Evlənəcək cütlüklərə dekorasiya təklifləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 833
Səs ver:
(səs: 0)
Yay, tam mənasıyla toy mövsümüdür. Toy hazırlıqları əvvəli  yeni evlənəcək cütlər üçün dekorasiya təkliflərini paylaşdıq. Evinizi qurmadan əvvəl bu dekorasiya təkliflərini oxuyun.

 

Evlənməyə qərar verdiniz. Həyəcanlı anlar yaşayırsınız. Evlilik hazırlıqları sürətlə davam edərkən toy qədər ev qurma da zamanınızı ala bilər elə deyilmi? Yaxın bir zamanda həyat yoldaşınızla birlikdə yerləşəcəyiniz evi necə dekorasiyaya edəcəksiniz?

 

1) Bir çox adam evlərini təyin etmədən əvvəl əşyalarını aldıqları üçün çətinlik yaşayar. Buna görə əşyaları almadan əvvəl yaşayacağınız evi mütləq təyin edin.

 

2) Əvvəl metrlə evin ölçülərini alın. Lazım olsa evin hissələrinin ölçüləndirilmiş sadə şəklini çəkin. Alcağınız divan, yataq, masa vs. ölçülərinin nə olması lazım olduğunu təyin edin. Evdəki qapılar və koridorların ölçüsü belə mebellərin keçə bilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda divarların da ölçülərini alın. Dar bir sahədə divarlar əhəmiyyətlidir. Məhsulları  alarkən bu məlumatlar sizə çox köməkçi olacaq.

 

3)Mağaza vitrinlərində görülən mebellər, evə yerləşdirdiyinizdə təxmininizdən çox yeri zəbt edə bilər. Çətinlik yaşamamanız üçün çəkdiyiniz sadə ölçülər üzərinə əşyaların təxminən böyüklüklərini qeyd edin. Bu sayədə kobud  mebellərin məskunlaşması və qalan həyat sahələrinin nisbəti kağız üzərində görmüş olarsınız.

 

Siyahı tutun

 

1) Ehtiyaclarınızı təyin edərək bir siyahı tutun. Ehtiyaclarınızı siyahılaşdırmanız çox əhəmiyyətlidir, çünki evlilik əvvəli günlərdə yaşanan duyğu sıxlığı qərar vermənizi təsir edərək lazımlı gərəksiz bir çox əşyanın alınmasına yol aça bilər. Çox istifadə edilməyəcək əşyaların alışı həyat sahəsini məhdudlaşdırar, evləri olduğundan daha dağınıq və dar göstərər.

 

2) Eviniz kiçikdirsə mebellər ayrı bir əhəmiyyət kəsb edər. Məkandan maksimum faydalana bilmək üçün az mebel ilə çox funksiya təmin etmək əhəmiyyətlidir. Çox funksiyalı mebellər istifadə edərək eyni otağı həm yataq otağı həm də qonaq otağı olaraq istifadə etməniz də mümkündür.

 

Büdcə təyin edin

 

1) Əşyalarınızı  almadan əvvəl büdcənizi qərarlaşdırın. Siyahınızdakı məhsulların qarşılarına bazarda gəzərək əldə etdiyiniz fikirə görə təxmini qiymətlərini yazın. Yığaraq büdcənizə uyğun olub olmadığına qərar verin. Büdcənizdən çox rəqəmlərə çatdınızsa, əvvəlcə zəruri olmayanları təyin edin. Ancaq unutmayın hal-hazırda artıq hər büdcəyə uyğun istədiyiniz tərzdə məhsul tapmaq mümkündür. O səbəblə daha çox istədiyiniz şeyi görmək üçün daha çox gəzin, araşdırın.

 

2) Evinizin tərzini təyin edin. Müasir, minimalist xəttlər, az detallı xoşlanır, yoxsa klassik modelləri, avangard tərzimi sevirsiniz? Dekorasiyada yaşanmışlığı olan mebel və aksesurları istifadə edərək, vintage tərzi ya da klassiklə müasliyi bir aradada doğru istifadə edərək fərqli bir tərz istəyirsiniz? Haradan başlayacağınızı bilmirsinizsə, dekorasiya saytları köməyinizə çatacaq. Stilləri internetdə araşdıraraq xoşlandığınız tərzləri təyin edə bilərsiniz.

 

Rəngləri seçin

1) Rəng seçkisində bəyənmələriniz qədər, məkanın struktur xüsusiyyətləri də əhəmiyyətlidir. Dar, qaranlıq məkanlarda açıq rəngləri daha geniş göstərməsi üçün seçim edə bilərkən, geniş ya da bol işıq olan yerlərdə canlı tonları istifadə edə bilərsiniz. Yenə seçimə bağlı olaraq bol işıqlı bir məkanda açıq rənglər istifadə edə bilər və günəşin enerjisini uzun müddət içəridə cəmləyə bilərsiniz. Divar və və otaq uyğunlaşmasına da diqqət yetirin.

 

2) Mətbəx şkaflarının dizaynında açıq rənglərin seçilməsində fayda var. Açıq rənglər sadəliklə yanaşı işıqlıq və geniş bir görünüş təmin edər.

 

3)Hamamınızda həm həyat yoldaşınız həm də özünüz üçün ayrı-ayrı sahələr yaratmağa diqqət yetirin. Beləliklə şəxsi əşyalarınızı sərbəst yerləşdirə bilərsiniz.

 

/Mənbə: Qadınlar.biz/

 

 

 

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri