Qisasın Əsiri (11-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 7 217
Səs ver:
(səs: 0)
"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Renad əli ilə çiynimdən tutmuşdu.
Qarnına keçən bıçağa baxıb mənimlə birlikdə yerə, üzərimə çökmüşdü.
Hadisənin şokundan çıxa bilmirdim.
Nə baş verirdi?
Özümə gəlmiş kimi, irilənmiş gözlərimlə
Renada baxdım.
O, səssizcə oturduğum yerdə, mənə tutunmuşdu.
Onu qaldırmağa çalışırdım.
E: Renad yaxşısan sən?
Səs çıxmırdı başını qollarım arasına almışdım.
E: nə olar bir şey de!.
Üzünü turşudaraq mızıldanırdı.
Bıçaq hələ də qarnında idi.
Danışmağa çalışırdı.
R: bı..ça..ğıı çı..xaar!
Əllərim əsərək bıçağa yaxınlaşdırmışdım.
Amma ürəyim gəlmirdi, canı yanırdı, çıxarsa idim daha çox yanacaqdı.
R: ağlamaa.. çıxar bu..nu!
Ağlayırdım mən? Hə ağlayırdım niyə ağlayırdım ki? Onu bıçaqladığım üçün yoxsa nə?
Gözlərimi silib
E: yaxşı amma sənin
Canı yanacaqdı ((
R: sakit.. ol
E: təcili yardıma zəng edim onlar gəlsin
R: öncə bıçağı çı..xar. onlar gələnə qədər, ölüm..mü is..təyirsən?
Off çox pis vəziyyətin içində idik indi.

Sözlər ağzından güclə çıxırdı.
E: bəlkə sən çıxarasan hə?
R: dəli.. olmusan?? Necə çıxarım hərə..kət edə bilmirəm.
Düz deyirdi, məndə həyəcandan bilmirdim nə deyim.
Biraz önə əyilib dərin nəfəs almışdım.
E: sakit ol yaxşı?
Bir əlimi sıxırdı, canı yandığından amma indi bunun önəmi yoxdu.
Nə edirsə etsin indi hal-hazırda mən günahkardım.
Əlimi möhkəm bıçaqdan yapışıb çıxarmışdım.
Bu an daha möhkəm sıxırdı qolumu.
Üzü gərilmişdi. Canı yandığı üçün mənimdə canımda yanırdı.
Özümü saxlaya bilməyib, bıçaqı yerə atıb ona sarılmışdım.
E: yaxşı çıxardım, indi təcili yardımı çağıracam gələcəklər.

İnan bilmirəm ağlayırdı o, mən onun üçün o qədər əzabı yaşadarkən.
İndi isə ağlayırdı. Nə üçün məni bıçaqladığı üçün yoxsa nə?

E: telefon? Telefonun hardadı?
R: tecili yardıma ehtiyyac yoxdu.
Sən mətbəxə get apteçkadan lazimi olanları gətir.
E: yox qanaxman var mən edə bilmərəm.
R: yoox dedim, əgər xəstəxanaya getsək orada polislər hər şeyi öyrənər səni polislərə verən deyiləm.
Ne idi indi bu? Qorumaqmı? Yoxsa yenə qisasının bədəlini davam etdiməkmi?
Bir-birimizə baxdıqdan sonra
Ayağa qaxlıb getdiyim an əllərimdən yapışmışdı.
E: narahat olma gəlirəm indi.
Mətbəxə gedib apteckada nə varsa götürmüşdüm. Mətbəx çəkməcələrini açıb dəsmal falan götürmüşdüm.
Qaçaraq salona yanına yüyürmüşdüm.
Onu özümə yaxın yerləşdirib öncə qanxmasını dayandırmağa çalışdım.
Bu deyəsən heç xoşuna gəlməmişdi.
Üzünü turşudaraq ofuldayırdı.
E: yaxşı-yaxşı bağışla biraz daha yavaş basdıraram üstünə.
Qəribə baxışlarla üzümə baxırdı.
E: xahiş edirəm belə heçnə olan deyil zəng edək, təcili yardıma.
Mən hər şeyə razıyam, polislər məni aparıb həpsmi, edəcəklər etsinlər zatən burada da həpsdə deyilmiyəm.
Qanaxması dayanmırdı.
Sakit dayanmasından istifadə edib, əlimi cibinə salıb telefonunu çıxarmışdım
Cəld təcili yardıma zəng etmişdim.
E: alo ***** bu adresə təcili gəlməniz lazimdi
...bıçaqlanıb, Renad Şahverdiyev, tez gəlin xahiş edirəm, qanaxmasını dayandıra bilmirəm. Vəziyyəti çətinləşir.
Cəld telefobu söndürüb Renada baxmışdım. Özündə deyildi, gözlərini yummuşdu.
E: Renad?! Renaad?!
Onu oyandırmağa çalışırdım. Ölmüşdü o?
Yox nəfəs alırdı aram-aram amma yaxşı deyildi.
E: eşidirsən məni? Həə? Eşidirsənsə cavab ver yalvarıram.
Eşitmirdi, şüuru yerində deyildi ki, eşidə də.

Ağlayırdım dayanmadan hönkürtü vururdum, ona bir şey olmasını istəmirdim.
Onu qollarım arasına alaraq sarılmışdım.
İndi etdiklərim bilirəm heç normal deyildi bəlkə amma o mənim ərim idi və mən..., mən hələ də onu çox sevirdim.

15 dəqiqə sonra
Artıq təcili yardım gəlmişdi.
Onu ambulans maşınına yerləşdirib, xəstəxanaya gəlmişdik.

Cəld onu əməliyyata almışdılar.
Həkim vəziyyətinin kritik olduğunu demişdi.
Əməliyyatxananın qarşısında yerə çöküb dizlərimi qucaqlamış, ağlayırdım
İçimdə Allaha dua edirdim ona bir şey olmasın deyə.
Mənimdə üstüm başım, əllərim qan idi.
1-saatdan çox keçmişdi əməliyyat, amma heç kim çıxmırdı çölə.
Off nə olmuşdu, ölmüşdü görəsən?
Kiminsə çiynimə toxunduğunu bilib başımı yuxarı qaldırmışdım.

Polis idi.
P: salam xanım siz Renad Şahverdiyevin nəyisiz?
Üzünə baxırdım amma sanki eşitmirdim, keyyimişdim.
P: sizləyəm, eşidirsiz?
E: hə.. həə! Eşidirəm. Mən onun həyat yoldaşıyam.
P: hadisə necə oldu? Siz hadisə olan yerdə idiz?
E: hə, ..... biz münaqişə edirdik onunla sonra necə oldusa bıçağa əl atmışdım, ikimizin əlində idi. O, almaq istəyirdi, məndə buraxmayınca özümdə bilmədən artıq bıçağı qarnlna salmışdım.
Özümdən aslı olmayaraq yenə göz yaşlarıma boğulmuşdum.
P: mənimlə gəlin zəhmət olmasa.
Qolumdan tutmuşdu. Əlindən çıxıb
E: hara?
P: izzahat verməlisiz, mənimlə gəlin.
E: yox indi gələ bilmərəm nə olar əməliyyatdan çıxsın, həkimlər bir şey desin söz sizinlə gələcəm.
P: xahiş edirəm problem çıxarmayın mənə,
Başqa yollarla aparmayım sizi.

Belədə acımasızlıq olar? Mən 1-saatdı Renaddan xəbər gözləyirəm.
Həkim otaqdan çıxmışdı. Çox Şükür!
Həkimin yanına yüyürmüşdüm.
E: necədi vəziyyəti? Yaşayır?
H: Şükür Allaha, indi vəziyyəti biraz normaldı. İndi otağa çıxaracaqlar.
Həkim sözünü deyib getmişdi.

P: indi isə gələ bilərsiz
İçimdə Allaha şükür edirdim, ona bir şey olmadığı üçün.
Polislə birlikdə, şöbəyə getmişdik, burda məni sorğu sual edib məni burda hər şey aydınlaşana qədər qonaq edəcəklərini demişdilər.
Evimizə bir neçə polis yollanıb, araşdırma aparacaqdılar.

Məni isə nəzarətxanaya salmışdılar.
Burada olduğum üçün utanırdım.
Amma cəzam nə idisə çekməyə razı idim.
Zatən mənim üçün fərqli bir şey olmayacaqdı.
Ya həpsxana ya Renadın yanı.
İkisidə eyni şey idi, amma yəqin ki, həpsxanada belə çekdiklərim kimi cəzalar verməzdilər.
Oturduğum yerdə bütün olanları əvvəlcədən xatırlayıb ağlamağa başlamışdım.
Lənət olsun ki, mən bu göz yaşlarını heç bir zaman dayandıra bilmirdim.
İndi görəsən Behcət harda idi?
Ağlıma gələn şeylə ayağa qalxmışdım.
Barmaqlıqlara yaxınlaşıb

E: bura baxın!! Kimsə yoxdu?
P: nədi? Nə istəyirsən?
E: yalvarıram məni çıxarın, qardaşıma zəng etməliyəm.
Bəlkə onunla danışsam o, mənim yanıma gələr.

Onun üçündə çox darıxmışam.
P: olmaz! bura kefə gəlməmisən.
Pis olmuşdum.
Allahın gör nə günlərə düşdüm mən, utancımdan ölürdüm.
Haqlı idi, ərimi bıçaqlamışdım birdə utanmadan dilimdə vardı.

2-yarım keçmişdi, polis gəlmişdi.
Ayağa qalxmışdım. Əlində ki, şəffaf paketdə qanlı bıçaq vardı, bu həmin bıçaqdı.
P: evdən tapılıb, üstündə də sənin əl izlərin.
E: inkar etmirəm zatən mən etmişəm cazam nədisə, onu çekməyədə hazıram.
Amma xahiş edirəm sizdən. Qardaşıma zəng etməliyəm nə olar.
Biraz düşündükdən sonra razılaşmışdı.
Öncə WC'ə gedib əl üzümün qanını təmizləmişdim.

Sonra isə bir otağa keçib Behcətin telefonuna zng etmişdim.
"Telefon ya söndürülüb, ya da əhatə dairəsixaricindədi. Xahiş edirik biraz sonra zəng vurun"
Nə olmuşdu? Telefonu qapalı idi.
Nəsə olmuşdu ona?
Heç rahat deyildim, indi həqiqətən çox pis idim.
Renad da yanımda deyildi, oyanmışdı görəsən?
Behcətin telefonu bağlı idi.
Allahım ürəyim artıq olanlara tab gətirəcək qədər güclü deyildi.
P: nə oldu? Tez ol
E: birdə zəng edim nə olar.
Yenə opartor həmin sözləri təkrarlamışdı.
Əlimi alnıma sıxmışdım.
E: off Allahım, heç bir şey yolunda getmir.

Gözlərimi açdığımda xəstəxanada olduğumu görmüşdüm.
Ətrafa göz gəzdirmişdim, Esmeralda yox idi. Qaçmışdı?
Otağın qapısı açıq idi, ayağa qalxmaq istəyirdim amma ağrıdan qalxa bilmirdim.
Tibb bacısı otağa gəlib yanıma təsəlmişdi.
T: nə edirsiz siz? Bayaq əməliyyat olmusuz, indi ayağa qalxırsız? Yaranız qanayacaq.
R: mən qalxmalıyam, Esmeralda, həyat yoldaşım hardadı?
T: bilmirəm mən sizlə birlikdə bir xanım gəlmişdi, amma sonra görmədim
Gözləyin indi həkim gələcək vaziyyətinizə baxmağa, uzanın.

Off nə uzanması? Esmeralda yox idi deyirəm deyir uzan.
Cox çekməmişdi elə həkim gəlmişdi.
H: Renad bəy necəsiz? Özünüze necə hiss edirsiniz?
R: həkim mən yaxşıyam, indi getməliyəm
Ayağa qalxmağa çalışırdım, həkim məni yerimə uzandırmışdı.
H: hara getməlisiz? Siz yeni əməliyyat olmusuz belə şey olar? Yaranızda açıldı.
Yaram qanayırdı.
H: Gültac xanım siz həll edin.
R: mən arvadımın yanına getməliyəm. Bilmirəm hardadı o.
H: o sizi gözləyirdi, əməliyyatdan çıxdıqdan sonra sizin barədə məlumat aldı, yanında polislər vardı. Yəqin hadisə barədə izzahat almağa aparıblar.
Nəə? Off Esmeraldanı orda incitmirlər görəsən? nəysə polis gəlsində danışım.

R: mən yaxşıyam indi, polisi çağırın zəhmət olmasa gəlsin, Yoldaşımda məndən nigaran qalıb yəqin ki, gətirsinlər onuda.
H: yaxşı indi polisi çağırtdıracam.
Həkim və tibb bacısı otaqdan çıxmışdı.
Biraz keçmiş, polisdə gəlmişdi.
P: salam Allah şəfa versin
R: çox sagolun
P: indi yaxşısınızsa izzahat ala bilərik?
R: hə mən ilk öncə həyat yoldaşım Esmeralda Şahverdiyevanın bura gəlməsini istəyirəm amma.
P: o, şöbədədi, sizin sağalıb izzahat vermənizi gözləyib sonra məh...
Sözünü kəsmişdim.
R: mən bıçaqlanmışam qəbahət məndə olub, şikayətçidə deyiləm onu çıxarın.
P: bu işlər belə həll olunmur. Bunların qayda qanunları var.
R: siz mənim kim olduğumu bilirsiz? Mən Renad Şahverdiyevam!
P: bağışlayın Renad bəy arxayın olun, siz indi mən ərizə yazacam sizdə imzanızı atacaqsız vəssalam sonra, Esmeralda xanım çıxacaq.
Ərizəni yazdıqdan sonra, imzamı atmışdım.

Başım ağrıyırdı, əllərimlə alnımı ovurdum.
Polis gəlib barmaqlıqları açmışdı.
E: nə oldu?
P: çıxırsız!
E: amma mən..
P: Renad bəyin həyat yoldaşı olduğnuzu niyə əvvəlcədən deməmişdiz?
E: o nə deməkdi?
P: Renad bəy şikayətci olmayıb, çıxırsız burdan.
E: Renad özünə gəlib?
P: yoldaşlarımızdan biri sizi xəstəxanaya aparacaq.
Demək şikayətci olmamışdı.
Xəstəxanaya gəlmişdim.
Otağın yerini öyrənib yuxarı qalxmışdım.
Qapı aralı idi, maraqla qapıya baxırdı.
Məni qapıda görüb üzü gülümsəmişdi.
Təəccübəlmişdim buna.
E: necəsən? Özünü yaxşı hiss edirsən? Ağrın var?
Danışaraq ona yaxın gəlmişdim.
R: yaxşıyam mən indi daha yaxşı oldum.
E: mən olanlara görə səndən üzür istəyirəm.
Başımı aşağı salmışdım, əllərimdən tutması diksindirmişdi məni. Qəribə baxışlarla üzümə baxırdı.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri