Qisasın Əsiri (28-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 5 829
Səs ver:
(səs: 0)
"Güclü biriyəm əslində, sadecə acılarım çoxdur, yorur məni"

Bədənimə üşütmə gəlmişdi, qolumu əlimlə isitməyə çalışdım. Daha çox yatağa büzüşüb, yuxulu gözlərimi açmışdım.
Arxamı dönüb, açıq qalmış pəncərəyə baxmışdım.
Günəş yox idi bu gün, göy üzü qara buludlar almışdı. Sanki, hanısa bəd bir şeyin xəbardarçısı idi.
Üzərimdə açıq yatıb qalmışam, axşamda pəncərəni bağlamaq yaddan çıxmışdı.
Yerimdə dikəlib, başımı qaşımışdım.
Ayaqlarımı yataqdan sallayıb soyuq zəminlə birləşdirdiyim də bədənimdən cərəyan keçmiş kimi olmuşdu anlıq.
Hər zaman ki, kimi başmaqlarım kim bilir harda idi. Bir yerlər də çıxarırdım, unudurdum sonra.
Aynada göz ucu özümə baxıb, hamama keçmişdim.
İsti suyu açıb, üzərimi çıxarıb vannaya oturmuşdum.
Dünən gecə özümü heç yaxşı hiss etmirdim, bu gün də dünəndən daha bərbad hiss edirəm.
İçimdə yaxşı şeylər hiss etmirdim.
Mən yaxşı deyildim, həqiqətən də heç yaxşı deyildim.
İçimdə qəribə hisslər vardı.
Amma bu hisslər tanıya bilmədiyim, tərif edə bilməyəcəyim acı hisslər idi.
Hər an ağlaya bilərdim.
Bunun üçün kiçik bir söz belə yetərdi.
Dolmuşdum, mən necə də belə yalnızdım.
Nə anlayanım var nə dinləyənim.
Bu gen Renad gələcək.
Canımı alan cananım!, məni məhv edən, saymayan, umursamayan, küçə qadınından məni seçməyən, acımasız, sadist, qardaşımı genahsız yerə əsir saxlayan və Uğurumun atası.

Onu düşündüyüm də brlə bədənimə qorxu düşürdü.
Çox acımasız və qəddardı o, mən yanlış etmişdim, Samuraya getmişdim, amma getdiyimi xatırlamırdım.
Mən normalda istəyərək belə olsa, qaçmaq belə olsa bu evdən Samuray gedəcəyim ən son insan belə ola bilməz.
Mən bunu necə etdim bilmirəm.
Xatırlamıram belə, bulanıqdı hər şey.
Qardaşıma qovuşmaq niyyəti ilə Samuraydan istifadə edim deyərkən nələr oldu.
Renad nə reaksiya verəcək görəsən?
Xatırlamadığımı desəm, istəməyərək getdiyimi desəm anlayarmı? dinləməz ki, necə anlasın ki?!
Renad mənim sevgimi önəmsəməyən insandı, mənim onun arxasınca nələr etdiyni düşünmüşdü. Hə, hə düşünmüşdü.
Telefonda danışarkən məni sürtük yerinə qoymuşdu.
Yalan belə olsa mən onun arvadı idim, onun həqiqətən belə deşünməsini niyə önəmsəyirdim ki, mən özüm bilmirdim necə olduğumu? Bilirdim bəs bu fikir düşüncə nə idi?

Hamamdan çıxıb, otağıma keçmişdim.
Açıq qalan pəncərəni bağlayıb, garderobumun önünə keçdim.
Bol, diz altı, sport qara şort, ağ ipli mayka və üzəri yazılı boz çiyni düşən qısa köynəyi çıxarmışdım.
Üzərimi geyinib, saçlarımı qurutmuşdum.
Saçlarımı darayıb, açıq buraxmışdım.
Güzgü də özümə baxırdım, ağlıma gələn şeylə üzümdə buruq bir gülümsəmə yaranmışdı. Və bu anlıq olmuşdu sonra yenidən soyuq ifadəmə dönmüşdüm.
Renad mənimlə nişanlı ikən, saçlarımı sığallayıb, çox gözəl olduqlarını deyirdi.
Saçlarımın uzun olması xoşuna gəlirdi.
Yəni oynadığı rolu üçün elə demişdi əminəm.((
Əllərimi dizlərimə vurub, oturduğum yerdən qalxdım.
Acmışdım, dünən də doğru dürüst bir şeylər yeyə bilməmişdim.
Uğurum da açmışdı )).
Onun tez böyüyüb qucağıma almaq üçün, sağlam inkişaf etməsi üçün, normal qidalanmalı idim.
Onun gəlişini səbirsizliklə gözləyirdim, tək tutunacağım Uğurum idi hal hazırda.
Otaqdan çıxıb pilləkanlara aşağı enmişdim.
Köməkçilər yenə ortalıqda görümürdülər.
Son günlər çoxda görmürdüm onları.
İşdənmi, çıxmışdılar görəsən?

Ətrafa göz gəzdirdikdən sonra mətbəxə keçmişdim.
Bura da boş idi, əslində işimə yarayırdı boş olması.
Çünki, yalnız qalmaq istəyirdim heç kimi görmək istəmirdim.
Çayın altını yandırıb, qızmağa qoymuşdum.
Ayaqlarımı qaldırıb, şkafdan çayımı götümüşdüm. Nə deyə bura qoymuşdular ki?
Çaydanın içini boşaldıb, təmizlədikdın sonra bikti çayını əlavə etmişdim.
Soyducunu açıb, nə var nə yox deyə gözdən keçirdim.
A: bir şeymi istəmişdin?
Ayselin səsini eşitməmlə diksinib, soyuducunun qapısını ötrüb ona dönmüşdüm.
E: Ayyh Aysel qorxutdun.
Əlimi ürəyimin üzərinə qoyub, sakitləşməyə çalışdım.
Qapının ağzından çəkilib, içəri keçmişdi.
A: qorxutdumsa bağışla :) sən nə axtarırdın?
E: səhər yeməyini hazırlayacaqdım.
A: sən otur mən hazırlayaram.
Etiraz etməyib oturmuşdum.
O isə çayın altını söndürüb, bikti çayını dəmləmişdi.
Daha sonra soyuducunu açıb içindən bir şeylər çıxarırdı. Əli çox cəld idi.

E: köməkçilər, onlara hardadılar?
Üzünü mənə çevirməsə də yerində biran duraqsamışdı.
A: icazə istəyiblər, Renad bəydə istədiklərin də gedə bilərlər deyib, mənə dedilər məndə bir şey demədim.
Renad icazə verməz ki, daha yeni işləyirdilər nə icazəsi?
Nəysə, demək ki, önəmlimiş ki, Renad da qarşı çıxmayıbmış.
Aysel artıq, süfrəni hazırlayıb, çayı da fincana süzüb qarşıma qoymuşdu.
Kənara çəkilib, şkafa yaslanmış mınə baxırdı, gözlərim önümdə olsa da, mənə olan baxışlarını hiss etmişdim.
Başımı qaldırıb üzünə baxdım, narahat olmuş olacaq ki, baxışlarını qaçırıb bir şeylər etməyə çalışdı.
E: yaxşısan Aysel?
Üzünü mənə çevirmədən dillənmişdi.
A: hə çox yaxşıyam, narahat olma)).
Mən də daha bir şey deməyib yeməyimi yemişdim.

Otağıma qalxıb biraz kitab oxumuşdum.
Artıq kitablara görə bir çox öyrənmişdim.
Hətda bir neçəsinin bitməsinı az qalmışdı.
Gözləyişim sadecə oğlumdu artıq.
Behcətin Renadın əlindən qurtulub, qurtulmayacağını bilmirdim.
Mövzu anası olunca bütün qisas hissi, kini, nifrəti oyanırdı.
Bir gün görəsən normal insan olacaqmı?
Mən də yorulmuşluqdan keçmişdi artıq nə onunla dirəçəcək halım qalmışdı, nə də gücüm.
Renad Şahverdiyev o, amma onun gücü bitməz ki.
Ayağa qalxıb şkafın üzərindən Renadın notbook'un almışdım.
Renadın dünən otağından almışdım.
İçinə baxmışdım, erkanda kilid vardı amma o qədər taxir, ad yazmama rəğmən bunlar deyil də Uğurun varlığını öyrəndiyimiz tarixi qoyması diqqətimi çəkmişdi.
Parolu tapmaq 1-saatımı almışdı.
Bu 1-saatda ağlıma gəlın hər şey yazmışdım.
Əslində heç aça bilməyəcəyimi sanmışdım.
Bəzi qovluqlar vardı kilidli idi.
Bax bunlarln kilidini aça bilməmişdim.
Behcətə dair əlimə heç bir şey keçməmişdi.
Məndə indi açıb uşaq geyimlərinə, əşyaların və ya videolarına falan baxmışdım.

Vaxt o qədər tez keçmişdi ki, günortanın keçdiyindən xəbərim belə olmamışdı.
Bu gün Renad gələcəyinə görə, heçnə etməmiş kimi notbook da girdiyim bütün səhifələri silib, bağlamışdım.
Otağımdan çıxıb, onun otağına keçib yerinə qoymuşdum.
Otaqdan çıxıb aşağı enəcəyim də nədənsə ağlıma Renadın iş otağı gəlmişdi, dpnüb arxam da ki, otağa baxmışdım.
Yavaş addımlarla otağa yaxınlaşmışdım.
Əlimi qapının qulpundan tutub aşağı çəkdiyim də açıq olduğunu anlamışdım.
Üzümdə gülümsə yaranmışdı.
Otağın qapısı hər zaman bağlı olardı.
Niyə indi açıq idi ki, kim açmışdı?
Ərtafıma baxınıb, otağa keçmişdim.
Özü kimi tünd rəglərlə otaq adamı boğurdu.
Klassik əşyalardı. Divarın rəngi qaraydı, pərdələr də.
Pərdəlır elı qapadmışdı ki, otağa işiq güclə girirdi.
Nəysə mən işimı baxım
Sakit amma cəld hərəkətlərlə ətrafıma baxınırdım.
Çəkməcələrə şkaflara baxınmışdım.
O qədər çox sənədlər vardı ki, bilmirdim hansına baxım.
Renadın iş masasına yaxınlaşıb bir şeylər baxmağa başladım.
Masanın çəkməcəsini açdığım da içindən not dəftəri və qara dəftər çıxmışdı.
Öncə not dəftərinə baxdım.
Rəqəmlərlə şifrəli şəkildə bir şeylər vardı.
Bir neçə adres falan da.
Bunlardan hansısa Behcətin yeri ola bilərdimi?
Ya video görüntülər burda elə bir şeylər 100% vardı.
Oturduğum masandan gözlərimi qıyaraq ətrafa göz gəzdirdim.
Diqqətimi ağ rəngli kassaya bənzər bir şey çəkmişdi.
Yerimdən sıçrayıb ora yönəldim, tam baxmaq istəyərkən

A: Esmiralda?
Bu qız mənimi izləyirdi? Hardan çıxdı axı
Off
Üzümü ona çevirib
E: Aa.. şey qapı açıqdı da, mən şeyi şey etmək üçün gəlmişdim.
A: Toğrul bəy gəlmişdi, qapını bağlamaq yadından çıxıb yəqin. Nəysə gəl günorta yeməyini yeməmisən.
Rəngim qaçmışdı, özümü sıxırdım.
Başımla təsdiqləyib məndə ardınca otaqdan çıxmışdım.
O ağ kassa da nə vardı ki? Şifrəni aça biləcəkdim?
Off nəysə başım şişdi.
Acmışdım da, ürəyim nədənsə yağlı qızartmalı falan bir şeylər istəyirdi.
Normalda ürəyim bulanar amma indi ürəyim istəyirdi, yemək istəyirdim.
Aşağı pilləkanlara enib, mətbəxə keçmişdim.
Yox ya da ürəyim falan bulanar, həm çoxda əziyyətli bir şeyə ehtiyyac yoxdu.
Soyuducunu açıb, içindən toyuq ətini çıxarmışdım.
Ayselsı kənərda durmuş məni izləyirdi deyəsən yerlərimizi dəyişmişdik)).
A: mən etsəydim? Sən əziyyət çəkmə.
O, danışarkən mən artıq qazın altını yandırmış, üzərinə qoymuşdum.
E: cəld davransaydın)).
Üzündə qəribə gülümsəmə ilə mənə baxdı.
A: əllərin çox cəldmiş)) bağışla bişirməsin də mən edərəm.
E: zarafat edirdim sadecə, özüm etmək istəyirəm. Çoxdandır mətbəxdə bir şeylər etmirəm.
A: necə istəyirsən, sənə də yaxşı hiss etdirər.

Tavanı çıxarıb qazın üzərinə qoymuşdum.
Altını yandırmamışdım daha.
Ayseldə salat düzəldirdi.
A: Yaxşı oldu həm, Renad bəy də gələcək.
Sənin mətbəxdə yemək falan bişirdiyini görsə çox sevinər.
Bu sözünə gözlərimi süzdürmüşdüm.
Soyuducunu açıb bir şeylər çıxarırdım.
Arxam Ayselə çevrili idi.
A: Renad bəy səni çox sevir. Sən də onu çox sevirsən hə?
Bu qız niyə belə çox danışırdı? Başım şişmişdi artıq. Özümü mətbəxdən çölə atmaq istəyirdim amma, özüm öz ayağımla gəlmişdim mətbəxə.
Qələt eləmişdim)).
Çıxardığım tərəvəzləri əlimə alıb, üzümü Ayselə çevirmişdim.
Qazın yanında durmuşdu.
Məndə tərəvəzləri yuyub
E: biz sevərək ailə qurmuşuq.
Çoox çox xoşbəxtik, hələ də sevirik.
Yalan, yalan, yalan.
Nə deyə bilərdim? Məni aldatmışdı sevirəm deyə. O qədər işkəncə və mən ona sadecə nifrətmi edirəm deyim?
Qız üzümə qəribə baxırdı.
Nə olmuşdu?
Əlimi qazın yanında ki, rulo salfetə atırdım ki, əllərimi silim.
O an qolum tayava dəyməsi ilə tava əlimə aşmışdı.
E: Aaaa...! Əliiim!
Tavanın içində qaynar yağmı vardı?
Aysel cəld yanıma gəlim əllərimi əlinə alıb baxdı.
A: əlinmi yandı?
E: Bu necə axmaq sualdı??? Bu tavanın altını sən yandırmısan?
A: mən sənə dedim axı ki, yandırıram eşitmədin?
Əlimi əlindən alıb suyu açmışdım.
E: Aaaah....
Dəhşət idi. Gözl yaşlarım selə dönmüşdü.
İnləyirdim ağrıdan.
Ağlamaqdan gözlərim bulanıqlaşmışdı.
Su acımı həfiflətmirdi.
Sağ əlimin tərsi ilə ilə gözlərimi silib əlimə baxmışdım.
Çox pis görünürdü.
Qıpqırmızı olmuşdu, əlimi suyun altından çəkib, buzluğu açmışdım.
Buz topasını əlimə alıb, əlimin üzərinə basdırırdım.
E: ah.h h əlim.m
Bu canımı çox yandırmışdı.

Aysel yanıma gəlib, əlimdən tutdu
A: yaxşı sakitləş biraz
E: ƏLİM YANIB, QIZĞIN YAĞ TÖKÜLÜB. CANIM YANIR!
A: yaxşı biraz özünü tox tutmağa çalış
Içəri qorumalar gəlmişdi.
#: Esmiralda xanım yaxşısız?
A: həkim çağırın tez!.
#: yaxşı.
Deyib cəld çıxmışdı mətbəxdən.
Hönkürtü vurub ağlamaqdan, bir hal olmuşdum. Tərləmiş saçlarım üzümə yapışmışdı.
A: Yaxşı canım, keçəcək
Daha da hökürtü vurub başımı sağa- sola çevirmişdim.
Aysel əlində duzu gətirib.
A: yanmış yerə duz daha yaxşı gəlir.
Əlimi əlinə alıb, buz torbasını çəkib duz tökmüşd.
E: Aaaah.
Canımı çox yandırmışdı axı, necə ağrısını çəkı bilərdi.
Ayağa qalxıb əlimi suya tutmuşdum.
Sonra buz torbasını əlimə alıb. Mətbəxdən çıxırdım.
E: Aysel toxunma mənə! Sən kömək etnək istəyərkın daha çox zərər verirsən.
Mətbəxdən çıxdığımda qarşımda Samurayı görmüşdüm.
Təlaşla yanıma gəlib, əlimi əlinə alıb baxdı.
S: yaxşı qorxma həkim gəlib mənimlə.
Samuray bura necə gəlmişdi? Vəziyyətimdən necə xəbəri olmuşdu ki?
Nəysə canım yanlrdı və həmən bu ağrının kəsməsini istəyirdim.
Zala keçib, divanda əyləşmişdim. Orta yaşlı bir kişi həkim, çantasından bir şeylər çıxarırdı.
Mənimsə ağlamağım durmamışdı.
Canım yanırdı necə dursun ki?

Həkim əlimə bir şeylır edirdi amma mən başımı geri yaslayıb ağlayırdım.
O, qədər acı çəkmişdim mən. Bunamı dözə bilmirdim?
Mən kəmərlə döyülmüşdüm öləsiyə, divara çırpımışdım o, da dəhşət idi.
Başım qanamışdı, günlərlə başımın ağrısı kəsməmişdi.
Mən biləyimi kəsmişdim.
Bunlar çox ağır acılardı.
Daha bədənim nə qədər ağrı, acıya dözəcəkdi.
Əlimi sardığını hiss etmişdim.
H: bu mazı alarsız, tez-tez sarğısı dəyişilsin. Yaranı indi sardım ki, mikrob qapmasın. Qalın sarmadım, hava dəyməlidi gec sağalar yoxsa.
S: yaxşı çox sağolun.
Geriyə yasladığım, başımı qaldırmışdım.
Aysel həkimi yola salırdı.
Samuray yanıma oturub, əlimi əlinə alıb baxırdı.
Əlimi geri çəkmək istədiyimdə tutmuşdu.
Canımı yandırırdı axı.
S: sadecə yarana baxacam.
S: necə belə ehtiyyatsızlıq edə bildin?
E: mən görmədim, qazın altını Aysel yandırıbmış, mənə deyib eşitməmişəm.
Yenə ağlamaq tutmuşdu məni.
Əlimi özünə yaxınlaşdırıb, üfürüdü.
E: Samuray çək əlim...
Qapınım sərt çırpılma səsi ilə sözüm ağzımda qalmışdı.
İkimizdə üzümüzü, qapıda durmuş bizə sərt şəkildə baxan Renada yönəltmişdik.
Renad baxışlarını Samurayın tutduğu əlimə zilləmişdi.
Bunu anlayıb cəld əlimi sıxan, Samurayın əlindən çəkmişdim.

Güclə udğunub ona baxırdım.
S: Renad?
Toğrulda yanında dayanmışdı.
Əlində ki, çemodanı Ayselə vermişdi.
R: nə baş verir burda?!
Özünü tox tutmağa çalışırmış kimi çıxmışdı səsi.
Amma gərgin və əsəbi olduğu səninin tınından bəlli idi.
Samuray ayağa qalxıb əli ilə məni göstərib, Renada baxdı.
S: Esmiraldanın əli yanıb, həkim gəlmişdi.
Renad tərs-tərs durub üzünə baxdı.
Sonra baxışlarını mənə çevirdi.
Cəld hərəkətlə yanıma gəldiyin də qorxub geriyə çəkilmişdim.
Durub mənə baxdı.
Gözlərimdən yaşlar başlamışdı yenə axmağa.
Vuracaqmıydı mənə?
Dizlərimi özümə çəkib başımı dizlərimə gömüb ağlamağa başlamışdım.
R: Esmiralda canım yaxşısan? Sakit ol yaxşı.
Səsi qayğı və nəvaziş dolu idi.
Mənə sarılmışdı.
Mənəmi sarılmışdı? Mən hər an mənə vuracağını düşünmüşdüm.
Araya sakitçilik çökmüşdü. Heç kimdən səs çıxmırdı. Sadecə ağlamaq səslərim ara bir hıçqırıqlarla səs çıxarıb sükutu pozurdu.
Bu səssizlik xeyrə əlamət deyildi, fırtına qabağı səssizlik idi bu.
Qorxurdum artıq, Renad bu qədər sakit dayanmazdı.
Məni qolları arasına alıb, ayağa qalxmışdı.

Göz yaşlarım köynəyinin yaxasını isladmışdı.
Özüm getmək istəyirdim amma halım yoxdu.
Əlimi sinısinə qoyub durmasını istədim.
Anlamışdı amma durmamışdı.
Kəskin, bihuş edici ətri burnuma dolmuşdu.
Başım sinəsində idi, əlimi əlinı alıb baxırdı.
Adam tək qolu ilə məni tuturdu deyəsən.
Artıq pilləkanları qalxmışdıq.
Otağın qapısını açıb içəri keçmişdik.
R: " hər kəs cavab verəcək, sən belə!"
Bu sözləri sakit, diqqətli və kəskin şəkildı demişdi.
Bax o an artıq bədənim gərilmişdi.
Məni yatağa qoyub, boş ifadə ilə üzümə baxırdı.
Baxışlarından heç bir şey anlamaq olmurdu.
Gözü yanmış əlimdə idi.
R: Esmiralda? Kəsim o, əlini?
Qorxumdan səsli şəkildə udğunub, daha çox yatağa qısılmışdım.
R: sənə məndən başqası toxunub, əlini əlini alıb. Onun əlini kəsim məncə o, tutmuşdu əlini.
Başımı sağa sola çevirmişdim ağlayaraq.
R: saçlarına toxunub?
Qorxaq baxışlarımı yerdən qaldırıb üzünə baxmışdım.
Yenə başımı sağa sola yelləmişdim.
Renad artıq özünə dönürdü. Baxın buydu Renad.

R: sən ona getmişdin hə Esmiralda? Onun yanına getmişdin?
Səsi o qədər yavaş və soyuq idi ki, bədənim ürpərmişdi.
Qaşlarını düyümləmiş sıxdığı yumruğuna baxırdı.
Sinir topuna dönmüşdü deyəcəyin adi bir şey hal-hazırda ölüm səbəbim ola bilərdi.
Üzünü mənə çevirib
R: Sən yat, dincəl indi. Səninlə sonra danışacıq.
Yox Samurayın yanına gedəcəkdi.
Dalaşacaqdılar istəmirdim bunu.
Ayağa qalxdığın da, məndə yerimdə dikəlib əlindən tutub durdurdum.
E: Renad?
Əsəbdən qaraya dönmüş qəhvəyi gözləri, mənim gözlərimə dikmişdi.
Dişlərini sıxdığı gərilmiş çənəsindən bəlli olurdu.
Qaşlarını düyümləmiş, sərt bədəni yerindən tərpənmirdi belə.
E: xahiş edirəm, getmə.
Səsimin yalvarış dolu çıxmasını əngəlləyə bilməmişdim.
Əlimi sərt şəkildə itələyib, çiynimdən basıdraraq, məni yatağa sabitləmişdi.
Nəfəsi üzümə vururdu, əsəbdən üz xətlərinin necə gərildiyini daha aydın görə bilirdim.
R: Onu bir də qorumağa çalışma mənə!
Bir də mən gələnə qədər otağından çölə addımını belə atma!
Susdu duub üzümə baxırdı, deyəsən cavab verməyimi gözləyirdi.
R: ESMİRALDA?!
başımı yaxşı mənasında yelləmişdim.

Məndən uzaqlaşıb, otaqdan çıxaraq qapını sərt şəkildə çırpmışdı.
Aha başlasın olaylar.
Renad otaqdan çıxalı daha 3-dəqiqə olmuşdu amma sakitlik idi.
Yataqda oturmuş önə arxaya yellənirdim.
Bu an bir şeylərin qırlıma səsi gəlmişdi.
Durub səsi dinləyirdim.
Daha sonra Samurayın səsi gəlmişdi.
Bir şeylər deyirdi amma eşidmirdim.
Daha doğrusu başa düşülmürdü.
Sakitlik yenidən çökmüşdü, Renadın səsi yüksəlmişdi və ikisinin sanki, boğuşma kimi səsləri gəlirdi.
Əlimdın bir şeylər gəlmirdi, hönkürtü vurmağa başlamışdım artıq.
Mənim ucbatımdan olurdu bunlar, hər şey mənim ucbatımdan idi.
İki uşaqlıq dostu mənə görə bir-birlərinə girmişdilər.
Qarnımda hərəkətlilik hiss etmişdim.
Oğlum çətin anlarımda özünü hiss etdirirdi.
Qarnıma sancılar girmişdi, bayaqdan ağladığım üçün boynumdan başıma doğru ağrı hiss edirdim.
Bu ağrılar tanış gəlirdi mənə, Renadın otağını dağıdarkən də belə olmuşdu.
Sanki, çəkdiklırim azmış kimi birdə bu ağrılar məni yalnız burxamırdılar.
Acılarım mənə çox sadiq idilər.
Gözlərimi açdığım da ətrafı bulanıq görməyə başlamışdım.
Gözlərimi ovuşdurdum, yenə bulanıq görürdüm ətrafı.
Əlimi tumbanın üzərinə qoyub, ayağa qalxmağa çalışdım.
E: A.aah!
Başıma ağrı şiddətlənirdi deyəsən.
Əlimlə başımı tutaraq, ayağa qalxdım.
Bulanıq görürdüm ətrafı. Divarlara tutunaraq qapıya doğru getməyə başladım.

Silah səsi eşitməmlə yerimdə durdum.
Birisi, birisi vurulmuşdu.
Ya Renada bir şey oldusa.
E: Renad?... Renad, RENAAAD????!
Sona doğru qışqırıb otaqdan çıxa bilmişdim.
Başım fırlanırdı, artıq düşüdü deşəcəkdim.
Divarlara tutunaraq aşağı pilləkanlara doğru düşməyə başlamışdım.
Pilləkanlarla aşağı enib, daha doğrusu sürünərək.
Qarşımda ki, insanları tanıya bilmirdim.
E: Ren.Renad?
Səslər qulağmda uğuldayırdı.
Kim qışqırırdı anlamlırdım.
Bədənim gücsüz düşürdü, alnımda istilik hiss etməmlə, əlimə istilik gəlmişdi.
Gözlərimi ovuşdurub əlimə baxdığımda qırmızı qan görmüşdüm.
Daha sonra bədənim özümdən aslı olmayaraq yerə düşmüşdü.
Kiminsə mənə doğru gəlib
"ESMİRALDAA?"
uğultulu şəkildə deməsini eşitmişdim.
Gözlərim tamamən bağlandığında bədənimin havalandığını hiss etmişdim.
Nə olurdu? Bədənim rumumdanmı ayrılırdı?, Artıq bitirdimi hər şey?, Əzablarım dinirdimi?, ya Uğur bəs oğlum? O, damı mənimlə gəlirdi?
Yoxsa ayrılacaqmıydıq.
Biz bir-birimizdə ayrı qala bilmərik.
Mənə nə olursa olsun amma, artıq canımdan daha önəmli oğlum vardı.
O olmazsa məndə olmazdım.
O zaman artıq bəlkə Renad da qisasını almış olardı əsirlərindən.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri