9 may - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 894
Səs ver:
(səs: 0)
9 May Qələbə günüdür. Sovet xalqının Böyük Vətən müharibəsində alman faşizmi üzərində şanlı qələbəsinin tarixidir. Bu dəhşətli və qanlı müharibə beş il davam etmişdi. Evlər, şəhərlər, kəndlər tam alov içində idilər. Yüzlərlə insanı zor gücünə Almaniyaya, ağır işlərdə çalışmağa sürükləyirdilər.

Bu müharibədə keçmiş Sovet Respublikalarında yaşamış bütün xalqların nümayəndələri var gücləri ilə iştirak etmişlər. Minlərlə azərbaycanlı vətəni müdafiə edərkən həlak olmuşlar, canlarını vətənə qurban vermişlər. Israfil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və b.

Hər il 9 May tarixində keçmiş sovet ölkələrində insanlar küçələrə, meydanlara axışır, xatirə abidələrinə əklillər qoyur, ölənlərin xatirəsini yad edirlər.

SSRİ qəhrəmanı, Həzi Aslanov məşhur Stalinqrad vuruşmasında xüsusi qəhrəmanlıq göstərmişdir. Eyni zamanda Baltikyanı, Belorusiya və s. yerlərdə də gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. O döyüşləri böyük istedadla idarə etmişdir.

Biz Vətənimizin müdafiəçilərini heç vaxt unutmuruq, heç nə və heç kim unudulmur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri