyir..Səbinə yolun evə getdikləri yol olmadığını görüb danışır..
-Hara gedirik?
-Biraz tək qalsaq pis olmaz..
-..................Heç nə deməyib yola baxır....Cahangir onu sevdiyi bir yerə aparır..Səbinə gəldikləri yerə təəccüblə baxıb bura niyə gəldiklərini düşünürdü...Cahangir onu xüsusi dəvət ilə gələn Miri Yusifin oxuyacağı restorana gətirir..Yerlərinə oturanda ətrafdakıların maraqla səhnəyə baxmasına o da baxır..Musiqi səslənəndə Miri Yusifin səsini eşidib üzündə gülüş yaranır sevincdən..Onu həvəslə dinləyib seyr edirdi..Oturduqları masanın oturacaqları kiçik divan halında idi..Səbinə Cahangirə yaxınlaşıb onun sinəsinə başını qoyub qucaqlayır..-Cahangir?
-Caan..
-Çox sağol..
-Onun saçından öpüb sinəsinə dahada sıxır-Sənə yaraşmır sakitlik..Həmişə üzündə gülüş görmək istəyirəm...
Çox danışmayıb ifaları dinləyirlər....!saatdan sonra ordan çıxıb evə qayıdırlar..
-Cahangir ona əsəbləşmə Zümrüd pis olur..
-.....................
-Cahangir!
-Caan Cahangir-deyib gülür ona..-yaxşı...

3 həftə sonra.......
Nigar xanım toydan əvvəl nişan edəcəklərini bilib böyük hazırlıqlar görməyə başlamışdı..Bir oğlu vardı..Ona kiçik nişan edəcək deyildi...Bakının məhşur restoranlarından birində olacaqdı nişan.....Nail əlində böyük qızılgül dəstəsi ilə Zümrüdgilə gəlir..Onu qızılı rəngdə uzun platyada görüb görəndə baxışları kilidlənir...Gülləri ona verib əlindən tutur..Güllər çox böyük olduğundan onu Nəzrinə verir...Nəzrində uzun ağ don geyinmişdi..Evlilik onu dəyişdirmişdi.Dahada gözəlləşmişdi..Rəsul qısqanmaqda haqqsız deyildi....Səbinə buruq saçlarına yaraşan dəri yubka ona uyğun ağ köynək geyinmişdi..Gözəlliyi üzərində idi yenə...
Hər kəsin xeyir dualarından sonra evdən çıxırlar..Nişan çox gözəl başlayır..Qonaqlar çox olduğundan zal dolu idi...
Səbinə həzn musiqini eşidib Nəzrini ayaqyolundan çıxmağa tələsdirir..
-Ay qız tez ol.rəqs etmək istəyirəm..
-Dayan dayan bunuda vurum dodağıma
-Nəziş səni alan alıbda daha bu qədər bəzənmək nədir?
-Evlən qardaşımla görəcəm o zaman səni....Hazırlıqlarını tamamlayıb Səbinənin qoluna girirək gedir...Zala daxil olanda Cahangirin Lalə ilə rəqs etdiyini görüb qaşlarını düyünləyir...Keçib yerində oturur..Rəsul onu rəqsə dəvət edir..Razı olmayıb Nəzrini qaldırıb qardaşı ilə rəqsə yola salır...Acıqla Cahangirgilə baxıb dodağının altında deyinirdi...Biraz rəqs edəndən sonra Səbinəyə baxanda onun qaşqabaqlı oturduğuna gülür..Lalə ilə rəqsini sonlandırıb onun yanına gəlir...
-Yenə niyə qaşqabağını tökmüsən?...Başı üzərində dayanıb deyir..
-heç!..Acıqla Laləyə baxır..Əlində olsa bir qaşıq suda boğardı onu...Tamam kefi korlanmışdı..Nişanı birtəhər oturub evə getmək istəyirdi..Laləni gördükcə əsəbləri gərilirdi..
Zümrüdün xoşbəxtliyi gözlərindən oxunurdu..Nail onu belə görüb daha çox sevinirdi..Qəlbinə yol tapmış Zümrüdü idi...Onun əlini bərk sıxaraq qulağına-Səni sevirəm....-deyir

Nişan bitmişdi...Cahangir onun hələdə bikef olduğuna acığı tutur...maşındakıları evə qoyub gedir.....Səbinə üzərini dəyişib əl üzünü yuyur..Güzgüdə özünə baxıb otağına gedir...Nəzrinində gözündən qaçmır onun bikef halı...Səbinə yatağını açıb yerinə girir..Yorğanı başına çəkib yatmağa çalışır...Qısqanmışdı Cahangiri,qısqanclıqdan əlavə onu başqası ilə görəndə pis olmuşdu...Bilirdi ki düz etməmişdi qaşqabaq sallamaqla..Daha düşünə bilməyib yuxuya təslim edirdi ki özünü..Telefonuna zəng gəlir..Gözlərinin biri açıb Cahangirin olduğunu görüb açmaq istəmir zəngi...Dözməyib açır..
-alo-yuxulu halda deyib yerində oturur..
- sakit səs tonu ilə deyib havaya baxaraq-səni sevirəm..Sevirəm heç kimin sevə bilməyəcəyi qədər.....
-Şairliyin tutub yenə....
-Həyətdəyəm gəl gözləyirəm..
-Axı yatırdım
-Səbinə!
-yaxşı yaxşı gözlə...pinjamalarını dəyişmədən üzərinə paltosunu geyinib papağını taxıb gözə görünmədən qapıdan çıxır..Hava buz kəsirdi...Onu blokda arxası ona tərəf görüb sakit dayanır..Cahangir geriyə dönəndə Səbinənin ona baxmasına gülümsəyir..Ona yaxınlaşıb qarşısında dayanır..Səbinə pilləkənlərin 2 pilləsində dayandığına görə Cahangirlə bərabər idi boyları...
-gəldim..
-xoş gəldin...Soyuqda bu nə geyimdi?
-......................çiyinlərini çəkib susur
-Hələ papağına bunun..-onu lağa qoyub gülür...Hazırlaş sabah səni bir yerə aparacam..
-Hara?
-Gedəndə görərsən..
-Yaxşı-deyib ona baxır..Cahangir ona bu qədər yaxınlaşmağına unutmuşdu yenə aləmi..Səbinə onun susduğunu görüb geriyə dönüb getmək istəyəndə Cahangir qoymur..Qolundan tutub dayandırır..
-Məni məndən alacaq qədər niyə sevmişəm səni?
-....................
-Allaha xeyirlisi nə isə "o” olsun deyirdim..Amma mümkünsə xeyirlim "sən”olasan istəyirdim..
Səbinə onun sözlərinə,baxışlarına incikliyini unudub boynunu qucaqlayır...-Sən mənimsən.....

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri