Zindan həyat (52-ci bölüm)

Şərhlər: 1
Baxılıb: 6 551
Səs ver:
(səs: 0)
Lalə:bilmirəm!insan sevdiyini belə vəziyyətə qoymaz sən sevginin nə olduğunu bilmirsən
Əli:sən bilirsən axı necədənə sevgilin olubda baxma bilməmiş olmarsan
Lalə:bax elə buna görə sənə nifrət edirəm
Əli:(Lalənin qolundan tutub maşına oturdur)qutar birdə mənə o sözü demə eşitmək istəmirəm!!
Lalə:niyə pis təsir edir sənin mənə dediklərinin yanında heçnədi bu
Əli:Lalə bəsdi ....(deyib özüdə maşına minir maşını işə salaraq evə doğru yollanır yol boyu Lalə gah ağlayır gahda Əli ilə mübahisə edirdi Əli əsəbindən patlasada özünü sıxırdı bilirdiki indi çox dava etməsi Laləni ondan daha çox uzaqlaşdıracaq ona görədə başqa metroda əl atmaq lazım idi Lalə isə dayanmadan Əlini günahlandırır onu istəmədiyini deyirdi Əli sanki özünü eşitməməməzliyə qoymuşdu Lalə ilə maşından düşüb evə gəlirlər Əli Lalənin Əlinden tutub içəri gətirir-gəl canım artıq hər şey bitdi bundan sonra dava falan etməyəcəyik yaxşı
Lalə sanki evə girməsi ilə üstünə bir ağırlıq çökür bu ev ona heçdə yaxşı şeylər xatırlatmırdı bayaqdan Əli ilə vuruşan sözünü deyən Lalə indi sanki dilini udmuşdu səsi çıxmır heçnə danışmırdı
Əli nə qədər danışsada Lalə sakitcə durmuş bir yerə baxır düşünürdü.......Elnur isə dostu Rəsulnan görüşüb bugün olanları danışır dostu bəlkə oxşatmısan heç o deyil....
Elnur isə yox əminəm o idi gözlərindən tanıdım ama çox pis vəziyyətdə idi heç cürə soruşa bilmədim axı həmdə necə soruşa bilərdim axı tanımadağım birinə bu sualı necə verəcəydim off bayaqdan bunu düşünə düşünə başıma ağrılar girib kaş gedərdim arxasınca onu 2ci dəfə gördüm ama yenədə gözümdən itirdim (Hə Elnur Laləni ikinci dəfə idiki təsadüf nəticəsində görürdü bu təsadüf nəyəsə işarəmi idi yoxsa sadəcə bir təsadüf bunu zaman göstərəcək)

Artıq bir həftə keçmişdi bu keçən həftədə bir deyişiklik olmamışdı Lalə o gündən sonra daha özünə qapanmış evdən çıxmır dərslərə getmirdi Əli ilə isə heç nə danışmırdı Əli hər gün gəlib Lalə ilə danışıb münasibətlərini yaxşılaşdırmağa çalışsada Lalə heç bir reaksiya vermirdi hadisəni hələdə unuda bilmirdi Əlidən qurtula bilməməsi isə daha onu fikirə salmışdı üzünün göyləri yavaş yavaş sağalırdı ama hələ tam sağalmamışdı Əli hər dəfə gəldiyində Laləyə yemək yedirtməyə qulluq etməyə çalışsada Lalə istəmirdi zorlada olsa yedirdir üzünə krem çəkirdiki üzü sağalsın çünki Lalə hər dəfə üzünə baxdıqca ağlayırdi Əli elədiyinə çox peşman olmuşdu Lalənin belə etməsi isə onu dahada əzab çəkdirirdi o daha dözə bilmirdi Lalənin bu halına bugün işə getmiyib bütün gününü Lalə ilə kəçirəcəkdi
Elnur isə bu bir həftədə gözü hər yerdə o qızı axtarırdı restorana getdiyində evə geldiyində həmin yolda maşını saxlayıb ətrafa baxırdı ama nə fayda heç kimi görmürdü dostu Rəsul isə ona kömə etməyə çalışırdı ama necə adını bilmədiyi üzünü görmədiyi bir insanı necə tapa bilərdi axı Elnura-heç olmasa adın bilsəydin
Elnur:adını bilmirəm o gün qəza olan günü yanında bir qız gəldi onun adını dedi ama mənim fikrim onun üzündə qalmışdı yadıma sala bilmirəm heç cürə
Rəsul:yaxşı fikirləş bəlkə xatırlayarsan
Elnur:bir həftədiki fikirləşirəm ama yadıma düşmür o an qulaqlarım tutulmuşdu sanki yadıma sala bilmirəm
Rəsul:yaxşı qardaşım çoxda fikirləşmə sonda səni ruhi dispanserə aparmalı olmuyum
Elnur:off Rəsul səndə hər şeyi zarafata sal
Rəsul:neyniyime qardaşım gözümün önündə fikirdən dəli olacaq həmdə 2dəfə gördüyü qız üçün
Elnur:Rəsul bilirəm bəlkədə gülməlidi 2dəfə cəmi 2dəfə görmüşəm onu ama sanki çoxdandi tanıyıram əlimi uzatsam çatacaq ama bilsəm hardadı........
Əli evə gəlib Laləni evdən çıxarmaq istəyirdi çünki bu bir həftədə o evdən çıxmırdı:Lalə canım dur gedək biraz gəzək
Lalə:istəmirəm
Əli:Lalə yaxşıda bəsdi daha mənə əzab verdin dözə bilmirəm yalvarıram əvvəlki kimi ol bu halın məni bilmirsən necə incidir
Lalə:incidir səni mənim bu halım incidir bəs mən??məni düşünmüsən heç nələr çəkdiyimi bilirsən heç???yox hardan biləcəksən sən ancaq özünü düşünürsün özündən başqası yalandı!

Əli daha heç nə demirdi çünki Lalə haqlı idi nə qədər çalışsada Laləni evdən çıxara bilmir....Artıq bir həftədə keçmişdi ama daha Lalə özünü azda olsa toparlamışdı məktəbdən çağırırlar deyə dərslərədə gedirdi üzünün izləridə daha sağalmışdı ama qəlbinin yarası isə hələdə sağalmamışdı Əli hər gün özü dərsə aparır özüdə gətirirdi işi olanda isə Lalə özü getsədə bütün yolu telnən danışırdı dərsdərdə isə Gülər Laləynən danışır fikrindən döndərməyə çalışsada alınmırdı Lalə elə yox bacarmaram Əlidən ayrılsam pis olar o hamıya deyər Gülər sən onu yaxşı tanımırsan.....Artıq dərs bitmiş Lalə Əliyə zəng vurur Əli onu gözləməsini artıq çatdığın deyir Lalədə razılaşır:Yaxşı mən marketə gedirəm
Əli:niyə???
Lalə:su alacam
Əli:gözlə çatıram mənlə gedərik
Lalə:Əli su istəyirəm!başa düşmürsən deyəsən
Əli:yaxşı yaxşı get ama teli söndürmə danış mənlə
Lalə:offf yaxşı
Lalə Əli ilə danışaraq marketə girir su alır Elnurda dostu Rəsulnan restorana gedir yolda Elnur maşını saxlayıb marketə düşür təsadüfənmi deyək taleyin oyunumu deyək Lalə ilə Elnur yenə bir araya gəlir..Elnur eyni marketə gedir Lalə artıq suyu almış Əli ilə danışa danışa marketdən çıxır Əlidə artıq çatdığını marketdən çıxıb maşına gəlməsini deyir Elnur marketə girərkən Lalədə içəridən çıxırdı Elnur fikir vermədən getdiyi üçün səs ona tanış gəlir başını çevirib baxdığında yerindəcə durub dayanır:Aaa bu o qızdı ...deyərək marketdən çıxmaq istərkən marketə mallar gəldiyi üçün fəhlələr əlində mallarla içəri girirlər Elnur onları ötürüb keçə bilmədiyi üçün marketdən çıxa bilmir Lalə isə marketdən çıxan kimi Əlinin maşınına gedib minir oda Elnuru görən kimi tanıyır ama ürəyində çox pis həyəcan keçirir Əli görsə yalnış anlayacaq deyə maşına minib Əli ilə salamlaşır Əli maşını işə salıb ordan uzaqlaşır Elnur isə fəhlələri ötürən kimi özüdə bayıra çıxır ama yenə gözündən qaçırmışdı onu:Allahım bu nədi axı belə? Niyə belə eliyirsən Allahım niyə o qarşıma çıxır ama onu hər dəfəsində itirirəm...

Lalə evə gələn kimi dərslərini öyrənir sonra isə bayaq Elnurla qarşılaşmaqlarını xatırlayır təsadüfdür deyib üstündən keçmək istiyir ama özündən aslı olmuyaraq gözünün önünə gəlirdi...Elnur isə Laləni yenə gözündən qaçırtdığı üçün özünü günahkar edirdi dostu Rəsula danışır Rəsul isə bu qədərdə olmaz yüz faiz sənin gözünə görsənib bu qız ruh falan deyilki görsənir sonrada yoxa çıxır
Elnur:Rəsulll!!
Beləcə günlər ötür keçirdi Elnur artıq bütünlükdə restorandakı işlərə bağlanmışdı deyişikliklər edib yeni musiqi alətləri gətirtmişdi Əlidə restoranda idi Lalə Əliyə zəng vurub dərsə gedəcəyini deyir Əlidə özüm gəlib aparacam deyib teli söndürür otağına keçib gödəkcəsin geyinir teli masanın üstə qoyur çıxarkəndə yadından çıxır evə gəlib Laləni götürür yolda teli unutduğu üçün Lalə ilə restorana gəlir ikisidə maşından düşüb restorana girir Lalə Əliyə sən çıx mən ayaqyoluna gedirəm Əli də razılaşır ama Lalə ayaq yoluna girsədə durub gözlüyür ətrafda heç kəs yoxdu deyə tez çıxım götürüm deyib kabinetinə çıxır Lalə çıxıb foyedə Əlini gözlüyür Elnur isə içəridə yəni musiqi alətləri gətirdirmiş onlarla maraqlanırdı işəridə hamısını düzənlədikdən sonra yoxlanışçün Elnur özü mikrafonu götürüb oxumaq istiyir nədənsə içindən "sən imkansızsın" mahnısı keçir səbəbini bilmədən və oxumağa başlayır

Lalə səsi eşitir qapıya yaxınlaşır çox gözəl oxuyurdu hər kimdisə özündən ixtiyarsız zalın qapısını açır və kimin oxuduğuna baxır Elnur isə gözlərini yummuş Laləni düşünərək mahnını ifa edirdi və yenə oxuyarkən gözlərini açır-qapının yanında Laləni görüncə əvvəlcə inanmır tez dayanır və yenə gözlərini zilliyib qapıya baxır:Allahım bu o qızdı.
Elnur donuq baxışlarla qapıda dayanan Laləyə baxırdı sanki ayaqları tutulmuşdu irəliyə addım ata bilmirdi dostu Rəsul bunu görüncə Elnurun baxdığı tərəfə boylandı və qapının bağlandığını gördü Lalə oğlanın dayanıb baxmasından tanımışdı onu tez qapını bağlayaraq foyedə oyan buyana getdi:bu oğlan indi çıxsa məni tanıyacaq tez bir yer tapım......deyərək pilləkənlərin arxasına ordanda ayaqyoluna girdi qapını bağlayıb orda durdu..Əli isə kabinetdən telini götürüb aşağı gəlmək istiyirdiki işçilərdən biri onu çağırararq dedi:Sizi bugün bir xanım soruşub siz getdikdən sonra gəldi dedim yoxdu ama gözlədi sonrada dedidiki:Əli bəyə deyərsənki mənimlə əlaqə saxlasın mən saxlamalı olmuyum
Əli(yerindəcə donub qalmışdı bu kimdi belə mənim haqqımda danışıb üzünü işçiyə tutaraq:Kim idi bəs adın demədi
işçi:dedi dediki adım Şəbnəmdi Şəbnəm xanım
Əli:Ay onun xanımlığınaa
işçi:nəsə dediz??
Əli:yox yox sənnən deyiləm,birde gəlsə denənki Əli çıxıb saıib buranı başqasına gəlmir daha........
işçi:oldu
Əli hələdə düşünürdü Şəbnəm niyə gəlib deyə axı ona artıqlaması ilə pul vermişdim bir daha qarşıma çıxmayacaqdı indi niyə gəlib axı yüz faiz yemi qutarıb offf Lalədə qalıb aşağıda tez düşüm......Əli yuxarıda bunları düşünərkən Elnur qapının bağlanması ilə irəli addım ataraq qapıya doğru gedir bu dəfə gözündən qaçırmaq fikri yox idi həm indi dostuda görmüşdü bəlkə onda inanardı ona deyə Elnur düşünürdü zalın qapısın açıb foyeyə çıxdı ama ətrafda heç kim yox idi tez yuxarıya boylandı o tərəf bu tərəfə baxdı ama yox idi Rəsulda Elnurun arxasıyca çıxdı zaldan:Elnur nə olub
Elnur:onu gördün hara getdi yenə yoxa çıxa bilməz (deyərək bayira çıxdı restoranın sağına soluna hər tərəfinə baxırdı dəli adamlar kimi nəsə axtarırdı Rəsul çox təlaşlanırdı dostunun bu halına ona yaxınlaşaraq:Elnur qardaşım nə olub sənə
Elnur(Rəsula baxaraq)necə nə olub onu o qızı axtarıram yenə gördüm sən görmədin (bir ümüdlə soruşmuşdu dostunnan ama Rəsul görməmişdi həqiqətən çünki o baxanda artıq qapı bağlanırdı kimin bağladığı isə görünmürdü
Rəsul:yox qardaşım mən görmədim heç kimi səni qarabasır deyəsən
Elnur(əsəbləşərək)nə danışırsane sən mən dəliyəm bəyəm gözümə o qız görünsün
Rəsul:mən sənə dəli demədim prosta onu çox salmısan beynivə ona görədə o sənin gözünə görsənir nə olduye elə ancaq sən görürsənn bu qızı bir dəfə məndə görümdə qardaşım incimə sözümdən ya həqiqətən səni qara basır yadaki yadaki bu qız hər kimdisə səni izləyir qarşına çıxıb sonrada yoxa çıxır
Elnur:offf Rəsul bilmirəm bilmirəm heç nə bircə onu bilirəmki o burdaydı mən onu gördüm!! (Elnur sözün bitirərək maşınına doğru getdi
Rəsul:hey hara
Elnur:dəli xanaya bəlkə orda məni anlayan biri olar
Rəsul:Elnur yaxşıda.......
Əli aşağı düşüb Lalənin hələdə çıxmadığını görür qaşlarını çataraq:bu qız bayaqdan çıxmayıb hələ (teli götürərək zəng vurur)
Lalə isə güzgünün önündə dayanmış bayaq olanları düşünürdü-o oğlan bununla necənçi dəfədiki görürəm indidə gəldi burda çıxdi işdiyəcək başqa yer yoxdu sanki. indi məni görüncə qəzadan sonra necə olduğumu falan soruşar onda gəl dəliyə izah elə offf yalnış anlayacaq....Laləni fikrindən çalan telin zəngi ayıltdı telə baxıb:buyurun cənazə namazına(teli götürərək)alooo
Əli:hardasan?
Lalə:burda ayaqyolunda
Əli:bayaqdan orsasan səni gözlüyürəme
Lalə:yox çıxmışdım gördüm sən yoxsan qayıtdım əl üzümə su vurmaq istədim
Əli:yaxşı çıxmırsan
Lalə:çıxıram......deyib teli söndürdü:Allahım nə olar sən köməy ol qarşılaşmayaq onu görmüyüm(içində dua edərək çıxır ətrafa nəzər yetirir Əlidən və bir iki işçidən başqa heç kim yox idi tez addımlarla Əliyə yaxınlaşıb:hə gedək
Əli(Lalənin nəsə təlaşlı olduğunu görüb)nəsə olub niyə belə həyəcanlısan???
Lalə(tez özünü toparlayaraq)yox yox nə olmalıdıki heç nə olmuyub
Əli:bəs niyə tələsirsən??
Lalə:şey ona görə tələsirəmki çünki dərsə gecikirəm axı tezolda bayaqdan yubandıq burda
Əli(tam inanmasada düşünürki doğurdanda dərsə gecikdiyi üçün belə edir və Lalə ilə birlikdə restorandan çıxıb maşına doğru gedir onlar maşına minərkən Rəsulda restorana doğru gəlirdi Əli əlini qaldıraraq Rəsulnan salamlaşdı Rəsulda salamlaşaraq içəri getdi hələdə Elnurun halını düşünürdü Elnur isə Rəsulu dinləmədən maşına minib ordan uzaqlaşdı yol boyu gördüyü qızın həqiqətən olduğunu deyirdi öz özünə:Yox bir qarabasma mən dəliyəm məyər məni qara bassın yüz faiz o qız məni izləyirki biz hər dəfə qarşılaşırıq başqa cür ola bilməz ama niyə niyə izləsinki həm niyə mən bir dəfə olsun onu normal görə bilmirəm yoxsa Rəsul doğurdan deyir offf bəs niyə ancaq onu mən görürəm niyə məndən başqa görən olmur offff dəli olacam.......Elnur bu düşüncələrlə günün sonlandırarkən
Lalə ilə Əli artıq evə gəlirlər Laləə dərsini bitirmiş Əli onu evə gətirdi...
Eve giren kimi lale paltosun çixarib cantasını asır və salona keçir Əli isə mətbəxə keçib su içir lalə ilə daışmaq istiyirdi artıq evlilik məsələsini ona görədə lalə ilə bir evə gelmişdi lalə isə salona keçib pianinonun qapağın açaraq önündə oturur əllərini pianonun dillərinə vuraraq bayaq eşitdiyi mahnını oxuyurdu ürəyində və yavaş yavaş mahnini ifa edirdi (mi,lya,lya alındi eynən o mahnıdı sevinərək mahnını ifa edirdi sanki yenə onun səsini eşidirdi o ifa edir həmin oğlanda oxuyur kimi canlanırdı gözünün önündə Əli isə mətbəxdən pianonun səsin eşidincə çox xoşu gəlir və salona keçir lalənin yanında gəlib durur çox bəyənmişdi çünki lalə birinci dəfə idi Əlinin yanında pianoda ifa edirdi Əli istəsədə lalə hemişə mən ancaq əsərlər bilirəm istədiyin mahnını ifa edə bilmərəm əsərlərdəndə yorularsan deyə imtina edirdi ama indi nədənsə özü istəmişdi Əli dayanıb heyranlıqla qulaq asırdı lalə son notlarıda vurub Əllərini pianoda saxlıyır
Əli:canımm nə gözəl ifa etdin sən bunu bilirdin bəs niyə əvvəl mən deyəndə bilmirəm deyirdin
lalə:şey bilmirdim indi birdən oldu yəni işləmişəm heç
Əli:cann görürsən istəsən alınırmış demək yaxşı görüm bu mahnınıda bilirsən
lalə:aman Əli başqa mahnı bilmirəm
Əli:yox yox bax bunu istəsən ifa edə bilərsən
lalə:hansı mahnı?
Əli(gəlib bir qolunu pianinonun üstünə qoyub söykənərək-bax bu mahnını deyirəm-Kıskanırım seni benn,Kıskanırım kendimden,,Bu nasıl Aşk Allahım öleceyim sevgimden))
lalə(pianinonun qapağını baglayıb divana keçərək):offff Əli sənin öz qısqanclığın azdı birdı mahnını əlavə elədin tam oldu
Əli:nədi xoşun gəlmədi?? Səsim yaxwşı deyil düzdü ama səninçün oxuyuramda(
lalə:başqa mahnı tapmadında Qisqanırmış
Əli(lalənin yanına gəlib oturaraq)qısqanıramda neynim axı
Lalə:Əli
Əli:aycann Əlin qurban sənə canım mənim səni bilsən nə qədər sevirəm (lalənin Əlindən tutaraq)bilirəm çox haqsızlıqlar etmişəm ama hər şeyi unutduracam sənə hər şeyi
Lalə əlini çəkərək biraz arxaya çəkilir:Əli heçnə unudulmur sən neynəsəndə mən heçnəyi unuda bilmərəm sənin mənə (demək istiyirdiki Əli onun dodaqlarına toxunaraq-(şuşşş canım bilirəm ama unudacaqsan söz verirəm unutduracam bax biz bir evlənək hər şey düzələcək
lalə:evlənək??
Əli:həə evlənək onsuzda mən istiyirdim daha uzatmağın mənası yoxdu anangilnən danışsan nənəm bizim istədiyimizi desin tez toy edək
lalə yerindəcə donub qalmışdı yenə Əli öz özünə qərar vermişdi hər şeye ama lalə bu dəfədə sakit dayanmaq istəmirdi:Əli ama mən istəmirəm
 Əli: niyəə??
Lalə:Əli başa düşmürsən mən səni istəmirəm sevmirəm səndən nifrət edirəm səninlə məcbur bir yerdəyəm bunu görmək bu qədərmi çətindi
Əli(eşitdiyi sözlər ürəyine ox kimi sancılırdı ama nə olur olsun qərarından dönməyəcəkdi)yo görmürəm mən səni sevirəm və sən mənə aidsən bunu heçnə deyişə bilməz biz evlənəciyik və xoşbəxt olacıyıq səndə məni sevirsən prosta olanlara görə belə düşünürsən hər şey dəyişəcək
lalə(ayağa qalxaraq)heçnə dəyişməyəcək sənin mənə təcavüz etməyin heç vaxt yadımnan çıxmayacaq bu evdə (əli ilə göstərərək)bax burda məni vurduğun şillələr heç vaxt yadımdan cıxmayacaq başa düşürsən çıxmayacaq
Əlidə ayağa durub laləyə:Lalə səbrimi zorlama sənə dedimki biz bir yerde olmalıyıq vessalam ya gözəlliklə ya zorla özün qərar ver(deyərək evdən çıxır qapınıda elə möhkəm çırpırki lalı səsinə diksinir
lalə divana oturaraq ağlamağa başlıyır:Aman Allahım nə olar kömək elə mənə özü əl çəksin məndən yoxsa mən ondan qurtula bilmiyəcəm.....
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri