Qisasın Əsiri (25-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 7 088
Səs ver:
(səs: 2)
"Yaşamalıyam, çünki, hekayənin sonu maraqlı gəlir"

İnsan kütləsini yararaq, Esmiraldanın yanına getmişdim. Dizləri üstə, əllərini asfalt dayamış yerdə oturmuş. Üzünü görə bilmirdim, mən də əyilib üzünü qaldırmışdım. Külək saçlarını ordan-ora sovururdu.
O, qədər sevinmişdim ki, bağrıma basmışdım onu.
R: Çox şükür yaxşayırsan.
Üzünü ovuclarım arasına aldığımda burnundan qan gəldiyini görmüşdüm.
O, isə hadisənim şokunda idi deyəsən. Key kimi idi. Nə danışmır, nə bir reaksiya vermirdi.
Bu məni daha çox qorxutmuşdu. Cəld onu buraxaraq ayağa qalxmışdım.
R: bu maşın kimindi ? Kimindi bu maşın?
İnsanlar pıçıltı ilə bir şeylər deyirdilər.
#: mənəm amma maş...
Sözünü ağzında qoyub ona yumruğumu endirmişdim.
R: korsaaan? Sən onu vurduun? Ona bir şey olsa sənin yeddi nəslivin kökünü kəsərəm.
İnanlar ayırmağa çalışırdılar bizi, amma mən dayanmadan yumruq, təpik vurara hirsimi çıxarırdım ondan.

İkinci yumruğu vuracağımda kimsə əlimdən. Tutmuşdu bu nə cürət idi?
Ona baxmadan tutduğu əlini sərt şəkildə itələmişdim.
Ona fikir verməyib, yenidən vuracağımda
E: Aaahh!
Esmiraldanın səsini eşitməmlə ona doğru getmişdim.
Qolumdan tutan oymuş və mən onu itələməmlə yerə yıxılmışdı.
R: bağışla görmədim səni, yaxşısan? Qalx xəstəxanaya gedirik.
E: onun heç bir günahı yoxdu onu da öldürərcəsinə DÖYDÜN!
Mən Esmiraldanın əllərindən tutub ayağa qaldırmağa çalışdım.
E: Ahh.
Əllərinin içi qanamışdı, dizləri sıyrılmışdı.
Normal olaraq, ayağa qalxa bilməmişdi, canı yanmışdı.
Qucağıma alıbmışdım.
R: nə baxırsız konsert qurtardı dağlışın.
#: səni şikayət edəcəm.
Üzümü ona çevirmişdim.
R: get kimə şikayət edirsən et, məndən də salam deyərsən.

E: burax özüm gedəcəm.
R: sus səndə hirsimi səndən çıxarmayım.
Məni şikayət edəcəkmiş, get hələ sən mənim kim olduğumu öyrəndə sonra danış, cəsarətin varsa əgər.
Öz-özünə danışaraq, maşına oturtmuşdu məni.
Kəmərimi də taxmağı unutmamışdı.
Qapını örtmüşdü. Özümü heç yaxşı hiss etmirdim, başımda küt ağrı vardı.
Önümdə ki, çəkməcəni açıb salfet çıxarmışdım.
Burnumu silmək üçün.
Renad da qapını açıb sükana əyləşmişdi
R: xəstəxanaya gedirik!
E: ehtiyyac yoxdu, evdə özüm həll edərəm, yaralarımı özüm təmizləyərəm. Etmədiyim bir şey deyil nəticədə.
Birdə gözlərimi fırlatmışdım. Nəyə ehyam vurduğumu bilirdi.
R: sənin və oğlumun vəziyyəti narahat edir məni.
Aha anlamışdım, narahat olduğu mən yox oğlu idi.
E: ona görə narahat olma, maşın həm mənə dəymədi belə, mən başım fırlandığından diz üstə yerə düşmüşdüm. O, an zatən maşın məni qarşısında sonradan görüb saxladı. Qıl payı qurtuldum.

R: burnun qanayıb.
Gözlərimi fırlatmışdım buna.
E: normaldı, havalar istidi əvvəllərdə olub məndə.
E: xahiş edirəm sadecə evə getmək istətirəm.
İstədiyim sadecə evə gedib yatmaq idi.
Etiraz edəcəyini düşünmüşdüm, amma tam əksi olmuşdu. Bir şey demədən yolumuzu dəyişmişdik. U- dönüşü etmişdik.
Mənim sözümümü dinləmiş oldu indi bu?
Başım ağrıdan partlayacaq dərəcəyə gəlmişdi, Renada desəydim dayanmaz xəstəxanaya aparardı
Bitki çayı yaxşı gələcəkdi.
Ovuclarımın içi incidirdi, sıyrılmış qanamışdı.
Dizlərim belə yırtılmışdı ya, görəndə elə bilər asfaltla savaşmışam.
Altı üstü sərt şəkildə dizlərimin bağının qırıldığından yerə düşmüşdüm, yəni mən belə xatırlayıram.
Əslində çox şey xatırlamıram, hadisənin şokundan olsa gərək nəysə boş verin.
Maşın həyətə daxil olduğunda fikirlərdən ayrılmışdım.
Durduğunda əlimi qapıya atırdım ki, Renadın səsi ilə irkilmişdim.
R: sən dur!
Səsində gərginlik, əsəb vardı. Doğrusu belə olması, qısa-qısa cümlələri və ya heç bir şey deməməsi qorxudurdu məni. Ya yenə mənə bir şey etsə?
Mən tərəfdən qapını açmışdı belə, kəmərimi açıb məni qucağına alacağı sırada onu dayandırmışdım.

E: ayaqlarımı idarə edə bilirəm çox Şükür özüm enərəm.
Elə anında ayağımı hərəekət etdirdiyimi də inləməm bir olmuşdu.
R: səni nə dinləyirəm ki, gəl bura!.
Ani şəkildə qucağına almışdı belə məni.
Düşməmək uğruna qollarımı boynuna dolamışdım.
Evə doğru getmişdik, adamlardan biri cəld gəlib evin qapısını açmışdı.
R: Toğrula zəng et cəld bura gəlsin! Mənim telefonum sındı.
#: baş üstə Renad bəy.
İçəri keçdiyimiz də Aysel qarşımıza yüyürmüşdü.
R: Aysel, get apteçkadan Esmiraldanın yaralarını təmizləmək üçün bir şeylər gətir, əgər yoxdusa çöldə ki, adamlardan birinə de gedib cəld alsınlar.
A: baş üstə.
Hər kəsə bir əmirlər yağdırır, sanki, öz işimi özüm edə bilmərəm.
Yuxarı otağıma qalxmışdıq.
Məni yatağıma qoyub, şkafıma doğru yönəlmişdi.
Rahat şort götürüb yatağın üzərinə atmışdı.
Məndə diqqətlə onu izləyirdim nə edirdi deyə.
Daha sonra mənə uaxınlaşıb əlini şalvarımın belinə atdığında qorxub, cəld geri çəkilmişdim.
E: nə edirsən? Toxunma mənə Manyak!
R: şalvarını çıxarıram, belə qala bilməzsən, həm dizlərin təmizlənməlidi.
E: özüm çıxararam, sən çıx otaqdan.
Çiyinlərimə ehmalca toxunub geri yaslanmama səbəb olmuşdu.
Həmləylə şalvarı çıxarmışdı əynimdən.

Dikəlib cavabını verməyı hazırlaşmışdım.
O, isə bədənimə baxmadan şortu keçirmişdi belə.
Yanaqlarımın bu dəqiqə pörtdüyündən adım kimi əminəm, yanağımda isti basqı vardı.
Özümündə bilmədiyim cəsarətlə, üzünü üzümün hizasına gətirib mənə baxmasına səbəb oldum.
E: Birdə mənə toxunmağa cürət etmə ! Çıx otaqdan!.
Əlimlə qapını göstərmişdim.
Ayağa qalxıb, qapıya doğru irəliləyərək sözlərini deyib çıxmışdı.
R: sən istirahət et, Aysel gəlib yaralarını təmizləyəcək, sonra yatarsan!
Buna bax yaa mənə nə edəcəyimi deyir birdə.
Az sonra da Aysel gəlib yaralarımı təmizləyib, sarmışdı. Çıxacağı an.
E: Aysel xahiş edirəm, bitki çayı gətirə bilərsən?
A: əlbəttə))
Gülümsəmə ilə cavab verib çıxmışdı.
Bitki çayı bağ ağrıma yaxşı gələcəkdi əminəm.

Bitki çayımı da içib uzandığım yerdə, yuxuya dalmışdım belə.
Nə qədər yatdığımı bilmirdim, amma oyandığımda ətraf işıqlı idi hələ də.
Yəqin az yatmışdım.
Əsnəyərək, tumbanın üzərində ki, saata baxdığımda gözlərim yerindən fırlayacaq kimi olmuşdu.
Saat 07:10' mu? Səhər idi mən isə, neçə saatlarla yatmışam.
Başım ağrımamışdı, təəccüblənmişdim.
Bitki çayının təsiri olsa gərərk.
Dizlərim və ovucum ağrımırdı artıq özümü daha yaxşı hiss edirdim.
Ayağa qalxıb, hamama keçmişdim.
Gündəlik işlərimi həll etdikdən sonra üzərimi dəyişib, yatağımı yığışdırmışdım.
Aşağıdan səslər gəlirdi.
Otaqdan çıxıb, aşağı endiyim də Renad qarşısında ki, insanlarla danışırdı.
Aysel kimi, başqa 3- qadın daha vardı. Həyətdə ki, adanlarından da bir neçəsi.
R: gözünüz üstündə olsun, ona və ya oğluma bir şey olarsa!, səbəbkarı siz olarsız ki, nələr edəcəyimi də çox gözəl bilirsiz.
Evdən qaçmaq kimi bir ehtimalı olmayacaq, əgər bir yerə gedəcəksə, siz maşınla onu aparacaqsız. Başının üstündən bir an olsun belə ayrılmayacaqsız!

Mənim pilləkanlarda dayanıb, onu dinlədiyimdən xəbəri yoxdu, arxası mənə doğru idi.
Nə olmuşdu yenə məndən danışdığına əmindim. Amma bu nə əmirlər idi?
Ən yaxın adamı Toğrulda burda idi.
Yanında çomadan dayanmışdı.
Torğul məni görüb səsli şəkildə boğazını təmizləyib.
T: Renad bəy.
Renad öncə ona baxmışdı, sonra isə qara gözləri mənə zillənmişdi.
Yanıma gələrək.
R: sən nə tez oyanmısan? Nəysə gəl, aşağı yemək yeyək.
Bir şey deməyib aşağı enmişdim.
Süfrə hazır idi belə.
Süfrəyə oturmadan, Renad çiyinlərimdən tutaraq sazlamışdı məni.
R: bu qadınlar yeni işçilərimizdi.
Yalançı dodaq qıvırmışdım göz süzdürərək Rena da baxıb.
Başqa bir şey deməyib süfrəyə əyləşmişdim, qurd kimi acdım və heçnə umrumda deyildi.
Renad da öz yerini alıb əyləşmişdi.
Məni izləmişdi yemək boyunca özü demək olar heçnəyə toxunmamışdı belə.
Deyəsən məni izləmək üçün əyləşmişdi.
Gözləri mənə baxırdı amma fikri başqa yerdə idi.
Bu məni narahat edirdi yeyə bilmirdim yeməyimi.
Sonunda bitirə bilmişdim.
R: Aysel?!

Aysel qaçaraq mətbəxdən gəlmişdi.
R: Esmiraldanın vitaminlərini gətir.
Aysel cəld mətbəxə qayıtmışdı.
Bu adam bi qəribə idi bu gün. Danışması baxışı falan.
Sonra baxışlarını mənə zilləyib
R: vitaminlərini vaxtın da qəbul et. Oğlumuza da yaxşı bax.
Niyə belə danışmışdı ki?
Aysel gətirdiyi dərmanları içmişdim.
Renad bunu gözləyirmiş kimi ayağa qalxmışdı.
Key kimi hərəkət edirdi.
Məndə ayağa qalxmışdım.
Otağıma getmək istəyirdim ki, Rünadın səsi ilə durmalı olmuşdum.
R: 2-həftəni mənsiz rahat keçirməni diləyirəm "Bal Şəkəri"
Nə? 2-həftəmi dedi? Anlamadım? Bal Şəkəridə nə? Yenimi çıxdı?
Üzümü ona çevirmişdim.
R: vacib olmasa getməzdim amma 2- həftə Dubai'də ki, şirkətimizin işlərini həll etməliyəm.
İstehzalı şəkildə dodaqlarım yana qıvrılmışdı.

E: 2-həftə çox azdı amma))
R: sənidə özümlə aparmaq istəyərdim, amma işlərdən sənə vaxt ayıra bilməyəcəm. Həm oğlumuzun həmdə sağlamlığın üçün bşevimizdə qalman daha faydalıdı.
Mənə doğru gəlirdi.
E: Öff! Normal ailəymişik kimi danışmağı kəs!
Toğrul gəlmişdi yanımıza.
T: Renad bəy?
R: hələ var! Sən gözlə məni.
Tamamən mənə yaxınlaşıb qucaqlamışdı.
Təəccüblənmişdim bəli, reaksiya belə göstərə bilmirdim.
İri cüssəli bədəni ilə cılız bədənimi elə sarmışdı ki, nəfəs almadığıma şüphə edirdim.
Qulağıma doğru əyilib, pıçıldamışdı.
R: Səni çox sevirəm Esmiralda, bağışla məni!
Eşitdiklərim doğrumu idi? Nə dedi o? "Səni çox sevirəm Esmiralda, bağışla məni!"
İnanırdım'mı? Əlbəttə xeyir.
Əmirvari danışığından zatən hər şey aydın idi.
Əlimlə onu geri çəkməyə çalışdım, amma sadevə çalışdım nəticə uğursuz.
Öküz idi!

Yenidən qulağıma pıçıldamışdı.
R: sizsiz çox daxıracam!
Saçlarımı öpüb, ətrimi içinə çəkmişdi.
Dur ya məndə bir şey edim.
Çiyinlərimdən tutunub qucaqlamış kimi, qulağına
E: Gedişin olsun da, dönüşün olmasın be Renad!)).
İstezayla gülümsəmişdim.
Üzünü biraz geri verib, üzümə baxmışdı. Nəfəslərimiz üzümüz də rəqs edirdi sanki.
Qırılmışcasına üzümə baxmışdı.
O, an sanki, içimdən bir şey qopmuşdu.
R: həqiqətən bunumu diləyirsən?
Gülüşümü üzümdə böyüdüb qulağına doğru yenə pıçıldamışdım.
E: hər şeydən çox! Mənim ən gözəl günüm sənin öldüyün gün olar! Məni hədiyyələndir yoxluğunla)).
Məni özündən ayırıb səsli şəkildə udğunmuşdu.
Arxasını mənə çevirib, pencəyini divanın üzərindən alıb qapını çırpıb, getmişdi.
Pəncərəyə doğru yönəlib, onu izləməyə başladım.
Sükana əyləşmişdi, Toğrulda yanında idi.
Gözləri mənimlə toqquşmuşdu. Cəld pərdəni çəkmişdim.
Aldırış etməyib , maşını işə salıb həyətdən çıxmışdı.

Məndə otağıma qalxmışdım, ağlıma gələn fikirlə otaqdan çıxıb, Renadın otağına yönəlmişdim.
Behcətin hara da olduğuna dair bir şeylər olmalı idi mütləq.
Çəkməcələri qurcalamışdım. Burada bir şey yox idi, maşın ya da iş reklam jurnalları idi.
Şkaflara baxmışdım, burda da bir şey yox idi. Disklərə baxmışdım. Fimlər, ya da xarici mügənnilərin musiqi albomları idi.
Lənətə gələsən heç bir şey tapa bilmirdim. Bir ip ucu belə kifayət idi.
Yatağının yanında ki, tumbalara belə baxmışdım, yox idi.
Yorulmuşdum, ərtadı hirsimdən dağıtmışdım. Disqlərinin bəzilərini sındırmışdım. İçimdə ki, alovu necə söndürə bilərdim ki? Canım yoxdu ya mənim canım! Qardaşıma həsrət qalmışdım.
1-ildi bu canavarla evliyəm, 1- ildi bu lənət evdə idim.
Qışqıraraq paltarlarını yerə atmışdım.
Saçlarımı dartışdıraraq, üzümə qarışmış göz yaşlarımla, saçlarım sinirlərimi korlayırdılar.
Qapının arxasından səslər gəlirdi. Amma mən eşitmirdim sanki, ağlamaqdan gözlərim bulanıqlaşmışdı, görüş alanımı görə bilmirdim. Saçlarımı çəkməm bamışın ağrımasına səbəb olmuşdu. Canım yanırdı.

Bu fiziki canımın yanması deyildi, mənəvi əzab çəkirdim içimdə. Boğulurdum, Ölürdüm, qardaşımın həsrəti içimi parçalayırdı. Daha nə qədər param-parça olacaqdım? Daha nə qədər parçalara bölünəcəkdim? Daha nə qədər hisslərim bir tərəflərə səpələnəcəkdi?
Qarnımda hiss etdiyim sancı ilə qıvranırdım.
Bir yandan da başımdan ənsəmə doğru hiss etdiyim ağrı bədənimi uyuşdururdu.
Qapının arxasından gələn səslər beynimə qadaq vururmuş kimi hiss etdirirdi.
Acı içində qıvranırdım.
San ki, acılarımda artıq üsyan edirmiş kimi, hərəsi bir tərəfdən baş qaldırmışdı.
Renadın istədiyi kimi, acı içində qıvranırdım. Həm mənəci həm, fiziki acı, içdən içə süründürürdü, amma öldürmürdü.
Beynimdə ki, uğultunun kəsməsi üçün başıma sərt, sərt yumruqlar endirirdim.
Başımda ki, bitmək bilməyən ağrı daha da şiddətlənmişdi.
Ən maraqlısı bilirsiz nədi? Mən qışqırmırdım. Dilim tutulmuşdu sanki,
İçimdə ki, acını, ağrını qışqıraraq dilə gətirə bilmirdim.
Vəziyyətim o qədər, bərbad və içlər acısı idi ki.
Ağrı ilə yatağa çökmüşdüm.
Qarnımı sıxaraq, yataqda uzanmış, qıvrılırdım.
Daha sonra gözlərimi qapadmışdım.

Üzümdə bir isti əl gəzirdi, Renadın qoxusunu alırdım, o özü kimi sərt qoxusu burnuma dolmuşdu. Əlləri üzümdə gəzirdi.
Toxunmasın o, mənə, oyana bilmirdim yenə. Yoxsa yuxumu görürdüm?
Bəs Renadın qoxusu?
Bir əllər sardı sora məni, vəziyyərimdənmi nə, sıxılmışdım o qollara.
Ağrılarım dinmişdi.
Daha sonra yuxunun içinə çəkilmişdim yenidən.

Esmiraldanın o, sözləri sanki, xəncər olub, ürəyimi girmişdi.
Hələ də təsirindən çıxa bilməmişdim.
Ən gözəl günü mənsiz keçirəcəyi günimiş demək. Bağışla amma ölüb də səni mənsiz qoymaram. Sən mənsiz xoşbəxt ola bilərsən bəlkə amma mən sənsiz yaşaya bilmərəm. Yarım saata çatmışdıq. Qarşımda ki, özəl təyyarəyə baxmışdım.
Daha sonra Toğrulla görüşüb çamadanımı əlindən alıb təyyarəyə keçmişdim.
Toğrul illərdi mənim yanımda idi.
Onu qardaşım kimi çox sevirdim.
Mənə çox sadiq adamımdı.
Esmiraldanı da ona tapşırmışdım.
Təyyarə də çox çəkmədən qalxmışdı.
Telefonumu əlimə alıb, Esmiraldanın şəkillərinə baxırdım. Nişanlı ikən çəkdirdiyimiz "Xoşbəxt" anılar.
Necə də məni dəlicəsinə sevirdi.
Şəkillər də necə də üzü gülür.
Çox əyləncəli insandı, çox da sadiq.
Mən ona oyun oynayarkən. O, mənə kor koranə aşiq idi.
Gözlərimə elə sevgi ilə baxır ki, bu qadın tam sevginin özü idi. Büsbütün bədəni Mənim sevgimə bürünmüşdü.
Özümdən utanırdım, etdiklərim mən necə də vicdansız insanam. Mən onu o qədər döymüşkən, əziyyət çəkdirmişkən, qürurunu ayaqlarım altına almışkən o, isə.
Məni bıcaqladığın da ölməyim deyə Allaha dua edirdi. Mənim üçün ağlayırdı. Mən canavar yaşayım deyə ağlayırdı. Mən onun nəfəsini almışdım, mənliyini, qadınlıq qürurunu, xəyallarını, sevgisini ən əsası can parçasını Qardaşını.
Mən belə bir şərəfsizdim.
O, qədər peşmandım ki, ona pzümü bağışladacam. Bağışlayacaq məni, Behcətin də günahsız olduğu ortaya çıxacaq. Biz Esmiralda ilə yenidən bir araya gələcik. Mən ona yaxınlaşarkən qorxmayacaq daha. Toxunmaq istəyərkən geri çəkilməyəcək. Biz birlikdə oğlumuzu böyüdəcəyik. 3-müz xoşbəzt bir ailə olacıq.
Esmiralda məni bağışlayacaq. O, məni yenidən sevəcək.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri