Az büdcəli dekorasiya məsləhətləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 973
Səs ver:
(səs: 0)
1- Rəngarəng kreslo üzləri
Kreslolarınızı yeniləmək yerinə onların üzlərini dəyişdirə bilərsiniz. Evdə enerjili bir havanı sevirsinizsə, son illərin modası hər biri rəngli kreslolar evinizə tam fərqli bir gözəllik qatacaq.

2- Masa üstü aranjemanları
Yemək masanızın üzərini rəngli aksesuarlarla dekorasiyaya edərək maraqlı mərkəz nöqtələri yarada bilərsiniz. Vintage, klassik ya da pop art aksesuarları bir yerdə istifadə edərək zəngin bir görünüş və stil sahibi bir masaya sahib ola bilərsiniz.

3- Yataq başı işin əsası
Yataq otağına ən böyük stil köməkçilərindən birini şübhəsiz yataq başı edir. Əgər düz taxta bir başlığınız varsa, yataq başını parça ilə  örtə bilərsiniz. Bunun üçün yataq başının formasına görə kəsəcəyiniz bir süngər istifadə edərək daha yumşaq bir yataq başı əldə edə bilərsiniz.

4- Aynada naxış  var
Evdə ayna şkafları, boy aynaları ya da şifonyer, ştativ kimi ayna mebelləri istifadə etməkdən xoşlanırsınızsa, onları naxışlarla zənginləşdirə bilərsiniz. Məsələn şüşə boyasının  köməyi ilə üzərlərinə naxış edə bilər ya da rəngli stickerlər ilə maraqlı bir görünüş qazandıra bilərsiniz. Stickerlərin ən gözəl tərəfi isə bezdiyinizdə çıxarıb mebelinizi əvvəlki  halına çevirə bilməniz!

5- Köhnə mebellərə yeni nəfəs
Mətbəx, balkon, qış bağçası kimi yerlərdə istifadə etdiyiniz köhnə mebelləri rəngləndirərək mebellərinizə yeni bir görünüş qata bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri