İnteryerdə zadəgansayağı effekt

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 126
Səs ver:
(səs: 2)
Evi dekorasiya edərkən həyat tərzinizi mütləq nəzərə almalısınız. Məsələn, əylənməyi sevən, enerjili insanlar rəngarəngliyə üstünlük verməlidirlər. Ciddi, intizamlı insanlar isə qəhvəyi və qara kimi tünd rəngləri seçməlidirlər. Ancaq məqsədiniz zərif və şıq görüntüdürsə, heç vaxt dəbdən düşməyən, insana dinclik verən ağ rəngə meyl etməlisiniz. Düzdür, xüsusilə də, salonda ağ rəngdən istifadə etmək cəsarət istəyir. Çünki bu rəng evdəki tozu, ləkəni büruzə verir. Ancaq ağ rəngin üstünlüklərini nəzərə alaraq bu kiçik qüsuru bağışlamaq olar.
  
Hər tərzə uyğunlaşır
Klassik və ya müasir üsluba üstünlük verməyinizdən asılı olmayaraq, ağ rəngdən istifadə edə bilərsiniz. Həm taxta, həm də gümüş və ya qızılı rəng aksessuarlarla uyğunlaşır. Divarları ağ rəngə boyanmış, ağ divan-kreslo ilə bəzənmiş salonda rəngarəng kiçik aksessuarlardan istifadə edərək modern dekorasiya əldə edə bilərsiniz.
 
Dəbdən düşmür
İldən-ilə trendlər dəyişsə də, ağ rəng heç vaxt dəbdən düşməyəcək. Dekorasiyaya çox pul xərcləmək istəmirsinizsə, ağ rəngə üstünlük verin.
 
Dinclik verir
Ağ rəng insanı dincəldir, sakitləşdirir. Ona görə də yataq otağı üçün uyğun hesab edilir. Uşaq otağını da ağ rəngə boyamaq məsləhətdir.
 
Məkanı böyük göstərir
Xüsusilə, kiçik otaqları ağ rəngə boyamaq və bu rəngdə olan aksessuarlarla bəzəmək lazımdır. Çünki ağ rəng otağı olduğundan daha böyük göstərəcək. Daha yaxşı nəticə üçün otağa çoxlu güzgü asın və ya divarlardan birini başdan-ayağa güzgü ilə örtün.
 
Zadəgansayağı üslub
Ağ rəngə boyanmış otaqları şıq aksessuarlarla bəzəyərək dəbdəbə ilə sadəliyi birləşdirə bilərsiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri