Kreslo seçiminin pik nöqtələri

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 659
Səs ver:
(səs: 1)
Kreslo almaq istəyənlərin nələrə diqqət etməsi lazım olduğunu sizin üçün araşdırdıq.

Əvvəl kreslonu qoymağı düşündüyünüz yerin ölçüsünü alın. Yanındakı kreslolara və ya əşyalara nə məsafədə olmalı onu təyin edin və ona görə hərtərəfli qərar verin. Sonra ətrafdakı əşyaların yerdən yüksəkliklərinə baxın və kreslonuzun hansı yüksəklikdə olsa daha gözəl görünəcəyinə qərar verin.

Kreslonun eni, yüksəkliyi və boyu haqqında bir fikiriniz oldumu? İndi sıra rəngində. Otaqda nə rənglər var? Divarlar nə rəng? Xalça nə rəng? Digər mebellər hamısını nəzərdən keçirin və bunlara uyğun gələn rəngləri təyin edin.

Artıq kreslonuzun ölçüləri və hansı rənglərdə ola biləcəyini bilirsiniz. Bəli, bu məlumatlarla mebelçiləri gəzə bilərsiniz.

Durun daha bitmədi. İndi də kreslonun rahatlığına diqqət etməlisiniz. Bunu üstünə oturub sınayacaqsınız.

Çox sərt və çox yumşaq olmamalı.

Parçası mümkün olduğu qədər sintetik olmamalı.

Otaq kiçiksə ya da ətrafında naxışlı parçala örtülmüş əşyalar varsa düz rəngləri seçməlisiniz. Düz parça ləkələri çox göstərər. Ləkə göstərməsin istəyirsinizsə öz rəngindən naxışlı və ya fitilli parçaları seçim edə bilərsiniz.

Seçdiyiniz kreslo sizin boyunuza uyğunmu? Bunu nəzarət etmənin yolu kresloya oturun, kürəyinizi tam olaraq arxaya söykəyin. Bu mövqedə ikən, ayaqlarınız yerə tam basmalı. Əgər yuxarıda qalır və yerə çatmayıb yellənirsə və ya yerə basdığınızda dizlərin qarınımıza doğru qatlanırsa sizə uyğun deyil deməkdir.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri