Qisasın Əsiri (22-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 5 198
Səs ver:
(səs: 1)
"Cəsarətin bitdiyi yerdə, əsarət başlar"

Bəzən kimə güvənmək lazım olduğunu belə bilə-bilmərik.
Gözümüzə yaxşı kimi görünən şeylər, bizi heç gözləmədiyimiz yanlışlara doğru sürükləyər.
Bəzəndə yanlış bildiklərimiz, bizləri uçurumun kənarından qıl payı qurtarar.
Ağlımız o qədər qarışıq olar ki, verdiyimiz qərarları nəticələrdən sonra yaxşı və ya pis olduğunu gördükdən sonra bilərik.
Oysa analiz etməyi boş verərik.

Üzümə düşən günəş şüaları ilə, üzümü turşutdum. Əllərimi üzümü günəş şüalarından qoruyurmuşcasına, önünü kəsdirmişdim.
Yerimdə dikəlmişdim, mədəmdən ağzıma qədər gələn ögüməylə cəld yerimdən qalxıb, hamama keçərək, closet'ə qaytarmışdım.
3-cü aya hələ 2- həftə vardı.
Kitabda da oxuduğuma görə, 3-aya qədər çəkirmiş ürək bulanmalar.
Səhər-səhər heç xoş mənzərə deyildi.
Ağzım da acı bir dad vardı. İyrənc idi qusduqdan sonra ki, hiss.
Əlimi üzümü yuyub, birbaş duş kabininə girmişdim.
İsti su bəlkə yaxşı hiss etdirərdi.
Bədənimə axan isti su, məni lap yuxuya aparırdı.
Bəli, yeni yuxudan oyansamda, hamiləliyə görə yuxu tökürdüm ancaq.

Hamam xalatını əynimə bürüyüb, otağa keçmişdim.
İsti suyun bədənimdə ki, qan dolaşımının təsiri ilə ayaqlarım soyuq zəminlə birləşincə, bədənimdən anlıq titrəmə keçmişdi.
Yatağımın kənarında ki, pudra rəngi başmaqlarımı ayağıma geyinmişdim.
Başımda ki, dəsmalı yatağın üzərinə atıb şakafımın qarşısın da dikəldim.
Xardal rəngi, güllü yaxa hissəsi güpurlu tulum çıxarmışdım.
Üzərimi geyindikdən sonra, saçlarımı qurudub, dağınıq at quyruğu yığmışdım.
Otağımıda səliqəyə saldıqdan sonra aşağı enmişdim.
Renad və Samuray səhər yeməklərini yeyirdilər.
Renad məni görəcək, göz ucu baxış atıb yeməyinə dönməsi ilə yenidən baxışlarını mənə çevirmişdi.
Heyran dolu baxışlara bənzəyirdi sanki, bunlar.
S: Oo.. Esi xanım sabahın xeyir)) necəsən?
Gözlərimi çevirərək, bezgin şəkildə süfrəyə oturmuşdum.

E: sənin də sabahın xeyir. Çox sağol yaxşıyam.
Süfrə də sakitlik yenə sakitlik hökm sürürdü.
Zatən Samurayın danışmasına ehtiyyac yoxdu, danışmasa da olar.
Demişdim ki, Samuray sözə başladı
S: mən özümə bir ev tapdım, artıq rahat ola bilərsiz əsasəndə Esi sən ;)
Göz qırmışdı birdə.
Başımı qaldırıb, buz baxışlarımı üzünə zillədim.
Renad da mənlə Samuray arasında baxışları gəl getdə idi.
E: sənin adına sevindim əslində
Anlıq süni təbəssüm etmişdim.
S: zarafat edirəm canım boş ver ;)

Canım'mı? Bu nə rahatlıqdı ya?

S: həm dünən mənə söz vermişdin xatırlayırsan?
Sözmü? Nə sözü? Nə zaman söz vermişdim?
Anlamamış şəkildə üzünə baxmışdım.
E: nə sözü?
Baxışlarını Renad da gəzdirib mənə çevirmişdi.
S: birlik də bir yerlərə gedəcik deyə, səndə qəbul etmişdin.
Güclə udğunub, Renada baxmışdım.
Onunda qaşları düyünlənmiş üzümə baxırdı.
Göz görə görə Renadın yanında yalanlar uydururdu.
E: Renad sən...
Sözümü bölmüşdü.
R: mənim vaxtım yoxdu, siz birlikdə gedərsiz. Qəbul da etmisən zatən.
Eyhammı vururdu mənə?
Sənidə çox sevmirəm, sadecə Samurayla yalnız qalmaq istəmirəm.
S: yaxşı o zaman)), biz birazdan çıxarıq. Axşam evə qayıdarıq.
R: axşama qalmağınıza gərək yoxdu. Esmiralda tez yorulur.

Renad süfrədən qalxıb, yuxarı çıxırdı. Məndə ardıyca qalxıb yanına çıxmışdım.
Otağına keçmişdi qapısı açıq idi, ardı ilə gələcəyimi bilirdi.
Otağa keçər keçməz arxası mənə olan bədənini dönüb cəld qapını bağlamışdı.
Məndə yataqda oturmuşdum.
E: Ren...
R: Esmiralda sən onu tanımırsan etmirsən, tamam mənim uşaqlıq dostum ola bilər amma, ona bu qədər yaxın olmanı istəmirəm! Onunla getmənə nə gərək var ki? Mən burdayam, nə zaman istəsən mənimlə gedə bilərsən ;)
Qara gözlərinin çəkiciliyi ilə göz vurmuşdu.
Bu hərəkətinə tək qaşımı qaldırıb, buz baxışlarımı qara gözlərinə dikdim.
R: Get üzərinə də bir şeylər al, boynun, boğazın açıq da qalıb. Xəstələcəksən deyə deyirəm.
E: bu havada xəstələnəcəmmi? Dəlisən?
R: hər nə isə, üzərinə bir şey almadan çıxma evdən! Özüdə axşama qalmayın, bilirsən çox gəzsən ayaqların şişər, yorularsan, hamiləsən. Dərmanlarını içməyidə unutma! Çox dolaşmayın, çox səmimiyyətə də ehtiyyac yoxdu. Mən gəlmədən evdə ol!

E: off bir şeyi dəfələrlə demənə ehtiyyac yoxdu. Zatən, mən onunla çox səmimi də deyiləm. Nəysə.
Deyib otaqdan çıxdığımda Samuray qarşımda dayanmışdı.
E: sən bizimi dinləyirdin?
S: xeyir, indi pillekanları qalxdım, qapının önündən keçirdim sə...
E: nəysə anladım.
Yanından keçərkən qolumdan tutub saxlamışdı məni.
S: birazdan hazır olarsan yaxşı ;) səni aşağıda gözləyəcəm.
E: burax qolumu səfeh, safeh hərəkətlər etmə. Renadın yanında yalanın çıxmasın deyə bir şey demədim. Peşman etmə məni.
S: yaxşı, yaxşı sakit ol ))
Otağıma keçib qapını bağlamışdım.

Samurayla bir yerlərə getməyim düzgün deyil, tanımıram da onu. Amma çox qəribə insandı. Tam bir baş bəlası. Sanki, insan cildinə girmiş şeytan təmsili. Gözləridə zatən dəli baxırdı. Bəzən manyaka oxşadırdım onu. Ani hərəkətləri falan.

Dərmanlarımı da içib zala keçmişdim. Samuray divanda oturmuş arxası mənə tərəf, bir şeylərlə qurcalanırdı.
Ayaq səslərimi eşidib əlindəkini cəld cibinə qoyub ayağa qalxmışdı.
S: gedək?))
Pis bir gülüşlə üzümə baxırdı. Ac-yalavac çaqqal kimi.
E: Renad..
S: yarım saat olar evdən çıxdığı)). Gəl biz gedək.
Qapıya doğru addımlayıb, qapını açıb evdən çıxmışdıq.
Arxada oturacaqdım ki, qapını əli ilə örtüb qorxulu şəkildə üzümə baxdı.
S: arxada oturma! Keç önə
Deyib kürəyimə əlini qoyaraq, ön qapını açıb məni qarşıya vermişdi.
Qapını örtüb, özüdə sükana keçmişdi.
Üzünə baxırdım. O, isə gözünü qarşıdan ayırmadan maşını hərəkət elətdirmişdi.
Qorxurdum bu insandan. Hər an sanki, gəlib məni boğacaqmış kimimə gəlirdi.

Amma ona, ondan qorxduğumu bildirməyəcəkdim təbii ki.
E: mən harada əyləşmək istəyirəmsə istəyirəmsə ora da əyləşərəm, bir də mənə nə edəcəyimi demə!.
Soyuq şəkildə üzümə baxmışdı.
E: həm hara gedirik biz?
S: çox danışırsan Esmiralda! Hara gediriksə gedərkən görərsən. Mənim sənin düşündüyün kimi insan olmadığımı da.
Söz soruşmaq istyəridim. Amma daha da ağzımı açmamışdım.
Başımı pəncərəyə yaslamış yolu izləyirdim.
Yuxu məni yenə öz ağuşuna almışdı deyəsən. Qolumda hiss etdiyim əllə diksinərək gözlərimi açmışdım.
S: Esmiralda? Oyan.
E: çatmışıq?
S: hə, Yarım saatlıq yol idi.
E: məni yuxu tumuşdu.
Maşından düşmüşdük.
Binə atçılıq mərkəzimi?
S: çox əylənəcəyimizi düşünürəm ;).
Bu da yaxşıca adət etdi göz vurmağa.
Yanımıza bir adam gəlmişdi.
#: buyrun Samuray bəy xoş gəlmişsiniz :) atlarımız hazırdı.

Atların olduğu yerə gəlmişdik.
Çox gözəl atlar vardı.
E: çox möhtəşəmlər bunlar))
S: hələ sən onların üzərində olarkən ki, möhtəşəmliyi gör.
E: amma mən at minməyi bilmirəm. Həm üzərinə çıxa bilmərəm.
S: qorxma öyrənəcəksən.
E: yox istəmirəm mən, sən istədiyini et.

S: ee yaxşıda Esi, çox əyləncəlidir mənə mənə inan)).
E: yox dedim, hamilə olduğum üçün olmaz.
S: Nə?!
Niye durxsundu ki? Bilmirdi məgər?
S: sən hamiləsən?
E: çox sual verirsən dedim axı.
Samuray bir şey demətib atın üzərinə minmişdi.
O, atın üstündə çaparkən, məndə onu izləyir qarşımda ki, atı sığallayırdım.
Bəzən ani hərəkəti ilə qirxub geri çəkilirdim. Həqiqətən heyanları çox gözəldir və mən onları sevirdim, hamilə olmasaydım bəlkə at minə bilərdim. Amma uşağımın həyatını təhlükəyə ata bilməzdim.
Samuray atın üzərində sanki, uçurdu sinirli və gərgin görünürdü. Nə olmuşdu ki?
Daha sonra oradan çıxıb, əyləncə mərkəzinə getmişdik.

Orda da attraksionlara minmişdik.
Çoxlu şəkillər çəkdirmiş, şirin pambıq belə yemişdik.
Doğrusu Samuray məni əyləndirmək üçün əlindən gələni edirdi. Gözəl gün idi amma mənim fikrim sadecə Behcət də idi.
Qardaşım üçün burnumun ucu göynəyirdi həqiqətən.
Dəhşətli dərəcə də darıxırdım onun üçün.
Aylardır qardaşımdan ayrıyam.
Artıq 2-ay sonra 1-il olacaq :((
Məsafələr insanları ayırar deyirlər.Bəzən məsafələr insanların aralarında ko, bağı, sevgiyi daha çox möhkəmləndirər. Və qarşında ki, insanın dəyərini daha çox anlayarsan. İnsan sevdiyinin dəyərini itirdiyin də anlar. Mən itirmişdim bəs qardaşımı? O, hər zaman mənə dəyərli olub, amma aylardır görmürəm onu, sanki, diri-diri ürəyimi yerindən söküb alırlar kimi hiss edirəm. Behcət artıq qəlbimdə ən həssas yaram idi. Allah insanları sevdikləri ilə sınayar deyərlər, amma məni Allah yox Renad sınayırdı, həmdə böyük bir haqsızlıqla, yanlışla.
Bu qədər həsrətdən, hicrandan sonra bağışlaya biləcəkmiydim bəs? Əsla!
Bəlkə qarnımda ki, körpənin atası ola bilər bioloji olaraq, əsla aramızda başqa bir bağ olmayacaq. Dəlicəsinə sevərək evlənmişdim onunla. 5- ay içində mükəmməlliyini sərgiləyib, güvənimi sevgimi qazanıb, daha sonra hər birini 1- günün içində yerlə yeksan etmişdi.
Bəlkə hələ də içimdə ona qarşı sevgi qırıntıqlarının sədəqəsi qalır. Bilmirəm, amma qürurum sevgimdən öncə gəlir.
Zatən bir insanın həyatında ən dəyərli nəyi varki? Qürurundan, mənliyindən, ümidlərindən, hisslərindən, duyğularından başqa?
Bunlar hər biri əlimdən alınmışdı, amma qarnımda ki, körpəmin eşqinə içimdə bir yerlərdə onunla birlikdə, fidan açan ümidlərim yaşıllaşırdı.
Bəlkə də mənim ümidim körpəm idi.
Mənə uğurlu olacağını düşünürəm.

Çiynimə toxunan əl ilə diksinmişdim.
S: Esmiralda yaxşısan? Dinləmirsən bayaqdan məni?
Alnımı ovuşduraraq
E: mm.. bağışla fikrim başqa yerdə idi.
S: qəhvən soyuyub, yenisini deyək.
E: xeyir ehtiyyac yoxdu. Yaxşıdı.
Fincanımı əllərim arasına alıb dodaqlarıma yaxınlaşdırmışdım.
Bir qurtum alıb masaya qoymuşdum.
İçimdə ki, soyuqluğu sanki, əllərimlə qızdıra biləcəkmiş kimi fincana sarmışdım.
Samuray isə məni izləyirdi.
S: hamilə olduğunu niyə öncədən bilməmişəm?
Qırıq gülümsəmə ilə üzünə qısa bir gülümsəmə göndərmişdim.
E: bilmirəm, gəldiyin gündən səni sevməmişəm ondan ola bilər)).
S: çox açıq sözlüsən, bəs bu gün ?
E: bu gün üçün çox sağol həqiqətən çox yaxşı gəldi. Təşəkkür edirəm
S: hələ təşəkkür etmə ;). Günümüz bitməyib.
E: evə getsək?
S: xeyir hələ əyləncəmiz bitməyib qalx.
E: indi hara? Sən qalx.

Qapalı bir yerə gəlmişdik.
E: bura haradı? Qaranlıqdı
S: şştt, sakit ol və addımla. Tək yönlü bir səfərdi bu. Tunelə girərsən və işıqa doğru irəliləyərsən.
E: tunelin sonunda ki, işıqa gedilməz gedilərsə də qayıdılmaz.
S: qorxma bunlar o qədər də qorxulu deyil. İşıqa doğru get orda olacam.
E: Samuray?, Samuraaay??
Samuray qaranlıqda yoxa çıxmışdı.
Mənim burda qaranlıqda nə işim vardı tək buraxmışdı məni.
E: Samuraaaay???! Qorxuraaam. Bura gəəl.
Nə edirdi axı məqsədi nə idi? Belə əyləncəmi olar?
Ətrafımı dönə-dönə addımlayırdım.
Yanımdan bir şeylər keçirdi sanki.

E: Samuray?? Sən sən? Samuraay?
İyrənc və qorxulu səslər gəlirdi qulağıma.
Bunlar məni daha çox qorxudurdu. Özümü yuxuda kimi hiss edirdim.
E: Samuraaay?
Qışqırıb önə doğru qaçmağa başladım.
Qarşıma saçları öndə ağ donlu qız çıxmışdı.
Dəli olmuşdum bu nə idi???
E: Aaaaaaa...!!! SamuraaaaaaAaay.
Qızı itələyib cəld qaçmağa davam edirdim sanki, illüziya idi, gözlərim aldadırdı məni
Nə qədər qaçsamda ayaqlarım yerdən ayrılırdı.
Ağlamağımı dayandıra bilmirdim, halım pisləşirdi.
Nəfəsim daralırdı.
Ətrafıma fırlanaraq qışqırmağa başlamışdım.
E: kəəəs kəs artıq bunu. Özümü heç yaxşı hiss etmirəm. Dəlimi olum? Onsuz da bir şey qalmayıb ağlımı itirməmə.
İlk dəfə idi Renada ehtiyyac duyurdum.
Kaş ki, onu dinləsəydim də gəlməsəydim.

Olduğum yerə çökmüşdüm.
Həm qorxudan, həmdə ağlamaqdan möhtəşəm dərəcədə bərbad göründüyümə adım kimi əminəm.
Zatən əgər ölməsəm sağ qalsam bir burdan çıxım. O Samuray alçağını da öldürəcəm.
¿: Esmiralaaaa???
Bu qorxusu boğuq səslə kimsə çiynimə toxunması ilə qaraltıya dönmədən sonuncu dəfə qışqırtı vurmuşdum.
Sonrasını xatırlamıram.

Gözlərimi açdığımda, evimizdə zalda ki, divanda uzanmış halda idim.
Məni kim gətirmişdi.
Bura? Nə olmuşdu?
Aha jeton indi düşmüşdü. Xatırlanışdım
O, iyrənc üzü görməmlə özümdən getmişdim.
Gözlərimi ətrafda gəzdirdim.
Samuray idimi o? Qarşıda stulda oturmuş başını əlləri arasına almışdı.
Qorxaraq daha çox divana sıxılmışdım.
Qapının sərt açılması ilə başımı arxaya çevirmişdim. Gələn Renad idi, cəld ayağa qalxaraq üzərinə yüyürmüşdüm.
E: Renaaad?! (((

Səsim çarəsizcə çıxmışdı.
Qaçaraq ona sarılmışdım.
Təəccüblü gələ bilər bəlkə sizə amma həqiqətən. Orada yaşadıqlarım məni dəhşətə gətirmişdi. Özüdə hamilə idim. Ya ona bir şey olsa idi? Bunu düşünərək əlimi qarnıma atmışdım.
O, burda idi)). Hiss etmişdim.
R: yaxşı sakit ol, keçdi canım.
Əlləri ilə saçlarımı sığallayaraq öpmüşdü.
İlk dəfə idi onun belə mənə incə, qayğı dolu olduğunu hiss etmişdim.
Sanki, biranlıq nə etdiyimi anlamış kimi geri çəkilmişdim.
O, da buna bəndmiş kimi məndən ayrılıb cəld Samurayın üzərinə yüyürərək bir yumruğu ilə yerə sərmişdi.

R: onu sənə əmanət etmişdim! Onun, qaranlıq, qapalı yerdə qalma qorxusu var! Özüdə o, hamilədi. Necə onu orada tək buraxa bildin?! Hə? Ya başına bir iş gəlsə idi? Hə nə cavab verəcəkdin mənə?!
Daha sonra əllindən tutaraq onu yerdən qaldırmışdı.
O qədər əsəbi görünürdü ki, qara gözləri daha çox zülmətə dönmüşdü. Boyun damarları üzə çıxmışdı. Sinirdən yumruqlarını sıxıb, açırdı.
Mən isə olanları izləyirdim kənardan.
Samuray dikələrək ayağa qalxmışdı.
S: Esmiralda, mən həqiqətən anlamıram. Orada sənin qarşına əyləncəli şeylər çıxacaqdı. Qorxulu yox. Bu mümkün deyildi.

Nə yəni mən yalançı vəziyyətində idim?
S: Renad çox reaksiya göstərirsən. Mən sənin dostunam. Yaxşı məndə bilirəm Esmiralda heç yaxşı deyil. Zatən işçilərlə də danışdım, yanlış otağa yönləndiriblər bizi, əyləncəli nağıl dünyası olmalı idi. Amma onlar qo...
R: kəəs! Bəsdi daha heçnə dinləmək istəmirəm.
Mənə doğru iri addımlarla gəlib əllərimdən tutmuşdu.
R: gəl!
Bu biraz əmirvari olmuşdu.
Yuxarı otağıma qalxıb qapını örtmüşdü.
Məni yatağa oturdub, pəncərələri qapadıb, pərdələridə çəkmişdi.
R: qorxma yaxşı? Mən burda yanındayam. Bağışla məni, səni getməyə qoymamalı idim.
Təəccüblə üzünə baxırdım.
O, qədər içdən və səmimi idi ki, əllərimi dodaqlarına sıxmışdı. O, an gözlərindən 1-damla yaş axmışdı həqiqət idi bu? Niyə ağlamışdı ki?

Mən isə marağımı gizlədə bilməmişdim.
Amma reaksiya da göstərməmişdim.
Tumbanın üzərində ki, ışığı biraz zəiflədib mənə dönmüşdü.
Başımı sinəsinə sıxmışdı. Bu gün ona qarşı çıxmayacaqdım. Zatən çox yorğun və bitkidim. Qorxu isə bütün bədənimi ələ keçirmişdi sanki. İstəsəm belə qarşı çıxa bilməyəcəkdim.
Məndə əllərimi qarnın üzərindən belinə dolamış, biraz daha ona sıxılmışdım.
Çox gözəl, sərt ətri vardı. Otağı doldurmuş ətrini iliklərimə qədər içimə sinmişdi.
Gözlərimi qapatmışdım, ilk dəfə idi biz onunla bu vəziyyətdə yatırdıq. Onun qolların özümü güvəndə hiss edirdim
Sanki, məni oradan heç kimsə ala bilməz, qopara bilməzmiş kimi.
Gözlərim ağırlaşdığında artıq onun qollarında özümü yuxunun ağuşuna buraxmışdım.
Sonumuz necə olacaqdı bilmirəm, bir sonumuz varmıydı onu da bilmirəm. Amma aylar sonra özümü bu qədər güvəndə, rahat hiss etməmişdim.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri