Ev dekorasiyasında çiçəklər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 015
Səs ver:
(səs: 0)
Oturma otağına yaşıl bitki

Diqqətlə tərtib olunub seçilmiş böyüklü kiçikli bitkilər, qonaq otağınızın havasını dəyişdirəcəkdir. Seçəcəyiniz çiçəyin rəngi kreslolarla deyil xalı ilə eyni olsa daha uyğun seçim etmiş olarsınız. Çiçəksiz yaşıl bitkilər oturma otağı üçün ən uyğun variantdır.

Yataq otağı üçün süni çiçək

Yatdığımız şəraitdə çiçəklərin saxlanılması sağlamlıq baxımından doğru deyil. Çünki bitkilər ətraf mühitə gündüz oksigen verərkən gecə karbondioksid yayar. Amma xoşbəxt səhərlər üçün yaxşı bir fikir olduğundan həqiqətinə çox bənzəyən süni çiçəklər yataq otağında saxlanılmalı. Burada zövq sizə aid; Yaşıl bitkilərlə və ya otağınızın rənginə uyğun rəngarəng çiçəklərlə yeni günə kefli bir başlanğıc edə bilərsiz.

Dəhlizlərə quru çiçək

Evinizin girişi əgər işıqlıdırsa canlı çiçəklərlə bəzəyin. Amma qaranlıq bir girişiniz varsa, ya qaranlıq mühitləri sevən yaşıl bitkiləri, ya da həqiqətinə çox bənzəyən süni çiçəkləri etmək olar. Qonaqlarınızı çiçəklərlə qarşılamaq gülər üz qədər təsirli olacaqdır. Dəhlizlərdə da uyğun yerlərə və ya divarlara yerləşdirilmiş çiçəklər evinizə canlı bir hava qatacaqdır.

Mətbəxə bənövşə və kaktus

Ev qadınlarının vaxtlarının böyük əksəriyyətini keçirdiyi mətbəx mütləq çiçəklərlə rənglənməlidir. Mətbəx üçün kiçik dibçək çiçəkləri, xüsusilə tez-tez çiçək açanlara, üstünlük verilməli. Məsələn, kiçik dibçəklərdə rəngarəng bənövşələr. Bunları, sapı qırıldığı halda atmağa qıya bilmədiyiniz bir fincanın və ya qədim çini demliyin içində yerləşdirərsəniz mətbəxinizə sevimli bir hava da verə bilərsiz.

Rütubət sevənləri hamama

Adətən qaranlıq olan hamamları orijinal dekorativ fikirləri ilə rəngləndirmək olar amma çiçəkləri də unutmayın. Hamamda çox işıq istəməyən və rütubətli mühitlərdən xoşlanan növdən çiçəklər etmək olar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri