Qisasın Əsiri (9-cu bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 6 271
Səs ver:
(səs: 1)
"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Esmeraldanı pilləkanlardan yerə yıxılaraq, ayağından süzülən qanlar içərisidə gördüyümdə yerimdə keyyiyib qalmışdım.
Nə etməli idim?
Onun acı çekməsini istəyirdim.
Amma indi yerdə qanlar içərisində idi. Mənim ucbatımdan olmuşdu.
Özümə gəlib yanına qaçmışdım.
Ona bir şey olmasını istəmirdim hal-hazırda.
Bu mənim işimədə gəlməzdi.
Qanaxması vardı.
Qucağıma alıb, evdən çıxarıb, maşına yerləşdirmişdim.
Sükana keçib, son sürət xəstəxanaya çatdırmışdım.
Xəstəxayana girər girməz həkimləri qışqıraraq başıma yığmışdım.
R: xahiş edirəm ona bir şey olmasın.
H: narahat olmayın. Necə oldu hadisə.
R: o, pilləkanlardan yıxıldı.

Xərək də otağa aparmışdılar.
Artıq yarım saat idi, kolidordo get gəl edirdim.
Qorxurdum bir şey olmasından.
Mənim ucbatımdan olmuşdu.
İstəməzdim belə olsun.

Həkimin otaqdan çıxması ilə yanına qaçmışdım.
R: necədi vəziyyəti ?
H: indi yaxşıdı vəziyyəti. Qanaxması vardı daynadıra bildik.
R: çox şükür.
H: amma..
Sözünü kəsmişdim.
R: amma nə? Nə olub?
H: sakit olun anada açılış olub, uşağınız artıq yoxdu.
R: uşaqmı? O, o.. hamilə idi?
Təəccüblənmişdim. O, hamilə imiş.
H: siz bilmirdiniz?
Başımla yox mənasında yelləmişdim.
H: 3-həftəlik idi hamiləliyi.
R:mən onu görə bilərəm?
H:olar amma çox yormayın, səhər çıxara bilərsiniz. İndi müşahidə altında qalması yaxşı olar, qanaxması yenidən başlaya bilər.
Həkimlə danışıb, otağa keçmişdim.

Özündə deyildi. Yatmışdı.
Yatarkən də bir ayrı idi.
Ona yaxın gəlib, yatağda oturmuşdum.
Ona qarşı özümü günahkar hiss edirdim. O, bilmirdi yəqin ki, hamilə olduğunu.
Amma özüdə günahkar idi, məni əsəbləşdirməsəydi, bunlar olmazdı.
Əllərini əllərimə almışdım.
Dodaqlarıma yaxınlaşdırmışdım.
Biz körpəmizi itirmişdik.
İndi heç bir şey gözümə görünmürdü.
Qisas, intiqam heç bir şey..
Yatdığında belə çox narahat, aciz, yorğun, bitkin,əzgin görünürdü ki, ona acıyırdım.

Saçlarını sığallamağa başladım, çox gözəldi, hər ideal kişinin arzu edəcəyi bir qadın idi.
Amma olanlar..

Sanki, birdən özümə gəlmiş kimi ondan aralanmışdım.
Yenə qaşlarım düyünlənmişdi, anam anamın qisası?
Anam acımasızca öldürülmüşdü.
Mən isə burda, anamın qatilinin bacısına göstərdiyim nəvaziş və sığala özümə əsəbləşmişdim.
Yumruqlarımı sıxmışdım.
Esmeralda yavaş-yavaş özünə gəlirdi.
Gözlərini açdığında məni görüb, diksinərək geri çekilmişdi.

E: mənə nə olub?
R: olanları xatırlamırsan?
Hər şeyi yadıma salmağa çalışdım.
Aha xatırlamışdım.
Ondan daha da qorxub yatağa qısılmışdım.
Mənə doğru gəlib

R: həkim indi yaxşı olduğunu dedi.
Səhər çıxacığ xəstəxanadan.
E: mənim ayaqlarımdan qan süzüldü.
Sözümü kəsib
R: 2-həftəlik hamilə idin və səndə açılış olub.
E: Nə? Hamilə idim mən?
Təəccüblənmişdim.
Bunu necə rahat deyə bilirdi, sanki hansısa bir heyvanın balası ölmüşdü.
Arxasını mənə çevirmişdi, pəncərədən çölə baxırdı.
Biixtiyari gözlərimdən yaş süzülmüşdü.
İçimdə boşluq hiss edirdim.
Ne deməli idim ona? Onun düşməsinin səbəbi Renad idi.
Amma mən, niyə susurdum?
Bəlkə onun günahkar olduğu olduğu qədər , məndə günahkar idim.

R: sən necə özündə olan bir şeyi bilmirsən hə? Qadın deyilsən sən?
Səsini qaldırırdı artıq.
Özümü saxlaya bilməmişdim.
E: sən ki, mənim artistlik elədiyimi düşünürdün.
Susmuşdu. Ne deyəcəkdi, inkar edə bilməzdi
R: ən az səndə mənim qədər günahkarsan.
Arxamı çevirərək üzərimi örtüb, səssizcə ağlayırdım.
E: elə yaxşı ki,səsini eşitmək istəmirəm çıx otaqdan.
Səsim titrəyirdi. Sanki, havada idim. Nə edəcəyimi bilmirdim ki.

Qapını çırparaq, otaqdan çıxmışdı.
Biraz keçdikdən sonra, Tibb bacısı əlində padnos yanıma gəlmişdi, bir şeylər danışırdı, amma dinləmirdim deyəsən halımı soruşur sistemə baxırdı.
Qoluma toxunub məni özümə gətirmişdi.
T: sup gətirmişəm
E: istəmirəm
T: amma yeməsəniz tez sağalıb ayağa qala bilməzsiniz.
Üstünə qışqırmışdım.
E: mən xəstə deyiləm sağalam! Sadecə uşağımı itirmişəm.
Yazıq qorxmuşdu.
T: yox belə eləməyin, siz gəncsiniz yenə uşağınız olar. Amma indi isə yeməy yeməlisiniz.
Məcbur yemişdim.
Mən tərsləmişdim o, isə sakit və nəvazişli idi.
Allahım, tibb bacısının belə nəvazişini sevmişdim ((
Tibb bacısı otaqdan çıxdıqdan sonra, yerimdə biraz fırlandıqdan sonra yuxuya dalmışdım.
Yuxuya çox ehtiyyacım vardı. Acılarımı, ağrılarımı sanki, yatmaqda təsəlli axtarırdım.

Nə qədər yatdığımın fərqində deyildim. Oyandığımda səhər olmuşdu.

Renadın divanda yatdığını görüb təəccüblənmişdim.
İlk dəfə idi onu, yatarkən görürdüm.
Yatarkən daha sakit olur.
Saat baxdım, hələ 8 idi.
Bu vəhşinin əlindən qurtulacağdım.
Yavaş hərəkətlərə, şkafdan paltarlarımı götürüb, geyinmişdim.
Babetlərimi geyib, yavaşca otağın qapısını açıb otaqdan çıxmışdım.
Kolidorları iri addımlarla gedib.
Liftə daxil olmuşdum.
İçimdə sıxıntı vardı.
Ondan qaçışım vardı görəsən? Off içimə qorxu düşmüşdü.
Liftin açılmasıyla özümü çölə atmışdım.
Çıxışa doğru addımlayıb xəstəxanadan çıxmışdım.
Ardıma belə baxmaq istəmirdim.
Artıq hərəkətlərimi qaçmağla tezləşdirdim.
Ağrınmağa başlamışdım.
Bir xeyli yol qət etmişdim.
Artıq halım yox idi Yeriməyə.
Nəfəsim gedib gəlirdi, susamışdım da.
Elə bir yolda idim ki, nə maşın keçirdi nə də adam yox idi.
Ümümiyyətlə kimsəsiz bir yolda idim.
Yolun kənarı ilə gedirdim.
Əminəm indi Renad məni yerimdə görməyib dəliyə dönüb.
Hara gedirdim özümdə bilmirdim.
Ayağımın sürüşməsi ilə fırlanaraq, aşağı
Diyirilənərək yarpaqların içində aşağı sürüşürdüm.
Bir xeyli diyirləndikdən sonra sərt başımı daşa çırpmış halda yerdə şüurumu itirmiş halda qalmışdım.

Oyandığımda Esmeralda yerində yox idi.
WC' də deyildi, paltarlarıda şkafda idi.
Qaçmışdı! Lənət olsun, cəld xəstəxananı ələk-vələk etmişdim.
Çıxmışdı xəstəxanadan.
Ətrafa göz gəzdirdikdən sonra, maşına oturaraq ərtafı axtarmağa başlamışdım.
Xəstəxanadan çox uzaqda olmayacaqdı, amma lənət olsun.
O heç yerdə yox idi.

Ya özünü yenə öldürməyə cəhd göstərsə?
Bəlkə öldürüb? Heç yerdə yoxdu çünki.
Off düşücələrimə bir bax.
Dəli olacam hardadı axı bu qız.
Deyəsən heqiqətən dəli olurdum.
Fikirlər, düşüncələr beynimi yeyib bitiridi.
Onun artıq itirəcək heç bir şeyi yox idi.
Ölüm qorxusu belə.
İndi ondan nə desən gözlənilərdi.
Onunla sevgili olduğum( oyun oynadığım) zaman getdiymiz yer ağlıma gəlmişdi.

Dəniz kənarı, cəld maşını ora sürmüşdüm.
Maşından düşüb ətrafa baxındım.
Amma burda da deyildi, maşına əyləşəcəkdim ki, bəlkə bura gəlib, ağlıma gələn fikirlə dənizə doğru gedib baxmışdım.
Amansızca dəniz dalğalarını, qayalara çırpırdı.
Maşına əyləşib adamıarımdan birinə zəng etmişdim.

R: alo məni dinlə Esmeralda Şahverdiyev hər yerdə axtar bütün yerlərdə, ağıla gələ biləcək hər yer. Adamları çoxalt.
Şəkilini indi göndərəcəm.
Deyib telefonu söndürmüş ordan uzaqlaşmışdım.

Bütün günü şəhərin hər tərəfində Esmeraldanı axtarırdım.
Görəndə dərdindən dəli divanə olduğmu sanar.
Evlərinə belə getmişdim, yox idi.
Allahım dəli olacaqdım, artıq hava qaralmağa doğru gedirdi, amma səhərdən mən bu qızı axtarıram.

Adamlarımdanda bir xəbər yox idi.
Deyər- deməz telefonuma zəng gəlmişdi. Cəld telefonumu açmışdım.
R: alo nə oldu ? Tapıdınız?
#: Renad bəy bir cəsəd tapılıb, Esmeralda xanıma bənzəyir amma mən dəqiq bilmədim.
R: nəə? Cəsədmi?
Şok olmuşdum, qanım donmuşdu sanki.
#: zəng gəldi bizədə bir cəsəd tapılıb.
Morqdadı gəlib baxsanız dəqiqləşdirərdiniz
Olduğum yerdə qurumuşdum, yavaşca yerə çökmüşdüm.
Telefonum əlimdən yerə düşmüşdü artıq heç bir şey eşitmirdim.
Sanki, əmin idim başına bir şey gəlmişdi.
Əslində əvvəlcədən öldürəcəm səni deyirdim.
Allah məni cəzalandırırdımı?
Özümü günahlandırırdım.
Amma indi ölməsini istəmirdim istəməmişdim əslində heç bir zaman.
O, intihar etdiyində də istəməmişdim.
Amma artıq gec idi ölmüşdü o.
Olduğum yerdən ayağa qalxıb, maşına keçmişdim.
Key kimi idim, amma indi onu görməyə getməli idim içimdə kiçik bir ümid vardı.
Bəlkə o yaşayır deyə.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri