Əvəzolunmaz (32-ci bölüm)

Şərhlər: 2
Baxılıb: 5 870
Səs ver:
(səs: 2)
Yorğanını qucaqlayıb şirin yuxusunda idi ki telefonun səsinə onu götürüb nömrəyə baxmadan gözləri bağlı açır..
-Aloo.
-Sən hələ yatmısan?..
-Cahangir səhər 8-də yatmalıyamda,xoruz kimi duracaq deyiləmki..
-Yarımsaat saatın var,hazırlaş düş aşağı...
-Niyə axı?..
-Bir yerə getməliyik..
-Sən get mən sonra gələrəm..-deyib yorğanını daha da qucaqlayır..
-Səbinə!....hazırlaş dedim..
-of yaxşı-yaxşı.....
Danışığı sonlandırıb deyinərək yatağından durur..Əl üzünü yuyub geyindikdən sonra mətbəxə keçir..Rəsul ilə Nəzrinin yanına gəlib özünə çay süzüb oturur..Yuxulu halı hələdə üstündə idi...
-Sən niyə tez durmusan?....iş yox dərs yox
-Cahangir qoymadı yatmağa,-çayını şirinçay edib içərək danışır-gəzməyə aparır deyəsən...-Elə bunu demişdi ki Cahangirin zəng etdiyini görüb yerindən qalxır..-Mən getdim...
-Xoş istirahətlər Səbiş...
-Sağol Nəzişim-onun yanağından öpüb oradan uzaqlaşır.
Üzərini geyinib papağınıda əlinə alıb qapıdan çıxır....Nəzrin onlara görə sevinsədə pis olmuşdu..Bunu Rəsula bildirməməyə çalışıb üzündə suni gülümsəmə yaradır..Rəsul işinə görə onu çox gəzdirə bilmirdi...Səhər çıxıb axşam yorğun gəlirdi..Nəzrinin bildirməməyə çalışsa da Rəsul onun kövrək ürəyini tanıyırdı..Nəzrinində gəzmək istədiyini görürdü...Yeməyini bitirib onu öpərək işinə gedir..Rəsulu işə yola salıb gedir yatır...
Səbinə maşına oturub Cahangir ilə yola düşür..Nə qədər etsədə ondan hara gedəcəklərini öyrənə bilmir..Hələ hava çox işıqlanmamışdı,o da 1 saatlıq yol gedəcəklərini bilib yatır....Cahangir onu gözəl mənzərəsi olan rayonlardan birində,istirahət mərkəzinə gətirir..Fevral ayı olduğundan ətraf qara bürünərək ağappaq idi..Hələ dağlıq yer olduğuna görə havasıda bir başqa gözəl idi..Səbinə hələdə yatırdı...Üzünə dağılmış saçlarını yana edib yanağında öpərək onu oyadır..
-Gözəlim..
Səbinə oynamaq istəmiyib cavab vermir..Cahangir onun tərləmiş saçlarını arxaya edərək yenə səsləyir..
-Oyan Səbinə çatmışıq..
Gözlərini açıb qarşısındakı mənzərəyə heyran qalır..Papağını qoyub maşının qapısını açmaq istəyəndə Cahangir qoymur..
-Tələsmə...Üzərini yaxşı bağla..
-Bağlamışam..Aç qapını..Qar məni gözləyir..Sevinərək pəncərədən çölə baxır..-Ay amaan nə gözəldi buralar......Qapını açıb düşərək dizə kimi çatan qarı ovucuna yığır ..havaya atıb başına yağış kimi səpələnməyinə gülürdü....Cahangirdə maşından düşüb onun yanına gəlir...
-Gəl səni şəlaləyə aparım..
-Sən buraları hardan tanıyırsanki?
-Universitetdə oxuyan zaman gəlmişdim..
-Hmm demək elə?..Əlindəki qarı yumrulayaraq ona anidən atıb qaçır..
-Demək qar topu yemək istəyir ürəyin...Yerdən qar götürüb ovucunda yumurlayaraq oynadır..
-Bacarana can qurban-deyib qar topasını ona atıb qaçır...Dizə kimi qarda sürətli qaçmaq mümkün deyildi..Səbinə var gücü ilə ondan qaçıb uzaqlaşmağa çalışır...
Cahangirin ürəyi gəlmidi ona çox qar atmağa..Ardınca qaçıb tənginəfəs halda ona çataraq qucaqlamışdı ki ikisidə müvazinətlərini itirib qarın üstünə yıxılırlar...
-Bəlkə üstümdən durasan?...Səbinə onunla bu qədər yaxın olmağına utanmışdı..
-Nc yerim rahatdı...Gülərək ona baxırdı ki gülüşü üzündən itir..Onun dodaqlarına toxunub aram-aram öpməyə başlayır...Cahangirin isti nəfəsini üzündə hiss etib ona qarşılıq verirdi...Onun dodaqlarından ayrılıb-bəlkə burdan qalxaq?
Cahangir onun üşüdüyünü bilib son dəfə alnından öpüb özü ilə bərabər yerdən qaldırır..Onu qucaqlayaraq ordan uzaqlaşır...Gəzərək şəlalənin yanına gəlib çatırlar..Səbinə ondan ayrılıb şəlalənin lap yaxınına gedir...Hər yer irili,xırdalı daşlıq və buz olduğundan sürüşkən idi..Suya çatmağına az qalmış ayağı sürüşür..Sağ qolu üstə yıxılanda alnının kənarı daşa dəyib qanayır...Cahangir ona çatıb yerdən qaldırır
-Çox incinmədin?
Yıxılmağının qorxusundan gözləri dolsa da gülümsəyib yox deyir..Alnının saçlarına yaxın yerindən qan süzüldüyünü görüb Cahangir cibindən dəsmalını çıxarır..Onun papağını çıxarıb saçlarını yana edərək dəsmalı ilə qanı silir...Başının bərk dəydiyi alnında açılan çapıqdan bilinirdi..Səbinənin ağrıdığını görüb pis olur..
-Ay eləmə,incidir...
-Al bunu -dəsmalı verib onu qucağına qaldırır..
-Ey nə edirsən?qoy yerə məni..
-Yerə qoyum bu dəfədə qolunu,ayağını şikəst edəsən?
-Günah məndə deyildi ki yer çox sürüşkən idi..Həm belə çətindi aparmaq yıxılacaqsan səndə..
-Az danış,o dəsmalı yaranın üzərinə qoy!..
Şəlalədən uzaqlaşıb maşına gətirir onu..
-Cahangir gedirik?
-Yarana baxılmalıdır...
Buradan belə tez getmək istəmirdi..-Birazda qalaq..incitmir çox...
-Yox.....Onu maşına oturdub dəsmalı yaranın üzərindən çəkib baxır...
-Nə olar birazda qalaq..Bax söz verirəm diqqətli olacam..Bir yaradan ötrü bu günü korlamaq istəmirəm..Uşaq kimi and içərək onun əlindən tutur..
-....................
-Nə olar qalaq burda....Onun baxışlarına dözməyib razılaşır..
-Yaxşı...Amma ilk əvvəl yaranı təmizləyib bağlamalıyıq..
Sevinərək onun boynunu qucaqlayıb yanağından öpür...-yaxşı..indi hara gedirik bəs?
-Burada kiçik koteclər var ev kimi..Ora....Maşını işə salıb oradan uzaqlaşırlar...Gəlib kotec kimi kiçik evlərdən birini danışaraq bir günlük istirahət üçün götürür açarını...Maşına qayıdıb Səbinənin düşməyinə kömək edir...Birlikdə evə girirlər..Səbinənin evin şirinliyindən xoşu gəlir..Ətrafa diqqətlə baxaraq gəzir...Sobanı onunla üzbəüz divanı görüb gülür..Cahangir onun niyə güldüyünü soruşur..
-heç...Filmləri xatırlatdı bu soba mənə..Sadəcə bu qazla işləyənlərdəndi..Romantika üçün gərək odunla olaymış..
-Filmlərdə biz insanların həyatından götürülüb..bunu unutma....Keçib sobanı yandırıb otaqdakı skaflara baxaraq yara üçün lazım olanları axtarır...
-Cahangir mən acmışam..
-Mətbəxə bax...
Səbinə mətbəxə keçib orada heç nə tapmır yeməyə..Quru çaydan,duz və istiotdan başqa bir şey görmür..Əlacsız çaydanı soyuq su ilə doldurub qazın üzərinə qaynamağa qoyur...İçəridə yanan sobaya görə otaqlar tez isinmişdi...Sobanın qarşısındakı divana gəlib oturur..Cahangirdə onun yanına oturub tapdıqlarını qarşılarında olan kiçik masaya qoyur..
-Tapdın yeməyə bir şey?....Səbinənin saçlarını kənara edib yarasına baxaraq danışır..
-Yox....Sən bunları neynirsən?
-Zəng edib yemək sifariş verərəm...İndi sakit dayan,yaranı təmizləyib bağlayım üzərini....Nəm əski ilə yaranın üzərində ki qanı silib,tapdığı ki,ik cuna və yapışdırıcıdan istifadə edərək onun yarasının bağlayır....Səbinə çantasından güzgünü çıxarıb yara olan hissəyə baxır.
-Eee bu nədi..Eybəcər görünürəm..Əlini atıb açmaq istəyəndə Cahangir qoymur..
-Dəymə!..
Onun sərt baxışından çəkinib əlini aşağı salır..Cahangir götürdüklərini yerinə qoyub yemək sifariş edir....Səbinə ayaqlarını qatlayıb yarı uzan;qlı halda divanda yanan sobaya baxırdı...İstilik onu xumarlandırmışdı..Cahangir adyal gətirib onun üzərinə örtərək yanında oturur..Səbinə ona sığınaraq adyal ilə onunda üzərini örtür..Telefonunda "ƏVƏZOLUNMAZ” mahnısını dinləyirdi..Başını onun sinəsinə qoyub gözlərini yumur...Cahangir onun telefonunun ekranında nəyi dinlədiyinə baxanda üzündə gülüş yaranır...Qulaqcıqları ondan alıb telefondan çıxarır..Onu qucaqlayaraq birlikdə dinləməyə başlayırlar..
Gözlərin tənha deyil önümdə
İzlərin silinməz can gülümdəm
Özgə dünya yalandır,bircə qalan gümandır..
Sevda kölgəsindəsən özümdə..
Şəhərim yatıb,xəyallar oyaq..
Gəl ulduzlara birliktdə sayaq
Saçların enməz ƏVƏZOLUNMAZ....

-Cahangir niyə bu mahnını çox sevirsən?
Biraz fikrə gedib danışmağa başlayır.-Bu ifanı ona görə çox sevirəmki,hər misrasında sən varsan,,gözlərin,gülüşün,,hərəkətlərin var.......Bu ifanın adı mənim üçün xüsusidir..
-Necə yəni?...Onun sinəsindən başını qaldırıb üzünə baxır
-Necəsi odur ki o mahnı sənsən mənə...Adı kimi ƏVƏZOLUNMAZımsan....-Səbinənin burnundan öpüb gülümsəyir..
-Niyə sən məni bu qədər çox sevirsən?Mən nə etmişəmki bu qədər çox sevilirəm?..-Onun
gözlərinə baxır..
-İnan o sualı məndə özümə vermişəm..Niyə bu cücəni çox sevmişəm,sevirəm-gülüb onu qucaqlayır..Nəfəs-nəfəsə dayanaraq bir birlərinə baxırlar..
-Cahangir..
-caan Cahangir...
-Səni sevirəm..Həmdə çox..
-inanım?
-heç inanma .-deyib incimiş kimi onun qollarından çıxıb arxaya söykənir..Cahangir onun əlindən tutub –mən sənə özüm qədər inanmışam həmişə..Kim nə desə,etsədə sən mənim Səbinəmsən..Yalan danışmağı bacarmayan..Ürəyində kini olmayan,dil-dil ötən,şirin dillimsən-demişdik ki Səbinə onun boynunu qucaqlayır...
Sifariş verdikləri yeməyi deyib gülərək yeyib evdən çıxırlar..Gecəyə qalmaq istəmirlər...
-Yadımdan çıxdı demək Səbinə..15 gün sonra toyumuzdu.
-Bəs Zümrüdgil?
-Onlar bizdən sonra...
Telefonunda şəkillərə baxırdı ki Səbinə mesaj gəlir..Onu oxuyanda rəngi dəyişir...Bilmirdi Cahangirə göstərsin yoxsa göstərməsin..Təərəddüd edirdi ki Cahangir onun narahat olduğunu görür..
-Nə olub Səbinə?
Gizlətməyin düzgün olmadığını düşünüb telefonu ona verir..
-"Sən mənimsən..Heç kimə verməyəcəm” mesajı oxuyan kimi maşını tez yolun kənarında saxlayır..
-Əclaf-deyib maşından düşür..Hirsini birtəhər cilovlamağa çalışsa da bacarmır..Mesaj gələn nömrəyə zəng edir..Bağlı olduğunu eşidib lap əsəbləşir...Səidə zəng edib Elmanın vəziyyətini,aqibətini öyrənir...Mesaj gələn nömrəni ona verib kimin olduğunu öyrənməsini xahiş edir..
Səbinə maşında oturub içi-içini yeyirdi...Cahangirin yanında özünü başı aşağı hiss edirdi...

-Bu iş olmayacaq demişdim sənə
-Lalə günahdı..Girmə onların arasına..
-Sən mənim rəfiqəmsən ya onların vəkili?
-...............................
-Cahangir nişanı atıb mənimlə evlənəcək bax görərsən!

Müəllif: Milady Ovod
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 5 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri