Evinizi qan qrupuna görə dizayn edin

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 624
Səs ver:
(səs: 2)
Biodizayn çox indivudal anlayış olsa da, onun hamı üçün eyni olan bir sıra qanunauyğunluqları, istisnasız olaraq hamının istifadə edə biləcəyi prinsipləri mövcuddur.

Sağlamlığın və uğurun təməl daşı: İnteryerin üslubu

İnteryerin üslubu sağlamlığınız və enerjiniz üçün əhəmiyyətlidir, çünki o, özündə məkanın müxtəlif elementlərinin - ümumi kompozisiyadan tutmuş ayrı-ayrı detallara qədər bir çox fiziki və psixoloji parametrləri birləşdirir.  Bəs üslub, daha doğrusu onu seçməkdə nə  əhəmiyyətli rol oynayır? Bir qədər qəribə səslənsə də, sizin qan qrupunuz!

İnteryerin klassik üslubda - simmetrik və yığcam-həndəsi formalarda tərtibatı məsul qərarlar qəbul edən,  informasiyalar təhlil edən şəxslər üçün münasibdir. Əgər 1-ci qan qrupunun daşıyıcısınızsa, bu üslub sizə  münasibdir.

İngilis üslubu insanlarla çox ünsiyyətdə olan vəzifələrdə çalışan şəxslərə uyğundur. Bu üslubdan həmçinin həddindən artıq gərginlikdən qurtarmaq istəyənlər istifadə edə bilərlər. Əgər 2-ci  və ya 4-cü qan qrupu daşıyıcısınızsa, bu tərzdə dizayn edilmiş məkanda rahat yaşaya bilərsiniz.

Fransız üslubu işdə çox yorulan və rahatlanmağı bacarmayan insanların köməyinə çata bilər. Əgər 2-ci və ya 3-cü qan qrupu daşıyıcısınızsa, bu üslubda dizayn edilmiş məkana  diqqət yetirmək lazımdır.

Kantri üslubunda interyer yaradıcı işlə məşğul olanlara ilham verə bilər. İnteryerdə parlaq rənglər və əl işləri,  ənənəvilik xüsusilə işdə daim həddindən artıq gərginlik keçirən insanlar üçün münasibdir.  "Kantri"  2-ci qan qrupu daşıyıcıları üçün ideal variantdır

Evi "Eko" üslubunda dizayn etmək onun sahibinə maksimum psixoloji rahatlanmanı, gümrahlığı və fəallığı 2-ci və 4 -cü qan qruplarının daşıyıcılarına tövsiyə edilir.

Yapon üslubunda ev peşəsi daimi ünsiyyəti, ticarət əlaqələri, habelə yaradıcı peşələrin nümayəndələri üçün məqsədəuyğundur. Bu interyer 3-cü qan qrupunun sahibi üçün idealdır.

Şərq (Orta Asiya) üslubunda dizayn edilmiş ev kompüter texnologiyaları, rəqəmlərin analizi ilə məşğul olan şəxslərə tövsiyə edilir. Bu tərz interyer insanlarla ünsiyyətdə olan peşə nümayəndələri üçün də məqbul hesab edilir. Əgər 1-ci və ya 3-cü qan qrupunun nümayəndəsinizsə, rahatlıqla evinizi Şərq üslubunda dizayn edə bilərsiniz.

Fentezi üslubunda interyer işdə daim həddindən artıq gərginlik keçirən, işi və həyatı yüksək tempdə keçən insanlar üçün faydalı ola bilər.  Çünki fentezi üslubunda dizayn edilmiş məkan baş ağrılarını aradan qaldırır. Bu, 4-cü qan qrupunun daşıyıcıları üçün ideal seçim hesab edilir.

Aralıq dənizi ölkələrinin üslubunda dizayn edilmiş məkan planlaşdırmadakı öz xarakterik cizgiləri və aksessuarları ilə ailə əlaqələrinin möhkəmlənməsinə kömək edir. Eyni zamanda, daim qərar qəbul etməli olan insanların rahatlanmasına, düşünməsinə şərait yaradır. Əgər 1-ci və ya 3-cü qan qrupunun daşıyıcısınızsa, tərziniz məlumdur.

Hay-tek üslubu yaradıcılığına təkan verir, yeni texnologiyaları mənimsəməyə kömək edir, enerji potensialını artırır. Yeri gəlmişkən, o, demək olar ki, bütün qan qrupları üçün münasibdir.  Sadəcə, 2-ci, 3-cü və 4-cü qan qruplarına malik insanlar bu üslubun müsbət təsirini daha effektiv qiymətləndirəcək.

Etnik üslub səyahəti sevən, eləcə də yorucu, monoton işdən bezən şəxslər üçün idealdır.  2-ci və 4-cü qrup qan qrupuna malik insanlara mənzillərini etnik üslubda dizayn etmək tövsiyə edilir.

Romantik üslub insanı rahatladır, duyğu seytnotunu  (şahmat oyununda: fikirləşmək üçün vaxtın olmaması) aradan qaldırır. 2-ci qan qrupunun daşıyıcılarına məsləhətdir.

Skandinaviya üslubu müxtəlif səbəblərdən yaranan stressi aradan qaldırmağa qadirdir.  2-ci, 3-cü və 4-cü qan qrupunun daşıyıcılarına tövsiyə edilir.

Modern üslubunda dizayn edilmiş mənzilin forma və rəngləri təzyiqin normallaşması üçün səmərəlidir. Bu üslub 1-ci və 2-ci qan qruplarının sahiblərinə tövsiyə edilir.

Barokko üslubunda dizayn edilmiş ev insanı qəhvə kimi canlandırır, iş qabiliyyətini xeyli artırır. 1-ci və 3-ci qan qruplarının daşıyıcıları üçün məsləhətdir.

Komtemporari üslubunda dizayn edilmiş ev interyerdə  mebellər, əşyalar arasında qarşılıqlı əlaqə olur. Mebellərin transformasiyası mümkündür. Deyilənlərə inansaq, belə evdə yaşamaq karyera yüksəlişinə kömək edir. Əgər 1-ci, 3-cü və ya 4-cü qan qrupuna maliksinizsə, seçim sizindir.

Minimalizm üslubu yaradıcılıq qabiliyyətinin inkişafına şərait yaradır. Bu üslubda dizayn edilmiş mənzildə yaşayanlar maraqlı ixtiralar edirlər. 3-cü və 4-cü qan qrupunun daşıyıcıları üçün münasibdir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri