Ən pis 5 dekorasiya səhvi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 418
Səs ver:
(səs: 3)
Bəzi dekorasiya modelləri vardır ki onlardan daim uzaq dayanmaq lazımdır.
Evinizdə yeni və təzə fikirlər sınağınıza son dərəcə açığıq və bu mövzuda sizin arxanızdayıq. Lakin bəzi dekorasiya səhvləri var ki, bunlardan bacardığınız qədər uzaq durmalısınız.

Çox əşya
Vazalar, şamdanlar, aynalar və digər müxtəlif əşyaları çox istifadə etmək, siz fərq etmədən başınıza gələ biləcək bir səhvdir. Hər kiçik və gözəl detalı bir yerlərə qoymaq istəmək və onlara yer tapmaq çox asandır. Lakin bunlar bir araya gəlincə, ortalıq şirin deyil dağınıq görünəcək.

Mövzulu otaqlar
Qulağa cazibədar gəlsə də əslində bu olduqca pis bir fikirdir. Mövzunuzun modası keçə bilər. Mövzunuzu dəyişdirmək istədiyiniz zaman da, hər əşyanızı o mövzuya görə almış olduğunuz üçün hər şeyin yenisini almanız lazımdır.

Döşəmə dəstələrinə güvənməyin
Bir mağazaya girib böyük bir yataq otağı ya da yemək otağı dəstini almaq asan və yaxşı bir fikir kimi görünə bilər. Amma siz, evinizin həqiqətən bir kataloqdan çıxmış kimi görünməsini istəyirsiniz? Dekorasiyada qəliblərdən qaçın və içinə öz zövqünüzü qatın!

Birdən çox trendi kombinləməyə çalışmaq
Trendlər çox əyləncəli ola bilərlər, amma çox tez gəlir və keçərlər. Dekorasiyada ağıllıca olan böyük parçaları klassik seçməkdir. Beləcə modaları əsla keçməz. Daha sonra dekorasiyanıza daha ucuz və kiçik parçaları, trendlərə görə, əlavə edə bilərsiniz. Beləcə istədiyiniz zaman dəyişdirə bilərsiniz.

Çox yastıq istifadə etmək

Hər şeyin çoxu zərərdir. Çox yastıq istifadə etmək, rahat künclərin belə narahat hala gəlməsinə səbəb olar.
Unutmayın, ev dekorasiyası edərkən əhəmiyyətli olan özünüzü əks etdirəcək, sizə xas və içində rahat hiss edəcəyiniz otaqlar yaratmaqdır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri