Qisasın Əsiri (29-cu bölüm)

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 5 218
Səs ver:
(səs: 1)
"Sən mənə cox şey borclusan Həyat! Sən mənə həyatımı, sevincimi borclusan Həyat! Səndən sökə sökə alacam haqq etdiyim həyatımı"

Qulaqlarım uğuldayırdı. Başımda yüngül ağrı vardı. Gözlərimi zülmətdən, nura açmış ki, axan gözlərimlə qarşıma baxdım.
Xəstəxanadaydım, artıq qoxusuna belə öyrəşmişdim.
Bir insan xəstəxana qoxusuna öyrəşərmi?
Mən öyrəşmişdim amma.
Gözlərimi yumub, yenidən açmışdım.
Baxışlarım sağ tərəfimdə, əllərimdən tutaraq, yatağın kəkənarına başını qoymuş Renadı görmüşdü.
Əlimdə yaşlıq hiss edirdim, ağlamışdı o?
Nə olub? Niyə ağlayıb? Mən yaxşıyam.
Uğur? O, o yaşamırdı?
Əlimi Renadın əlindən çəkməmlə başını qaldırıb yorğun və ağladığına əmin olduğun qara gözlərini görmüşdüm.
R: yaxşısan? Bir yerin ağrıyır?
E: mən yaxşıyam, oğlum? Uğur? Uğur necədi?
Anlamamış kimi bir 2 saniyə üzümə baxdıqdan sonra
R: O, o yaxşıdı.
Ayağa qalxıb əllərini saçlarından keçirmişdi.
E: yaşayır hə o?
Təəcceblə üzünü mənə çevirmişdi.
R: narahat olma artıq.
Gözlərində həqiqət vardı sanki.
Yenə arxasını mənə çevirmişdi.
E: niyə ağlamısan?
Evdə silah səsi eşitmişdim, birinə bir şeymi olmuşdu?
Samuray?
R: ağlamamışam, sadecə qorxdum sizə bir şey oldu deyə.
E: kimsə vurulub? Silah səsi gəlmişdi, Sa.samuray ? Yaxşıdı o?

Dərindən səsli şəkildə nəfəsini alıb, buraxmışdı.
R: yaxşıdı o, heç kimə də bir şey olmayıb.
Qapıya doğru gedərək
R: mən həkimi çağırım, gəlirəm indi.
Qapını açması ilə Samuray görünmüşdü qapıda.
R: sənə demədim çıx get?! Nə gözləyirsən daha?!
Samuray mənə baxıb, yenidən Renada baxmışdı.
S: oyanmağını gözləyirdim, ağrısı varmı? Da..
Renad sözünü danışmağına imkan verməyib, sözünü kəsmişdi.
R: yaxşıdı o! Gedə bilərsən artıq!
Renad onu qovmuşdu, sinəsindən veri itələyib özüdə çölə çıxıb qapını örtmüşdü.
Heç biri umrumda deyildi, oğlum yaxşı idi ya mən baxqa nə istəyə bilərdim ki.

10- dəqiqə sonra orta yaşlı kişi həkim və Renad daxil olmuşdular.
Həkim təbəssüm edərək üzümə baxırdı.
Renad başını aşağı salmış dalğın idi.
H: Esmiralda özünü necə hiss edirsən?
E: mən yaxşıyam sadecə başımda yüngül ağrı var, oğlum yaxşıdı əsas məndə yaxşıyam)).
Gülümsəmişdim, həkimin üzündə ki, təbəssüm solmuşdu.
Ne olmuşdu ki?
H: indi çıxa bilərsiz, mən bir neçə dərman yazdım. Başında ağrı olsa özünü pis hiss etsən o dərmanı qəbul edərsən.
Uşağın vəziyyəti də yaxşıdı, qadın doğum uzman həkimin baxmışdı vəziyyətinə.
Renadla Həkim bir birlərinə baxmışdı.
E: çox sağolun.
Həkim başını yelləyib otaqdan çıxmışdı.
Renad özünü geri atıb, divana oturmuş başını əlləri arasına alıb sıxırdı.
Diqqətlə onu süzdüm.
Çox yorğun, bitkin, çökmüş görünürdü.
Bu gün olanlar onu da yormuşdu.
Əllərini başından çəkib yorğun baxışları ilə mənə baxdı.
R: dünəndən bir şey də yeməmisən. Gedək evimizə.
Ayağa qalxıb yanıma gəlmişdi.
E: dünəndənmi? Bir dəqiqə..
R: dünəndən burdayıq, sənin oyanmağını gözlədik. Şükür oyandın və yaxşısız ikinizdə.
İndi kömək edim qalx, evə gedək.
Uzatdığı əlini əlimlə geri çəkib
E: mən özüm qalxaram.
Dikəlib oturmuşdum, gözüm qaralmışdı.
Düşməməy üçün Renadın qolundan tutmuşdum.

R: qürurunu bir kənara qoy!
Əlimdə ağrıyırdı, əlimə baxmışdım mənim əlim yanmışdı aa unutmuşdum. Əlimdə ki, acını belə unutmuşdum.
Həkimin çəkdiyi maz təsir etmişdi, ağrısı biraz yüngülləmişdi.
Bədənim havalanmışdı, gözlərimi açdığım da Renadın qucağında olduğumu gördüm.
Əlimi tutunmaq üçün boynuna atacağım sırada əlimi aşağı salmışdı.
Üzümə baxıb.
R: narahat olma! əlini daha çox incitmə.
Məni düşünən çıxmışdı.
Vecimə almayıb yüngüldən ağrıyan başımı, sinəsinə qoymuşdum.
Özümü sanki bütün dünyanın işlərini görmüş kimi, yoğrun hiss edirdim.
Gözlərim axırdı, yeni yuxudan oyanmış olsamda yuxum gəlirdi.
Xəstəxananın içində belə olmamız qəribə görünmüş olmamalıdı məncə.
Bir neçə insanlar dönüb bizə baxmışdı.
Mənim başım gicəllənmişdi və Renadda qucağına almışdı yəni məndə xəstə sayılırdım qəribə baxmasınlar.
Çıxışa doğru irəliləyərkən, Renadın gərgin və solğun bənizini izləyirdim.
Deyəsən axşam mənə görə yatmamışdı.
Gözləri qızarmışdı.
Keşke, bu qədər narahat olmasaydı.
Bir dəqiqə mənə nə narahat olursa olsun.

Deyəsən ona baxdığımı hiss etmiş olacaq ki, üzümə baxdı.
E: yaxşısan?
Üzündə buruq qısa anlıq gülümsəmə yaranmışdı.
R: mən yaxşıyam ).
Amma yaxşı görünmürdü.
Pilləkanlardan enib, maşına doğru irəliləyib, maşına çatmışdıq.
Maşının qapısını açıb, məni oturdmuşdu.
Kəmərimi taxıb qapını örtmüşdü.
Bu qədər mənə yaxın olmasını istəmirdim amma onun üçün normal idi.
Uzaqlaşmırdı bu adam məndən.
Özü də sükana keçib, maşını idarə etməyə başlamışdı.
Yolda aptekdən, dərmanı alıb geri gəlmişdi.
Sükana əyləşəyi sırada
E: mən dondurma istəyirəm.
Üzünü mənə çevirib, gülümsəmişdi.
R: gəl gedib, bir yerlər də oturaq bir şeylər yeyək, sonra dondurma yaxşı?
Renad mənim fikrimimi alırdı? Açmışdım amma ürəyim yemək yox, dondurma istəmişdi. Neynək buna da razı olmalı idim körpə üçün.
Başımı aşağı, yuxarı yelləmişdim.
Əyləşib maşını idarə etməyə başlamışdı.

Bir restorana gəlib öncə yemək yemişdik.
Daha sonra ordan çıxmışdıq.
Renad mənim təmiz hava almamı istəyirdi.
Elə demişdi yəni.
Qabda mənimn stəyimlə meyvəli dondurma almışdı.
Mən bu qədər demişdim amma.
Dəniz kənarında maşını saxlamışdı.
Maşından enib birlikdə yeriməyə başlamışdıq.
Mən dondurmamı yeyirdim.
O, isə məni izləyirdi.
Bir skamyada oturmuş dənizi izləyirdik.
Külək saçlarımı uçururdu.
Üzümdə hiss etdiyim əllə üzümü Renada çevirmişdim.
Saçlarımı qulaqlarımın ardına vermiş qəmli baxışlarla mənə baxırdı.
R: bu günü xatırlayırsan?
Bu gün nə günü idi ki?
Başımı sağa, sola yelləmişdim.
E: yox.
Uzun şəkildə gözlərimə baxıb
R: Bağışla məni Esmiralda.
E: hanısı ?
R: bilirəm çətindi, mümkün belə deyil. Şansım yoxdu bilirəm. Amma mən peşmanam həqiqətən çox peşmanam.
Gözlərində kədər, qəm, peşmançılıq həqiqətən vardı.
Amma bu nəyi dəyişərdi ki.
Peşman olmağı nəyi dəyişəcəkdi?
Çəkdiyim acılar, yaşatdıqlarını xatırladıqca daha çox gözümdə bir dəyəri olmadığını göstərirdi.
E: peşmançılığın nəyi geri gətirər ki? Bu saatdan sonra bizimçün nə yaxşı ola bilər ki?
Susmuşdu, susacaqdı, çünki, nə deyə bilərdi ki? Haqlı idim mən.

Əlimdə tutduğum bitmiş dondurma qabını skamyanın yanında ki, zibil qabına atmışdım.
500-qramlıq dondurmanı tək başıma bitirmişdim.
Renada təklif etmişdim amma istəməmişdi.
R: gedək?
Ayağa qalxmışdım, əlimdın tutub məni özü ilə aparırdı.
Bir şey deməyəcəkdim, öz bildiyini edəcəkdi cünki.
Maşına əyləşib, evə gəlmişdik.
Renad evə keçdiyimiz də məni qolları arasına alıb
R: birdə pilləkanları qalxarkən yorulma.
Gözlərimi süzdürmüşdüm bu sözünə.
E: burax məni!
Üzündə bic gülümsəmə yaranmışdı.
R: yerə buraxım deyirsən ?))
E: nə gülürsən bə? Burax hə!
Əllərini boşaltığın da yerə düşəcəkkən yaxasından yapışıb ona tutunmuşdum.
E: dəlisən sən? Yerə düşürdüm.
Yenidən əllərini sıxıb
R: e burax dedin sən də ))
Bir də pis pis əylənirmiş kimi gülürdü.
Otağa qalxıb, məni yatağa buraxmışdı.

R: biraz yat dincəl.
Biləyindən tutub saxlamışdım onu.
Maraqla mənə baxmışdı.
Mənə də maraqlıyı niyə saxlamışdım ki, onu? Nəysə olmuşdu artıq.
E: hara gedirsən?
R: Şirkətdə bir neçə işlərim var. Başqa ilərimdə var həll etməliyəm. Gedə bilərəm? Yoxsa yanında qalım? ))
Sonuncu sözlərini deyərkən gülərək gözləri ilə hələ də biləyindən tutduğum əlimi göstərmişdi.
Mən də cəld əlimi çəkmişdim.
Bildiyin əylənirdi bu mənlə.
Qaşlarımı düyümləyib üzünə baxmadan
E: mənə nə hara gedirsən get. Sən mənə lazım olacaq sonuncu insan belə deyilsən.
Sözlərimi dedikdən sonra üzünə baxdım.
Sözlərim üzündə nə reaksiya yaradacaq deyə, gülümsəməsi silinmişdi.
Məndən ayrılıb
R: yaxşı nəcə istəyirsən elə olsun.
Arxasını mənə çevirib, qapıya doğru addımlayaraq, otaqdan çıxmışdı.
Bəzən özüm elə danışırdım, azda olsa məndə onun canını yandırmaq istəyirdim sözlərimlə. Edə bilirdimmi bəs? Bilmirəm.
Renad bu gün peşman olduğunu və onu bağışlamamı istəmişdi. Bu bu qədər asan deyildi, mən bağışlaya bilməzdim.
Bu mümkün deyildi.
Yaşatdıqlarını bəlkə unutmağa çalışa bilərdim unuda bilməzdim amma ən azından çalışardım, bəs qəlbim?
O, mənim güvənimi, mənliyimi, qadınlıq qürurumu əzmişdi.
Məni aldatmışdı mən bunlardan birini silməyə çalışdıqca, qarşıma başqa etdiyi çıxacaqdı.
Behcət? O nə olacaqdı qardaşım?
Onu buraxsaydı belə artıq heç bir şeyin geri dönüşü yox idi.
Bu olanları xatırladıca, mən Renaddan artıq qorxurdum.
Əvvəllər sevdiyim insandan qorxurdum.
O, qədər acımasız şeylər yaşatmışdı mənə.

Mən onu yenidən sevə bilməzdim.
Hər şeyi bir kənara qoydum mənə 2- dəfə təcavüz etmişdi. Sonuncu da ölümcül hala salmışdı məni.
Allah bağışlayarmı? Bağışlayar bəlkə də çünki, O, çox mərhəmətlidi.
Amma mən nə qədər mərhəmətlidə olsam məndə insandım.
Bağışlamaq istəmirdim onu.
Onun dəyişəcəyinə inanmırdım.
Və ya dəyişdiyinə, onun üzünün dəyişməyi üçün onun sinilənəcəyi bir şey etməm kifayətdi.
Məni ya döyər, ya işkıncə edər bəlkə bu dəfə silahı başıma sıxar.
Əslində eləsə çox yaxşı olar acılarım o an son bular.
Bəs Uğurum? Məni öldürsə Uğur nə olardı?
Onu da öldürərdimi?
Qıyardımı körpə canına?
Renad çox qədardı, ondan hər an hər şey gözləniləcək insandı.
Uzandığım yerdə fikirlər məni yuxuya aparırdı.
Normalda da zatən yuxum gəlirdi ya.
Gözlərimi yumub, yuxumu çağırdım.
Sağolsun o da hər an bunu gözləyirmiş kimi yavaş-yavaş gəlirdi.

Gözlərimi azca aralarıb qaranlıq bir şey görünməyən otağa baxaraq əsnəmişdim.
Pəncərədən bağçanın ışıqları görünürdü.
Bu da otağı alaqaranlıq edirdi.
Yerimdə dikəlib, ayaqlarımı yataqdan sallamışdım. Ayaqlarımı soyuq zəminlə birləşdirərək ayağa qalxdım, yenə içimdən bir ürpərmə keçmişdi.
Gecə lampasını yandırıb hamama keçmişdim.
Əl, üzümə su vurduqdan sonra otağa geri qayıtmışdım.
Saata baxmışdım hava yeni qaralıbmış 10- işləyirdi.
Pəncərənin önündə qırmızı şarlar görünürdü.
Bu da nəydi ki?
Marağıma güc gələ bilməyib pəncərənin önünə getmişdim.
Pəncərəni açdığım an bir neçəsi içəri dolmuşdu.
Əlimlə şarları açıb çölü görmək istəyirdim.
Bağça ışıl-ışıl olmuşdu, rəngarəng güllər, asma lampalar ağaclardan ışıq saçırdı ətrafa.
Gözəl şəkildə bəzənmiş bir masa.
Yerdə şamlar vardı. Bir dəqiqə, Renad o yazıların yanında durmuşdu.
"SİZİ ÇOX SEVİRƏM, HƏYATIMA XOŞ GƏLMİŞSİNİZ"
Yazılmışdı şamlarla.
Renad smokin geymişdi, saçlarını havalı şəkildə düzəltmişdi.
Bu gün özəl günmüydü?
Mən təəccüblənmişdim bunları gördüyümə.
Bunları Renadmı etmişdi? Yaxşı Renad etməz elətdirər, yəni Renadmı düşünmüşdü.
Niyə ki? Səbəb nəydi yəni?
Ətrafımda ki, şarların ucuna kağızlar bağlı idi.
Əlumə birini alıb kağızını açdım.
"SƏNİNLƏ YENİ BAŞLANĞICLARA BAŞLAMAĞIMIZ ÜÇÜN MƏNƏ ŞANS VERMƏYİNİ İSTƏYİRƏM"

Daha sonra başqa birini əaçmışdım.
"SƏN MƏNİM KEÇMİŞİM, BU GÜNÜM, SABAHIMSAN"
Daha sonra o biri
"SİZ MƏNİM BÜSBÜTÜN BƏDƏNİMƏ YAYILMIŞ HÜCEYRƏLƏRİMƏ QƏDƏR HİSS ETDİYİM XOŞBƏXTLİYİMSİZ"
Yenə biri
"BƏLKƏ MƏN SƏNƏ LAZIM DEYİLƏM AMMA SİZ MƏNƏ LAZIMSIZ, SİZ MƏNİM ALDIĞIM NƏFƏSİM, DÖYÜNƏN ÜRƏYİMSİNİZ İNSAN BUNLAR OLMADAN NECƏ YAŞASIN Kİ?"
Kağızları ard-arda açırdım.
"BƏLKƏ SƏNƏ HEÇ BİR ŞEYİ UNUTDURA BİLMƏRƏM AMMA, GƏLƏCƏKDƏ SƏNİ VƏ "UĞURUMUZLA" ÇOX XOŞBƏXT YAŞAYA BİLƏRİK"
"SİZ MƏNƏ ALLAHIN GÖNDƏRDİYİ 2-MƏLƏKLƏRSİNİZ"
"1- İL ÖNCƏ BU GÜN HƏYATIMA BİR MƏLƏK GİRDİ BU SƏN SƏN"
"1- İLDƏ HEÇ YAXŞI ŞEYLƏR OLMADI, AMMA GƏLƏCƏK İLLƏRİMİ, ÖMRÜMÜ SİZƏ HƏSR ELƏMƏYƏ HAZIRAM"
"QIRDIĞIM QƏLBLƏRİN AĞRILARI İLƏ ÜZ ÜZƏYƏM :("
"DUYĞULARI DƏYİŞƏNDƏ, DOĞRULARIDA DƏYİŞƏRMİŞ İNSANIN"
"DEYİR ACI ÇƏKƏRKƏN BELƏ GÜLƏN QADININ GÜCÜNÜ SINAMAĞA ÇALIŞMAYIN, YIXILAN SİZ OLARSINIZ. MƏN HƏR DƏFƏSİNƏ SƏNƏ ACI ÇƏKDİRƏRKƏN SƏN AYAQDA DUYŞRMAĞA ÇALIŞDIQCA MƏN YIXILIRDIM"
Oxuduqca göz yaşlarıma hakim ola bilmirdim sözləri canımı yandırırdı sadecə.
Başqa şarı əlimə aldım, kağızını açdım.
"ÇÜNKİ, HƏR TƏRƏFİ QARANLIQ OLAN QADINI QORXUDA BİLMƏZSƏN"
"20-YAŞINDA ÖLDÜRDÜYÜM QADINIM! DOĞUM GÜNÜN MÜBARƏK"
"ƏCƏLİNLƏ, ƏSİR QALMANIN 1-İLİ TƏBRİKLƏR"

İç çəkərək əlimdə ki, şarı buraxmışdım.
Mənə bunlar çox pis hiss etdirmişdi.
Bu gün mənim həm doğum günümdü, həmdə evliliyimin 1-ili tamam olurdu.
O, qədər şey yaşamışdım unutmam normal olardı yəqin ki.
Renad özü seçmişdi doğum günü toyumuzun olmasını.
Bunu da bilərək etmişdi, canımı yandırmaq üçün hər şey etmişdi.
Mən 1-il bundan öncə sevdiyim insanla evləndiyim üçün xoşbəxt idim.
Doğum günü havasında belə deyildim evlənirdim deyə.
Mən bunlardan xəbərsizkən mənə sevdiyim dediyim insan tərəfindən planlar qurulurmuşdu.
Bacarmışdı da məndən hər şeyimi almışdı.
Geriyə məndən qalan heç bir şey yox idi.
İndi isə nə istəyirdi? O qədər şey yaşadıb.
Məni oyuncaq yerinə qoyan insan məndən nə istəyirdi ki?
Mənim ona verə biləcək heç bir şeyim yoxdu.
Vardısa da ona yoxdu!.
Göz yaşlarımı silib, otaqdan çıxmışdım.
Pilləkanlardan enərək aşağı düşmüşdüm.
Bağça qapısını açıb bağçaya çıxmışdım.
Ətrafda qorumalarda yox idi.
Renad biçarə kimi durub mənə baxırdı.
Baxışlarımı ətrafda gəzdirərək yanına doğru getmişdim.
İkimiz də bir- birimizin gözlərinin içinə baxırdıq mən təəssüflə o, isə ümidlə baxırdı.
Əllərimdən tutub mənə ətrafı göstərərək
R: canım bax bunlar hər biri sənin üçündü. Bizim üçündü, sənin sevdiyin rənglərdən istifadə olunub.
Səninlə danışmaq istəyirəm. Əminəm məni anlayacaqsan. Sən anlayışlı və çox mehribansan))

Əllərimi əllərindən çəkib üzünə baxdım.
E: Səndə səni bağışlamayacağımı bilirsən!
Mən hər şeyi unudaramda, özümü necə də dəyərsiz hiss etdirdiyini unuda bilmərəm.
Niyə səni hələ də sevmirəm?
Çünki, sən içimdə ki, səni öldürdün.
Sən hər şeyi öldürdün, bitirdin.
Yoxsa hələdə səni sevərdim canım çıxana qədər sevdim. Sənin yalan olduğun gün canım çıxdı Öldüm!
Sən artıq məmim aşiq olduğum adam deyilsən!
Arzu etdiyin şeylər, gözləməkdən imtina etdiyin zaman gərçekləşərmiş.
Sənin məni hər zaman, mənim səni sevdiyim qədər sevdiyini düşünürdüm.
Şüphə belə etməmişdim.
İndi sevirəm deyirsən ya artıq heç bir önəm daşımır.
Renad key kimi başını sağa sola yelləmişdi.
Gözləri dolmuşdu, əllərimdən yenidən tutaraq qarşımda diz çökmüşdü.
Başımı aşağı əyib üzünə baxdım.
Artıq göz aşları azad olmuş şəkildə yanağından süzülürdü.
Canım yanmışdı o an.
R: Esmiralda mən səni çox sevirəm. Məni bağışla. Xahiş edirəm, sənə söz verirəm hər bir şeyi sənə unutdurmağa çalışacam.
Sən, mən, Uğurumuz 3-müz xoşbəxt olacıq.
Sadecə məni bağışla ((.
Əllərimi özünə çəkib öpmüşdü.

Əyilib çiyinlərindən tutaraq
E: qalx ayağa!
Ümidlə mənə baxırdı, ayağa qalxıb gözlərimin içinə zilləmişdi gözlərini.
E: birdə belə qarşımda durub, ayaqlarıma çökmə. Yalvarma mənə, görürsən biz demədin). Cünki, biz deyə bir şey yoxdu və olmayacaq da.
Bəs Behcət? O nə olacaq?
Başını aşağı salmışdı. Cavab vermirdi.
E: görürsən, susursan. Çünki, cavabın yoxdu! Çünki, sən eynisən. Sən dəyişməmisən! Sadecə ağlımdasan
Başını qaldırıb, üzümə baxdı. Başını sağa sola yelləmişdi.
R: Kaşki qəlbində olsaydım. Elə deyil, mən elə deyiləm, elə düşünmürəm.
Behcət də gələcək sənə söz verirəm.
Hər kəs öz günahının cəzasını çəkəcək məndə!
Mən indidən çəkirəm artıq.
Sənə uzaq qalmaq, hisslərindən uzaq olmaq bu mənə əzab verir.
Qaşlarımı havalandıraraq olumsuz mənasında başımı yelləmişdim. Gözlərimi ondan qaçırırdım.
Ona baxmaq istəmirdim əgər baxsam onan inanardım, acıyardım, aldanardım.
Saçlarımı əlimlə geri atıb.
Yerə baxmağa başladım.
R: yaxşı səni məcbur etməyəcəm düşün. Zamanın çoxdu. Amma xahiş edirəm, gəl birlikdə sadecə yemək yeyək.
Qaşımın birini qaldırıb üzünə baxdım.
R: anladım bağışlamayacaqsan sadecə birlikdə oturaq.
Bir şey deməyib, masaya doğru getmişdim.
O, da ardımca gəlib stulda əyləşmişdik.
Yaxşı ki, gəlib stulu çəkməmişdi.
Yoxsa daha çox məni güldürərdi.
Yəməyi özü qablara servis eləmişdi.
Etiraz etmədim, etsin nə olacaq ki, özü istəyir.

Sakit şəkildə yemək yeyirdik.
Sükutun verdiyi huzuru yaşayırdım hal hazırda.
Yeməklər bitdikdən sonra sakit şəkildə əllərimi birləşdirilmiş Renada baxırdım.
Ayağa qalxıb, içəri keçmişdi.
Ardınca baxırdım nə edir deyə.
Əlində tortla fişəngiləri və şamları yanırdı, çölə çıxmışdı.
Ay yox yox bir də tortmu kəsəcəkdim?
Tortu masanın üstünə qoyub mənə baxdı.
Üstündə ikimizin toy şəkilimiz vardı.
"1- ilimiz və ad günün mübarək" yazılmışdı.
R: dilək tut, sonra üfür.
E: uşaqmıyam Renad?
R: xahiş edirəm sönəcək indi.
Bir şey deməyib, torta yaxınlaşıb gözlərimi yumdum dilək tutacaqdım.
"İn şa Allah Renaddan bir dəfəlik canım qurtulsun yollarımız ayrılsın Acılarım sonsuzadək dinsin, öldüyüm zaman dinəcəksə ölüm o zaman"
Gözlərimi açıb üfürmüşdüm.
E: tutdum)).
Gülümsəmişdim nə düşünürdü görəsən?.
R: Diləklərin qəbul olar İn şa Allah )
Üzümdə gülümsəmım solmuşdu.
Nə dilədiyimi bilmədən dua etmişdi.
Yenidən üzünə baxıb
E: ee hədiyəm hanı?
R: nə istəyirsən?
E: nə istəsəm edəcəksən?
R: baxır nə istədiyinə
E: Behcəti görmək istəyirəm.
Bir müddət susdu
Bilirdim razı olma..
R: yaxşı.
Fikrimi belə yarımçıq qoymuşdu.
Razımı olmuşdu o? ))
Üzümdə gülümsəməm genişləmişdi.
E: həqiqətən?))
R: hə.
O da gülümsəmişdi buruqca.

Arxada tutduğu əlində bir qutu çıxarıb mənə uzatdı.
E: bu nədi?
R: baxmayacaqsan?
Əlindən alıb açmışdım.
Bir fotoaparat və bir RenEs♡Uğur yazılı boyunbağı idi.
R: Xahiş edirəm bu boyunbağını heç çıxarma.
Qutudan alıb, mənə yaxınlaşmışdı.
Arxama keçib, saçlarımı əlimə vermişdi.
Boynuma keçirib kiçik bir öpüş qondurmuşdu.
Saçlarımı atıb ona baxırdım
Sevmirdim etməsin belə şeylər.
Sinir olurdum, nə düşünürdü bu insan?
E: bu fotoaparat nə üçündü?
R: Ömrümüz yetdiyi qədər şəkil çəkdirmək üçün.
Anlamamışdım cümləsini. Aman beynimi qurcalamayacaqdım.
Əlinı alıb ayarladıqdan sonra mənə yaxınlaşdı.
R: gülümsə xahiş edirəm.
O, kameraya baxarkən məndə ona baxmışdım.
O, an çəkmişdi.
Çoxlu özünə görə şəkillər çəkmişdi.
Mən isə önəmsəmirdim.
Videosunu qoşub özünü çəkməyə başlamışdı.
R: Uğur?)) Sən bunu böyüdüyün də izləyəcəksən. Bu gün ananla bizim həm 1-illik evlilik il dönümümüz, həm də ananın doğum 21-yaşı olur bu gün. İndi biz cavanıq sən bunu izlədiyində. Qocalmasaqda biraz yaş ötmüş olacaq))
Asma yelləncək də oturmuşduq.
R: onu hiss etmək istəyirəm olar?
Üzünə baxaraq düşünürdüm.
R: xahiş edirəm qısa olacaq.
Başımı yaxşı mənasında yelləmişdim.
Mənə doğru əyilib əlini qarnıma qoymuşdu.
İrkilmişdim biraz kameranı yaxınlaşdırıb özünə
R: bax burda səni hiss etməyə çalışıram.
Əlini qarnımda gəzdirirdi.
Gülməmək üçün özümü sıxırdım.
Çünki, uşaq hərəkət etmirdi)).
Mən əlimi qarnımda gəzdirməyə başladım.
Biraz sonra hərəkət etmişdi.
R: Aaa)) hərəkət edir )). Demək ananı daha çox sevirsən hə?
Sevinmişdi, həvəsini qırmamaq üçün bir şey demirdim.
Uğur artıq hərəkətini dayandırdıq da əlini çəkib, qarnımı öpmüşdü.

Kameranı mənə uzadıb
R: bir şeylər demək istəyirsən?
Sinirlə ona baxırdım ay adam da sən rahatlıqa baxe.
R: yaxşı anan danışmaq istəmirmiş))
Sağol canım oğlum sizi çox sevirəm)).
Gülərək kameranı bağlamışdı.
Mənə uzatmışdı
Bir şey deməyib, əlindən alıb ayağa qalxmışdım.
R: hara ?
E: yatmağa gedirəm.
Başı ilə yaxşı mənasında sallamışdı.
Evə keçib, pilləkanlarla yuxarı qalxmışdım.
Otağıma keçib, üzərimi dəyişmiş, hamama keçib dişlərimi fırçaladıqdan sonra yatağıma uzanmışdım.
Bu gün qəribə gün idi.
Pəncərədən içəri dolmuşdu şarlar hələ də elə qalırdı.
Yorulmuşdum zatən hər gün özümü yorğun hiss edirdim.
Yuxumda ovucumdaymış kimi dəqiqəsin də gəlirdi.
Bu hamiləlik yuxu cəhətdən işimə yarayırdı.
Gözlərimi yumub özümü yuxunun ağuşuna buraxmışdım.

Gözlərimi açdığım da səhər idi. Günəş şüaları üzümə vururdu.
Əlimlə günəşin önünü tutaraq, əsnəmişdim.
Saçlarımı yığıb, yerimdən qalxmışdım.
Hamam keçib, rutin işlərimi etdikdən sonra otağa qayıdıb, üstümü dəyişmişdim.
Otaqdan çıxıb, pilləkanlarla aşağı enmişdim.
Renad ortalıqda get gəl edirdi.
Olduqca əsəbi görünürdü, mənəmi əsəbləşmişdi?
Nə olmuşdu yenə buna?
E: Renad? Nə olub?
Başını qaldırıb məni görmüşdü.
Evin qapısının açılması ilə Renadla birlik də qapıya baxmışdıq.
Aysel əlində market paketləri ilə içəri keçmişdi.
Renad səsini qaldıraraq Ayselə doğru yüyürdü.
R: Deyim nə olub? Bu ləçər evimizə ajanlıq üçün soxulubmuş!
Ayselə doğru yüyürdüyün də Aysel təəccüblə nə olduğuna baxırdı ki, Renad həmlə ilə üzünə şillə çəkməsi ilə yerə sərilmişdi.
Mən isə hələ nə olduğunu anlamağa çalışırdım.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri