Əvəzolunmaz (33-cü bölüm FİNAL)

Şərhlər: 3
Baxılıb: 7 737
Səs ver:
(səs: 1)
Zümrüd otağına gedəndə qapını bağlı görüb təəccüblənir..Onun otağının qapısı həmişə açıq olardı...Qapıya yaxınlaşıb açmaq istəyəndə Lalənin danışığını eşidib dayanir..
-O mesajdan sonra onlar ayrılacaq bax görərsən.
-..................................
-Yox öz nömrəmdən yazmadım..Tanış bir qızın nömrəsini satın almışdım..Mesajı yazandan sonra qırıb tulladım..
-...............................
-Kim nişanlısına belə mesaj gələndən sonra ona inanar?..Cahangir mənimdi..-gülürdü ki qarşısında Zümrüdü görüb dəstəyi asır..
-Sən nə vaxt gəldin..-kəkələyərək deyib otaqdan çıxmaq istəyir..
-Kim ilə danışırdın?
-Heç rəfiqəmlə.....Getmək istəyəndə Zümrüd onun qolundan tutub otağın qapısını bağlayır..-Hey nə olub?
-Bilmirəm nə işlər eləmisən..Eşitdim danışığını...
-Mən heç nə etməmişəm Zümrüd...
-Kimə nə mesaj yazmısan?...Cahangir niyə sənin olmalıdır ki?
-məən..məən..
-Özüm öyrənərəm indi...-Telefonu götürüb Səbinəni yığmaq istəyəndə Cahangirdən zəng gəlir..Telefonu açıb danışanda Laləyə öldürücü baxışlarla baxır...Cahangir öyrənmişdi mesajı yazanın kim olduğunu..Səiddən kömək istəmişdi..O,nömrənin sahibini tapıb danışaraq hər şeyi aydınlaşdırmışdı...Cahangirə mesajı yazanın adını deyib məlumatları vermişdi..O,da Zümrüdə zəng edib Lalənin evdə olduğunu soruşurdu...Zümrüd danışığını bitirib onun qarşısında dayanır..
-İndi ya hər şeyi mənə danışırsan,ya da Cahangirə!..Çox hirslidi evə gəlir...
Lalə çıxılmaz vəziyyətə düşmüşdü..Cahangirin xəbəri olduğunu bilib ağlayaraq Zümrüdə danışmağa başlayır..
-Mən onun üçün elədim bunu..Səbinə ona layiq deyil..
-Sən necə axmaq biri imişsən!Bunu edərək əlinə nə keçdi Lalə?.....O mesaj onları heç vaxt ayıra bilməzdi...Qardaşım kənardan o qədər ağılsız görünürdü ki sən bu yola əl atdın?
-Zümrüd o məni sevsin istədim...
-Heyf bibimə...Onun sənin kimi qızı var...İndi bütün paltarlarını yığıb evinizə qayıdırsan!
-Bunu edə bilmərəm-ağlayaraq Zümrüdün əlindən tutur-bəs imtahan?
-Sən özün öz qərarını hərəktinlə vermisən..İndi getməsən axşam olacaqlara mən cavabdeh deyiləm...Cahangir səni rüsvay etməmiş indi get..Bibimlə danışsa bu sənin üçün pis olacaq..Yaxşısı o gəlmədən get...
Lalə onun dediklərindən qorxub kor peşman paltarlarını çantasına yığır..Anası bunları bilsə onun üçün yaxşı olmayacaqdı bilirdi...Dayısına və Gülər xanıma darıxdığı üçün getmək istədiyini deyib gedir..

Cahangir eşitdiklərindən sonra əsəbini necə sakitləşdirsin bilmirdi..Səidin dediklərinə inanmağı gəlmirdi..Bibisi qızının bu hərəkəti onu utandırmışdı..Bir daha Səbinəyə inandığı üçün sevinirdi..Bilirdi ki nə olsa da o yalan danışmayacaq biridi...
Səbinə yıxılanda biləyinin ağrıdığını narahat olmasın deyə Cahangirə deməmişdi....Yolboyu heç biri danışmırdı..Cahangir tez tez Səidlə danışıb məsələni həll edirdi..Səbinə isə pis olduğundan ağzından bir kəlmədə çıxara bilmirdi..Biləyinin ağrısı bir yandan,bu söhbət digər yandan onu ağrıdırdı..Boğazı düyünlənmişdi qəhərdən..Ağlamaq istəmirdi...Cahangir onu xəstəxanaya gətirir həkimin baxması üçün..Alnındakı çapığa tikiş qoyulmalı idi bəlkədə..Maşından düşüb girişə gedəndə onun əlindən tutur..Səbinə biləyinə görə ağrıyıb üzünü turşudur....Həkim onun harada belə yara aldığının soruşur...Ətraflı hər şeyi həkimə danışırlar...
-Siz sağ hissəniz tərəfdən yıxılmısınızsa biləyinizdə problem yaranmayıbki?Başa düşdüyümə görə pis yıxılmısınız.
-Səbinə demək istəmir həkimə biləyinin ağrısını..Bir Cahangirə,bir həkimə baxıb susur.....Həkim onu biləyinə toxunanda tez geriyə çəkir ağrıdan...
-Düz bilmişəm..Biləyinizə ağırlıq düşüb-onun əlini ehtiyatla əlinə alıb yavaşca toxunaraq müayinə edir...Alnında ki yaranın tikişə ehtiyacı olmur..Biləyinədə maz vurub bağlayır..Birazəzilmişdi....Cahangirin məzəmmətli baxışlarını görməmək üçün başını qaldırmırdı Səbinə...Həkimə minnətdarlıqlarını bildirib otaqdan çıxırlar..
-Niyə ağrıdığını gizlətdin?
-Əvvəl çox ağrımırdı...
-Düş qabağıma!.Günah məndə idi ki səni həkimə vaxtında gətirmədim...Acıqla deyib onu önünə qatıb gedir..Səbinənin dodağını büzməsinə gülüb ona bildirmir...
Evin qarşısında düşəndə Səbinə bayaqdan cəsarət edib soruşa bilmədiyini deyir..
-Cahangir?
-can..
-Mesajı kimin yazdığını öyrəndin?
-Sən narahat olma buna görə..Mən onu edəni tapıb cəzasını verəcəm...Danışaraq onu bloklarına gətirir..-get dincəl..Biləyini çox ağıra salma..

Səbinə qapıdan girəndə Nəzrinlə Rəsulun qapıdan çıxmağa hazırlaşdığını görür-hara belə?
-Həmişə siz gəzəcək deyilsiniz..Bu gündə mən Nəzrinimi gəzdirəcəm..
-Şükür şeytanın ayağını qıra bilib yoldaşın Nəziş...
-Sənin əlinə nə olub?..Səbinəyə yaxınlaşıb biləyinə baxır Nəzrin..
-Kiçik qəza oldu biraz....
-Mən danışaram Cahangirlə!...mənim bacımı bu hala niyə qoyub ..
-Rəsuul!
-Rəsul!..
Rəsul onlara güləndə,qızlarda gülür...Səbinə ilə sağollaşıb çıxırlar evdən..

Cahangir evə çıxıb Laləni axtarır...Zümrüd yanına gəlib onun getdiyini deyir..Əlindən qaçmışdı Lalə..Hirsindən otağına keçir..Zümrüd nə qədər soruşsada nələrin olduğunu danışmır..Cahangiri yola gətirib bibisinə deməməsini istəyir...Nə də olsa qohum idilər..

15 gün sonra.....

-Mamaa ayaqqabılarımı tapa bilmirəm.....Evdə gəlinliklə o tərəf bu tərəfə gedərək axtarır..
-Ay qızım yatağının altına qoymusan..Ora bax..
-Baxdım yoxdur...Həyəcandan aləmi bir birinə qatırdı....Nəzrin gedib onun otağında qutunu tapıb gətirir..
-Al burada...Tələsmə Səbişş..hələ 1 saat var Cahangirin gəlməyinə..
Nəzrini öpüb ayaqqabılarını geyinir..
-Nəziş bax gör necə görünürəm?...
Nəzrin onun qolları dantəl olan ağ gəlinliyinə,böyük tacla buruq edilərək yığılmış saçlarına. heyranlıqla baxırdı...-Tfu,tfu göz dəyəcək gəlinimizə...Mamaa üzərliyi gətir yandıraq..Nəzrin evləndikdən sonra Minirə xanıma mama deyirdi..Öz valideynlərindən ayırmırdı..Minirə xanım onu eşidib bir qabda üzərlik yandıraraq otağa girir..Onu qızların başına fırlayır..-Allah balalarımı pis gözdən,bəd ağızdan qorusun...Nəzrin çox ayaq üstə qalma..Otur bir yerdə..
-Mama düz deyir Nəziş..Çox qaçma ora bura..Olmaz sənə..
Rəsul otağından çıxıb Nəzrini axtararaq onların yanına gəlir...
-Narahat deyilsənki?..ürəyin bulanmır daha?
-Yox..yaxşıyam...
Bu günlərdə hamilə olduğunu öyrənmişdilər Nəzrinin....Rəsulun sevinci ikiqat olmuşdu...Onu gözündən uzaq qoymurdu..Hamiləliyi bulantı ilə başlamışdı deyə narahat olurdu....
Vaxt yetişir...Cahangir əlində gəlin gülü ilə otağa daxil olur...Səbinə gülü alıb onun qoluna girir..Böyüklər xeyir dualarını deyib onlara xoşbəxtlik diləyirdilər...Gəlinin belini Rəsul bağlayır..Bacısının xoşbəxtliyini görüb kövrəlmişdi..Özünü ələ alıb lenti bağlayır..Qardaşının kövrəldiyinə onunda gözləri dolur...Atası çırağın başına hərləyəndə Səbinə göz yaşlarını saxlaya bilmir...Adil bəyində gözləri dolmuşdu..Hansı ata kövrəlməzki qızı gəlin köçərkən?Atalar üçün qızları bir başqa aləmdi..Onlarla nəfəs alırlar..Adil bəy qızının alnından öpüb onu evindən yola salır...
Cahangir onun ağlamağına gülümsəyirdi..Bu xoşbəxtlik göz yaşları idi..Hər bizə qismət olan göz yaşları....Maşını Cahangir idarə edirdi.Axır ki arzusuna,sevgisinə çatmışdı...Səbinədə çoxlu şəkillərini çəkirdi onunla....
Restorana çatıb qol qola girirlər..Cahangir ciddi duruşunu pozmadan,Səbinə isə üzündə gülüşləri əksiltmədən ətraflarına baxırdılar...Toy gözəl başlamışdı..Sevdikləri mahnı ilə rəqs edərək göydən gül yağışı yağmasında açılışı edirlər..
Zümrüdlə Nəzrin ortadan çıxmırdı...Rəsul onu nə qədər ayağa çox durmasını istəməsədə,üzündəki gülüşünə heç nə demirdi...
Toy öz axarı ilə çox gözəl keçirdi...Nail arada Zümrüdü təklikdə tutub söhbət edirdi..
-razı olmuş olsaydın indi bizim toyumuz idi..
-Gec olsun güc olmasın deyib atalar əzizim..-onun yanağından öpüb gülümsəyir..
-Ax sənin bu gülüşün olmayada....Bir əli ilə özünə çəkib qucaqlayır..

Cahangirin rəqs etməklə arası olmadığına görə Səbinənidə oynamağını istəmirdi..Amma bu ki Səbiş idi...Ona da rəqs etdirirdi....
Toyun sonunda gül atma mərasimində gənclər,subaylar gəlinin ardında durub onu gözləyirlər..Səbinə 2 dəfə onları aldadıb gülü sonra atır..Necə atmışdısa gül kənarda dayanan Səidin qucağına düşür..Cahangir ona gülüb əli ilə işarə edərək növbəsinin çatdığını deyir..

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 7 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri