Qisasın Əsiri (7-8-ci bölümlər)

Müəllif: Meleknur
Şərhlər: 11
Baxılıb: 6 867
Səs ver:
(səs: 0)
7-ci bölüm

"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Renadın addımlarının səsini eşidirdim.
Gəlib qolumdan möhkəm tutub, məni ayağa qaldırdı. Yaşlı gözlərimlə ona baxdım. Ondan mərhəmət gözləyirdim, gözləri qıyılmışdı, qan çanağına dönmüşdü. Ağzımı açıb söz demək istəyirdim ki, üzümə dəyən sərt şillənin təsiriylə yerə sərilmişdim.
Əlimi üzümə tutmuş şaşqın gözlərimdən sakit yaş axırdı.
Saçlarımı əlinə dolayıb, mənə doğru əyilmişdi.
R:ESMERALDA sən özünü nə ZƏNN EDİRSƏN HƏƏ???!!!
NİYƏ MƏNİM SİNİRLƏRİMƏ TOXUNURSAN AXI???
SƏNİ İLLA DÖYMƏYİM ÜÇÜN NİYƏ CAN ATIRSAN HƏ? DAHA ÇOXMU ƏZAB ÇEKMƏK İSTƏYİRSƏN?!

Qulaqlarımın dibində o qədər möhkəm qışqırırdı ki, həm qorxurdum, həm də saçlarımı çekərək canımı yanırırdı.
Üzümü turşudub üzünə baxdım.
E: sənə olan nifrətim hər gün daha çoxalır.
Bezdirmişəmsə səni, o zaman burax məni.
Əsəbindən dişlərini qıcayıb, kobud əlləriylə üzümü sıxdı.
R: əmin ol ki, sənin canını öz əllərimlə almadan səni buraxan deyiləm,

Əllərini üzümdən çekib ona baxdım.
E: nə gözləyirsən elə isə indi al canımı! Hər gün ölməkdənsə 1 dəfə ölərəm daha yaxşı. Öldür məni.
R:yox hələ öldürməyəcəm işkəncələrlə öləcəksən canın yanaraq öləcəksən. Mənim anam necə acı çekərək ölübsə səndə elə öləcəksən!
Sənin qardaşın öldürdü anamı o, da sənin ölmünü görəcək.

Deməsi ilə ikinci şilləsi üzümə dəymişdi. Saçlarımdan yapışıb, məni 3-cü qata çıxarmışdı.
Halım qalmamışdı daha, Allahım al canımıda qurtulum. Mən bir qadın olaraq heç sevilmədim, heç əzizlənmədim.

Renad məni sevdiyini demişdi, o zaman sevgi göstərib əzizləyirdi.
Amma onlar hər biri yalanimiş məqsədinə çatmaq üçün. Əslində bütün günah mənim idi 5- ayın içində deli divanə olub, evlənən harda görülüb.
İndi isə mənliyim, qürurum yerlər altında idi.
Dama çıxarıb sürütləmə qolumdan içəri tullamışdı, ayağa qalxacaq halım olmadığını görüb, biləklərimdən tutub məni möhkəm divara çırpmışdı.
Başımdaki, küt agrı ilə yerə süzüldüm. Özümdə deyildim. Ətrafım qaranlıq idi, artıq gözlərimi qapamışdım.

Onu ələ möhkəm divara çırpmam ilə, başı sərt divara dəyib yerə yıxılmışdı.
Başı qanayırdı. Ona olan hirsim, öfkəm məni sakitləşdirmirdi.
Əslində Esmeraldanın tək günahı anamın qatilinin bacısı olması idi.
Qardaşı etdiklərindən peşman olacaqdı. O , da bacısının əzablı şəkildə ölməsini görüb acı çekəcəkdi.
Amma indi ona... Əslində Esmeraldaya etdiklərim qəlbimin dərinliyində acıdırdı . Yox amma mən onu sevmirdim, bu mümkün ola bilməzdi belə. Artıq o, da məni sevmirdi.
Əllərini və ayaqlarını iplə möhkəm bağladım, biraz ona baxdıqdan sonra ipi biraz boşaldıb otaqdan çıxmışdım.

Gözlərimi yavaş-yavaş açmışdım, başımda küt bir agrı vardı.
Otaq qaranlıq idi heç bir şey görünmürdü.
Əllərim və ayaqlarımın bağlı olduğunu görmüşdüm.
Başımı parketdən qaldırdığımda saçlarım dartılmışdı, başımdan axan qan saçlarımı qurutmuşdu. Başım qanamışdı.
Küt ağrı vardı başımda
Əllərim göyərib, keyyimişdi.
Boğazım qurumuşdu, su istəyirdim.

Qapının açıldığını eşidib yorğun baxışlarla qapıya baxdım.
Gələn təbii ki, Renad idi ondan başqa kim olacağ ki?
Mənə doğru gəlib ayaqlarıyla ayağıma vuraraq
R: oyandın təmbəl? Səhər olub artıq

Yorğun gözlərimi ona dikib:
E:su xahiş edirem su ver mənə
Mənə biraz acıyırmış baxışı atıb getmişdi.
Biraz sonra, üstümə buz kimi bir vedrə suyun tökülməsi ilə dik atılmışdım.
R:al su iç.
Əllərimi açmışdı, əllərimi və ayaqlarımı ovub onun geri çekilməsi ilə məndə ayağa qalxmışdım.
Başım gicəllənirdi,gözüm qaralırdı,
düşəcəkkən, qollarından yapışmışdım.
Mənə çevrilib çiyinlərimdən tutdu məni.
R: belə oyunlar oynayaraq, məni aldadacağını sanırsan?

Belə ucuz oyunları acaq sən oynayarsan.
İnsan olmaq asandı, amma adam olmaq çətin.
Özümə gəlib, ondan geri çekilmişdim. Otaqdan çıxıb qapını arxadan bağlamışdı.
Başım niyə fırlanmışdı? Hah mənim ki, də sualdı e döymüşdü məni, ac, susuz idim.
Olduğum yerə çökmüşdüm, hal-hazırda burda ölsəydim nə yağşı olardı.
Elə-eləcə çökdüyüm yerdə də yatmışdım.

Başımı isə mən sabah oyandığımda sarılı görmüşdüm.
Həm döyürdü, həmdə yaralarımı sarırdı.
Anormal hərəkətlər edirdi bəzən

Artıq 1-həftədən çox olardı bu qaranlıq otaqda idim. Məni istədiyində döyür, istədiyin də ac, susuz saxlayırdı.
Artıq gücüm qalmamışdı, bədənim zəif düşmüşdü, həm fiziki, həm mənəvi artıq yox olurdum bu evdə 2-ay idi qalırdım.
Behcət üçün çox darıxmışdım, görəsən nə edirdi? Heç məni axtarmırdı.
Umrunda deyildim görəsən?

Bacısı onun üçün əzab çekirdi o nə edirdi? Yadına düşmürdümmü? 1- dəfə də olsun heç məni görməyə gəlməmişdi, yəni mən belə bilirdim.
Olanları düşünürdüm.
Görəsən Behcəti qorumaqla, özümü oda atmaqla doğrumu etdim?
Ya həqiqətən o, qadını Behçət öldürmüşdüsə, insanlar hər şeyə qadirdi, bəzi insanlarda nəfs insanı idarə edir.
Her halda, Renad qardaşımın onun anasını öldürməsindən bu qədər əmin olmasa, mənə bu qədər zülmü yaşatmaz.

Qapını açıb yanına gəlmişdim. Çox bitgin, əzgin görünürdü.
R:qalx ayağa
Səsim mülayim çıxmışdı, yox onunla belə danışmamalı idim. İçində ona mərhəmət edəcəm deyə ümidlənər.
Mən onu ümidləndirmək üçün yox! Həyatında ki, bütün ümidləri əlindən almaq üçün əzab verirəm.

Ayağa qalxmağa taqəti belə yox idi.
Qollarından tutub, onu qaldırmışdım.

R: gəl mətbəxə, bu gün evi çox gözəl bəzəyib, dadlı yemək ve şirniyyatlar bişirəcəksən.
İşlə bağlı evə qonağlarım gələcək

Qollarından yapışıb, onu mətbəxə doğru sürükləmişdim.
Qaranlıqdan açıqlığa çıxmışdı, öncə gözlərini qamaşdırmışdı ışıq.

R: burda lazimi olan hər bir ərzaqlar var, soyuducunun üstündə hansı yemək və sirniyyatları bişirəcəyin yazılıb.
İndi isə mətbəxdə işinə başla, sonra zala keçib buranı hazırlayarsan.

E: heç bir şey edəcək halım, taqətim də yoxdu. Qulluqçu çağır o etsin.
Mənə verdiyin acılardan artın qollarım qalxmır, əllərimdə güc qalmayıb!

Əsəbindən boynunda ki, damarları qabarmışdı.

R:sən mənim sözümün üstünə söz deyirsən? İndi görərsən!

Hirslə sol biləyimdən tutub, məni qazın yanına gətirdi.
Qazı sonuna qədər açıb, əllərimi qaza yaxınlaşdırdı.
E: buraaax, heyvaan! Nə edirsəən?
R:əllərində güc yox idi həə?

Əlimi əlindən xilas etmişdim.
Amma əlimi yandırmışdı.
Canımı yandırmaq ona zövq verirdi. Ağlayaraq soyuq suyu açıb, əllərimin acısının getməyinə səy göstərirdim.
Soyuducudan buz çıxarıb əllərimə tutmuşdum.
Bir insan qarışqanı öldürməyə qıymazkən, bəzi insanlar necə, qarşısındaki insana əzab verər ki?
Əslində bu mənim düşüncəmdi.
Əgər insanlar qarışqaya belə qıya bilmirsə o qədər, manyaklar, qatillər, psikopatlar kimdi?

İç çekərək ağlayıb ona baxmadan:
E:sən insansan? Sənin qəlbin var yəni? Varsa da daşdandı.
Sən bir manyaksan ancaq acı verərək xoşbəxt olursan.
Ona qarşı içimdə sadecə böyüməkdə olan bir nifrət vardı.

Artıq mətbəxdən çıxmışdı.
Oturduğum yerdə, ağlayırdım.
Sinirlərim pozulmuşdu daha, göz yaşlarımı belə idare edə bilmirdim.
Əlimdə deyildi, mənə çekdirdikləri heç insanicə deyildi.

Artıq əmin idim, bu insan mənim ölüm səbəbkarım olacaqdı.
Artıq əmin idim ondan qaçışım olmayacaqdı, onun yanında öləcəkdim.
Onda nə mərhəmət vardı, nə insanlıq.
O, sadecə qisasını düşünürdü.
Mən isə onun sadecə qisas oyuncağı idim.
İstədiyində vururdu, istədiyində yerə atırdı.
Amma bir gün, bir gün əgər peşman olarsa, onu heç zaman bağışlamayacam!.

Yenə özümə acıyırdım, mən tək idim, heç kimsəm yox imiş, köməyə ehtiyyacım vardı. Biriləri məni gəlib buradan qurtarmasını istəyirdim. Valideyinlərim yaxşı ki, ölüblər də bu günlərimi görməyiblər.
Anam məni belə görsə dayana bilməzdi.
Atam isə Renadı öldürərdi yəqin.
Dayanmadan gözlərimdən yaşlar süzülürdü.

Bölümün sonu

8-ci bölüm

"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Göz yaşlarımı silib, oturduğum yerdən qalxmışdım.
Üzümə su vurub işə başladım, 3- saat yarıma artıq, növbə-növ yeməklər, salatlar, şirniyyatlar bişirib, hazırlamışdım.
Mətbəxi səliqəyə salırdım, Renad mətbəxə gəlmişdi.

R: 3-saatdan çoxdu mətbəxdəsən, nə hazırlamısan?
Bu ne qoxulardı gəlir?

Stolun üstündə hazırladıqlarımı görüb səsini kəsmişdi.
Deyəsən mənim onunla inadlaşıb, bir şey bişirməyəcəyimi düşünüb azarlamağa gəlmişdi amma bu dəfə ürəyində qalmışdı.
Əllərimi yuyub dəsmala silirdim.
Yenə danışmağa başlamışdı.

R:gəl qonaq otağını bəzəməyə başla. Sadecə 2- saatın var, qonaqlarım həlməmiş hər şey hazır olsun.
E: yeməkləri bişirdim, daha nə istəyirsən özün et qalanını.
Nə də olsa qonaqlar sənindi.
Yanından ötüb keçirdim ki, mətbəxdən çıxım, kobud əlləri ilə möhkəm qollarımdan yapışıb məni özünə doğru çekmişdi.
Əlləri arasında səçə kimi çırpınırdım. Amma nafilə.
R:deyəsən eşitmədin nə dedim? Mənim sözümü 2- eləmə inan ziyanlı sən çıxarsan)).
Anlayırsanda nə deyirəm hə?

Behcət məsələsinə eyham vururdu.
Ona istəsəmdə qarşı çıxa bilmirdim.
Hər dəfə məni bununla hədələyirdi.
Süzgün baxışlarla, onun yavaşca əllərindən çıxmışdım.
Nə deyə bilərdim ki?
Beçətə bir şey etsə idi,
Mən ölərdim.
Zatən bir ölüdən fərqim yox idi.
Hər şeyə qardaşım üçün dözürdüm.
Görəsən Becət mənim yerimdə olsa idi mənimçün bu qədər əziyyətə göz yumardı?.
O, məni çox sevirdi yəni?
Ondan mənə qarşı, qardaş sevgisi hiss etməmişdim.
Bəlkədə çox iatəyirdi, amma sevgisini göstərə bilmirdi.
Bir ana necə ki, övladını qarşılıqsız sevərsə, məndə Behcəti qarşılıq gözləmədən sevirdim.
O, məndən balacadı, istəməmişəm heç zaman pis işlərə qarışsın.
Amma necə olmuşdusa, artıq olan olmuşdu.
Və mən burda idim.

Mətbəxdən çıxıb qonaq otağına keçib oranı səliqəyə salıb, hazırlamışdım.
Masa çox gözəl və səliqəli görünürdü.
Aha məndə deyirdim hardadı görəsən bu?
Renad içəri keçib, masaya baxıb mənə yaxınlaşdı.
R: bitdi bura?
Bezgin baxışlarla üzünə baxmadan
E: bitdi
Deyib yanından keçirdim ki, yenə qollarımdan tutub məni saxladı. Sözə başlayacaqdı ki, ürəyim bulanması ilə əllərini itələyib, hamam otağına özümü çatdırmışdım.
O, da ardımca gəlmişdi.
R: aç qapını! Nə oyundu indi bu?
Belə edərək, axşam ki, qonaqlıqa qatılmayacağını düşünürsən?
Allahım dəlidi bu insan?
Burda bütün içim çölə çıxdı. Bu insan nə deyir?
E: nə arxamca gəlmisən çıx getdə.
Qapının arxasından danışırdıq.
R: bax bu oyunlarına inanmıram indi isə. 1-saatın var hazırlaş.
Nəə? Birdə onun qonaqlarıyla oturmamı gözləyirdi?
E: artıq sən çox oldun
Qapını açıb qarşısında durdum.
Gözlərinin içinə baxırdım
E: artıq sən həddini fərsah-fərsah aşırsan!
Adamda deyirəm üz olare. Sən nə sırtıq insansan.
Elə sözümü demişdim ki, arxadan saçımı əllərinə alıb.
R: BURDA SƏNİ ÖLDÜRMƏMİŞ GET HAZIRLAŞŞ!!!
Qulağım batdıı! Yenə əsəbdən dəliyə dönmüşdü.
R: DEYƏSƏN SƏN OLACAQLARI UNUTMUSAN HƏ? SANKİ, BAYAQ MƏTBƏXDƏ XATIRLATMIŞDIM.

Məni sərt itələməsi ilə müvazimətimi itirib yıxılmışdım.
Buda alışqanlıq edib artıq .
Ayağa qalxıb otağıma keçmişdim.
Öncə duş almışdım.
Paltar şkafımı açıb oradan, sadə krem rəngli dizə qədər olan güpulu donumu çıxarmışdım.
Paltarımı geyinib, ona uyğun olaraq, qızılı rəng sadə babet geyinmişdim.
Dalğalı saçlarımı açıq buraxıb yandan atmışdım.
Gözlərimə sadecə tuj vuraraq kifayətlənmişdim.
Boynumda, alnımda, açıq qalmış qollarımda izlər və yaralar görünürdü.
Aynada biraz özümü izlədikdən sonra, ətir sıxıb aşağı düşdüm.

Renad görünmürdü.
Pilləkanlardan düşüb gedib divanda əyləşmişdim.
Anlam verə bilmirdim. Məni istəməyən, hər gördüyündə alçaldıçı sözlər deyən insan, hətda məni öldürmək istəyən insan, niyə məni indi yanında olmamı istəyirdi?
Mənim ki, də sözdü e təbii ki, bu onun işi üçün olardi da.
Pilləkanlarda gələn addım səsi ilə üzümü ora çevirmişdim.
Saatını qolunda səliqəyə salaraq, cüssəli bədəninə qara kostyumonu daha çox yaraşıqlı göstərirdi. Gur saçlarını, havalı şəkildə düzəltmişdi.
Amma bunlar mənim umrumda deyildi.
Məni divanda görüb mənim yanıma gəlirdi.
Cəld üzümü çevirmişdim. Ona baxdığımı görməsini istəmirdim amma görmüşdü.
Yanıma gəlib dayandı.
R:qalx ayağa bir
Ayağa qalxmışdım yavaşca qollarımdan tutub məni yana çekdi.
Təəccüblənmişdim, o mənim qollarımdan yavaş tutmamışdı.

R: fırlan !
Qaşlarımı düyünləyib ona baxdım.
Gözlərimin içinə baxırdı.
Özü mənim ətrafımda fırlanmağa başladı.
Başım fırlanırdı.
E: kəs artıq bunu başım fırlanır.
R: get yeməkləri isid indi gələcəklər.
Mətbəxə keçmişdim.

Qapının zəngi çalınmışdı.
Renad qapını açıb, qonaqları ilə əl sıxışıb görüşmüşdü.
İçəri dəvət etmişdi, sonra Esmeraldanı çağırmışdı.
Mətbəxdən çıxıb qonaqlara salamlaşmışdım.
3-Kişi və 2 qadın idilər.
Onları qonaq otağına keçirmişdik.

Biraz söhbətləşdikdən sonra onları süfrəyə keçirmişdim.
Mən mətbəxə keçib yeməkləri gətirmişdim.
Birlikdə yemək süfrəsində oturmuşduq.

Renadla yan yana oturmuşduq, qonaqlar bizim baredə suallar verirdilər.
Sanki, möhtəşəm cütlüyük də .
Q: Renad bəy Esmeralda xanımla necə evlənmisiz? Sevgi evliliyidi yoxsa, görücü üsulu?
Bir- birimizə baxmışdıq.
R: biz sevib evlənmişik.
Əllərimdən tutmuşdu. Təəccüblənmişdim, əllərimi çekmək istəyirdim ki, möhkəm yapışmışdı.
Qonaqlar bizə xoş gözəl sözlər yağdırırdı.

Q: Esmeralda kimi bir xanımla ailə qurduğnuza məncə çox şanslısınız.
Nə deməzsən, deyəsən kənardan normal cütlük görünürdük.
R: o, da şanslıdı mənim kimi bir yoldaşı olduğu üçün elə deyil?
Üzümə baxırdı. Cavab verməyimi gözləyirdi hər kəsin nəzərləri mənim üzərimdə idi.
E: nəysə yeməklər necədi?
Renad hirslənmişdi, söhbəti fırlatmağıma.
K: çox dadlı idi əllərinizə sağlıq.
Q: əlləriniz var olsun.
Q: Esmeralda xanım işləmirsiniz? Yoxsa Renad bəy qoymur
E: bəli o istəmir.
Renad əsəb dolu baxışlarını üzərimə cəmləmişdi.
Nə yalan deyim qorxurdum baxışlarından.
E: mənə ev rahat olar deyə düşünür hər halda.
R: mən evdə biraz özü ilə məşgul olmasını istəyirəm evdə olsa daha yaxşıdı.
Sağolsun məni qırmadı, razı oldu

Necə yalan danışa bilirdi, özümü güclə saxlayırdım. Qonaqların içində onu pərt eləmək istəmirdim.
Amma bəlkə desəydim mənə kömək edərdilər hə?
Renadın hərəkətlərinə də əsəbləşirdim.
Artisliyində bu qədəri də çox idi məncə.
K: Renad bəy məncə bir qadın üçün ən ideal kişi idi.
Q: Esmeralda xanımı çox sevirsiniz, çox dəyər verirsiniz
Renad bu sözlərlə özünü lovğalandırırdı.
Artıq özümü salxaya bilmirdim.

Ayağa qalxmışdım, hər kəs mənə baxırdı.
E: bəsdi daha! Heç bir şey sizin bildiyini kimi deyil.
Biz bir-birimizi sevmirik. O, məndən sadecə qisas, zülüm, əzəb vermək üçün evlənib.
Hər kəs təəccüblə mənə baxırdı.
Renadın boynunda ki, damarları qabarmışdı əsəbdən, yumruğunu sıxıb mənə baxırdı.

Bəlli ki, məndən belə bir şey gözləmirdi.
E:Məni necə sevir hə? Necə sevir ki, baxın qollarımda, boynumda alnımda ki, izləri göstərmişdim.
Sözlərimdən sonra baxışlar Renada yönəlmişdi.
Dişlərini qıcayıb ayağa qalxdı.
Əllərimi sıxaraq tutdu.
R: canım sən unutmusan? Qəza keçirməmisən sən?
Nə qəzası? Yalan bilmirdi deyəsən nə uydura.
R: aa sən axı huşunu itirmişdin.
E: mən özümdəyəm, mənə etdiklərini desənə qonaqlara!
Onlarda sənin necə ideal kişi olduğunu görsünlər.
Qonaqlar artıq bilmirdilər nə reaksiya versinlər.
Q: nəysə biz gedək məncə siz ailə məsələnizi özünüz həll edin.
E: nə ailəsi, xahiş edirəm məni bu vəhşinin əlindən qurtarın.
Onlar süfrədən qalxıb öndə gedirdilər məni geri itələmişdi, olacaqlardan qorxurdum.
Məni qurtarmalı idilər.
R: xahiş edirəm üzürlü sayın yoldaşım avtomobil qəzası keçirib həkim ağlı gəlib gedir, deyib olan olmayan şeylər danışa bilər.
Mənidə sizə qarşı utandırdı.
K: muğayət olun ondan nəysə heç yaxşı olmadı.
R: otursaydınız?
Q: yox biz gedək. Sagolun Esmeralda xanım.
E: xahiş edirəm mənə kömək edin bunlar heç biri yalan deyil. Yalvarıram .
Renad qapını bağlamışdı.

Qorxumdan bilmirdim nə edim.
Qapıdan çevrilib üzünü mənə çevirdi, ilahi bu necə baxışlar idi.
Cəld pilləkanları qalxmağa başladım. O, da qaçaraq pilləkanlı çıxırdı.
Saçıma əl atıb məni saxlamışdı.
E: aaaa burax məni nə olar
R: nə buraxım həə? Nə buraxım? Öldürüm səni?
Sən kimsən ki, məni qonaqlarımın yanında pərt edirsən?
E: olanlar yalan deyildi, sən şərəfsizsən, alçağsan bunuda hər kəs bilməlidi

Əllərini itələmişdim.
Üzərimə-üzərimə qəlirdi pilləkanların ucunda dayanmışdım.
Bu dəfə daha sərt şillə çekməsi ilə müvazimətimi saxlaya bilməyib pilləkanlardan yıxılaraq yərə düşmüşdüm.
Ayaqlarımdan süzülən qanı görməyimlə, gözlərimi qapatmışdım. Gözlərim qaralmışdı, sonrasını xatırlamıram.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 6 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri