Qisasın Əsiri (12-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 7
Baxılıb: 8 219
Səs ver:
(səs: 2)
"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Renad qəribə baxışlarla mənə baxırdı.
Əllərimi çekmişdim.
Geri gedərək stula əyləşmişdim.
Onun belə qəribə hərəkətlərindən belə qorxurdum.

R: mən sadecə sənə təşəkkür etmək istədim
E: nə üçün? Səni bıçaqladığım üçün?
R: yox sənin yerində kim olsaydı..
Sözünün ardını gətirə bilməmişdi.

Hal-hazırda özüm özümü bağışlaya bilmirdim. Mən nə həddə gəlmişdim ki, onu bıçaqlaya bilmişdim. Düzdü onun mənə etməyə pislik, vəhşilik qalmayıb bəlkədə amma mən özümdə deyildim bunu edərkən. İndi mən özümü ona qarşı günahkar hiss edirdim.
Belədə şey olar heç? Mən niyə beləydim ki?
Özümdən aslı deyildi bu "vicdan" deyilən şeydi.
Hər kəsdə olmaya bilirmiş bu.

Gözünü yerə dikmişdi, fikirli idi.
Bayaqdan onu izləyirdim.
R: Esmeralda?!
E:....
Eşitmirdi məni,
R: Esmeralda?!
Nə olmuşdu buna? Bilərəkdən edirdi bu qız?
Sinirlənirdim artıq.
Tumbanın üstündə ki, stakanı sürüşdürməmlə, yerə düşərək sınmışdı.
Esmeralda buna dik atılmışdı.
Maraq dolu gözlərlə mənə baxırdı.
R: su içmək istədim yərə düşdü.
E: mənə desəydin.
R: səslədim amma eşitmədin ki.
E: yaxşı indi mən təmizləyərəm.
R: sən dəymə!
E:...
R: yəni sən niyə təmizləyəsən ki, xadiməni çağır o gəlsin.
Ayağa qalxıb otaqdan çıxmışdım.
Xadimə çağırmışdım.
Yeri təmizlədikdən sonra getmişdi.
Gecə idi artıq. Renad dərmanların təsirindənmi nə, artıq yatmışdı.
Məndə çox yorğun idim, özümü yaxşı hiss etmirdim.
Divana keçərək orda uzanmışdım. Yuxuya ehtiyyacım vardım.
Gözlərimi qapadar- qapadmaz yuxuya təslim olmuşdum.

Oyandığımda artıq səhər olmuşdu.
Renad deyesen yatırdı hələdə.
Üzü pəncərəyə tərəf uzanmışdı.
Ayağa qalxıb yanına getdim.
Oyandırmağa çalışdım, mən gec oyanmışdım.
Amma o, bu qədər yatan deyil ki.
E: Renad? Renad?
Oynamırdı, çiynindən tutub silkələyəcəkdim ki, özü arxaya getmişdi.
Qanaxnması vardı.

Cəld otaqdan çıxıb, həkimi çağırmışdım.
Həkim və tibb bacısı falan gəlmişdi.
Bayaqdan varmış qanaxması, həkimin dediyinə görə özümü saxlaya bilməyib yenə ağlayırdım.
Tibb bacısı həkimin göstərişi ilə məni otaqdan çıxarmağa çalışırdı.
Mən isə çox narahat idim, niyə məni otaqdan çıxarmışdılar ki?
Qapının ağzında yerə çöküb ağlayırdım.
Mən niyə ağlayırdım ki, niyə onun qədər acımasız ola bilmirdim?
Özümə 2-qat əsəbləşirdim.
Həm mən onun üçün ağladığıma, həm də indi onu bu vəziyyətə saldığıma görə.
Çox çekməmişdi ki, Həkim çıxmışdı otaqdan.
Cəld ayağa qalxaraq, gözlərimi silib, qarşısına keçmişdim.
E: həkim necədi o? Nə olub?
H: narahat olmayın qanaxmasını dayandırmağa çalışdım, tikişi sökülüb.
Tibb bacısı indi yarasını təmizləyib, yenidən tikiş atacaq.
E: bəs nə vaxt sağalacaq? Nə vaxt evə gedə bilər?
H: yenə bir problem olmazsa, bir neçə gün sonra çıxa bilər. Birazdan təkrar gəlib vəziyyətinə baxaram. Həkim çıxıb getmişdi.

Otağa keçmişdim. Renad özünə gəlmişdi, tibb bacısı tikişi tamamlamışdı.
T: indi xəstəyə yemək gətirəcəm.
Başımla yaxşı mənasında yelləmişdim.
Renad üzünü turşudub yerini rahatladmağa çalışırdı.
Yanına gedib
E: yaxşı, yaxşı sən dayan mən həll edərəm sən özünü yorma.

Mənə yaxınlaşıb yastığımı düzəldirdi, nəfəs qədər mənə yaxın idi.
Saçları çiyinlərimə tökülmüşdü.
Biləyindən çekməmlə üzərimə çökmüşdü.

Nə edirdi? Bu insan? Qorxurdum.
O qədər yaxın idik ki, bir-birimizə, nəfəsini üzümdə hiss edirdim.
Bədəni açıq idi, iki əlimi, çiyinlərindən tutaraq ayağa qalxmaq istəyirdim.
Amma əllərini belimdə elə kilidləmişdi ki, qalxa bilmirdim.
E: nə edirsən? Çek əllərini

Bu sirada tibb bacısının otağa daxil olması ilə cəld üzərindən qalxmışdım.
T: şey üzürlü sayın,)) amma gələcəyimi demişdim.
Utancımdan yanaqlarım allanmışdı.
Rəng alıb, rəng verirdim.
Köynəyini üstünə atıb otaqdan çıxmışdım.
Qaçmışdımda deyə bilərik.
Heç sevməmişdim bu halı.

Otaqdan qaçmışdı.))
Köynəyimi geyinib tibb bacısının gətirdiyi, yeməyi yeməyi yeyəcəkkən,
R: zəhmət olmasa həkimlə danışmaq istəyirəm, onun bura gəlməsini xahiş etdiymi desəz yaxşı olar.
T: yaxşı.
Yeməyi bitirmişdim.
Həkim gəlmişdi.
R: həkim mən bu gün çıxmaq istəyirəm.
H: amma hələ siz tam sağalmamısız, burda müşahidə altında qalsaz daha yaxşıdı
R: siz narahat olmayın yoldaşım mənə yaxşı baxar. Lazimi dərmanlarıda yazsaz, evdə müalicə olunub sağalaram.
H: yaxşı o zaman, amma bir şey olsa həmən bura gəlin, özünüzü də çox yormayın.

Otağa gəldiyimdə Renad, həkimlə danışırdı.
Sonra həkim çıxmışdı otaqdan.
E: nə olub? Niyə gəlmişdi həkim?
R: pencəyimin cibindən pul qabımı gətirə bilərsən mənə?
Deyinə deyinə pul qabını vermişdim.
E: deyəsən eşitmirsən mən nə deyirəm sən nə deyirsən.
R: nə çox danışırsan sən belə?
Bir xeyli pul çıxarıb, mənə uzatdı.
R:al bunu ged xəstəxana çıxışını həll et, həkimində ödəməsini elə.
E: anlamadım?
R: nəyi anlamadın? Başqa dildə dedim?))
E: sən bilirsən nə dediyimi, hələ sağalmamısan, həm həkim hələ bir neçə gün sonra çıxa biləcəyini deyib.
R: Esmiralda sən safsan? Bəs həkim nə üçün gəlmişdi? Sən dediyimi elə!

Əmirvari danışığına bir bax bunun səfeh.
Əsəbimdən göz süzdürərək, otaqdan çıxmışdım.

Köməkliyim ilə taksiylə evə gəlib çatmışdıq.
Qapını açıb evə daxil olmuşduq.
Ev dağınıq, yerdə qan izləri dururdu.
Onu otağına qaldırıb, yatağına uzanmasına kömək eləmişdim.
Sonra isə aşağıya düşüb, ətrafı yığışdırıb, qan izlərini silmişdim. Mətbəxə keçib, onun üçün bulyon bişirmişdim.
Bitgi çayı dəmləyib fincanına süzmüşdüm.
Padnosa qoyub yuxarı qalxırdım ki,
Renadın əsəbləşərək kimləsə danışdığını eşidirdim.
R: bax bu iş bizimdi! Ya elə, yada belə.
Bilirsən onlar illərdi, bizimlə rəqib iş adamıdı, nə pislik desən çıxar onlardan.
Aha bir yoluna qoy sən Toğrul.
Qapını taqqıldadıb içəri keçmişdim.
R: yaxşı oldu, olanlardan məni xəbərdar edərsən.

Padnosu tumbanın üstünə qoyub
E: bulyon bişirdim..
Sözümü kəsib sərt cavab vermişdi.
R: indi çıxa bilərsən!
Heç bir şey deməyib otaqdan çıxmışdım.
Buna bax sən hələ birdə kobud, kobud çıxa bilərsən də deyir.
Öz otağıma kecirdim ki, Renadın otağından gələn səslə, qapısının ardında dayanmışdım.
Yenə telefonla danışırdı, amma başqa adamla.
Yenə kükrəyirdi. Çox çətin insandı.
Otağa keçəcəkkən qapını elə açmamla əlində ki, fincanı qapıya fırlatması ilə başıma dəymişdi.

Alnımda yara açmışdı, telefonu cəld söndürüb yanıma gəlmişdi.
E: çək əlini, toxunma birdə mənə.
R: dəlisən sən? Otağımda sənin nə işin var?
Əsəbləşdimsə sən mənim nə otağıma, nə də yanıma gəlmə!!!
E: utanmadan hələ birdə danışırsan. Nə halın varsa gör, günah sənə nigaran qalandadı. Fincanı başıma fırlatmaq nədi?
R: ya sən məndən niyı nigaran qalırsan ki? Kimsən sən hə? Özüvü nə yerinə qoymusan?

Yənə başlamışdı, alçaltmaları
E: sənə nifrət edirəm,
Alnımı tutaraq, ayağa qalxıb, otaqdan çıxdım.
Ardımca qapını möhkəm çırpması ilə diksinmişdim.
Otaqdan səs küy gəlirdi, qışqıraraq dağıdmışdı hər şeyi bəlliki.
Bezmişdim, hər şeydən, canımdan bezdirmişdi. Allahın bəlası.
Hər fürsət tapdıqca məni alçaldırdı.
İndi isə yenə bilərək canımı yandırmışdı.
Məndə insanam, mənimdə, duyğularım hisslərim var. Səni mən niyə insan yerinə qoyurdum ki, məni insan yerinə qoyub, saymırdı belə.
Anormal- anormal hərəkətlər edirdi. Məni özündən daha çox tiksindirirdi, qorxudurdu.
Otağımda hamama keçib, özümü duşun altına salmışdım.
Əllərimi ağzımla tutub, hönkürtü vururdum.
Göz yaşlarım və alnımdan axan qan isti suya qarışmışdı.
İsti su alnımda ki, yaranı daha çox acıdırdı.
Artıq ağlayışım, hıçqırıqlarla əvəzlənmişdi.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri