Qisasın Əsiri (27-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 5 008
Səs ver:
(səs: 0)
"İnsan özü necədirsə qarşısında ki, insanı özü kimi görər"

E: Alo?
Biraz sükut çökmüşdü, bu insan bayaqdan elə qışqırırdı ki, səsini belə eşidiridim indi isə susmuşdu.
Dərindən nəfəs alıb verdiyini anlamışdım.
R: Sən Mənim XƏBƏRİM OLMADAN EVDƏN NECƏ ÇIXIRSAN?! ÖZÜ DƏ SAMURAYLA! NİYYƏTİN MƏNİ DƏLİ ETMƏKDİMİ ESMİRALDAA?! Hansı cəhənnəmdəsiz?
E: Sən kim olaraq məni sorğulayırsan?!
R: Mən Sənin Ərinəm Esmiraldaa!
E: bumu ? Sən həqiqətən özüvü nə zənn edirsən o qədər etdiklərindən sonra nə haqla belə rahat danışa bilərsən?
Olduqca səsimi yavaş çıxarmağa çalışırdım.
Samurayın yanında onunla əsəbi danışmaq istəmirdim.
Samurayın isə gözləri üstümdə idi, qarşımda get gəl edirdi.
R: Esmiralda cəld evə gedirsən eşidirsən məni?! Qalx ordan cəhənnəm ol evə!
Birdə Samuray ətrafında olmayacaq! Mənim yoxluğumda nə etməyə çalışırsan?!
Nə? Nə deməyə gətirib çıxarırdı bu insan?
Mən onun yoxluğunda dostu ilə..
Yox artıq axmaqlayır bu!
Özümü tox tutmaqa çalışırdım amma olmurdu, bu qədəri də bəs idi.
Əlimi dizimə qoyub, gözlərimi qapadıb dərin nəfəs alıb verdim.
Yenidən gözlərimi açıb
E: Renad kəs səsini! Kəs səsini eşitmək istəmirəm! Axmaq! Axmaqsan sən!
Bir şey deməsinə imkan vermədən qulağımdan ayırıb, ayağa qalxıb Samuraya vermişdim.

Samuraya yüksəkdən söyüş söydüyünü eşitmişdim.
Samuray biraz mənim tərəfdən uzaqlaşmışdı.
Sakit şəkildə nə isə deyirdi ona eşitmirdim, daha sonra, Renadı dinləyib telefonu söndürüb cibinə qoyaraq mənə yaxınlaşmışdı.
E: evə getmək istəyirəm.
S: yaxşı.
Birlikdə maşına doğru irəliləyib, qapını özüm açıb oturmuşdum.
Kəmərimi taxıb başımı pəncərəyə söykəmiş, çölü izləyirdim.
Samurayda sükana əyləşmiş, maşını idarə etməyə başlamışdı.
S: Es...
Sözünü kəsmişdim
E: xahiş edirəm danışma!
Görməsəm də başı ilə təsdiqlədiyini anlamışdım.
Danışmaq istəmirdim, çox sinirlənmişdim.
Mən Samurayla bir yerlərlərə getməli deyildim. Bilirəm bu yanlışdı, amma Behcətin yerini öyrənməmdə mənə sadecə Samuray köməklik edə bilər.
Mənim ona güvənməm və ya sevməm mümkün deyil. Bu sadecə bir oyundu.
Samurayla yaxşı davranıb, mənə kömək etməsi üçün əlimdən gələni edəcəkdim.

Renad ima etməyə çalışdığı sözü ilə daha da gözümdən düşmüşdü.
Düzdü Renada qarşı içimdə nifrət var idi sadecə. Mənə bağışlanmayaaq acılar, əzablar, işkəncələr verib, yaşatmışdı. Amma mən onunla evli ola-ola başqasına sürtüklüy edəcəyimi necə düşünə bilər. Özü şərəfsizdi ondan ola bilər.
Bilmirəm Renadın əlindən qurtula biləcəyəmmi ya yox, amma əgər bir gün, azad olsam ondan. Kimisə də sevməyəcəyimi çox gözəl bilirəm.
Mən ilk Renada aşiq olmuşdum.
O, mənim ilkim olmuşdu.
Oyun belə oynamış olsa da sevgili ikən, hər şeyi ən gözəl şəkildə o, mənə yaşadmışdı.
O, mənə aevginin nə demək olduğunu göstərmişdi.
Onu sevərkən qəlbimin nə dərəcədə daha çox sürətlə döyündüyünü göstərmişdi.
Mən onu sevərkən fərqli idim.
Mən onu həqiqətən sevmişdim.
Sevmişdim, dəli-divanə.
Mənə elə professional şəkildə oyun qurub, yalan demişdi ki, gözüm onun sevgisondən başqa heç bir şey görməz olmuşdu.
Kor-koranə aldanmışdım.
İnsan necə özünü sevirmiş kimi göstərə bilər ki? Bu mümkündü? Bəli demək ki, mümkünmüş.
O, mənim ona necə sadiq olduğumu bilə-bilə məni dırnaq arası bir qadın yerinə qoymuşdu amma bayaq.
Bağışlamayacaqdım, heç bir hərərkətini bağışlamayacaqdım.

Maşının dayandığını hiss etdiyim də əlimə düşən islaqlılqa ağladığımı anlayıb, əlimin tərsi ilə silib, kəmərimi açıb, cəld qapını çırpıb aşağı enib evə qaçmışdım.
Evə keçib, qaçaraq pilləkənları çıxaraq otağıma keçib qapını kilidləyib, yerə çökmüşdüm.
Özümü daha çox saxlayacağımı bildiyimdən hörkürtüm qopmuşdu.
Bu çox insanın canını yandırır.
Boğazımda bir düyüm vardı, ağladıqca, boğazımda ki, düyüm daha çox böyüyürdü sanki, udğuna bilmirdim.
Özümü yerə sərbəst buraxıb əllərimi yerə yumruq şəkilində yerə vururdum.
Özümü çox bərbad hiss edirdim.
Niyə Renadın sözü bu qədər canımı yandırmışdı ki? Niyə boş verə bilməmişdim?
Qarnım da hərərkətliıik hiss etmişdim.
Ağlamaqdan bulanıqlaşmış gözlərimi qırpışdırmışdım. Əlimi qarnıma qoyub, onu hiss etməyə çalışdım.
Dodaqlarım əsərək
E: o.oğlum?
Hərəkət etməsini dayandırmamışdı.
E: canım yanır, O, o.. canımı yandırır hər dəfəsin də. Sözləri kifayətdir bunun üçün.
Ananın canının yandığınımı hiss etdin?

Gözlərimi silib, güclə ayağa qalxıb, yatağa gedə bilmişdim.
Sandallarımı çıxarıb, özümü kürəy üstü yatağa atmışdım.
Dərin nəfəs alıb, əlimi yenidən qarnımda gəzdirməyə başlamışdım.
Hərəkətlənmişdi, üzümdə buruq bir gülümsəmə olmuşdu anlıq.
E: yaxşıyam mən. Burdayam, içimdəsən güvəndəsən. Səni hiss etdikcə daha yaxşı oluram. Bir ikimiz birlikdə olacıq, hər zaman. Nə sən məni, nə də mən səni buraxmayacam. Sən mənim Uğurum olacaqsan. Onun sənə toxunmasına icazə verməyəcəm. Onunda sənin canını yandırmasına icazə verməyəcəm.
Biz gedəcəyik səninlə, çox uzaqlara.
Xoşbəxt olacıq, həyatımızda ona yer olmayacaq.
Gözlərimi yumub otaqda ki, sükutun, göz yaşlarımla qarışmasına icazə vermişdim.
Yan tərəfə çevrilib, ayaqlarımı yığıb gözlərimi yummuşdum.
Biraz da belə gözü yumulu ağladıqdan sonra gözlerimdə basqı hiss etdiyimde yuxumun geldiyini anlamışdım.
Gəl, gəl xoş gəlmisən. Mənim də indi ən çox sənə ehtiyyacım vardı zatən.

5- gün sonra
Artıq o günün üzərindən 5-gün keçmişdi.
Bu günlərdə çox düşünmüşdüm, beynimi çox yormuşdum.
İçimə qapanmışdım, zatən içimi kimə aça bilərdim ki?
Kim anlayardı ki, məni? Heç kim.
O, gündən sonra Samurayı bir daha görməmişdim, gəlməmişdi.
Renadın sözlərindən sonra necə gələ bilərdi ki.
Uzandığım yerdən qalxıb, pəncərənin önünə gəlib durdum.
Pənərəni açdım, otağa hava daxil olsun deyə.
Balkon qapısını açıb balkona çıxmışdım.
Boğulurdum sanki, zaman keçdikcə özümü daha yorğun və bitgin hiss edirdim.
Biraz dərin nəfəs alıb verdim.
Yavaşdan külək əsirdi, külək saçlarımla rəqs edirdi sanki.
Üzümə vuran saçlarımı qulağımın ardına verib, otağa qayıtmışdım.
Günorta idi, hava soyuq keçirdi nedən isə son günlərdə.
Aşağı enib özümə bitki çayı dəmlək üçün itağımdan çıxmışdım ki, Aysel qarşıma keçmişdi.

A: Esmiralda? Bir şeyəmi ehtiyyacın var?
E: mən aşağı enirdim özümə bitki çayı dəmləmək üçün.
Gedəcəyim sırada qolumdan tutub məni saxlaması ilə üzünə baxdım təəccüblə.
A: I.ıı şey mən dəmləyərəm sən narahat olma, sən istirahətinə bax.
Qaşımı yuxarı qaldırıb biraz onu süzdüm.
Nə isə təlaşlı görünürdü nəysə.
E: yaxşı o zaman mən kitab oxuyacam.
A: yaxşı.
Başı ilə də təsdiqləyib getmişdi.
Məndə başımı yelləyib bu qıza nə olub deyərmişcəsinə. Daha sonra otağıma geri qayıdıb kitabımı əlimə alaraq, yata uzandım.
Olum üçün bir şeylər oxuyub öyrənməliyəm elə deyil?)) Onun gəlişi üçün səbirsizlənirdim artıq.

Yazardan
Esmiralda otağına keçdikdən sonra Aysel də aşağı enib, mətbəxə doğru irəliləmişdi.
O biri xanımlara ehtiyyac olmadığından ortalıqda dolanmamaları üçün otaqlarına çəkilmələrini əmr etmişdi.
Onlar Ayseldən sonra gəldikləri üçün Ayselon hər dediklərini edirdilər.
Mətbəxə keçib, şkafdan bitki çayını götürüb, dəmləməyə başlamışdı. Dəmləndikdən sonra Esmiraldanın fincanını alıb süzmüşdü, daha sonra cibindən bir dərman çıxarıb, bir necə damcı çaya damcılatmışdı.
Padnosa yerləşdirib, mətbəxdən çıxaraq yuxarıya qalxıb, Esmiraldanın otağına keçib, çayı tumbanın üzərinə buraxmışdı.
E: təşəkkürlər.
Süni gülümsəmə ilə Aysel onu yola verib otaqdan çıxmışdı.
Bicliklə gülərək aşağı endi.
Ev telefonunun çaldığını görüb, dəstəyi əlinə alaraq qulağına qoymuşdu.
Deyəsən biıirdi zəngin kimdən gəlidiyini.
Üzündə ki, bic gülümsəməni silib, ciddi ifadə almışdı.
A: Alo buyrun?
R: Aysel? Esmiralda oyandı?
A: Iıı şey Renad bəy..
R: artıq günlərlə sanışa bilmirəm onunla. Ya yatır, ya duşdadı. Yatıbsa da telefonu apar ver ona. Danışmaq istəyirəm.

Aysel telefonu biraz özündən ayırıb, bicliklə gülüb yenidən eyni ifadə ilə
A: Renad bəy Esmiralda yatmayıb, ümumiyyətlə evdə deyil o.
R: NƏ? evdə deyil hardadı? Bağçayamı çıxıb?
A: Xeyir Renad, bəy Samuraya gedirəm deyib getdi.
Renad dərin dərin nəfəslər alıb verirdi.
A: mən getməyin Renad bəy çox əsəbləşəcək dedim amma, Renad umrumda deyil deyib getdi.
Daha sonra telefondan səs gəlməmişdi.
Telefonun sönməsi ilə, Aysel yan gülüş ataraq, dəstəyi yerinə qoymuşdu.
Daha sonra mətbəxə keçib, cibindən telefonunu çıxarmışdı.
Bir şeylər qurcalayıb, bicliklə gülərək telefonu cibinə qoymuşdu.

Yarım saat sonra.
Qapının bərk açılması ilə, Aysel ağzında ki, çayı çölə püskürərək, ayağa qalxıb içəriyə doğru qaçmışdı.
A: Toğrul bəy hara? Nə olub?
Toğrul hirslə qalxdığı pilləkanlarda ayaqlarını saxlayıb, baxışlarını Ayselə yönəltmişdi.
T: Esmiralda xanım o, hardadı?
A: O, Samuray bəyə gedəcəyini deyib çıxdı.
Toğrul biraz geriyə doğru addımlarını atıb durdu.
T: qapıda o qədər qoruma varkən bu evdən çıxa bilməz! Necə getdi?
Aysel baxışlarını ondan qaçırıb
A: bilmirəm mən ona çayını aparmışdım, məndən çay istəmişdi. Daha sonra çay dəmləyib gəldiyim də otağında hazırlanmış qapıdan çıxırdı.
Dedim hara gedirsən? Dedi Samuraya gedirəm.
Arxası ilə getmədim bilmirəm artıq necə gedib.
Toğrul əmin olmaq üçün yuxarıya doğru addımlamağa başlamışdı.
Ayseldə ardıyca qaçmışdı.
Toğrul otağa gəldiyində, otağın qapısını açıb içəri baxmışdı.
Esmiraldanı görməyob ortalıqda, ətrafa baxınmağa başlamışdı.
Daha sonra içəri daxil olub, hamama falan baxmışdı.
Olmadığından əmin olmuşdu artıq.
Telefonunun çalması ilə telefonu cibindən çıxarıb, ekranda ki Renad Bəy yazısına baxdıqdan sonra açmışdı.
R: Esmiralda hardadı?!
T: şey Renad bəy Esmiralda xanım yoxdu.
R: NECƏ YƏNİ YOXDU? EVİN ƏTRAFINA BİR SÜRÜ QORUMA DÜZMÜŞƏM, ÜSTƏLİKDƏ EVDƏ O QƏDƏR İŞÇİLƏR VARDI. NECƏ GEDİB?!
T: Bilmirəm amma qorumalar görməyib heç biri. Necə edibsə gizlin şəkildə qaçıb.

R: mənə bax Toğrul Esmiralda və oğlumun başına bir iş gəlsin səni ******, ******* edərəm.
Renadın söyüşləri telefonun çölündən belə eşidilirdi.
Aysel diqqətlə onu izləyir, dediyi sözləri dinləyirdi.
T: yaxşı Renad bəy siz narahat olmayın.
Daha da bir şey deməyib və Renadın da bir şey deməsinə icazə vermədən söndürmüşdü telefonu.
Ayselə baxıb
T: bu dəfə həqiqətən heç olmadığı qədər çox sərt idi. Esmiralda xanımı heç düşünmədən öldürə bilər.
Daha sonra Toğrul evdən çıxıb, çöldə ki, bir neçə adamlarla danışdıqdan sonra mühavizəciyə yaxınlaşıb, kamera görüntülərini izləmişdi. Amma evin arxa hissəsində ki, kamera sıradan çıxarılmışdı və ya problem vardı. Çünki, görüntü yox idi.
Samurayın evində də adamlardan göndərilmişdi, bir xərəb yox idi hələ ki.

Bu boy da nəhg şirkətimdə oturub arvadımın evdən qaçması ilə, mən çarəsizcə oturmuşdum.
Bu qız nə etməyə çalışırdı? Məni dəli edəcəkdi sonunda.
5- gündür səsinə həsrət qalmışdım.
6- gün, 14 -saat, 34- dəqiqə idi görmürdüm, qoxusuna, özünə həsrət idim.
Özünə yaxın buraxmasa da, yanımda olduğunu bilməm, yaxşı olduğunu bilməm rahatladırdı məni.
Getdiyim günü Samurayla gecə saatlarına qədər küçələrdə veyillənməyinə dəli olmuşdum.
Samurayı nə qədər tanıyırdı ki?
Samuray niyə bu qısa müddət də onun üçün önəmli olmuşdu?
Bu qız məni dəli edəcəkdi sonunda 100%.
Samuraya dəfələrlə deməmə rəğmən, sadecə sıxılıb, çölə çıxmaları lazım olduğunu, hamiləymiş gəzməli imiş.
Sənə nə mənim arvadımdan, oğlumdan?!
Samuray mənim nə qədər uşaqlıq dostum olsa da ona sinir olurdum. Esmiraldaya yaxın olması məni çilədən çıxarırdı.
Esmiralda bilirəm əslində, elə bir qız deyildi gəzsin tozsun, yoxluğumda dostumla amma. İçimə nşbir şüphə düşmüşdü.
Bu şüphə məni dəli edirdi.
Bilmirəm bəlkə mən yanlış düşünürən Bilmirəəm!.
Hər gün ebə zəng etdiyim də, bir dəfə də olsun Esmiralda açmamışdı. Düzdü bu işlər üçün işçilər tutmuşdum. Amma bəlkə o açar deyə səbirsizlənmişdim.
Ayael onun hər dəfə ya yatdığını, ya duşda olduğunu, ya da onu rədd etdiyini deyirdi.
İşlərimi bir şəkildə həll edib gedə bilmirdim lənət olsun.
Mənim yoxluğumda qadınım oğlumla birlik də həyatımdan çıxamağa çalışırdı.
Amma bu dəfə çox əsəbiləşmişdim.
Esmiraldaya nə ağır cəza versəydim yeri idi.
Günlərdir səbr edirdim.
Hələ bir bu son günlərdə işlərim yoluna girsin, mən bilirdim nələr edəcəyimi.
Nə olursa olsun, onlar mənim üçün bır şeydən vacibdilər.
O qədər evdə işçi olmaaına rəğmən, o qədər qala kimi qorunmasına rəğmən bu qız necə qaça bilirdi o evdən?
Özüdə bu cəsarəti hardan tap(ırdı)mışdı?
Oğluma əgər bir şey olmuş olarsa, başına bir şey gələrsə, Esmiraldanın və Samurayın ölümü əlimdən olar.
İkisinində başına bir şey gəlsə yaşaya bilmərəm.
Artıq onlar mənim hər şeyim olmuşdu.
Bura yeni gəldiyim də, bütün mal varlığımı Esmiralda və bətnində ki, oğluma buraxmışdım.
Mənə bunların heç biri gərək deyildi.
Onlar zatən mənim ən dəyərli varlığlarım idilər.

Fikirlərimdən məni telefonumu zəngi ayırmışdı.
Toğrul idi.
R: nə oldu Toğrul tapdız?
T: Renad bəy yoxdu, kamera görüntülərinə baxdıq, görüntülər yoxdu. Arxa bağçadan mızıb amma kamera da problem var çox güman ki, sıradan çıxarılıb. Adamlarda zəng etmişdilər, Samuray bəy evində yoxdu.
R: CƏHƏNNƏMİN DİBİNƏ DƏ GİRMİŞ OLSALAR ONLARI TAP MƏNƏ! ESMİRALDA VƏ OĞLUMA BİR ŞEY OLSA ÖZÜNÜ ÖLMÜŞ BİL TOĞRUL!.
T: BAŞ ÜSTƏ.
Toğrul mənim ən sadiq və yaxşı adamlarımdan idi. O, mənim üçün dəyərli idi bir qardaş kimi, özüdə bilirdi bunu. Amma bu dəfə gözmü qırpmadan Hər kəsi
Öldürə bilərdim. Ki, edərdim də zatən mövzu arvadım və oğlumdan gedirdi.

Başımda kiçik-kiçik ağrılar hiss edirdim.
Saçım oxşanırdı, mən isə yatmışdım deyəsın.
Oturaq şəkildə yatmışdım deyəsən, biraz cəht etdikdən sonra gözlərimi aça bilmişdim.
Yuxunun təsirindən olacaq ki, qarşım daki, insanı bulanıq görürdüm.
Gözlərimi ovuşdurduqdan sonra görüş mərkəzimə Samuray girmişdi.
Samuraymı? Bir dəqiqə ətrafıma baxınmışdım.
Biz maşında idik.
Samuray məni izləyirdi.
Bizim maşında ikimiz nə işimiz vardı?
Mənim bura da Samurayla nə işim vardı?
Yerimdə dikəlib
E: mənim burada nə işim var?
Təlaşlı səsimlə dillənmişdim.
Gülümsəyib əlləri ilə üzümü ovuclamışdı.
S: sən gəldin, özün gəldin mənə.
Əllərini sərt şəkil də üzümdən geri çəkmişim.
E: Dəlisən sən? Mən sənin yanına niyə gəlim ki?
Özündən əmin şəkil də geriyə yaslanıb yolu izlədi.
S: bilmirəm, mən evimdəydim sən mənə zəng etdin. Və mənimlə görüşmək istəyib, yanıma gəlmək istədiyini bildirdin.
Mən, bunları xatırlamırdım.
Mən belə bir şey edə bilməzdim.
Yox, yox xatırlamırdım axı bunları mən.
Üzümü Samuraya çevirib
E: yaıan deyirsən xayırlamıram. Məni bura sən gətirmisən hə?
Gözlərini yoldan ayırıb, üzümə soyuq şəkildə baxdı.
S: biraz beynivi yor məncə.
Düşünməyə çalışdım, sonuncu dəfə mən otağımda idim. Uzanmış kitab oxuyurdum. Aha sonra Aysel çay gətirmişdi, o çıxdıqdan 15 dəqiqə sonra, özümü hiss etməmişdim. Aysel gəlmişdi otağa yenidən onunla nələr danışdığımı xatırlamıram.
Sonra sakit şəkildə əlindən kağız alıb əlində ki, adresə geymişdim. Samuray, Samurayın evi idi.
Sonrasını xatırlamıram.
Amma mən Samurayın yanına gəldiyimi xatırlamışdım.
Geri qalanı zatən xəyal məyal idi.
Mən necə öz başıma belə bir şey etmişdim?

Xatırlamamımın təsiri ilə başıma ağrı girmişdi.
Başımı ovuşdurub.
E: mənim sənin yanında nə işim var? Niyə gəlmişəm?
S: Renaddan qurtulmaq istədiyini, qarnında ki, uşağı istəmədiyini dedin.
Biixtiyar əlim qarnıma getmişdi.
Bu ola bilməzdi ki, mən oğlumu istəməyə bilməzdim.
Hirsli gözlərimlə Samuray baxdım.
E: yalan deyirsən! Sənə nifrət edirəm. Sənin yanına bilə, istəyı gəlməmişəm.
Qaenımı sıxmış olan kıməri açıb, maşından endim.
Samurayda maşından enib önümü kəsmişdi.
S: hara gedirsən hə?
Sinəsindən geri çəkib itələyərək, səsimi qaldırmışdım.
E: Evimə! Çəkil.
Qolumdan tutması ilə, yerimdə dayandım.
S: Renadın çoxdan xəbəri var artıq! Sənin mənim yanıma gəlmiş olmanı çoxdan bilir! Elə bilirsən evindın qaçıb dostunun yanına gəlmiş, arvadını bağışlayacaq? Gözünü qırpmadan səni və oğlunu öldürər.
Qolumu sərt şəkildən əlindən qurtarıb
E: olsun. Onun əlindən ölməyə razıyam! Təki, dostunun yanına sığındığımı düşünməsin.
Biıirdim, Renad mənə nə qədər əsəbləşsə də oğluna bir şey etməzdi.
Yoluma davam etdiyim də səsini eşitmişdim.
S: Esmiralda dayan! Gəl mən səni aparım.
E: istəməz!
Qolumdan çəkilməmlə maşına oturdulmam bir olmuşdu.
Kəmərimi özüm taxmışdım, istəmirdim mənə yaxın olsun.
Qapını bağlayıb sükana keçmişdi.
Nə o, danışnışdı, nə də mən.
Zatən Samurayın yanına necə gəlmiş olmam beynimi qurcalayırdı.
Mən necə belə axmaqca hərərkət edə bilmişdim axı?
Renad kim bilir nə haldadı indi. Ya gəlibsə? Məni gördüyün də ya mənə bir şey edərsə, bəs oğlum? Mənə toxunduğu an oğlum zərər görər.
Nə o, nə də mən güclü deyilik ki, onu Renaddan qoruya biləcəyimi düşünmürəm.

Maşının dayanması ilə, kəmərimi açıb, maşından enmişdim.
Qorumalar qapının önünü kəsdirmişdilər.
Həyətə girmədiyindən maşın qapıda dayanmışdı. Zatən Samuray gəlməyəcəkdi, ondan öndə gedib qapıya yönəldim.
Toğrul mənə doğru gəlib
T: Esmiralda xanım yaxşısız?
Başımla hə mənasında yelləmişdim.
Qaşlarını düyünləmiş, Samuraya baxırdı.
T: içəri keçin siz, mən indi gələcəm.
Sakit, bir o qədər də gərgin çıxmışdı səsi.
Anlamışdım, Renadın təsiri olmalı idi bunlar.
Toğrul Samuraya doğru irəlilədiyin də mən gözümü onlardan ayırmadan içəri doğru irəliləyirdim ki, qapının örtülməsi ilə qorumaya baxmışdım.
Qapını bağlamışdı.
Gözlərini qarşıdan çəkmədən
#: Esmiralda xanım evə keçin.
Hər kəsdə bir əmir verirdi.
Bir şey deməyib, evin qapısına yaxınlaşıb qapını döymüşdüm.
Qapını açanın kim olduğuna baxmadan, cəld otağıma qalxmışdım.
Qapını çırpıb, otaqda get gəl edirdim.
Özümü boşluqda hiss edirdim, havadaydın sanki, bunları edən, yaşayan mən deyilmiş kimimə gəlirdi.
Qəbul edirəm sonuncu dəfə Samurayla bir yerə getməm axmaqca idi amma Behcətin yerini öyrənmək üçün etmişdim, artıq ondan öyrənə bilməyəcəkdim zatən. Amma bu dəfə necə olurda getmişdim öz ayaqlarımla anlamırdım.
Doğru dürüst xatırlamırdım belə. Yuxu kimi gəlirdi mənə.
Yatağa oturmuş əllərimi saçlarımın arasından keçirərək, düşünüb dartmağa başlamışdım. Yataqda önə, arxaya doğru yellənib, ayaqlarımı yerə vururdum.
Qapının döyülməsini eşidib durmuşdum.

E: Gəl.
Əslində kimisə görəcək halda deyildim amma, çıxmışdı ağzımdan bir dəfə.
İçəri Toğrulun daxil olması ilə gözlərim ona baxırdı amma fikirlərim başqa aləmdə idi.
Boğazını təmizləməsi ilə özümə gəlib qarşıma nə vaxt keçdiyini anlamadığım Toğrula dikdim gözlərimi.
Deyəsən bir neçə dəqiqədi burda idi.
T: Özünüz getmişdiz, yoxsa Samuray sizi qaçırmışdı?
Biraz boş-boş üzünə baxdıqdan sonra dilim açılmışdı nəhayət.
E: M.mən b.bilmirəm.
T: Renad bəy sizin gəlməyinizdən xəbəri var. Çox əsəbi idi, sizlə danışmaq istəmədi çünki, heç yaxşı şeylər olmayacaqdı.
Sabah bəlkə axşama qədər gələcək.
Biraz ara verib yenidən davam etdi.
T: Samuray bəyin sizin onun yanına getməyinizi deyəndə, çox əsəblənmişdi. Sizi Samuray bəyin qaçırdığını falan düşünürdü son anda. Samuray bəydə sizin öz ayağınızla hətda, uşağı belə istəmədiyinizi dediyində..
E: Sus! SUS Toğrul!.
T: siz özünüz getmişdiniz?
Gözümdən axan biixtiyar yaşı silib.
E: M.mən özüm getmişəm. Amma xatırlamıram((.
Səsim titrəmiş, sona doğru cılız çıxmışdı.
T: Renad bəy bunlara nə qədər inanar, nəyə inanar məndə bilmirəm.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri