Qisasın Əsiri (21-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 6 854
Səs ver:
(səs: 2)
"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Pilləkanlardan enərək 1-ci mərtəbəyə düşmüşdüm.
Zala keçdiyim də Renad və Samuray süfrədə oturmuş səhər yeməyini yeyirdilər.
Renad məni görüb
R: sabahın xeyir canım))
Ayyh canım'mı? Samuray burda idi, yoxsa mən görsətərdim sənə canımı amma nəysə.
E: sizində nuş olsun.
Renad başda oturmuşdu, məndə yanına əyləşmişdim. Samuray da tam qarşımda idi.
Süfrə çox gözəl görünürdü Renadmı hazırlamışdı yəni?
Üzümü Renada çevirərək
E: sənmi hazırlamısan süfrəni?
R: xeyir yeni köməkçi işə götürmüşəm.
Elə həmin köməkçi dediyi xanım gəlib çay süzmüşdü mənə.
E: çox sağol.
Deməklə kifayətlənmişdim xanıma.

E: amma Safiyə xala yaxşı idi, həm o....
Sözümü kəsərək
R: o, sənə yaxşı gəlmirdi Esmiralda. Onun ucbatından..
Boğazımı təmizləməmlə dayanmışdı.
Samuray diqqətlə bizə baxırdı. İkimiz də ona dönmüşdük üzümü.
S: bir şeymi olub Esmiralda?
Gözlərimi fırlatmışdım.
E: heçnə yoxdu nəysə.
R: Sami sən burda işlərini davam etdirəcəksən yoxsa, elə belə gəlmisən?
S: əslində bir müddət burda şirkətimizdə ki, işlərlə maraqlanacam, amma tamamən başqa bir şey üçün gəlmişəm
Dediyində sirli baxışlarını üzərimdə gəzdirmişdi.

Məndə üzümü ona çevirmiş istehza ilə
E: bəs bu müddət içində burda evdə qalacaqsan?
S: xeyir özümə ev tapdıqdan sonra gesəcəm.
Renad mənə sərt bir baxış atmışdı.
R: sözü belə olmaz bura sənin də evin sayılar, nə qədər istəyirsənsə qala bilərsən.
S: Esmiralda düz deyir bir müddətliyinə də olsa burda qala bilmərəm.
Nə etməyə çalışırdı?
R: nəysə Ruslan dayıgillər necədi?
S: çox sağol yaxşıdılar salam göndərdilər.
R: 10-ay əvvəl görmüşdüm onları anamın yasında.
Dediyin də üzümə nifrətlə
Başımı aşağı salmışdım tikəm boğazımda qalmışdı çox normal.
Renad elə baxarsa başqa nə olardı?

S: Dərya ilə danışırsan?
Dəryamı? Baxışlarım Renadı dönmüşdü.
O, da mənə baxıb daha sonra Samuraya baxmışdı.
R: mən sonincu dəfə ki, söhbətimizdən sonra bir daha onunla əlaqə saxlamadım. Doğrusu istəmirdim də, onunla əlaqə saxlamağım onu daha çox incidirdi.
Ya 1- dəqiqə, 1-dəqiqə bu Dərya kimdi axı?
Ciddi ifadə alıb
E: Dərya kimdi?
Samuray cavab vermək istərkən Renad ağzını açmasına imkan vermədən
R: biz 3-müz uşaqlıqdan birlikdə olmuşuq hər zaman. Samuray, Dərya və mən.
Daha sonra isə həyat yollarımızı ayırdı.

Süfrədən qalxmış divana əyləşmişdik.
Renadla, Samuray divana mən isə kresloda oturmuşdum.
Renad yenidən üzün Samuraya çevirmişdi
R: Dərya nə edir? Özünə yeni bir həyat qurub?
S: əgər səndən sonra kiminlə isə həyatını birləşdirdiyini soruşursansa yox. Amma artıq ailəsi ilə yaşamır, "AYRILDI BİZDƏN"
Vurğu ilə demişdi bu sözünü. Səndən sonra nə idi? Renadla, Dərya bir-birilərini seviblər yəni? Ayrılıblar? Yoxsa nə?
Mən söhbətdə itib, batmışdım. Heç bir şey anlamırdım, parolalı danışırdılar sanki.
S: yəni Almanyaya gedib orada işləyir,yeni bir həyat başlayıb onun üçün. Mənimdə əlaqəm kəsilib onunla.

Renad niyə soruşurdu ki, O, qızı? Mənim ki, də söz deyil e, uşaqlıqdan bir yerdə olmuşuq deyir.
Olsun amma yenədə bu Dərya məsələsi beynimi qurcalamışdı.
Renad ayağa qalxmışdı
R: mənim bir neçə işlərim var, günortadan sonra evdə olaram yəqin, Sami sən şirkətə gedəcəksən?
S: Y .yox mən bu gün evdə olacağam.
R: yaxşı o zaman mən çıxıram.
Deyib irəliləyirdi ki, addımlarını saxlayıb mənə dönmüşdü.
R: ha bu arada Esmiralda, səhər dərmanlarını içməmisən, laqeyd yanaşma xahiş edirəm.
Mənə göz vurub evdən çıxmışdı.
Nə edirdi belə? Necə də rola girə bilirdi bu insan? Samuray üçün səhnəcik qurmuşduq sanki "Xoşbəxt Ailə".

Samuray dik-dik üzümə baxırdı.
Məndə ayağa qalxıb otağıma getmək istəyirdim ki, Samurayın səsi ilə dayanmış, ona baxırdım.
S: Bağışla səhər ki, mədəniyyətsizliyimə görə.
Qarşıma keçmişdi üzbə-üz dayanmağımız üçün.
E: birdə belə bir şey olmasın!
Üzümü çevirmiş gedərkən yenə o kobud səsini eşitmişdim.
S: bu biraz əmirvari oldu amma,)) mən burda üzürxahlıq edirəm, amma səndə mənimlə kobud danışdın qəbul et))
Anlamadım bu nə özgüvən idi? Tükrlər demiş "Neyin kafasını yaşıyorsun?"
Mənimlə elə bir tonda danışırdı ki, sanki, mən bununla illərin tanışıyam.
Üzümü büzüb istehza ilə cavab verdim.
E: nə? Mənmi? Səndən üzür istəməyimi gözləyirsən eləmi? Otağıma icazəsiz keçən sən. Sən özüvü bə zənn edirsən? Yaxşı Renadın uşaqlıq dostu ola bilərsən amma mənim üçün heç kimsən. Və mən, mənim üçün heç kim olan insanlardan üzür istəmərəm, hələ ki, bir yanlışım yoxdusa.

E: sən işlərini nə vaxt həll edəcəksən? Bəlkə artıq özünə bir ev tapasan? İndi evdə oturacağına məncə gedib bir evlə marağlansan pis olmaz.
S: niyə belə kobud cavablar verirsən ki? Gəldiyim gündən sanki, mən bir qatiləm kimi davranırsan. Mən sadecə...
E: off çox danışırsan ya.
Sözünü yarımçıq qoyub, mətbəxə keçib dərmanlarımı içmişdim. Daha sonra otağıma qalxıb biraz uzanmışdım.

Yuxu tutmuşdu məni, yanı başımda sanki, kimsə varmış kimi hiss etmişdim.
Amma yuxu məni ağuşuna elə almışdı ki, oyana bilmirdim.
Oyandığımda isə günəş şüaları ilə otağı işıqlandırırdı.
Baş ucumda ki, saata baxmışdım.
14:57 yaxşı gecəyə qədər yatmış olmama sevinmişdim.
Acmışdım günorta naharı etməmişdim.
Saçlarımı topuz yığıb yataqdan qalxmışdım. Hamama keçib əl, üzümü yumuşdum. Yenidən otağa keçib, yatağı səliqəyə salmışdım, baş ucumda ki, şəklim olan çərçivə üzü üstə idi. Küləkmi edib deyəcəm amma küləyin çərçivəni aşırması biraz olanıqsız idi.
Çerçivəni yerinə qoyub otaqdan çıxmışdım.
Aşağı endiyimdə heç kim yox idi. Renad da gəlməmişdi bəlli ki.

Mənə nə, boş ver get sən yeməyini yemənə bax Esi.
Mətbəxdə həmin xanım vardı.
E: salam :)
A: Salam Esmiralda xanım bir şey istəmişdiniz?
E: acmışam))
A: yaxşı bu dəqiqə yeməyi isidərəm mən.
Deyib cəld qazanı əlinə alaraq, qazın üzərinə qoymuşdu.
E: sizin adınız nədi?
A: Aysel:)
Xoş və gülər üz idi.
O, ətrafda dolanır qab falan götürürdü, mən isə stulların birində oturmuşdum.
Ağlıma gələn sualla
E: Aysel, Renad evdədi?
A: xeyir gəlməyiblər))
O, qəribə varlıqda evdə idi? Nəysə harada olursa olsun gözümə görünməsin. Avtomatik olaraq yoxsa sinirlənirdim.
Aysel yeməyi isidib qarşıma qoymuşdu
E: çox sağol))
Gülər üzü ilə başını yelləmişdi.

Başımda ağrıyırdı, hər zaman belə yatarkən oyananda başım ağrıyırdı.
Yeməyimi bitirib, dərmanlarımı da almışdım.
Sıxılırdım evdə. Təkrar otağıma qalxıb Renadın mənə aldığı kitablardan birini əlimə alıb aşağı enmişdim.
Mətbəxdən həkimimində tənbehlədiyi bitki çayımı dəmləyib, fincanıma süzüb, bağça qapısını açaraq, bağça çıxmışdım.
Necə də gözəl hava var idi.
Bağça isə çox gözəl idi, ətraf yaşıllıq, güllər sarmaşıq kimi onu əhatələyən taxta çardaqa dırmaşmışdı.
Süni göl salınmışdı. Dovşanlar, tasmalı it vardı o qədər gözəl görünürdü ki, heç evə keçəsi gəlmirdi insanın. Evin ətrafında isə çox adamları var idi. Təxminən 8- iri cüssəli, qara kostyumlu adamlar idi. Evi qala kimi qoruyurdular.
Bir bunlar korlayırdı mənzərəni.
Adamlardan biri yaxınlığımda gəlib dayanmışdı.

E: bir şey olub?
#: xeyir Renad bəyin qəti təlimatı var.
Hay sənin Renad bəyinində ....
Üzümə belə baxmırdı danışarkən. Tipə bax, sanki box yarışından fırlanmış ajandı))
E: biraz kənarda durun ya, narahat oluram mən.

Biraz məndən uzaqlaşmışdı. Asma yelləncəkdə oturmuş ayaqlarımı jurnalnin üzərinə qoymuşdum.
Kitabda mənim və körpəm üçün çox faydalı və yaralı məsləhətlər var idi.
Ara bir bitki çayımdan içirdim.
Bir neçə səhifə oxumuşdum. Başımın üzərində qaraltı hiss edib başımı qaldırmış qarşımda ki, varlıqa baxırdım.
Sinir bozucu şəxsdə gəlmişdi.
S: nə oxuyursan? Baxım))
Deyib əlimdən almışdı kitabı.
E: nə edirsən?
Kitabı geri qaytararaq

S: sən hamilə kitabı niyə oxuyursan?
E: sənə nə, nə kitabı oxuyuram! Başımın üzərini kəsdirib, narahat etmə məni.
S: Esmiralda heç özündən danışmamısan? Danış, biraz ətraflı tanıyım səni))
Bişmiş kəllə kimi gülürdü. Arsız!
E: səninlə danışacaq bir mövzum yoxdu. Nə yapışqan an əl çəkdə! Nə mən, nə də Renad belə hərəkətləri sevmirik. Renad səninlə necə dost olub?!
S: hey dostluğumuza sən qarışa bilməzsən.
Renad mənə öyrəşikdi həm, səndə zamanla öyrəşəcəksən ;).
Ay birdə arsızca göz vurmuşdu. Səbrim tarıma çəkilmişdi ayağa qalxıb, üzünə yağlı bir şillə çəkmişdim.

E: sən özüvü nə yer...
R: ESMİRALDA?! Və bu an Renad hirsli gözlərlə bizə baxırdı. Mənə yaxın gələrək üzümə baxırdı.
Səsli udğunmuşdum, yanlış anlamasından qorxurdum.
R: Esmiralda?! NƏ BAŞ VERİR BURDA?
Off bu heçdə yaxşı olmamışdı.
S: şey.. m..biz burda oyun oynayırdıq doğru və cəsarət Esmiraldaya cəsarət düşmüşdü. Məndə ona cəsarət bir şey tapmadım deməyə üzümə şillə vur dedim.
Bu necə bir açıqlama idi. Sual dolu baxışlarımla Samuraya baxırdım.
Renad isə tərs- tərs bizə baxırdı inanmışa oxşamırdı.
R: eləmi?!
Samuray cibində ki, qələmi stolun üzərinə qoymuşdu.
S: bir tapmadıq fırlatmağa bu vardı)). Esmiralda kitab oxuyurdu məndə sıxıldım. Mənim fikrim idi.

Bu insan Renadla aramda ancaq problem yaradırdı, başqa bir şey yox.
R: görürəm "GƏLİNBACINLA" qaynayıb- qarışmısız he?
S: aha biraz elə oldu, hətda sabah bir yerlərə getməyi təklif etdim, sağolsun qəbul etdi. Səndə bizə qatıl qardaşım ;).
Yalanlar, yalanlar, yalanında daneskası nələr danışdırdı bu insan? Bu qədər uydurma, gopologiya olar?
Bu insan çox canımı sıxırdı, artıq. Renadın yanında özümü güclə saxlayırdım. Bir şillə daha ilişdirməyim deyə.
R: bilmirəm baxarıq, nəysə Esi ujey hava qaralacaq, soyuqdu gəl içəri.
Kim bilir bu sözlərin altında nələr yatırdı.
E: yaxşı deyə bilmişdim sadecə.
Kitabı əlimə alaraq, evə keçib, otağıma qalxmışdım. Renad da deyəsən arxamca gəlirdi.
R: Esmiralda?!
Otağın qapısını örtəcəkkən qapını açıb, içəri keçib, özü bağlamışdı qapını.

Qorxu düşmüşd bədənimə, çox hirsli görünürdü.
Mənə yaxınlaşıb qollarımdan tutmuşdu.
R: Samurayla aranda bağçada gərgin bir şey oldu?
Gözlərimi qaldıraraq üzünə baxmışdım.
Əslində ona yalan demək istəmirdim. Onun mənə yaxınlaşmalarını sevmirdim.
Amma Samurayın dediklərini inkarda etsəydim, 2-dost arasında dava, dalaş olardı deyə qorxurdum.
Söz- söhbət olsun istəmirdim.
Qollarını əllərimə aşağı sürüşdürmüşdüm.
Üzümü pəncərəyə tərəf çevirib gedib, bağlamışdım.
E: Y.yox, heçnə yoxdu. Dediyi kimi cəsarət düşmüşdü mənə və mən...
Sözümü kəsib yanıma gəlmişdi. Çiyinlərimə toxunduğunda diksinmişdim.
R: yaxşı nəysə Samini boş ver, gəl gedək axşam yeməyini yeyək.
E: mən hələ ac deyiləm. Həm Behcəti görmək istəyirəm mən. Artıq 2-aydan çoxdur onu görmürəm.
Xahiş edirəm, onu görmək istəyirəm. Onunla görüşdür məni.
Biraz düşünmüş kimi dayanmışdı.
Mən isə maraqla dodaqlarının arasından çıxacaq"Yaxşı Görüşdürəcəm" kəlməsini gözləyirdim.

Məni jozefinə oturdub, özüdə yanıma oturmuşdu.
R: Esmiralda, bunu edə bilmərəm. Amma video çəkib göndərə bilərik.
Əllərimi əllərindən sərt şəkildə çəkib, ayağa qalxmışdım
E: MƏN CAN PARƏMİ GÖRMƏK İSTƏYİRƏM! ANLAYIRSAN?! ANLAMIRSAN! NECƏ ANLAYASAN Kİ? SƏNİN NƏ BACIN VAR NƏ DƏ QARDAŞIN! SƏN BU SEVGİNİ ANLAYA BİLMƏZSƏN! SƏNIN KİMİSİNƏ DƏ ELƏ ANCAQ YANLIZLIQ YARAŞIR.
MƏNİ ƏN DƏYƏRLİMLƏ SINAYIRSAN HA! İN ŞA ALLAH SƏNDƏ ƏN DƏYƏRLİNİ, SEVDİYİNİ İTİRƏRSƏN.

Səsimi yüksəldərək, dediyim sözlər bilirəm bir ox kimi bəlkə də ürəyini sızlatmışdı. Əgər ürəyi varsa, amma peşman deyildim.
Bu həyatda ən çox məni incidən, mənə zərər verən Renad olmuşdu.
Onun mənə yaşatdıqlarının yanında mənim dediklərim bir heç idi.
Boş bir ifadə ilə üzümə baxırdı.
Mən isə dayanmaqda olduğum yerə çökmüşdüm.

Yavaş addımları ilə key kimi qapıya doğru addımlayırdı.
Qapını açıb çölə çıxacaqkən zəhərli sözlərimi dayandırmamışdım.
E: həyatımda yaşadığım ən böyük peşmançılıq, səninlə evlənmək oldu. İn şa Allah sən daha betər peşmançılıq çəkərsən də, ömürün boyu səni yandırıb, kül edər!
Qapını sərt çırpması ilə, gözümdə yaşlar sellər, sular olmuşdu.
İndi ikimizdə yaxşı deyildik. Amma mənim yaşadıqlarım daha ağırdı. Ona dediklərimi özüm yaşayırdım, kor peşman, qardaşımın həsrətindən yanıb-yanıb kül olurdum.

Ayağa güc- bəla qalxıb, hamama keçib üzümü yumuşdum.
Yemək yemək üçen aşağı düşmüşdüm.
Qarnımda ki, körpəmə görə ayaqda qalmalı idim.
İndi sadecə onun varlığı ilə ayaqda qalırdım.
Çarəm olsa idi. Bu dəqiqə bu evdən qaçardım.
Amma yox idi, buna əvvəl də cəht göstərsəmdə boşuna olmuşdu.

Aşağ endiyim də Samuray yalnız süfrədə oturmuşdu.
Təəccüblə üzümə baxırdı.
Ağladığımı anlamışdı yəqin.
Umrumdamı? Deyil.
Zatən o, da ayağıma dolanırdı, daha çox canımı sıxırdı.
Stulların birində oturmuşdum.
S: Ayseel?!
Aysel mətbəxdən qaçaraq gəlmişdi.
A: bəli.
S: nə dayanmısan? Esmiralda xanıma yemək çək.
Qarşımda ki, tarelkanın içini doldurmuşdu. Sanki, canavaram.
E: kifayətdi.
Deyib əlimlə geri çəkmişdim, əlini.

S: nuş olsun)
Cavab belə verməmişdim.
Yeməyimlə oynayırdım, iştahım yox idi.
Başımı qaldırdığımda Renadın da mənə baxdığını görmüşdüm.
Bu nə vaxt gəlib oturmuşdu burda? O qədər fikirli idim ki, gəldiyini belə anlamamışdım.
İkimizdən baxışlarımızı qaçırmışdıq.
O, da mənim kimi yeməyi ilə oynayırdı.
S: nə olub sizə? Niyə yeməklərinizlə oynayırsız? Dalaşmısız siz?
Artist yuxarıdan gələn səsləri eşitdim demirdə.
Dediklərinə aldırış etmədən yavaşca yeməyimi yeyirdim.
Renad da cavab verməmişdi.
Şeytan 3-lüsü kimi olmuşduq sanki.
Öldürücü süküt hökm sürürdü süfrədə.
Çəngəllərin səsi belə gəlmirdi.
Mən biraz yemək yedikdən sonra, çəngəlimi buraxmış süfrədən qalxmışdım.

Bir başa otağıma qalxırdım.
R: dərmanlarını unutdun!
Cavab verməmişdim belə.
Otağıma qalxıb qapını kilidləmişdim. Yatağıma uzanmışdım.
A: Esmiralda xanım, dərmanlarınızı gətirmişəm. Açında qapını.
Aysel qapını döyürdü.
E: istəmirəm, içməyəcəm.
A: amma Esmiralda xanım, Ren...
E: DEDİM İSTƏMİRƏM.
Yazığı da tərsləmişdim. Ayaq səslərini eşitdikdən sonra əmin olmuşdum. Getdiyindən. Ayağa qalxıb, şkafdan gecə paltarlarımı çıxarmışdım.
Hamam keçib üstümü dəyişmişdim.
İçim rahat deyildi. Renada olan əsbimə görə körpəmə laqeyd yanaşa bilməzdim.
Dərmanlarımı içməli idim.
Qapını açıb, otaqdan çıxırdım ki, Renadın pilləkanları qalxaraq telefonla danışmasını eşitmişdim.
R: nə oldu? Tapılmadımı? Necə yəni ortalıqda yoxdu? Behcət hər halda yalan deməyib. Ceyhunu nə olursa olsun, mənə tapıb gətirin.
Gürcütsanda olduğunu deyib? Biraz çətin olacaq amma o iti mənə tapın! Ölmüş olsa belə leşini gətirin!

Eşitdiklərimlə təəccüblənmişdim.
Renad, Behcətlə danışıb. Ceyhun Behcətin dostu idi.
Amma yox idi ortalıqda.
Ceyhun etmişdi demək ki, o, öldürmüşdü.
Eşitdiyim sözlərlə qapını açıb, Çölə çıxmışdım. Renad məni görmüşdü, danışdıqlarını eşitdiyimi anlamışdı.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri