Evinizi Sevmirsinizsə!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 979
Səs ver:
(səs: 0)

Evinizin gözəl olmadığını düşünürsünüzsə, gəlin birlikdə evinizə bir az əl gəzdirək Əvvəlcə, rənglərdən və əşyalardan hansını dəyişdirəcəyinizi bilməyirsinizsə, yalnız birini dəyişdirmək üçün düşünməyə başlayın...
Hər şeyi bir arada düşünmək sizi yora bilər və sonunda qarmaqarışıq olmuş bir zehin ilə qalarsınız. Nəticə ; heç bir şey etməmək !
Əgər əşyalarınızın köhnəldiyini düşünürsünüzsə, köhnələnlər yalnız parçalarınız ola bilər.
Əşyalarınızın sizi bədbəxt etdiyini və ya köhnəsi qədər xoşbəxt etmədiyini düşünürsünüzsə, dəyişənin sizin duyğularınız olduğunu və əslində əşyaların heç dəyişmədiyini unutmayın. Çünki sizin onlardan və həyatdan gözləmələriniz dəyişdi.
Bu mənada adım atmanın ən çətin olduğu mərhələ, haradan başlayacağınızdır.

Əlinizə bir kağız qələm alın. Və otaq otaq yazın. Otaq otaq gəziş. Hər otaqda uzun müddət qalın və düşünün. Otağınıza bir başqa insan, bir xarici kimi baxın. Özünüzə dürüst olun. Nələri sevib, nələri sevmədiyinizi düşünün. Sevmədiklərinizi bir kənara atın. Onlar ilə yaşamaq məcburiyyətində deyilsiniz. Sizi bədbəxt edən əşyalarınızdan xilas olun. Enerjinizi aşağı çəkən dəyərlər ilə yaşamaq məcburiyyətində deyilsiniz. 

Sizə hədiyyə edilənlər ilə sizin aldıqlarınızı ayrı-ayrı düşünün. Sevmədiyiniz insanlardan hədiyyə almış və bunları evinizin baş küncündə saxlamaq məcburiyyətində qalmış ola bilərsiniz. Əgər təyin etmirsinizsə onları heç olmasa bir şkaf içinə qaldıra bilər və öz istəklərinizi sərgiləməyə başlaya bilərsiniz.
Sizin satın aldıqlarınız arasında isə, əvvəldən sizə cazibədar gəlmiş, xoş təsirlər buraxmış ancaq sonrasında cazibədarlığını itirmiş aksesuarlarınız ola bilər. Onları da keçici bir müddət unudub, şkaflara qaldıra bilərsiniz. Dəyişmə üçün hər vaxt əşya və ya aksesuarlarınızı atmaq məcburiyyətində deyilsiniz. Bir müddətə saxlayıb onlarsız yaşamağı təcrübə edə bilərsiniz.
İşıq sisteminizi dəyişdirə bilər və bol işıqlardan imtina edə bilərsiniz. Unutmayın ki, yuksəkdən gələn və işıq qaynağı aşağıdan baxıldığında görülən və hətta otağının mərkəzində olan işıqlandırmalar, evin içində xoşagəlməz kölgələr yaradarlar. Bu kölgələr sizdə pis hislər yaradar. Ancaq bu hislərin qaynağını bilmədən və səbəbin nə olduğunu bilmədən hər gün o qəribə çətinliyi duyarsınız

Tərcümə etdi və Hazırladı: N E L L I
Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri