Qisasın Əsiri (31-ci bölüm)

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 5 286
Səs ver:
(səs: 1)
"Kaşki, ötən günlərim geri gətirə bilsəydim də hayatımı puç etməsəydim"

2- ay yarım sonra.

R: Esmiralda? Esmiraldaa?
E:.....
R: Esmiralda aç qapını! Sadecə səninlə danışmaq istəyirəm.
Uğuru hiss etməyimə belə imkan vermirsən! Bəsdi artıq bu qədər.
Axı nə vaxta qədər belə edəcəksən?
Bilirəm mən günahkaram, hər şeyin səbəbkarıda mənəm amma..
E: Renad SƏSİNİ BELƏ EŞİTMƏK İSTƏMİRƏM SƏNİN! CƏHƏNNƏM OL!!!
Esmiralda qışqıraraq qapıya bir şey çırpmışdı.
Diksinərək əlimi qapıdan çəkib, məyyus halda başımı yelləmişdim.
Bu gündə özünü, məndən gizlətmə günlərindən biri idi.
Çox üstünə getməyəcəkdim o əsəbləşib, halı pisləşərdisə ölümə bir addım daha yaxınlaşırdı.
Hər an, ani ölümdə ola bilərdi, beyninə qan sıza bilərdi.
Onu bu halda ikən necə yalnız buraxa bilərdim ki?
Hər an, hər dəqiqə onu gözətləyirdim.
O günü otağında ki, karemaları qırmışdı.
Onu görməyimi istəmədiyi üçün əngəlləyirdi hər şeyi.
R: Yaxşı, yaxşı sakit ol! Mən gedirəm, əsəbləşmə xahiş edirəm.
Qapıdan uzaqlaşıb, aşağı pilləkanlarla aşağı düşmüşdüm.
Başımı əllərim arasına alaraq sıxırdım.
Esmiralda qədər axı çəkməsəmdə, onun acılarının mənə gəlməsini itərdim, balaca, cılız bədəni o qədər acılara dözmüş tab gətirmişdi.
İndi də dirənirdi, güclü görünmək üçün, amma günü-gündən daha çox zəif düşürdü.
Bəzən mənə olan sinirindən yemək yemirdi.
Uğur üçün məcbur yediyini dilə gətirməyi də unutmurdu.
Zala keçib, divanda oturdum.
Nilay mənə baxırdı.
N: mən gedim yanına?
R: yox, zatən əsəbidi səni də dinləmək istəmir.
Axşam artıq buna son qoyacam mən.
2-iki aydan çoxdur səndə cəht edirsən onu yola gətirməyə, çox sağol artıq bu gün axşam mən buna son qoyacam.
N: ilk dəfə bura gələndə onunla yaxşı anlaşacağımızı sanmışdım, amma hər kəsi özündən uzaqlaşdırır, ən çoxda səni xəstəliyinə görə ona yaxınlaşıdığını sanıb sənə nifrət edir.
Psixoloq olaraq ilk dəfə idi belə bir pasientlə rastlaşırdım.

Ona o qədər əzab əziyyət vermişdim ki, ağıla gələ bilməyəcək iyrənc şeylər deyə bilməzdim sənə onun belə olması normaldı.
Nilay ayağa qalxıb
N: gedim mən daha, kaşki, bir əlimdən bir şey gəlsəydi.
Onun belə xəstəliyini həmən qəbul etməsinə inana bilmirəm, belə gücsüz, ümidsiz olmalı deyil.
Çarə var amma qəbul etmir.
Məndə ayağa qalxıb onula qapıya qədər gedirdim
R: çox sağol amma artıq sənlik bir şey yoxdu.
Başını yelləyib çantasını çiyninə atmışdı.
Qapını açıb, getməsini üçün yola saldım.
Qapını örtüb, saçlarımı geri vermişdim.
Zala baxırdım.

2- ay yarım öncə

Esmiralda şok halda ayağa qalxıb, üzərini düzəldib, pilləkanlara doğru qaçmağa başladı.
Mən isə onun gedişini izkəyirdim yaşlı gözlərimlə, ayağa qalxıb göz yaşlarımı silərək, ardı ilə pilləkanları qaçaraq, qalxmağa başladım.
R: Esmiraldaa? Esmiralda dayan!.
Otağına keçib qabını üzümə çırparaq, kilidləmişdi
R: aç qapını! Esmiralda yalvarıram aç qapını.
Bir 15-20 dəqiqə qapıya çökmüş məyyus halda dil tökdükdən sonra qapı açılmışdı.
Təəccüblənmişdim, əslində özümdə aça bilərdim amma, üzərinə getmək istəmirdim.
Esmiralda ifadəsiz, düz şəkildə üzümə baxırdı.
Ayağa qalxıb
R: Es.Esmiralda?
İçəri, otağa qayıtmışdı, məndə ardı ilə keçmişdim otağa.
Yatağın ayaq ucunda oturmuş, əllərini yatağa sabitləmiş önə, arxaya get geldə yellənirdi.
E: nə vaxtdandı xəstəyəm? Nə xəstəsiyəm?!
O qədər sakit şəkildə danışırdısa səsini güclə eşidirdim.
Yaxşı idi görəsən? Normal idi belə olmağı?
Udğunaraq əlimlə üzümü ovmuşdum.
R: S.sən.., 4-5 il olar təxmini
Dilim topuq vururdu həyəcandan.
Təəccüblə üzümə baxmışdı.
E: 4-5 ilmi? Amma ölümcül demişdin, niyə ölməmişəm?!
R: Sən..
E: Uğur?! Ona bir şey olacaqmı?
Sözümü kəsmişdi, nə deyəcəyimi bilmirdim, heç məni dinləyəcək olana oxşamırdı.
Uğur deyərkən, artıq gözləri qan çanağına dönmüşdü qəzəbindən.
Yataqdan qalxıb hirslə üzərimə gəlimiş, yaxamdan tutaraq mənə baxırdı.
E: CAVAB VER! UĞUR ÖLƏCƏKMİ?!
SUSURSAN ƏCLAF
R: Sa.sadecə..., doğuş risklidi.
Səsim titrəyirdi.
Qaşlarını düyümləyərək, üzümə baxırdı.
E: Ö.öləcəkmi? O, o öləcək? Sən bunun üçün mənə yaxşı davranırdın hə? Öləcəyəm deyə! Nə düşünürdün? Mən öləcəm sən Uğuru alacaqsan hə?! Bunumu düşünürdün? Məndə deyirdim bu necə belə tez adam oldu! Vicdanın rahat buraxmırdı səni?
Başımı sağa sola yelləyib.
R: Xe...
Sözüm ağzımda qalmışdı, aynanın qarşısını dağıdıb, yerə çırpmışdı hamsını.
R: Esmiralda sakit ol! ÖZÜNƏ GƏL!
səsimi yüksəldib, yaxınlaşmaq istədiyim də əlini qarşısında tutub durmamı göstərmişdi.
E: Əsla! ƏSLA MƏNƏ YAXLNLAŞMAĞA ÇALIŞMA!
Ani həmlə ilə əlinə bir şey alıb aynaya çırpması ilə çilik-çilik olub yerə tökülmüşdü, parçaları.
Sınmış parçalarda özünə baxırdı.
Daha sonra özünə gəlmiş kimi yerində sıçrayıb, yatağın üzərini dağıtmağa başlamışdı.
Ona biraz yaxınlaşaraq.
R: özündə deyilsən hal-hazırda sinir krizi keçirirsən! Sakitləş artıq.
Tumbanın üzərində ki, saatı mən tərəfə çırparaq boğazına yığışmış qəhərlə, acı bir hönkürtü qopmuşdu sinəsindən.
Onun bu vəziyyəti içlər acısı idi.
Yatağa çöküb, başını sıxaraq ovurdu, bir yandanda saçlarını çəkişdirib inildəyirdi.
Açı çəkirdi, içim parçalanırdı bu halına
Ona yaxınlaşmağa çəkinirdim.
Bir əli ilə alnını sıxır, bir əli ilə boynunu ovurdu.
Ona yaxınlaşmaq istədiyimdə, durmuşdum.
E: bax səndə məni bu ayna kimi param parça etmisən.
Səsi çox qəribə gəldiyindən
R: Sən, sən yaxşı deyilsən Esmiralda qalx xəstaxaya gedirik.
E: bu lənət ağrı məni Öldürüür ((
Ona yaxınlaşıb əlindən tutub ayağa qaldırdım.
Qapıya doğru sürüklədiyimdə durmuşdu.
E: Renad?!
Təlaşlı səsi ilə üzümü ona çevirdiyimdə başını aşağı salmış, əlinə baxırdı.
Əlimlə çənəsindən tutub yuxarı qaldırmışdım.
Burnundan ovucuna qan tökülürdü.
R: Q.qorxma! Yaxşı olacaqsan!
Özüm ona deyirdim amma, özüm qorxurdum ona bir şey olacaq deyə.
Onu cəld qucağıma alıb, pilləkanlardan 2-2 düşmüşdüm.
Esmiraldaya baxdığımda özündə deyildi.
R: İndi, indi xəstəxanaya gedəcik gözəlim! ESMİRALDAA?!
Qulluqçular ətrafda bizə baxırdı, qapıya yaxınlaşdığım da biri gəlib açmışdı.
Yaxşı ki, biri ağzını açıb bir şey deməmişdi yoxsa tərləyib, əsəbləşəcəkdim.
Qapıdan çölə çıxıb
R: Toğruul?! TOĞRUUUL???!
bir neçə saniyə içində Toğrul qaçaraq gəlmişdi.
T: Ren..
R: Tez ol maşınımı gətir!
Işıq sürəti ilə yox olmuşdu.
Esmiraldaya üzümü çevirib, ağarmış bənizinə baxırdım.
R: Yox! YOX! İNDİ DEYİL! İNDİ VAXTI DEYİL! Sənə söz verirəm nə sənə, nə də oğlumuza bir şey olmayacaq! Buna imkan vermərəm!
Əlini əlimə alıb, dodaqlarıma sıxmışdım.
Buz kimi idi.
Bu məni lapda qorxudurdu.
Nəbzinə toxunduğum da hələ də zəif-zəif atırdı.
R: Toğrul harda öldün?!
Qorumalar kömək etmək istərcəsinə mənə baxırdılar.
Toğrul maşını gətirməsi ilə cəld onu arxa oturacaq yerləşdirmişdim.
Son sürət xəstəxanaya gəlmişdik.
Qucağıma alıb, girişə qaçmışdım.
R: Həkim?! Biriniz bura baxın!
Tibb bacıları və bir qadın həkim gəlmişdi.
Onu qucağımdan alaraq, xərəkə yerləşdirib, bir yerə aparırdılar.
H: nəyi var onun? Nə olub?
R: o, anevrizma xəstəsidi, sinir krizi keçirdi. 8-aylıq hamilədi birdə.
H: yaxşı siz çıxa bilərsiz.
R: O, çənim arvadımdı yanında olmaq istəyirəm onun!
H: İcazə verin işimizi görək!
Birisi qolumdan tutub çıxarmaq istədiyində Toğrula baxmışdım.
T: çıxaq
Toğrulun əlini itələyib, əsəblə çıxmışdım otaqdan.
Səhər
Dərmanların təsirindən bütün gecəni oyanmamışdı.
Ağrı kəsicilər bədənini rahatladırdı.
Artıq Esmiralda özünə gəlmiş sakit şəkildə uzandığı yerdə dikəlmişdi.
Mən onu danışdırsam da o susmağa davam edirdi.
Səbrim artıq tükənirdi.
Həkimi gözləyirdi..
Həkimdə gəlmişdi.
Gülümsəyərək Esmiraldaya
H: bu gün özünüzü necə hiss edirsiz?
E: yaxşıyam, heç bir ağrım yoxdu.
H: dünən özündə olmamısan sinir krizi keçirmisən xatırlayırsan bunu?
E: Y.yox, xatırlamıram mən.
Həkim qəribə baxışlarla mənə baxmışdı.
E: bilirəm xəstəyəm.
Həkimlə ikimiz bir-birimizə baxıb, Esmiraldaya dönmüşdük.
E: mənə vəziyyətim nə yerdədi, necə olacam bunu deyin!
Həkim stul çəkib əyləşmişdi.
H: yaxşı açıq danışacam, sən təxminən 4-5 il öncə bir beyin sarsıntısı yaşamısan qəzamı artıq şiddətmi bilmirəm bunu...
E: qəza! Mənə zəng gəlmişdi, anam xəstəydi onun vəziyyəti pisləşmişdi. Taksiylə evə gedərkən olmuşdu. Amma o zaçan bir şey yoxdu məndə.
H: bu xəstəlik zatən sonradan yaranır həmin an yaranmır anevrizma yəni beynində baloncuq var bu şiş deyil, anevrizmanın böyüməsinin və partlamasının 3-faktoru var: siqaret, yüksək təzyiq, xroniki alkaqol.
Sən 60- yaşlı inanın təzyiqi ilə gəzirsən.
Bu normal deyil stress o qədər yaşamısan ki, əlavə sən 2-ci beyin sarsıntısı daha yaşamanla loru dildə desək fındıq böyüklüyündə olan baloncuq indi alma böyüklüyündədi.
E: bəs mən niyə bu zamanlarda ağrı hiss etməmişdim?
H: bunu hiss etnədən bilmədən insanlarla illərlı normal yaşaya bilirlər. Bir çox insanlar təsadüfən beyin rentgeni çəkdirərkən anlayır.
Sən 2-ci saraıntı keçirmənlə, yaşadığın stress və təzyiqlərlə artıq özünü bəlli edib.
Ürək bulanması, baş fırlanması, ənsədən başına doğru ağrılar, gözlərin bulanıqlaşması, hallisünasion görmə, keçici huşsuzluq, burundan qan gəlmə, gözlərinin altı indi çökmə səbəbi də ondandı.
Esmiralda 2-ci beyin sarsıntısını mənim ucbatımdan yaşamışdı.
Mən qəzəblə onu divara çırpçışdım, başıda qanamışdı ((.
Özümə lənət oxuyurdum.
E: Bəs bunun müalicəsi var? Oğlum? Ona bir şey olacaqmı?
H: indi hamilə olduğun üçün müalicə ola bilməzsən, bu körpəyə zərərlidi çünki, güclü dərmanlar vurulmalıdı sənə.
Körpəyə heç bir şey olmayacaq sən doğuşdan sonra sən mütləq əməliyyat olmalısan çünki, müalicə üçün çox gecdi. Doğuşun təbii yox qeysəriyyə ilə olmalıdı yüksək təzyiqlə baloncuq hər an patlamağa hazırdı.
Sən bundan sonra daha diqqətli olmalısan.
Hər an ölümlə burun burunasan, baloncuq patlasa ən böyük risk beynina qan sıza bilər ki, bu da ölüm deməkdi.
Fəlçdə ola bilərsən, komaya( bitkisəl həyat) girə bilərsən.
Müalicə sənə lazım deyil artıq, sən əməliyyat olmalısan.
Allaha dua edin sadecə doğuşa qədər sağa salamat çıxasan.
Allah qorusun sənə bir şey olarsa doğuşdan öncə körpə ana bətnində cihazlarla bağlı yaşadıla bilər.
Ümidinizi üzməyin hər şey üçün gec deyil.
Bu dönəmlərdə Samuray Esmiraldaya dəstək olmağa çalışırdı.
Ona dəstək olması üçün görüşmələrinə bir şey demirdim.
Esmiraldayla yalnız danışırdı.

Günümüz
Telefonuma zəng gəlməsi ilə fikirlərdən ayılıb telefonumu açmışdım.
R: Alo, Toğrul?
T: Renad bəy Ceyhun tapıldı, konteynerlərin ordayıq.
R: yaxşı, gəlirəm mən indi.
Gülümsəyərək telefonu cibimə qoymuşdum.
R: artıq hər şeyı bir son qoymanın zamanı gəldi.
Evdən çıxmışdım.
Maşınıma oturub fikirlərlə konteynerlərin olduğu yerə gedirdim.
Artıq Esim sağalacaqdı, əməliyyat olacaqdı doğuşdan sonra.
Biz 3-müz bir arada olacıq artıq.
Esmiralda məni bağışlayacaqdı, bağışladacaqdım özümü nə olursa olsun.
Mən çox yanlışlar etmişdim, gözümün önündə Esmiralda acı çəkirdi xəstəlik onu çox yormuşdu.
Gözümün qarşısında əriyirdi, bunlara son qoyacaqdım.
Sıra bu Ceyhun itin də idi.
Konteynerlərin orada maşını saxlayıb düşmüşdüm.
Adamlarımla salamlaşıb konteynerlərin arası ilə depoya gəlmişdim.
Dərin nəfəs alıb, içəri keçmişdim.
Qaranlıq bir yerə keçmişdim.
Toğrul stula o Ceyhun deyilən şərəfsizi oturtdmuşdu.
Torğul baxışlarımdan anlamış olacaq ki, məni görüb geri çəkilmişdi.
Ceyhunun qarşısına keçib saçlarından tutub başını qaldırmışdım.
R: deməli Ceyhun deyilən o, murdar, it sən sən hə?!
Başını geri itələmişdim.
C: siz kimsiz nə istəyirsiz məndən?!
R: səndən nə istəyə bilərəm?! Anamı öldürmüsən p....!!!
Özümü saxlaya bilməyib yumruq ilişdirmişdim.
R: etiraf elə! Yoxsa səni ölənə qədər döyərəm.
O, Gürcüstanda ki, nesil necabətin də gəlsə qurtara bilməz səni zatən əlimdən.
C: M.mən heç kimi öldürməmişəm.
R: onun üçün qorxundan kəkələyirsən Şərəfsiz?
Behcət hər şeyi etiraf etdi! Sənin üzündən o, cəza çəkdi!
C: Behcət ? O, hər şeyi etiraf etdi?
R: sən öz leyhinə bütün sübutları yox edib, professionalca ortadan yox oldun.
Nə sandın?! Səni tapıb leşini çıxaracağımı düşünmürdün? O, öldürdüyün qadını sahibsiz bilirdin? ........
Yaxasından yapışıb onu yumruqlayaraq yerə sərmişdim.
Üzərinə çıxıb döyürdüm, anamın gözləri açıq yerdə o, şəkildə ölü halda görməm gözümün önündən getmirdi.
R: Əclaf! Etiraf et! Etiraf eeet!!!
Döyülməkdən üz- gözünün qanı bir birinə qarışmışdı.
Bir yumruq daha vuracağımda əlini önünə tutdu.
C: Du.dur! Mən,, mən öldürdüm.
Bir yumruq daha ilişdirəcəyimdə atışma səsləri eşidilmişdi.
Ayağa qalxaraq Toğrula baxmışdım.
R: bu nədi indi?
T: bilmirəm siz burda qalın mən baxım.
R: yox sən burda qal bundan gözünü ayırma mən bir şey olsa sənə xəbər edəcəm.
Ordan çıxıb taxta pəncərədən çölə baxdım.
Atışma səsləri davam edirdi, bu adamlar kim idi?
Düşmənlərimizin adamlarına da oxşamırdı.
Belimdən silahımı çıxarıb, qapını açmışdım.
Adamlarımdan bir necəsi yaralı halda yerdə idi.
#: Renad bəy siz uzaqlaşın burdan.
R: sizləri buraxıb gedəcəyimi düşünürsən?!
Kimin adamlarıdı bunlar?
Atışaraq adamlarımla danışırdım.
Bunların kim olduğunu öyrənməli idim.
Ya evə də basqın etmişdilərsə?
Esmiralda? Ona bir şey edərdilər! Ya öldürərdilər ya da qaçırardılar onu.
Adamıma dönüb
R: sən məni qoru, bu tərəfə keçirəm.
#: yaxşı.
Divarın arxasına keçib, telefonumu çıxardım.
Ev nömrəsini yığıb açmalarını gözlədim.
Zəng gedirdi amma açan yox idi.
Qorxmuşdum artıq, qorumalarıma zəng etməliydim.
Nömrəni yığdımda qolma dəyən güllə ilə telefonum yerə düşmüşdü.
Silahımla mənə atəş açan adamın başından vuraraq öldürmüşdüm.

Ətrafımı gözətləyib, maşınıma doğru qaçmışdım.
Maşını tələsik, oradan çıxarıb, evə doğru yol aldım.
Güllə sıyırmışdı qolumu, amma qan dayanmaq bilmirdi.
Umrumda deyildi, Esmiraldaa önəmliydi lənət olsun telefonum əlimdən düşmüşdü orda.
Son sürətlə evə çatmağa çalışırdım.
Evə gəlib çatdığımda həyətə keçmədən maşını küçədə saxlayıb, düşmüşdüm.
Qaçaraq həyət qapısını döymüşdüm.
Qapını qorumalar açmışdı.
R: Esmiralda? O yaxşıdı?
#: evdədi Renad bəy.
R: zəng et, Camala adamlarımızdan depoya getsinlər atışma var, sizdə burda adamları çoxaldın.
#: Siz yaxşısız? Yaralanmısız.
R: məni boş ver sən dediyimi elə!
#: yaxşı Renad bəy.
Silahımı belimı taxıb, qolumu tutaraq ev qapısını taqqıldatmışdım.
Hafizə xanım qapını açmışdı.
H: Renad bəəy? Nə olub sizə yaxşısız?
R: Hafizə xanım məni sorğulayırsız? Heçnə sən yaranı təmizləmək üçün apteçkadan bir şeylər gətir otağıma.
H: yaxşı.
Pilləkanları çıxaraq durdum.
R: Hafizə Esmiralda nə edir?
H: bağçada oturub.
R: yaxşı ona heçnə deməyin.
Hafizə və Sənubər olumlu mənada başlarını yelləmişdilər.
Otağıma qalxıb köynəyimi çıxarmışdım.
Şkafımdan sport qolu uzun köynək çıxarmışdım.
Hafizə xanım içəri gəlib utanıb başını yana çevirmişdi, yarı çılpaq idim.
R: Off Hafizə xanım oğlunuz yaşındayam tez olun, bu yaanı yəmizləyib safın Esmiralda gələcək indi.
H: yaxşı.
Hafizə xanim yaralandığım sol qolumun qanını təmizləyib, bir şeylər vurub sarmışdı.
R: bitdi?
H: bitdi də Renad bəy, yaranıza həkim baxmalıdı belə olmaz.
R: olmaz Səngedə bilərsən.
Hafizə xanım çıxmışdı otaqdan.
Köynəyimi çətinliklə geyinib, otaqdan çıxmışdım.
İş otağıma keçmişdim, masanın üzərindın telefonu götürüb Toğrula zəng etdim.
Bir neçə dəfə çağırdıqdan sonra açılmışdı.
R: Alo Toğrul?
T: Renad bəy hardasız? Yaralanmısız? Zəng edirdim telefonunuz..
R: mən evdəyəm Esmiralda üçün narahat oldum evə basqın etdilər sandım. Yaxşıyam indi telefonum atışmada düşdü.
Orda vəziyyət nə yerdədi?
T: atışma dayanıb, çox adamı da ölüb amma..
R: amma nə Ceyhunumu öldürüblər yoxsa?
T: yox, Behcət yoxdu
R: Behcət yoxdumu? Necə yəni yoxdu? Qaçırılıb? Kamera görtüntülərinə baxdınız?
T: kamera görüntüləri falan heç bir şey yoxdu.
Əlimi masaya vuraraq
R: Lənət olsun bu bir oyun idi, sadevə Behcəti qaçırmaq üçün!
Onu tamamilə unutdum mən.
Hər tərəfə adamları göndər Səfər bəyə xəbər et, kömək etsin bizə.
T: yaxşı.

Telefonu söndürüb masanın üstenə fırladıb özümü divana atmışdım.
Kim belə bir şey edə bilərdi ki? Kim gəlib mənim yerimdə mənim saxladğım adamı ala bilərdi? Buna kimsə cürət edə bilməzdi.
Bunu edən kim idisə özünü ölümə hazırlamalı idi.
Behcəti qaçırma səbəbi nə ola bilərdi.
Planı nə idi? Mənə qarşı bir həmlə edəyəcəyi aşikardı.
Samurayla danışmalı idim bəlkə mənə bir köməklik edərdi.
Telefonu götürüb, Samuraya zəng etdim.
Dəfələrlə çağırsa da açmamışdı.
Başı qarışıqdı yəqin, şikətinə ya da hər nəysə artıq.
Normalda əl çəkməz, işim düşüb cavab vermir zənglərimə.
Behcətin qaçırılması xeyrə əlamət deyildi.
Bəlkə qaçırılmamışdı özü qaçmışdı? Amma yox qapılar bağlı idi, çıxamı üçün qapını kimsə arxadan açmalı idi.
Ayağa qalxıb telefonu da götürüb, iş otağımdan çıxıb otağıma tərəf getdiyim də.
Qarşımda Esmiraldanı görmüşdüm.
Bir əlində kitab və meyvə qabı ilə durmuş mənə baxırdı.
O qədər gözəl görünürdü ki, ona uzun zamandır doya doya baxa bilmirdim.
O, mənə qırılmışdı, zatən büs bütün qırılmışdı mənə.
Nə etsəmdə nə inanırdı nə də bağışlayırdı.
Qarnı böyümüşdü oğlumuzu qucağımıza almağımıza 1-ay qalmışdı.
Həkim yoxlanışına da getməmişdi.
Bu 2- ay yarım müddət də.
R: yaxşısan? Özünü necə hiss edirsən?
Baxışlarını düz çevirmişdi.
E: normal
R: otağından çıxmana sevindim, bu həm sənə, həm də Uğur üçün yaxşıdı. Son aylarındasan, sabah həkimə yoxlanışa gedərik.
E: mən yaxşıyam ehtiyyac yoxdu! Məni umursayırmış kimi davranmağı da kəs!
Səmimiyyətinə zərrə inanmıram.
R: mən Uğur üçün deyirdim.
E: Öldüyümdə sənə qalacaq oğlum hə
onun üçün narahatsan?
Ona doğru yaxınlaşıb, qəzəblə ala gözlərinin içinə baxdım.
R: Özünə gəl! Sən ölməyəcəksən doğuşdan sonra əməliyyatdan olacaqsan!
E: ölməyim sənin üçün daha yaxşıdı elə deyil?! Qisasını kökündən almış olarsan.
Həm doğuşa qədər yaşayacağım nə məlum?!
Amma mən oğlumu qucağıma almadan ölmək istəmirəm, mənim yerimə kaşki sən ölsən!
Uğurumla daha rahat yaşaya bilərəm o zaman!
Esmiraldanın sözləri qəlbimi çox ağrıtmışdı.
Məni nə olursa olsun istəmirdi, oğlumunda yanında olmağımı istəmirdi.
Buna görə onu qınaya bilməzdim.
Haqqlıydı, mən oğlumu görməyə belə layiq birisi deyildim.
Kaşki, Esmiraldanın acıları, ağrıları xəstəliyi mənə gəlsəydi.
O, acı çəkməsəydi daha.

Bölümün Sonu.

Yazar: Aytəkin Mirzəzadə (Meleknur)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 286
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri