Qisasın Əsiri (23-cü bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 5 996
Səs ver:
(səs: 3)
Üzümdə sığal hiss edirdim, açıq çiyinlərimə toxunan bir sığal. Yuxu məni yenə elə ağuşuna almışdı ki, oyana bilmirdim.
Gözlərimi açmaq istəyirdim, amma alınamışdı.
Göz qapaqlarımda ki, kölgə getmiş yerinə ışıq gəlmişdi.
Biraz sonra artıq gözlərimi aça bilmişdim deyəsən.
Yuxunun təsirindən olacaq ki, ətrafı bulanıq görürdüm. Bir neçə dəfə gözlərimi qırpışdırdıqdan sonra görüş mərkəzimə aralı qapı gəlmişdi.
Otaqda sərt ətir qoxusu vardı.
Yerimdə dikəlib ətrafıma baxınmışdım.
Günəş şüaları yenə olduğu kimi otağımı işıqlandırırdı.
Tumbanın üzərində ki, saat 11:05 göstərirdi.

Oo..u bu qədər yatmışam? Başımda kəskin ağrı vardı, alnımı ovuşduraraq yataqdan qalxmağa çalışmışdım.
Sol ayaqlarım uyuşmuşdu, bu qədər yatarsam uyuşar da. Yataqdan qalxıb, hamama doğru gedəcəkdim ki, sol ayağımı atmaq istəyəndə yerə yapışmışdım.
E: Aaa.!
Off, bu da nə idi?
Önümü belə görmürəm.
Yaxşı ki, qarnı üstə düşməmişdim.
Əllərimi tumbanın kənarından tutub ayağa qalmışdım.
E: off, bağışla körpəm.
Qanımı sığallayıb, hamama keçmişdim.
Gündəlik işlərimi edib, yenidən otağıma keçib, dünəndən üzərimi də qalma paltarımı dəyişmişdim.

Seçə bilmədiyim ətir qoxusunu pəncərəmi açaraq otağdan dağıtmışdım.
Yerdə saat vardı, əyilib əlimə almışdım.
Bu ki, mənim sevgili ikən Renada aldığım saat idi.
Burda, otağımda özüdə yerdə.
Renadmı gəlmişdi? Mən yuxuda ikən üzümə sığal çəkən omuydu?
Sinirlənmişdim buna, saatı özümlə götürüb otaqdan çıxmış, aşağı enmişdim.
Başımda ki, ağrıda demək olar hər gün qonağım olurdu, sağolsun bir acılarım məndən imtina etmir.

Ortalıq da kimsə görünmürdü, mətbəxə keçmişdim.
Aysel iş görürdü, məni görüb üzünü mənə çevirmişdi.
A: salam Esmiralda xanım )) necəsiz?
E: aleykum es salam Aysel. Başım dəhşət ağrıyır sən necəsən?
A: mən bu dəqiqə sizə yemək hazırlayım, sonra dərman verərəm.
E: yox istəmirəm. Şkafda bitki çayı var ondan demələyə bilərsən zəhmət olmasa?
A: o nə deməkdi əlbətdə bu mənim işimdi Esmiralda xanım.
E: sadecə Esmiralda.
A: şey amma..
Elə baxış atmışdım ki, yazıq qorxmuşdu))
A: yaxşı.
A: buyrun.
Çayı qarşıma qoymuşdu.
Çayımdan bir qurtum alıb Ayselə baxmışdım.
E: Renad evdədi?
A: xeyir.
E: nə zaman çıxdı?
A: saat 9- falan olardı.

Çayım boğazımda qalmışdı, 9-damı çıxmışdı? Mən isə oyanılalı 1-saat olardı.
Saçlarımı sığallayan o deyildi yəni, yuxu görmüşdüm hər halda.
Çayımı işib ayağa qalxmışdım.
A: yemək yeməyəcəksiz?
E: birazdan yeyərəm.
Deyib mətbəxdən çıxmışdım.
Bağçaya çıxmışdım. Çox gözəl hava var idi, başımı qaldırıb günəşə doğru baxdığım da başım fırlanmışdı.
Qolum da hiss etdiyim əl ilə diksinmişdim.
#: yaxşısız?
Evin ətrafında ki, qorumalardan biri idi bu.
Qollarımı əlindən çıxarmışdım
E: yaxşıyam.

Asma yelləncəkdə oturmuşdum.
Özümü hava da kimi hiss edirdim, key kimi idim, sanki ət parçasından ibarətmiş kimi.
Oturduğum yerdə gözümü tək nöqtəyə zilləmiş yavaş-yavaş yellənirdim.
Nə qədər elə olduğumu bilmirəm, Renadın səsini eşitməmlə diksinmişdim.
Əlləri çiyinlərimdə idi.
R: Esi eşidirsən məni?
Təəccüblə üzümə baxırdı.
E: eşidirəm.
R: səhərdən burda oturmusan sən?
Nə səhəri? Ətrafıma baxmışdım. Günəş batmışdı. Nə günəş batmışdımı? Bu vaxta qədər mən burda sadecə oturmuşam?
Mənə də təəccüblü gəlmişdi doğrusu. Mən bunu 1-saat qədər sanmışdım amma.

R: Esmiralda yemək yemisən?
E:....
Niyə cavab vermirəm? Ağzını açda. Sanki, dilimi udmuşdum.
Altı üstü yemək yeyib, yemədiyimi soruşur.
Özümü toplayıb sonunda ağzımı aça bilmişdim.
E: yox.
Qarşımda ki, jurnalnidə oturmuşdu, üzbə-üz idik.
Qaşları düyünləndi.
R: səhərdən ac- acına oturmusan burda hə?
E: mən günəşin batdığının fərqində olmamışam.
R: səhəridə yeməmisən, günortanı da indi də axşamdı. Sən nə etməyə çalışırsan? Uşağımızı öldürməyə çalışırsan yoxsa, özünü? Hmm?!
İstehzalı şəkildə sorşmuşdu.
Mən niyə onu ölürmək istəyim ki? Əgər niyyətim bu olsa idi, onu zatən çoxdan aldırmışdım. Bu sözləri ilə məni sadecə incidirdi.
Qara gözlərini, ala gözlərimə dikmiş bir cavab gözləyirdi, bu vaxta qədər burda oturmağım üçün məntiqli bir cavab.
Əslində özümdə anlamamışdım ya vaxtın bu qədər getdiyini. Bir şey deməyib, gözlərimi süzdürərək ayağa qalxmışdım.

Gedəcəyim an biləyimdən tutub məni özünə çəkmişdi.
Əlləri ilə belimi qavramış daha da özünə sıxırdı, nəfəsim kəsiləcəkdi sanki, nə edirdi belə. Özümə gəlib, əllərimlə onu itələməyə çalıdım amma iri cüssəsi tərpənməmişdi belə.
Qulağıma doğru əyilib pıçıldamışdı.
R: söz soruşdum səndən? Həm məndən darıxıb, saatımamı baxırsan sən? ;)
Nə? Əlimi işarə etmişdi əlimdə ki, saata baxdım. Səhərdən əlimdə idi, birdə göz vurur arsız. Var gücümlə onu geri itələmişdim.
Ətrafda ki, bir neçə adam bizə baxmışdı.
Renadın onlara sərt baxış atması ilə gözə görünməmişdilər.
Saatını əlinə sıxışdırmışdım.
Hikkə ilə
E: bu nə axmaqlıqdı? Sənin saatının mənim otağım da nə işi var? Sən mənim yanımamı gəlmişdin? Birdə mənə toxunma!
Təəccüblə üzümə baxırdı.
R: dünən birlikdə yatmışdıq ya, saatımı çıxarmışam unutmuşam otağında qalıb.

Nə birlikdə yatması? Bu adam nə axmaqlayırdı. Yox bir Amerika.
İstehzayla dodaqlarım yana qıvrılmışdı.
E: gördüyün yuxularımı danışırsan? Ayy canım mənim. Sənə sözümü dedim, bir də mənə toxunmağa belə cürət etmə.
Sona doğru səsimi qaldırmışdım.
Cavab verməsinə məhəl qoymadan içəri keçmişdim.
Mətbəxə gedib doyunca yemək yemişdim. Daha sonra dərmanlarımı içdiyimdə Renadı qarşımda görmüşdüm yenə.
Suyumu tək nəfəsə içib stəkanı masaya buraxmışdım.
R: bu gün şirkətin 25- illiyi qeyd ediləcək. Qalx otağına hazırlan, 1-saat sonra qapıda olacam.
E: mən heç bir yerə getmirəm. Sən hara gedirsənsə get, istəyirsən heç gəlmə.
R: səndən gəlirsən və ya gəlmirsən deyə soruşmadım. Elə etməki, səni gəlim özüm hazırlayım, bilirsən ki, edərəm.

Sözünə qarşılıq sadecə udğunmuşdum, istəmirdim getmək, niyə məcbur edir ki?
Etiraz etsəm, təsəvvür edirəm, nələr edəcəyini, onun üçün dirəşməmin bir mənası yox idi. İstədiyini elətdirənə qədər, əl çəkən deyildi. Suviner kimi gedib dayanaram, sonra mız-mızlanaram evə gəlmək üçün, aha belə edərəm.
Bəlkə son dəfə bəxtimi sınayım?
E: Ren...
R: sən hələ burdasan?! Neynəy oz zaman mən səni...
E: yaxşı.
Offf, offf
Səsli şəkildə nəfəsimi çölə vermiş yuxarı qalxmışdım.
Otağıma keçdiyim də, yatağın üzərin də pudra rəngli bantikli qutu vardı.
Marağıma güc gələ bilməyib, qutunu açmışdım.
Qara, yaxa hissəsi və qolları güpurlu uzun don vardı qarşımda.Çox gözəldi. Qara hündür stiletto ayyaqabı və sadə varol qutu üzük çanta vardı.
Üzərində not vardı

NOT: sənə çox gözəl yaraşacağını düşünürəm, özün makeup ustası olduğun üçün, gözəlliyinə sadecə özün gözəllik qatarsan deyı düşündüm. Onun üçün bir usta gətirtmədim.

Gözlərimi çevirmişdim sadecə.
Hamama keçib qısa bir duşun ardından, qara libası əynimə geyinmişdim. Kip oturmuşdu əynimə, razmerimi də bilirmiş ha. Əynimə tam oturduğu üçün qarnım bilinirdi :))
Üzümü gülümsətmişdi bu. Qumral saçlarımı qurudub, dalğalı şəklinə salmışdım.
Daha sonra, sadə qara kölgə etmişdim.
Dodaqlarımı da azacıq pəmbələşdirmişdim.
Şirin ətrimi də boynuma sıxmışdım.
Renadın evləndiyimizdə taxdığı incə, göz oxşayan iç-içə 3-qəlb olan boyunbağını taxmışdım.



Çantanı da götürüb sonumcu dəfə özümə baxmışdım, aynada çox gözəl görünürdüm, MaşAllah))
Donun sinəsi biraz açıq idi, yəqin ki, Renad bir şey deməz. Özü alıbsa bir şey deməz hər halda.
Ətəklərimi əlimə alaraq. Otaqdan çıxmışdım.
Aşağı pilləkanlardan endiyimdə, Renadı qolunda saatı düzəldərkən görmüşdüm.
Üzərinə kip oturmuş qara kostyumda, içinə qara köynək geyinmişdi, gur qara saçlarını yuxarıya doğru havalı şəkil vermişdi. O qədər çəkici görünürdü ki.
Ağzımı qapadıb aşağı enmişdim.

Qolumda saatımı düzəldərkən, ayaq səsləri ilə başımı yuxarı qaldırmışdım.
Ah.., bu nə gözəllik idi İlahi!.
Esmiralda o qədər gözəl görünürdü ki, heyranlıqla ona baxırdım.
Üzərinə tam oturmuşdu don, gözəlim qumral uzun saçlarını dalğalandırıb belinə atmışdı. Gözlərində ki, qara kölgənin və boz-yaşılı qarışıq ala gözləri ilə bir ahəng yaratmışdı, gothik stili anımsatmışdı.
Qarnında ki, birazcıq şişkinlik isə köpəmiz sanki, məndə burdayam deyirdi.
O, an çox kövrəlmişdim.
Amma özümü gəlib, onunda mənə doğru addımladığını görüb məndə ona doğru yaxınlaşmışdım.
İkimizdə çox gözəl uyum yaratmışdıq "QARA"
Öndə ki, bir tutam saçlarını əlimlə arxaya verib üzünə baxdım.
R: çox gözəl görünürsən, hər zaman gözəlsən, bu gün gözəlliyinə daha da gözəllik qatmısan.

Yanaqlarının allandığını görməm çox çəkməmişdi. Bu mənə zövq vermişdi doğrusu.
O qədər gözəl ətri vardı ki, biraz daha yaxınlaşıb boynunda ki, ətrini oçimə çəkməmlə.
İrkilib geri çəkilmişdi qorxaraq.
E: yaxınlaşma mənə.
Dərindən səsli şəkildə nəfəsimi üzünə vermişdim.
Anlıq gözlərini qapadıb, açmışdı.
Ondan biraz aralanıb başdan, ayağa süzmüşdüm onu.
Xoşu gəlməmişdi deyəsən, gözlərini süzdürmüşdü.
Ah.., cehran gözlüm.
Baxışları belə məni məndən alırdı.
Biranlıq gözlərim, açıq qalmış sinəsinə sataşmışdı.
Gərilmişdim.
R: Esmiralda bu nədi?

Anlamamış şəkildə üzümə baxınca baxışlarımla işarə etmişdim.
Cəld sinəsinə baxıb əli ilə qapadmağa çalışmışdı.
E: sən almısanda, o baxışlarını da qaldır üzərimdən. Burda dikiləcik?
R: yox, bəlkə üzərini dəyişib başqa bir şey geyinəsən?
E: bəlkə gəlməyim mən ən yaxşısı budu.
Deyib arxasını döndüyün də. Əllərindən tutub onu özümə tərəf çəkmişdim.
Saşlarından bir tutam alıb önünə atmışdım.
R: bax belə daha yaxşıdı.
Heyrətlə mənə baxırdı.
R: yaxşı, yaxşı artıq gəl gedək)).
Deyib əlimi kürəyinə qoyub onu qapıya doğru yönəltmişdim.
Ofuldayıb əllərimi geri çəkmişdi.

Maşının qapısını açıb öndə oturmağına köməklik etmək itsəsəm də əlimi geri çevirmişdi.
Sükana keçib maşını idarə etməyə başlamışdım.
Yol boyu üzümə baxmamışdı belə, mən isə gözlərimi ala bilmirdim ondan.
Bəyaz vücüduna don o qədər gözəl yaraşırdı ki, sinəsini hər gördüyümdə təzyiqim qalxırdı sanki.
Vitrində elə görməmişdim ki.
Məkana gəldiyimiz də baxışlarımı üzərində gəzdirdim.

Gümüşü rənglərə hakim çox gözəl bir məkan idi. Renadın maşının qapısını açıb endiyin də məndə enmişdim. Yanıma gələrək qollarına girməyimi gözlədi. Biraz tərəddüd etsəmdə ona qatılmışdım.
Əllərini belimə qoymuş içəri keçirdik. Çoxlu jurnalistlər vardı.
Bizi gördüklərin də ard-arda suallar yağdırmağa başlamışdılar.
#: Renad bəy 25-ci ilə özəl tədbiriniz barədə nə deyəcəksiz?
#: Renad bəy, yanınızda ki, xanımınızdı?
#: övladınız olacaq Renad bəy?
#: xahiş edirik suallarımızı cavabsız qoymayasız.
Off o qədər suallar verirdilər ki, Renadın bu qədər məşhur biznesmen olduğunu bilmirdim.
Bir tərəfdən sual verir, bir tərəfdən də şəkillərimizi çəkirdilər.
Əslində toyumuzda da bu qədər, bəlkə də bundan da çox jurnalist vardı amma onlar, məkandan uzaqlaşdırlımışdı Renadın sayəsində.
Renad əlimdən sıx tutmuşdu içəri irəliləyərək
R: birazdan suallarınızı cavablandıracam, icazənizlə
Deyib içəri keçmişdik. Kübarca danışmışdı. Mən ondan hər an bir kobudluğ gözləyirdim. Təəccübləndirmişdi doğrusu.

Üzümü ona çevirmişdim. Sinəmə baxıb, sinirdən enib, qalxan sinəsini görməmlə gərginliyini anlamışdım.
R: Esmiralda o, sinəni qapad yoxsa mən qapadacam. Yanımda bir də arvadımı süzürlər, üz-gözlərini dağıdaram.
E: heç kim sənin kimi artiyyət deyil. O, pis gözlərini qaldır üstümdən.
R: Esi əsəbləşdirmə məni.
Dişlərini qıcayıb məni özünə çəkmişdi.
Kukla Esmiralda, onu et Esi, bu et Esi, öldürərəm, asaram, kəsərəm. Bezmişdim artıq. Qısqanclığı belə normal qısqanclıq deyildi. Normal qısqanclıqda nədi? Normal qısqanclıq olur Esmiralda?
Yox problem məndə idi deyəsən. Ayyh nəysə.

Zala keçdiyimiz də, izdiham var idi desəm yalan olmazdı. Bu qədər adam olacağını düşünməmişdim. 350- 400 bəlkə də çox olardı.
Bütün baxışlar bizə çevrilmişdi. Utanmışdım doğrusu.
Ətraf möhtəşəm görünürdü, "Gümüşü və Qara" rənglər.
Həzin musiqi ilə içəridə ki, insanların səsi qarışmışdı.
Fotoqraf bizə yaxınlaşıb
F: salam Renad bəy biraz gülümsəyin.
Dediyin də Renada baxmışdım o, an üzündə elə şirin gülümsəmə olmuşdu ki, azca çıxmış saqqallarının arasında çuxur yaranmışdı.
Biixtiyar gülümsəmişdim ona, gülümsəmək yaraşırdı.
Əlimdən tutmuşdu.
O, an fotoqraf şəkilimizi çəkmişdi.
Özümə gəlib, qarşıma dönmüşdüm.
Qonaqlarla görüşərək, yanlarından ayrılıb yerimizi almağa gedirdik.
Bir masaya yaxınlaşmışdıq Renad stulu çəkib oturmama yol açmışdı. Keçib əyləşdikdən sonra Renad da yanımda yerini almışdı. Gözlər üzərimizdə idi.

Bu qədər yad səmimiyyətsiz insanların içində yalnız idim.
#: Esmiralda xanım necəsiz?))
Qarşı tərəfdən saxta sarışın qadın saul vermişdi.
#: çox sağolun ))
Məndə eyni ilə onun kimi, süni təbəssümlə cavab vermişdim.
#: ilk dəfədi sizi Renad bəylə yan-yana görürük. Yəni heç şirkətdə və ya iş məclislərin də bir yerdə olmamısız
Bu dəfə Renad cavab vermişdi.
R: sıxıcı şeylərlə onu yormaq istəmirəm. Zatən özüdə sevmir belə ortamlar.
#: Esmiralda xanım siz işləyirsiz? Sizi şirkətdə görmək də istərik. Çox ağıllı bir xanımsınız.
Offf sənə nə nə işləyirəm? Dib boyalarının vaxtı gəlib, saxta səmimiyyətsiz.
Suallardan sıxıldığımı anlayıb yenə Renad cavablamışdı yerimə.
R: Esmiralda özü make up artistidi)). Sənəti şirkətimizdən olduqca uzaqdı.
#: nə gözəl, bir gün təkrar mütləq bir araya gəlsək sevinərəm.
Süni təbəssüm etmişdim.

Gecədən artıq 1-saat yarım keçmişdi. Mən isə bu vaxt ərzində çox insanla tanış olmuşdum. Adları belə yadımda qalmamışdı. Lazımsız, lüzumsuz insanlar.
Nədə olsa bir daha görməyəcəkdim.
Dediklərini ciddiyə almır, ya gülümsəyirdim, ya da qısa kəlimələrlə yola verirdim.
Renad isə tez-tez yanımdan ayrılmalı olurdu. Bir neçə dəfə mikrafonla danışıq etmişdi. Bir müddət zal alqış səsləri ilə dolduqca başımda ağrı hiss etməm çox çəkməmişdi.
Çox qalabalıq mənə görə deyildi, həm sıxılırdım, həm də başım ağrıyırdı.
Başımı ovuşdurarkən yanımda birinin oturduğunu anlayıb başımı qaldırdığımda, təəccüblənmişdim.
Samuray!

S: Salam Esmiralda necesen?
E: sənə nə? Sənin nə işin var burda?
İstehzahlı şəkildə dodaqları yana qıvrılmışdı.
S: məndə öz şirkətimə döndüm və rəqib şirkətimin 25- illiyini görüm dedim ))
Zarafat edirəm elə baxma, Renad mənim dostumdu əlbətdə gələcəm.
Doğrusu mən səni burda gördüyümə təəccübləndim.
E: uzaq dur məndən. Səninlə danışmaq belə istəmirəm.
Əllərimdən tutub gözlərimə baxmışdı.
S: Esi həqiqətən mənim heç bir günahım yox idi. Belə etmə.
Cəld əlimi çəkmişdim, ətrafıma baxaraq. Ya Renad görərsə, nə edirdi bu adam.
E: nə edirsən? Birdə əsla mənə toxunma!. Əsla!
Ayağa qalxıb Renadı axtarmağa qoyulmuşdum.
Artıq yaşlı iş adamları azalmışdı, gənc işçilər və iş adamları qalmışdı. Əylənirdilər, işıqlar qarışmışdı. Biraz da dumanlaşmışdımı nə, gözlərim Renadı axtarırdı.

Evə getmək istəyirdim, çiynimdə hiss etdiyim əllə diksinin geri çevrilmişdim.
S: Renadımı axtarırsan?)) Bax ordadı, o, da öz əyləncəsinə baxır canım deyəsən səni unudub)).
İstehzayla dillənib qatşını işarə etmişdi.
Qarşıma dönüb, göstərdiyi tərəfə baxmışdı.
Renad və qarşısında əsmər bir qadın vardı.
Ən maraqlısı da bilirsiz nədi? Renadın içinə girəcəkmiş kimi əlini tutması idi.



Sanki, nəfəsim kəsliəcəkdi.
Bu qadın da kimdi? Və Renadın əlini niyə tutub ki?
Gözlərimdən bir damla yaş süzüldüyünü hiss etmişdim.
Renad cəld əlini çəkmişdi, gərgin görünürdü.
Qaşları düyünlənmiş şəkildə yanında ayrılıb ayağa qalxdığın da bizi görmüşdü.
Birisinin onun əlindən tutması mənə o qədər pis hiss etdirmişdi ki.
Bu qədər rahat olduğuna görə məşuqəsimi idi? Renad məni aldadırdı? Hıh Renad məni nə zaman sevmişdi ki, aldatsında.
Başımdan ənsəmə doğru bir ağrı hiss etmişdim.
Səndələmişdim.

Samuray tutmuşdu qolumdan.
S: Esi yaxşısan? Gəl soyuq su iç.
E: istəmirəm çəkil.
Həmən əlini çəkib çıxışa doğru addımladım.
Qolumda hiss etdiyim əl ilə diksinib geri çevrilmişdim. Yaşlı gözlərimin verdiyi bulanıqlıqla gözümü bir neçə dəfə qırpışdırmışdım.
Renad qaşlarını düyümləyib mənə baxırdı.
R: Esi nə olub? Yaxşısan? Hara gedirsən həm sən?
E: gördüyün kimi əlayam.
Əllərimi iki yana açmışdım.
E: evə getmək istəyirəm.
Qarşıma dönüb pilləkanları qalxmağa başladım.
R: yaxşı gəl
Deyib, əlimdən tutub məni çıxışa doğru götürməyə çalışırdı.
E: burax qolumu, özüm gedə bilərəm. Burax dedim
Eşitmirdi belə
E: Renad biləyimi incidirsən burax!
Bu sözümlə əllərini boşaldaraq çəkmişdi əllərimdən.
Çölə çıxdığımızda, formalı adama maşına gətirməsini işarə etmişdi.
Bizdə onu gözləyirdik.
R: Niyə ağlamısan?
E: ağlamamışam.
R: görmürəm mən? Samuraymı bir şey dedi? Bax düzünü de. Gedib onunla..
E: yox dedim! Kefim ağlamaq istədi ağladım. O, qədər şey yaşatmısan mən ağlamayımda kim ağlasın hə?

R: O.. o günlər geridə qald...
E: nə geridə qaldı hə? Mən tam buramda hiss edirəm hər şeyi
Qəlbimi göstərmişdim.
E: mən tam buramla xatırlayıram.
Başımı göstərmişdim.
E: sən bunları, heç bir şeylə silə bilməzsən, unutdura bilməzsən. Açdığın yaralar o qədər dərindi ki, sən hələ də yaralarımı deşirsən. Amma keçmiş qarşıma geridə qaldı deyirsən.
Peşmansanmı? Hə? Cavab veer
Dolmuş gözlərlə üzümə baxırdı.
E: görürsən bir cavabın yoxdu çünki, yaşatdıqlarının heç birindən peşman deyilsən.
Maşın gəlmişdi, formalı adam enər enməz qapını açmış oturacaqdım.
Eşitdiyim sözlə gözümdən yaş yenidən axmışdı.
R: peşmanam.
Əsi o qədər cızıl çıxmışdı ki, sanki, çarəsiz kimi, acizmiş kimi.
Əyləşib qapını çırpmışdım.
Kəmərimi də taxıb yola baxaraq üzümü silmişdim.
Renad da gəlib əyləşmişdi sükana.
Yol boyu, ikimiz də danışmamışdıq.

Gözlərimi pəncərədən çölə dikmişdim.
Aramızda sadecə öldürücü sükit hökm sürürdü.
Lənətə qalsın, hər zaman danışılası vaxtda ikimizda susurduq.
Dilimiz sussa da içimiz də fırtınalar, müharibə elan etmiş kimi idi.
R: gəldik.
Renadın səsi ilə özümə gəlmişdim. Evə gəldiyimizi anlamamışdım belə.
Bir şey deməyib qarnımı sıxan kəmərdən xilas olub düşmüşdüm.
Qapını çırpıb evə doğru getməyə başladım. Ayaqqabıda ayaqlarımı o qədər sıxırdı ki, ayaqlarım şişmişdi.

Əyilib ayaqqabılarımı çıxarmış əlimə almışdım.
İri addımlarla qapını açıb içəri keçmişdim.
Renad da ardımca içəri keçmişdi.
Ayaqqabıları yerə qoyduğumda yenə ürək bulantısı gəlməsi ilə əlimi ağzıma tutub, yuxarı qaçmağa başlamışdım.
R: Esmiralda? ESMİRALDAA? YAXŞISAN?
O, da ardımca qaçaraq gəlirdi. Qapını örtməyə macal tapmadan özümü hamama çatdırmışdım
Closet'in ağzını açıb qaytarmışdım.
Artıq bu ürək bulanmaları ürəyimi üzmüşdü.
Sanki, bütün iççalatım çıxmışdı.



R: yaxşısan hə?
E: yaxşıyam.
R: aç qapını.
E: çıxıram indi.
R: belə bir şeymi olar 3- ayını artıq tamamlana günlər qalıb və sən hələ də qusursan. Gəl həkimə gedək, tez ol çıx çölə.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri