Yataq otağınızı necə ehtirasli hala gətirə bilərsiniz ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 13 318
Səs ver:
(səs: 0)
Yataq otağınızı necə ehtirasli hala gətirə bilərsiniz ?
Yataq otağınızı necə daha "atəşli" hala gətirə bilərsiniz?
Əlaqənizi rəngləndirmək üçün yataq otağınızı bir eşq cənnətinə çevirməlisiniz. Necə?Bu da üsulları…
Həyat yoldaşınızla cinsi həyatınıza rəng qatmaq, yataq otağınızın cazibəsinə də bağlıdır.Yataq otağınızı necə daha  "atəşli" hala gətirə bilərsiniz? Eşq və intim çağırışlı bir yataq otağı hazırlayaraq, onu kiçik və praktik toxunuşlarla zənginləşdirərək gerçək məbədinizə qovuşa bilərsiniz.Bu da yataq otağınızı daha "atəşli" hala gətirmək üçün təkliflər… 
Dekoratif toxunuşlar
Eşq yuvanızı daha intimual hala gətirmək üçün, yataq otağınızı isti rənglər və dəbdəbəli parçalarla canlandıra bilərsiniz. Nə də olsa rənglər hər vaxt romantika yaradar! Otağınızın divarlarına təbii bir rənglə fon etməlisiniz. Açıq qəhvərəngi, krem,yumşaq yaşıl kimi… Sonra qırmızı, eqzotik bənövşəyi kimi təəccüblü bir rənglə canlılıq qatmalısınız. Necə şəkilləndirəcəyiniz sizin qabiliyyətinizdən asılıdır! Qırmızını sevirsinizsə, lakin dörd divarda qırmızı olmasını istəmirsinizsə, yalnız tək bir divarı qırmızıyla rəngləyərək otağınızı canlandırın.
Parlaq işıqları tərk edin.
Yataq otağınızın atmosferini dəyişdirmək üçün işıqlandırmağa əhəmiyyət verməlisiniz. Birinci növbədə ən əsas həll, tavan lampasını ləğv etməkdir.Tavandan birbaşa və sərt bir şəkildə parlayan işıqla eşq otağınız çox maraqsız olar. Bir abajur ya da işığı tavana əks etdirən ayaqlı lampanı seçin. Ancaq, lampanızda işıq miqdarını azaldıb çoxaltmanızı təmin edəcək nizam düyməsi mütləq olmalıdır.Yataq otağınızda masanız varsa, üzərinə şamlar qoyun. Şamları yandırdığınız zamanlarda sevgilinizə atəşli bir gecə üçün mesaj verir ola bilərsiniz!
Əhəmiyyətli vəsaitlər.
Bəzi dekorasiyaçılar yataq otaqlarında ipək,bahalı və dəbdəbəli vəsaitləri istifadə etməyi sevərlər. Dəbdəbəli yataq başı,məxmər saçaqlı pərdə kimi seçimlər, yataq otağının cazibəsini alıb aparar. Əgər dekorasiya mövzusunda bir professionaldan kömək alacaqsınızsa, bu vəziyyəti nəzərə alaraq onu istiqamətləndirin.
Divara həyat yoldaşınızla sizə aid erotizm çağırışlı fotoşəkillərinizi asmanız faydalı ola bilər. Ya da sizə daha gözəl bir təklif: Sevgi çağırışlı böyük bir şəkil yataq otağının divarında heç də pis olmaz! Şəkil qabiliyyətiniz varsa özünüz çəkə bilər,yoxsa da qabiliyyətli bir yoldaşınızdan kömək ala bilərsiniz.
Ən son toxunuşunuz da içi şampan,şokolad,meyvələr,qırmızı çiçəklər və şamlarla dolu böyük bir nimçəni yataq otağınıza qoymaq olmalı. Bu, qətiliklə yataq otağınızı bir eşq cənnətinə çevirəcək. 
Televizor yox!
Yataq otağında televizor saxlamaq çox da yaxşı olmaz. Hər axşam bir seriala ilişib izlərkən yuxuya qalmaq bir vərdişə çevrilə bilər sizin üçün.
intim film izləmək əlbəttə yoldaşınızla aranızdakı intim əlaqəsini alovlandırmaqda faydalıdır.Ancaq bu film izləmə işi evinizin salonunda etmək,həm bəzən sevişmələri evin yataq otağından çölə çıxarmaq daha əyləncəli olar. Yataq otaqları rahatlama və dinclik anları ilə romantikliyin yaşandığı yerlərdir. Yatağa gəldiyinizdə serial izləyəcəyinizi deyil,dinclik tapmağa,yatmağa ya da sevişməyə gəldiyinizi bilməlisiniz. Yataq otağınız daim xüsusi bir yer olmalıdır! 
 Daha yaxşı bir yataq
Duyğularınızı hərəkətə keçirəcək bir yataq otağı yaratmaq istəyirsinizsə,doğru yatağı seçməlisiniz.İlk öncə yatağınızın yumşaq və mümkün olduqca geniş olması əhəmiyyətlidir.Yataq dəstinizin necə bir naxışa sahib olacağı sizin zövqünüzdən asılıdır, amma məxmər yumşaqlığında bir örtü ilə ‘isti' gecələr xəyal deyil!
Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 13 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri