Azərbaycanın gələcəyi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 163
Paylaş:
Səs ver:
(səs: 0)
Vətən! Mənim ana yurdum, ana məskənim! Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir çəmənsən. Biz də sənin çiçəklərinik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan, əzizsən, munissən, müqəddəssən. Bizi dünyaya gətirən doğma anamız kimi.

Vətənin, yurdun müqəddəsliyi öz xalqını, öz elini, obasını, yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu, ən ali istək, ən yüksək amildir.

Vətən! Azadlıq! Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin, inkişafın əsasıdır. Azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının qanı və canı bahasına əldə edir.

Vətənimiz Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, xalqın işıqlı gələcəyi naminə mübarizə aparmış, öz canlarını da bu yolda qurban verməkdən çəkinməmişlər. Onlar vətənin dünəni, bu günüdürlər, biz isə vətənin sabahıyıq. Lakin...

Çox-çox təəssüflər olsun ki, bu gün qəhrəmanlarımızla öyünsək də özümüzün qəhrəmanlığımızla fəxr edə bilmirik. Koroğlular, Babəklər yurdu olan Azərbaycanın - vətənimizin iyirmi faiz torpağını yağılar işğal edib. Nə qədər soydaşımız şəhid olub, analar oğulsuz, övladlar atasız, gəlinlər ərsiz qalıb.

Qarabağ yarası həmişə göynəyən, sızlayan yaramızdır. Bu torpaq uğrunda vuruşaraq şəhid olmuş qəhrəmanlarımızı əbədi bir xatirə kimi qəlbimizə həkk etmişik. Onları heç vaxt, heç zaman unutmayacağıq.

Bu gün şəhid ruhları narahatdır, nigarandır və nə qədər ki, torpaqlarımız, dilbər guşəmiz Qarabağ alınmayıb, düşməndən qisasımızı almamışıq, onlar həmişə narahat, həmişə nigaran olacaqlar. Bu torpaqları biz almalıyıq. Qanımızla, canımızla. Mən inanıram ki, tezliklə, lap tezliklə gözlə! Qarabağımızı düşmən əsarətindən xilas edəcək, üçrəngli bayrağımızı Xankəndində ən hündür binanın zirvəsinə sancacağıq.

Mən vətənimi bütün qəlbimlə sevirəm və onun uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Sinəmdəki ürəyimdə sonsuz vətən məhəbbəti, yurd sevgisi vardır. Əgər bu ürək:

Vətənimçin lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpağına sərilməsə,
Demək, o heç ürək deyil,
O heç mənə gərək deyil!

loading...
Загрузка...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 163
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
vetenimiz gozeldir İgid oqullar yetisdirir namuslu qiz-qadinlar yetisdirir Nigar kimi guclu doyus ruhlu xanimlarimiz vardir

vetenimiz gozeldir İgid oqullar yetisdirir namuslu qiz-qadinlar yetisdirir Nigar kimi guclu doyus ruhlu xanimlarimiz vardir
29 iyul 2018 12:48
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri