Qisasın Əsiri (30-cu bölüm)

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 4 609
Səs ver:
(səs: 1)
"Artıq heç bir şey əvvəl ki, kimi deyil. Mən də"

Aysel əlini qanamış dodaqlarına atıb, əlinə baxmışdı.
Renad ona doğru əyilib, saçlarını əlinə dolamışdı.
R: düzünü de! Sən kimin adamısan?! Kimə işləyirsən?! Kim göndərib səni bura?!
A....
Aysel sakit durmuş dodağının qanını silirdi.
Bu qızda ki, bu rahatlıq nəydi? Hardan gəlirdi belə? Deyəsən öləcəyindən xəbəri yox idi.
Renad onun sakitliyindən daha da əsəbləşib, əlinə doladığı saçlarından möhkəm tutaraq, yerə vurmuşdu.
Oohaa!
Ayseldən qəribə qışqırtı çıxmışdı.
Cəld Renadın yanına qaçıb, onu əlindən almağa çalışdım.
Renad əlimi geri çəkib, məni yavaşca geri itələmişdi.
Qan çanağına dönmüş gözləri ilə məni öldürəcək kimi baxırdı.
R: Esmiralda?! Birdə mən əsəbi ikən mənə toxunma! Canını yandıraram yoxsa!
E: amma öldürəcəksən onu. Burax qızı!
R: sən nə dediyivin fərqindəsən? Bu ləçər evimizdə nə var nə yox xəbər uçurdur. Mən də bunu sənə kömək etsin, sənə göz qulaq olsun deyə evimə almışam.
Mənə edilən yanlışın sonu ölümdü!.
Üzünü Ayselə çevirib saçlarını daha da dartırdı.
Aysel ağrıdan inləyirdi.
R: de görüm kimin adanısan?! Öldürüm səni indi bu dəqiqə burda?!
A: M.mən heç kim.iin adamı deyiləm
R: mən hər şeyi bilirəm!
Aysel pis pis gülərək mənə baxmışdı.
A: Esmirlada gərçekləri bilir?)) Onun bilməyə haqqı var. Gizlətməyin ondan yazıqdı.
Gərçekmi? Nə gərçeyi? Nəyi bilməli idim?
Renad bir əli ilə boğazından, bi əli ilə də ağzında sıxırdı.
R: KƏS SƏSİNİ DİLİNİ ÜZƏCƏM!
E: Renad! Nəyi bilməliyəm ?
Renad biraz əllərini boşaldaraq mənə doğru çevrilmişdi.
Bir çıxış yolu axtarırmış kimi durmuşdu.
R: O, o çox pis insandı! Bizi aldadıb, bilmir nə yalanlara əl atsın artıq!

Aysel yaxşı qızdı belə bir şey edərdimi ki?
Bilmirəm veynim durmuşdu sanki.
Renad qollarını sındıracaqmış kimi Ayselin qolalrından yapışmışdı.
Renad gərilmiş boynunun sağa sola fırladaraq şaqqıldatmışdı.
Nə edirdi sən Allah bu adam?
Qızı burda öldürəcəydi?
R: TOĞRUUUL?!
bu necə kükrəmə idi? Qulaqlarımı tutmuşdum.
Həqiqətən indi Renaddan qorxurdum.
Nə desən edərdi bu adam.
Toğrul cəld evin qapını açaraq, yanımıza yüyürmüşdü.
T: bəli?
Renad Ayselin saçından əlini çəkib, Toğrula tərəf atıb, qan olan əlini Ayselin üzərinə silmişdi.
R: apar bunu Zirzəmiyə! Mən gələnə qədər biraz istirahət eləsin! Su və yemək verməyin!
Ayselə doğru əyilib bir şeylər pıçıldamışdı.
Deyəsən heç yaxşı şeylər olmayacaqdı.
T: baş üstə.
Deyib Ayseli qaldırıb demək olar sürüyərək evdən çıxarmışdı.
Mən Ayselin dediyini düşünürdüm.
Bir şeylər dönürdü ortalıqda mənim bilmədiyim.
Bu açıq aşikar idi.
Başımı yuxarı qaldırıb, mənə sual dolu ifadə ilə baxan Renada gözlərimi zilləmişdim.
E: Mən nəyi bilməliyəm hə?!
R: nəysə gəl, səhər yeməyini yeyək.
Mən nə sual verirəm bu insan nə deyir.
Məqsədi məni dəli eləməkdi hər halda.
Özü bilərək söhbəti fırladırdı.
E: Ren..
Sözümü kəsərək, barmağını işarə edərək mənə doğru sallamışdı.
R: Esmiralda birdə məni sorğu sual eləmə!

Susmuşdum. Adama bax ya öküz.
Həm mənim fikrim Aysel dediklərin də qalmışdı.
Mütləq öyrənməli idim.
Renad onun yalan dediyini, bir şeylər uydurduğunu dedi amma inanmadım əlbəttə buna.
Renadın femək istəmədiyi bir şey ki, gizlədirdi məndən.
Həm Ayselə nə edəcəkdi? Məni qisas üçün nə hallara salan adam, Ayseli öldürərdi.
Həm də sadecə öldürmək yox dəhşətli bir şəkildə bunu düşündükcə bədənimdən ürpərmə keçmişdi.
R: nə durmusan? Əyləş!
O, çoxdan oturmuşdu.
Qorxurdum ondan onunla eyni süfrədə oturmaqdan.
O, ciddi baxışları içəri qıyılmış qara gözlərindən.
Sanki, məni də öldürə biləcəklərmiş kimi mənə baxırdı.
Sözünü ikilətməyib ən uzaq yerdə oturmuşdum.
Yemək yemək istəmirdim, doymuşdum artıq.
R: niyə orada oturdun?
Ciddi ifadə ilə gözlərimin içinə baxırdı.
Baxışlarından gözlərimi qaçırırdım.
Dur gəl bir vurda rahatla ya, o necə baxışdı?
E: fərqi yoxdu. Yemək yeyəcəm sadecə orada oturmuş ya burada.
Allahdan cavab verməmişdi.
Sakit şəkildə yeməyi bitirmişdik.
Üzünə baxmadan qalxıb otağıma çıxmışdım.

Esmiralda dediyimə inanmışdımı görəsən?
Amma Ayselə elə davrandığımı gördükdən sonra məndən daha da qorxmuşdu.
O Aysel ifritəsini birdə gəlib əlimdən almağa çalışırdı.
Əsəbləşəndə gözüm heç kimi görmürdü.
O, an onu itələyədə bilərdim özümə hakim olmasaydım.
Evdən çıxıb, maşınıma doğru irəliləyərək qapısını açıb əyləşmişdim.
Maşını idarə edərək, telefonumu çıxarıb Toğrula zəng etdim.
İlk çağrışında açmışdı.
T: hazırdı, sizi gözləyirik.
R: yaxşı, gözünüz üzərində olsun. Mən gəlirəm.
Telefonu söndürmüşdüm. Aysele elə şeylər edəcəkdim ki, görüm o zaman da dirəşəcəkdi?
Zatən kimin adamı olduğunu desəydi də, deməsəydi də öldürəcəkdim onu.
Mənə xəyanət etmənin bədəli ölümlə ödənilərdi.
Adamlarımdan da bir neçəsini məni satdığı üçün öldürtmüşdüm.
Yeraltı qaranlıq işlərimdə vardı.
Amma bunu heç kim bilmirdi əlbəttə Emiralda da.
Bilsəydi məndən daha çox qorxub uzaqlaşardı.
Evin öndünə bir sürü qorumalar da Esmiraldanı düşmənlərimdən qorumaları üçündü.
Esmiralda özü qaçmasın deyə o qədər qorumanı dikdiyimi sanırdı.
Əslində elə düşünməsi daha yaxşı olardı.
İşimlə ailəmi qarışdırmırdım.
Yeraltı aləmi, düzdü ailəm və mənim haqqımda şəxsi məlumatları bilmirdilər gizlədilirdi.
Amma yenədə işimi şansa buraxa bilməzdim.
Konteynerlərin arası ilə depoya çatıb qapını açıb içəri keçmişdim.
Qaranlıqda marqatlayan ışıq içərini daha alaqaranlıq göstərirdi.
Qaranlıq olan yerin qapısını açıb içəri keçmişdim.
Aysel əli, ayağı bağlı stulda oturmuş, Toğrul başının üstündə durmuşdu.
Başını qaldırıb, mənə baxmışdı.
Baxışlarımdan anlamış olacaq ki, biraz Ayseldən uzaqlaşmışdı.
Yanda ki, işkəncə masasın göz gəzdirmişdim.
Hər şey istədiyim kimi, hazır idi, gözəl.

Əlimi stula atıb, Ayselin qarşısına qoyaraq çırpmışdım.
Əyləşib, Ayseli süzdüm, ağlamışdı gözlərinin içi qızarmışdı.
Saçları üzünə yapışmış, dodaqları partlamışdı.
Deyəsən Torğul biraz sıxışdırmışdı onu danışmayıb yəqin.
Olsun mən ona edəcəyim işkəncələrdən belə susub oturacağını düşünmürəm.
Dilini açardıq bizdə.
R: Aysel bax belə edək sən kimin adamı olduğunu, kimə işlədiyivi deyirsən və məndə səni buraxıram gedirsən, əlivi qoluvu sallayaraq.
Əlbətdə elə olmayacaqdı.
Sadecə gərçekləri anlatsın deyə elə deyirdim.
Mənə edilən səhvin sonu ya ölümdü, ya da ki, ölüm.
Hər məni satana mərhəmət edəcək qədər axmaq deyildim.
Baxışlarını yerdən qaldırıb gözlərimin içinə qorxuyla baxdı.
Ya məndən qorxurdu, ya patronundan sıxıca təmbehləyib.
Bəlli bir şeylərlə gözünü qorxudub ki, etiraf etməyə qorxurdu.
Nəhayət qurumuş dodaqlarını açıb danışmağa başlamışdı.
A: M.mən heçnə bilmirəm.
Səsi titrəyidi yalan dediyi o qədər aşikar idi ki, bu qız nə yalan danışırdı artıq?
R: Ayseel?!
A: M.mən, mən deyə bilmərəm.
Sona doğru səsi titrəmiş ağlamsınmışdı.
Artıq sinirlərim gərilirdi.
Yox, yox hələ qarşıda əsəbləşəcəkdim hələ tezdi.
Amma bu qız adamı özündən çıxarırdı.
Boynumu sağa sola hərəkət edib, şaqqıldatmışdım, isinmə hərəkəti də deyə bilərdik.
Ayağa qalxıb işkəncə masasına yaxınlaşıb, əlimə elektrik aparatını aldım.
Toğrula baxmamla anlamış halda yanıma gəlib, əlimdən almışdı.
Aysel maraqla nə edir deyə Toğrula birdə mənə baxırdı.
Toğrul Ayselin üzərində ki, düyməli koftasını ayırtıb, çıxarmışdı.
A: nə edəcəksiz mənə?!
Təlaşlanmışdı artıq )).
Yan gülüş atmışdım ona.

Torğul elektrik qurğularını Ayselin bədəninə qoşmuşdu hazırdı artıq.
Ona doğru gedib, biraz ona doğru əyilmişdim.
A: buraxın məni nə olar ((
R: Aysel bax sonuncu dəfə soruşuram etiraf edirsən?
Təlaşla oturduğu yerdə çabalayırdı, zavallı qurtulacağını sanırdı.
A: deyə bilmərəm ((( yalvarıram buraxın məni.
Ağlayırdı ah yox tezdi amma.
Geri çəkilib alayla
R: Ah)) yox Aysel hələ tezdi. Hələ irəlidə ağlayacaqsan indi məncə özüvü sıxmalısan güclü dur !))
Qəh qəhə atıb aparatın qoşulduğu kablonu taxmışdım.
Biraz ən azdan açmağa başlamışdım.
Aysel qışqırmağa başlamışdı.
Cərəyan bütün bədəninə yayılmışdı.
Biraz daha saxlasam bədəni artıq dayana bilməyib öləcəkdi.
Ən aza düşürüb qışqırmağa başlamışdım üstünə.
R: bu qədər əzaba dözməli deyilsən axmaq! Etiraf et artıq!
Özündən getdi.
Cəld kablonu çıxarmışdım.
Toğrul yaxınlaşıb nəbzini yoxlamışdı.
R: öldü?
T: yaşayır qorxudan ürəyi getdi))
Qarşıda ki, yatağı göstərib
R: yatağa yatırd onu özünə gəlməsi üçün üzərinə buz dolu bir vedrə su tök oyansın, yatmağa gəlməyib!
Toğrul Ayselin əlini qolunu açıb, qucağına alıb yatağa uzandırmışdı.
Otaqadan çıxmışdı.
Belimdən silahımı çıxarıb masanın üzərinə qoymuşdum.
Aysellə işimi həll edib, Esmiraldanı Behcətin yanına aparacaqdım.
Bunu istəmirdim həmdə heç amma söz vermişdim ona.
Zatən az qalmışdı qardaşını azad edəcəkdim nə olursa olsun, Esmiraldaya görə amma sadecə içim rahatlaması üçün Ceyhunun tapılmasını gözləyirdim bu adamda canımı sıxmağa başlamışdı artıq.
Yerin dibinə girmişdi yerli, dibli sanki.
Behcət əgər anamı öldürmüşdüsə də onu azad edib polisə təslim edəcəkdim.
Zatən çəkdiyi qədər çəkmişdi əzab.
Özümü dünyanın ən günahkar adamı kimi hiss edirdim.
Bəlkə də elə idim.
Tam ölməli insan idim deyə deyil?
Başımın gülləsi əksikdi.

Toğrul qapını açıb əlində buz dolu bir vedrə su ilə içəri keçmişdi.
Yatağa doğru yaxınlaşıb mənə baxırdı, məndən əmir gözləyirdi.
R: tök!
Deyər deməz vedrəni qaldırıb, Ayselin üzərinə tökmüşdü.
Aysel yerindən dik atılmışdı.
R: qalx artıq! İstirahətə gəlməmisən!
Məl məl durub baxırdı, Vallah bu qız axmaqdı.
Toğrula baxığım da başını yelləyib, işkəncə masasından kəlbətini gətirmişdi.
R: bunu yox ! Nəysə
Əlindən alıb, özüm masaya doğru yaxınlaşdığımda, arxadan Ayselin səsi ilə dönmüşdüm ona.
A: Mən, mən deyə bilməyəcəm zatən dəsəm siz öldürməsəniz də o, öldürəcək məni.
Aysel masanın üzərində ki, silahımı alıb başına tutmuşdu.
Nə edirdi bu axmaq qız.
Sinirlə Toğrula baxdım onun həmlə elədiyni necə görməmişdi bu adam?
Nə işə yarayırdı?!
Məsum baxışla mənə baxıb, çiyinlərini çəkmişdi.
R: nə edirsən? Burax onu! Sənə heçnə edə bilməz, burax dedim onu!
Üzərinə qışqırmışdım, hönkürtü vurmuşdu.
A: yox, yox məni hədələmişdi ((. Sizə sadecə bunu deyim, Esmiraldaya zərər verməmi istəyən oydu.
R: Ays..
Silah səsi ilə gözlərimi qapadmışdım.
Aysel qanı ətrafa sıçrayaraq yerə sərilmişdi.
Axmaq!
Kim bilir nə ilə hədələmişdi də özünü öldürdü.
Kim idi bu? Esmiraldaya zərər vermək istəyən hansı düşməmin ola bilərdi?
Ümumiyyətlə Esmiraldanın varlığından hansı düşmənim xəbər tutmuşdu?
Bunu öyrənməyim qeyri mümkündü.
Ayseli də sıxışdırmışdım deməmişdi.
Daha işkəncənim başındaydıq bu qədər tez ölməsi işimə yaramamışdı.
Əsəbləşmişdim, ən azından ağzından ip ucu alsaydım.

Sinirlə Toğrula doğru yaxınlaşıb, yumruq ilişdirmişdim.
Bir iki addım geri səndələmişdi.
R: o silahımı aldığın da hara baxırdın sən?!
İçəri qorumlara girmişdi təlaşla.
Ayselin yerdə cəsədini görüb anlamışdılar.
R: götürün bu leşi burdan!
Onlar dediylərimi edərkən, Toğrula döndüm.
Bir yumruq daha ilişdirmişdim.
Yerə yıxılmışdı.
Əyilib bir neçə yumruqda ilişdirmişdim.
R: ıığğaaah!
Durub dərin nəfəs aldım.
Əlini qanamış burnuna tutub baxırdı.
Əlimi uzatdım qalxması üçün, əlimi tutub ayağa qalxmışdı.
Sinirlə üzünə baxıb
R: get bizimkilər burnuna baxsınlar! Birdə belə bir axmaqlıq etmə!
Hirslə ordan çıxaraq uzaqlaşmışdım.
Toğrulun yerində başqası olsaydı bəlkə indi öldürmüşdüm yanlışına görə amma Toğrul mənim ən sağlam adamımdı.
O, mənim illərdi yanımdaydı.
Mənə qardaş kimi idi, amma bəzən belə səfehliy eləməsi məni özümdən çıxarırdı.
Döyürdüm sonra kömək edirdim.
Qarşılıq vermirdi mənə verədə bilməzdi, öldürərdim çünki, onu.
Depodan çıxıb, konteynerlərin arası ilə açıqlığa çıxmışdım.
Maşınıma doğru irəliləyib, qapısını açıb özümü atmışdım sükana.
Başımı rola qoyub istirahət etmək istəyirdim.
Özümü çox yorğun hiss edirdim.
Bildiklərim, öyrəndiklərim və öyrənə bilmədiklərim, etdiklərim, edə bilmədiklərimin altıda əzilirdim.
Bunlar mənə çox idi sanki, ən çox məni üzən başqa bir şeydi.
İçim içimi yeyirdi itirmək qorxusu.
Çox pis hiss edirdim, özümə lənət oxuyurdum hər an xatırladıqca mənim ucbatımdandı.
Lənət olsun! həyatımı öz əllərimlə məhv etmişdim mən.
Qorxurdum, həmdə çox qorxurdum.
İlk dəfə idi bu hissi yaşayırdım mən, itirmək qorxusu.
Ağırlıq üzərimə elə çökmüşdü ki, bir neçə gün öncəki halım sanki, geri qayıtmışdı.
Mən çıxılmaz bir yolda idim, iz bilinməz yol bilinməz çarəsizcə ortda da qalmışdım.
Bu yola özüm girmişdim.
Nə bir şey edə bilirdim, nə geri dönə bilirdim.
Mənə hər yol bağlanmışdı.
Qaranlıq bir yolda idim mən, sonu bilinməyən!
Yolum da nə işıq vardı, nə də bir qurtaranım.
Məni bu yoldan heç kim qurta bilməzdi.
Öz ayağımla gəlmişdim, qarışıq aydınlı olan yolların qaranlıq yollarında itib, batmışdım.
Esmiralda desən o, nə olduğunu bilməyən ən günahsız məsumdu bu şəhərdə mənsə, qaranlıq yolda çarəsiz itkib düşmüşdüm.

Başımı roldan qaldırıb, maşını idarə etməyə başlamışdım.
Yol boyu olanları düşünməkdən artıq ağlımı itirəcək həddə gəlmişdim.
Bir çarə düşünürdüm, bir yol!
Öz əllərimlə bağlamışdım bütün üzümə açılan qapıları.
İnsan bu qədər aciz və çıxılmaz hiss edərdi?
Həqiqətən bəzən elə yanlışlar edirik ki, o doğru bildiymiz yanlışlarımız, zamanı gəldiyin də üzümüzə şillə kimi dəyər.
Amma o şillənin yeri qalar, o bizim öz əllərimizlə yaratdığımız damğa olar bizə.
İçin-için ağlamaq keçirdi içimdən çarəsizlik bütün bədənim aciz qalmış şəkildə, sükana çökmüşdü sanki, hal-hazırda bir cəsəddən fərqim yoxdu.
Evə yaxınlaşıb maşını həyətə salmışdım.
Maşından enib, evə doğru adsımladım.
Esini alıb qardaşına aparacaqdım, sözümü tutacaqdım bu gün.
Nə qədər sevinəcəkdi kim bilir.

Axşam üzəri idi artıq.
Renad da səhər evdən çıxan idi.
Ayselə nə olmuşdu? Səhərdən bunu düşünürdüm.
Sıxılırdım, həyatım ot kimi idi sanki, heç bir şey yoxdu.
Bari Uğurum tez böyüyüb, qucağıma alsaydım da, ona başım qarışardı.
Ay düşüncəsi belə həyəcanlandırmışdı məni.
Yerimdə uzanmış kitab oxuyurdum.
Yuxum gəlirdi, kitab artıq əlimdən süzülüb düşürdü.
Hələ ki, ayıq kimi idim.
Yatsaydım pis olmazdı.
Gözlərim qapandığı anda otağın qapısı açılmışdı.
Arxam qapıya tərəf olduğundan gözlərimi iri açıb, qırpışdırmışdım özümə gəlmək üçün.
Arxamı dönmüşdüm, Renad yatağın yanına gəlib mənə baxdı.
Yorğun və bitkin görünürdü.
Çökmüşdü sanki, adam bu mənə qəribə hiss etdirmişdi.
İçim acımışdı sanki, mən nə deyirəm? Nəysə hormonlardandı yəqin.
Yuxulu gözlərimlə nə üçün gəldiyini anlamağa çalışırdım, ona baxaraq.
R: qalx gedirik.
E: hara gedirik? Mən heç bir yerə getmirəm!
R: yaxşı özün bilərsən, mən də səni qardaşına aparmaram.
Nə qardaşımamı? Arxasını dönüb gedəcəydində.
E: nəəə? Behcətəmi aparacaqsan məni?))
Sevinmişdim, 1 il sonra qardaşımı görəcəkdim.
R: aparacaqdım, amma getmək istəmədiyini dedin, artıq aparmayacam.
Üzünü mənə çevirmədən qapıya tərəf gedəcəyində, cəld yerim də dikəlib, ayağa qalxmışdım.
Əlimi çiyninə atıb saxladım onu.
Üzünü mənə çevirib, baxırdı.
E: dəlisən? Əlbəttə getmək istəyirəm.
R: o zaman sən hazırlan, yemək yeyim məndə gözləyəcəm səni.
E: yaxşı)).
Gülümsəmişdim, evləndiymizdən bəlkə də ilk dəfə idi içdən gülümsəmişdim ona.
Əslində ona yox, Behcəti görəcəyim üçün xoşbəxt idim indi onun üçün gülümsəmişdim.
Renad təəccüblə mənə baxıb o, da gülümsəmişdi.

Biraz ciddi ifadə alıb
E: e çıx artıq, üstümü dəyişim.
R: yaxşı.
Sakit şəkildə cavab verib otaqdan çıxmışdı.
Ayy, çox sevincli idim. Hətta hal-hazırda sevincimdən yerə göyə sığmırdım.
1 il sonra görəcəkdim, qardaşıma doya-doya sarılacaqdım.
Canım qardaşım ayy)).
Heç Ayselə nə oldu, nə etdi deyə soruşmağı unutmuşdum.
Nəysə birazdan soruşardım.
Özümə gəlib, gülərək qarderobumun qarşısına keçmişdim.
Pudra rəngi, yaxa hissəsi açıq amma ağ güpurla qapalı, dizdən bir qarış yuxarı olan donumu çıxarıb, yatağın üzərinə tullamışdım.
Gold rose, ruqan olan sandallarımı da çıxarmışdım.
Tam hazır olub, saçımıda dağınıq topuz halında toplanmışdım.
Sadə makiyaj da etmişdim.
Liner, tuj, pomada ilə kifayətlənmişdim.
Çoxmu olmuşdu sanki?
Yox ya sadə eləmişdim.
İstəmirdim qardaşım məni solğun görsün.
Tonal kremini bədənim də qalan izlərin üzərinə çəkmişdim.
Qapadmağa çalışırdım, hansı birini qapadırdım ki?
Artıq elə də gözə çarpmırdı.
Şirin ətrimi də sıxıb ayağa qalxıb, son dəfə özümə baxmışdım boy anasında.
Qarnım necə də bilinirdi.
Artıq 4 haqlayırdıq :)
Otaqdan çıxacağım sırada ağlıma Renadın hədiyyə etdiyi fotoaparat düşmüşdü.
Çəkməcədən onu da alıb çıxmışdım.
Pilləkanları enərək, aşağı düşmüşdüm.
Renad divanda oturmuş, önə əyilmiş, qollarını dizlərinin üstünə qoyaraq, əllərini birləşdirmişdi.
Bir sıxıntısı vardı amma, nəysə məni maraqlandırmaz.
Yanına yaxınlaşıb, boğazımı ərtlədim.
Başını qaldırıb mənə baxdı.

R: çox gözəlsən hər zaman ki, kimi )
Buruqca gülümsəyib ayağa qalxmışdı.
Qapıya doğru addımladığımız da dayanıb, üzünü mənə çevirmişdi.
Əlini cibinə atıb, telefonunu çıxarmışdı.
R: dur şəkil çəkəcəm.
Bu da yaxşıca səlife manyakı çıxdı.
Bir şey deməyib göz süzdürmüşdüm.
Dəhliz şkafında ki, aynadan ikimizin şəkilini çəkmişdi.
Mən arxasında durmuşdum.
Əlində yenidən telefonda şəkilə baxırdı.
E: bəlkə artıq gedəək?!
R: dayan, dayan! Esi bu nə paltardı?.
Şəkildə deyəsən baxmışdı, salak)) indi fikir verirdi?
Üzünü mənə çevirib, məni aşağıdan yuxarıya süzdü.
E: nə var geyimimdə?
R: qısadı daha nə olacaq?! Həm də açıqdı Get dəyiş tez ol!
Tamam biraz qısa idi hamilə idim deyə, biraz daha qısalmışdı amma o qədər də qısa deyildi yəni.
E: yox! Qısa, açıq filan deyil. Tez ol, artıq qardaşımı görmək istəyirəm.
R: sinən, ayaqların açıqdı birdə deyir açıq deyil!
R: get dəyiş! Dəyiməşəsən aparamayacam!
E: ayaqlarım ağrayır bir də qalxa bilmərəm yuxarıya!
E: zatən Behcəti qardaşımı görməyə gedirəm. Həm sənə nə qarışma geyimimə! Birdə səninlə danışmaram üstümü çıxıb dəyişsəm!
Duruxsunmuşdu sanki, nə oldu?
R: məndə burda zatən ..... axı hə?! Nəysə bir adam sənə sənin geyiminə baxsa, əlimdən çekəcəyin var!
Göz süzdürüb, qapıya tərəf getdim.
R: hara? Gözlə!
Gəlib, əlimdən tutub məni özünə tərəf çəkərək, evdən çıxmışdıq.
Renad ətrafda ki, adamlarına göz gəzdirirdi kimsə baxırmı deyə.
Rahatlamış şəkildə maşının qapısını açmışdı.
Mən oturduqdan sonra, kəmərimi bağlayıb, qapını örtmüşdü.
Özü də sükana əyləşmişdi.
Artıq kəmər qarnımı sıxırdı, bu da qarnımın biraz daha böyüdüyünü göstərirdi.
Son günlərdə Uğur da sanki, az hərəkət edirdi.
Zəifmiydi? bir problemmi vardı? Yoxsa aktiv uşaq deyildimi?
Hər nəysə, Behcəti görəcəkdim birazdan))
Yol boyu ikimiz də danışmamışdıq.

Biraz uzun çəkmişdi yolumuz.
Şəhərdən biraz kənarda idi deyəsən.
Behcəti haralara gətiribmiş, nə planlar quraraq.
Xarabaxanalıq kimi bir yerdə maşını saxlamışdı.
Vahiməli görünürdü biraz, qorxmamışdım da deyil.
Renad düşüb, mənim tərəfə gəlib qapını açmışdı.
Normalda özüm düşərdim də, indi qorxmuşdum.
Kəmərimi özüm açıb, Renadın uzatdığı əlini tutub, maşından düşmüşdüm.
Qolundan sıxıb birlikdı addımlayırdıq.
Renad deyəsən bu haldan xoşnud olmuşdu, gülürdü.
R: qorxma mən yanındayam)).
E: nə qorxacam, yollar əyridi yıxılmayım deyə qolundan tutmuşam.
Dediyim an qolunu buraxmışdım.
Depo kimi görünən amma ondan daha fərqli bir yerə yaxınlaşdığımız da qarşımıza qara kostyumlu adamlar çıxdığında qorudan qışqırmışdım.
Renad cəld əlimdən tutub
R: qorxma! Onlar mənim adamlarımdı
E: birdən qarşımıza çıxdılar.
R: biraz uzaqlaşın!
Adamlar geri çəkilmişdilər.
Ətrafda görünmürdülər, birdən qarşımıza çıxdılar əlbəttə qorxacaqdım.
Ayyh artıq Behcəti görsəydim, bu vahiməli yer məni sıxırdı.
İçəri ala qaranlıq idi, ışıqlar marqatlayırdı.
Qorxulu filmləri anımsatmışdı lap.
İçəri də də bir xeyli adamlar vardı.
Olduqca qapalı və qorunan yerdi.
Burdan quş uçması belə mümkünsüzdü.
Bir neçə iç-içə otaqlardan keçib, bir fərqli qapının önündə durmuşduq.
Əlimi buraxıb, üzünü mənə çevirmişdi.
E: burdadı?
Qapıya baxıb yenidən mənə baxmışdı.
R: hə burdadı, sən get, 2- saat sonra gəlib səni götürəcəm.
E: amma 2- saat çox...
R: Esmiralda indi girirsən içəri yoxsa gedək?
E: off mərhəmətsiz, duyğusuz kimə nə anladıram ki?!
Sinirlənmişdim ona yenə.
1- il sonra əsir tutduğu qardaşımı görəcəkdim və saadecə 2- saat vaxt vermişdi mənə.
Nəysə artıq buna da razı olacaqdım, yoxsa bu şansıda əlimdən alardı duyğusuz.
Bir şey deməyib, əlimi qapının qulpuna qoyaraq aşağı çəkmişdim.
Qapı açılmışdı, o qədər həyəcanl idim ki, ürəyim yerindən çıxacaqdı sanki? Gözlərimi sıxıb qapını açmışdım.
Daha sonra həmən, gözlərimi açıb ətrafa göz gəzdirmişdim.
Divarın küncünə qısılmış zəif bədənin sahibinə baxdım.
İlahi bu Behcətdi! Qardaşımdı, o, necə də zəifləyib və tanınmaz olmuşdu.
Gözlərim dolmuşdu, titrək səsimlə

E: B.behcət?
Başın mənə çevirib baxdı, gülümsədi.
Mən bu baxışlara qurban olardım.
B: Yenə gəldin)), yaxşısan bu gün?
Tutulmuşdum sanki, nə deyirdi mənim qardaşım? Nə danışırdı can parəm?
O, məni xəyalmı zənn edirdi, hallisünasion sanırdı məni?((
E: Behcət? Mən xəyal deyiləm, mən həqiqətən burdayam.
B: sən həqiqətsın? Sən mənim bacımsan?
İçim parçalanmışdı, canım o qədər pis yanırdı ki, qardaşım dəli kimi hərərkət edirdi.
Özümü daha çox saxlaya bilməyib, ona doğru qaçıb, sarılmışdım.
Yerində dikəlib, sanki, yeni yeni özünə gəlirmiş kimi.
Mənə sıxıca sarılıb, ağlamağa başlamışdı.
B: canım bacım ((, bağışla məni.
İçimdən bir şeylər qopmuşdu sanki, tərifsiz duyğular içərisində idim.
Vəziyyət qəribə idi, bədəni o qədər cılız qalmışdı ki, əlimə sümükləri rahatca dəyirdi.
Onun halına daha çox hönkürtü qopmuşdu içimdən.
E: sən sən bağışla bacını. Səni bu hala salan bacını, bağışla məni ((.
Məni özündən ayırıb, üzümü əlləri arasına almışdı, üzümə tökülən saçlarımı qulağımın ardına verib
B: ağlama mənim dünyalar gözəli bacım ((.
Mənə ağlama deyirdi amma özü daha çox ağlayırıdı.
İçim param- parça olmuşdu.
Bir dəri, bir sümük qalmışdı, əvvəl ki, iri cüssəsindən əsər əlamət yoxdu.
E: sənə yemək vermirlər? Hə?
Gülümsəyərək üzümə baxdı.
B: verirlər canım bacım)) fikirdəndi. Artıq sən gəldin mən rahatladım, səni gördüm ya daha yaxşıyam əmin ol)).
Sən özün yaxşısan? Səni yenə incidir o canavar? Artıq son neçə aydı mənə videoların göstərilmirdi.
Qorxdum, səni..., səni öldürdü sən etmişdim((.
Yenidən sarılmışdı mənə, onu daha çox özümə sıxmışdım.
1- illik həsrət bitmişdi bu gün.
E: yaxşıyam, o artıq mənə işkəncə etmir))
İnansın deyə gülümsəmişdim.
Məni özündən ayırıb, qarnıma baxmışdı.
Qarnımdan dolayı rahat sarıla bilmirdim qardaşıma.
B: sən, sən onun uşağını bətnində daşıyırsan? Sən aldırmamısan onu?
Gözlərim yenidən dolmuşdu, başımı olumsuz yöndə yelləmişdim.
Qollarımdan tutub, məni silkələmişdi.
B: sən necə onun uşağını bətnində saxlayırsan? Niyə??
Ağıayaraq başımı aşağı salmışdım.
E: edə bilmədim (( məndə istədim amma onun ürək döyüntülərini eşitdikdən sonra qıya bilmədim.
Onun ki, heç bir günahı yoxdu ((.

Behcətlə o qədər şey danışmışdıq ki, heç normal həyatımız da bu qədər danışmamışdıq bir- birimizlə.
Birlikdə yemək də yemişdik, adamlardan biri yemək gətirmişdi.
Qaldığı yerdə yataq, tumba və içəridə hamam falan vardı.
Dəli olmaq üçün isə tam əlverişli otaqdı.
Hələ belə qalmışdı böyük bir şeydi.
Ona o qədər üzülmüşdüm ki, artıq halım yaxşı deyildi, özümü yaxşı hiss etmirdim.
Artıq getməa vaxtı gəlmişdi, heç getmək istəməsəm də məcburdum buna
B: getməsən? Biraz daha qalsan?
Yalvarırmışcasına çıxan səsi məni daha çox məyyus etmişdi.
E: gələcək dəfə görüşməyimiz burda olmayacaq və sən burdan çıxmış olacaqsan.
Mənə möhkəm sarlıdı, məndə onu bağrıma basmışdım.
B: səni çox sevirəm bacım (( özünü və Uğuru hər zaman o, canavardan da bütün pisliklərdən də qoru.
Məndə Uğurun hərəkətlərini hiss etdim ya məndə artıq çox sevdim onu)).
Sən də bir gün həqiqətən çox xoşbət olacaqsan, oğlunla birlikdə.
E: sən mənim canımsan, anamın, atamın yadigarısan. Səndə bizimlə birlikdə olacaqsan.
Gülümsəmişdi sadecə.
Yenidən sıxıca sarılmışdıq bir birimizə.
Üz-gözündən öpüb, bağrıma basmışdım.
1- ilin həsrəti gözümü qorxutmuşdu.
Yenə onu görə bilməyəcəm deyə qorxurdum.
Otaqdan güclə ayrılıb, çıxmışdım.
Renad durmuş mənə baxırdı.
İçimdən bir şey gəlmişdi onu etmək istəyirdim.
Əlimi qaldırıb Rena da sərt bir şillə vurmuşdum.
İçimdə ki, acını azaltmamışdı belə.
Qardaşımı o halda gördükdən sonra, içim parçalanmışdı.

Burdan çıxıb evə gəlmişdik.
Ağlıma Aysel gəlmişdi.
Üzümü Renada çevirib, baxmışdım.
E: Aysel! Ona nə elədin? Necə oldu o?
Qapını örtmüşdü, zala keçib divanda əyləşmişdi.
Məndə qarşıda kreslo da oturmuş ondan danışmasını gözləyirdim.
R: Aysel öldü necə olacaq.
E: Nəəə? Öldürdün onu? Niyə öldürdün axı? Qatil!
Birdə qatillə oturmuşdum qarşı- qarşıya.
Bir cana qıymaq bu qədər asanddı eləmi?
R: ölümə laiqdi o! Özü də mən öldürmədim! Özü özünü öldürdü!
E: yalan danışma! Sən qızı öldürməyə apardın, qız özünü necə öldürə bilər?
Artıq yavaşdan səsimiz yüksəlirdi.
R: cünki, o məni satdı! Mənə yanlış hərəkət elədi! Cəsusluq edirdi düşmənimə! Mən əlimi belə vurmadım silahımla başına sıxdı!
E: buna görə ölməli idi? Həm mənə de hansı gərçekləri bilməliyəm?!
R: o səni öldürmək üçün ajan olaraq evə soxulmuşdu.
E: umrumda deyil! Kaşki, öldürə bilsəydi! Mənə mənim bilmədiyim gərçekləri danış!
R: o, sadecə ölmədən əvvəl sarsaqladı!
Sinirdən ayağa qalxmış gəl get edirdim.
E: hər halda öləcəyini bilə bilə belə yalan danışmaz!
Məndən bağışlanmaq istətirsən amma burda məndən bir şeylər gizlədirsən! Bax sən belə güvənilməz, yalançı, piss insa...
R: Esmiralda sus! Sən hər an ölə biləcək bir xəstəlikdəsən!(( Sən anevrizmasan! Hər an ölə bilərsən ((.
Nə? Xəstəmiydim? Öldürə biləcək növdən xəstəmiydim mən?
Öləcəkdim? 1- ildir etdiyim dualarımmı qəbul olmuşdu?
Yer ayaqlarımın alyından ayrılmışdı sanki, duamın qəbul oldğuna sevinimmi, yoxsa üzülümmü bilə bilmirdim.
Dilim tutulmuşdu, sadecə yerə süzülmüşdüm.
Renad, yerindən qalxıb yanıma gəlib diz çökmüşdü, ağlayırdı.
Mən isə heç bir şey düşünə bilmirdim.
Beynim dumanlaşmışdı.
Ölmək istəyərik bəzən, acı çəkdiyimizdə bunu diləyərik.
Bəzilərimiz içtən dilər diləklərini.
İnanarsansa qəbul olarmış, mən demək ki, çox inanmışam və qəbul olubmuş.
Ağrı acılarımın səbəbi varmış, mən isə hər birinə bəhanə tapmışdım oysa.
Bəlkə inanmaq istəmirdim, pis düşünmək istəmirdim.
İndi isə beynim heç bir şeyi seçə bilmirdi.
Qulaqlarım da həmin uğultu, gözlərimdə bulanıqlıq.
Bir gün öləcəkdim və bitəcəkdi demək ki, o günlər yaxındaymış.

Bölümün Sonu

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri