Mətbəx dekorasiyasını dəyişənlərə məsləhət

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 325
Səs ver:
(səs: 3)
Köhnə mətbəxiniz üzərində edəcəyiniz müəyyən dəyişmələr ilə mətbəxinizə yeni bir nəfəs qazandıra bilər və mətbəxləriniz içərisində keçirdiyiniz zamanları daha kefli hala gətirə bilərsiniz. Yaxşı mətbəx yenilənərkən  nə kimi dəyişmələr etmək lazımdır? Gəlin mütəxəssislərinin bu mövzu haqqında dediklərinə birlikdə baxaq...
• Mətbəxi hesablı yoldan dekorasiyaya etmənin ən praktik yolu mətbəx şkaflarının ana skeletini buraxaraq qapaqlarını yeniləməkdir. Bu əməliyyat, hesablı bir şkaf qapağı seçdiyiniz təqdirdə sizə məqbul bir rəqəmə düşər. Üstəlik şkaf qapaqlarının montajını özünüz də edə biləcəyiniz üçün bu xərcdən də xilas ola bilərsiniz.
• Mətbəx şkaflarının qulplarını yeniləyərək də fərqli bir görünüş əldə edə bilərsiniz.
• Əgər şkaflarınızın qapaqlarını dəyişdirmək istəmirsinizsə onları yeniləmək üçün başqa bir yol daha var. Taxta boyası ilə onlara yeni bir görünüş qazandırın. Köhnə mətbəx mebellərinizi də bu şəkildə yeniləyə bilərsiniz. Şkaf qapaqlarınızı boyaydıqdan sonra üzərinə mat ya da parlaq lak sürməyi unutmayın.
• Əgər şkafınızın skeleti hələ çox möhkəmsə büdcənizi bir az daha məcbur edərək işin ustasına  cila etdirərək müasir bir hava tuta bilərsiniz.
• Mətbəxinizin divarları dulusçuluq deyil də boya isə şanslısınız deməkdir. Yalnız divar rəngini dəyişdirərək iqtisadi şəkildə görünüşü yeniləmiş olarsınız. Boya rəngini seçərkən şkaflar, dəzgah, zəmin və pərdələrin rəngini də göz qarşısında saxlamağı unutmayın.
• Mətbəx dəzgahınızı dəyişdirmək istəyirsinizsə corian kimi həm çox rəng variantı olan, həm də hesablı olan bir vəsaiti seçim edə bilərsiniz.
• Kontrastlar geniş mətbəxlərdə olduqca qəşəng dayanar. Bu səbəblə divarlarınız tünd rəngsə açıq rəng şkaflar ya da tam tərsini tətbiq edə bilərsiniz.
• Əgər ağ əşyalarınız çox köhnədisə sticker ya da sprey boyalar köməyiylə onlara yeni bir görünüş qazandıra bilərsiniz. Əgər sticker yerinə sprey boyanı seçsəniz rəngləməyə sizin üçün ən az əhəmiyyəti daşıyan cihazdan başlayın. Beləcə əliniz öyrəşdikdən sonra daha böyük parçalara keçmə şansınız olar. İş əsnasında üzünüzə maska taxmağı, yerə isə qəzet sərməyi unutmayın. Tək başınıza edə biləcəyinizdən əmin deyilsinizsə, işin mütəxəssisi birindən kömək almanızda fayda var.
• Mətbəx tekstilləri ilə mətbəxinizə canlı və dəvətkar  bir görünüş qazandıra bilərsiniz. Xüsusilə pərdə, qurulama bezləri, süfrə və döşəklərlə təəccüblü bir təsir yarada bilərsiniz.
Fayansları da boyaya bilərsiniz: Rəngləmək istədiyiniz divar ya da yeri əvvəl ilıq sabunlu bir bez ilə təmizləyin. Sonra fayans boyasına uyğun rulo fırça istifadə edərək səthə tətbiq edin. Boyanı nə qədər incə tətbiq etsəniz o qədər yaxşı nəticə əldə edərsiniz. 
Tərcümə etdi:Aytən Mələk


(səs: 3)
Şərhlər: 1
Baxılıb: 5 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri