Abbas Səhhətin "Yay səhəri" şeirinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 841
Səs ver:
(səs: 0)
Azərbaycan poeziyasının ən yaxşı nümayəndələrindən biri də Abbas Səhhətdir. O, ixtisasca həkim olsa da, bütün mənalı həyatını müəllimliyə, Azərbaycan gəncliyinin mənəvi inkişafına həsr etmiş, gənc nəslin təlim və tərbiyəsi ilə bağlı çoxlu şeirlər yazmışdır.

A.Səhhətin ən yaxşı əsərlərindən biri «Yay səhəri» şeiridir. «Yay səhəri» şeiri həcmcə kiçik olmasına baxmayaraq, olduqca mənalı, dərin hisslər ifadə edən bir əsərdir. Burada süjet, hadisə yoxdur. Şeirin mahiyyətini dərk etmək üçün yalnız onu başa düşmək, lirik hissi duymaq lazımdır. Şair bu şeirdə az sözlə qarşımızda tabloda bir təbiət mənzərəsi yaradır, gözəl və əsrarəngiz bir yay səhəri təsvir edir. Həm də əsərdə təbiət mənzərəsi elə real boyalarla göstərilir ki, sanki özünü həmin mənzərədə hiss edir, təbii anlar yaşayırsan. Şeirdə yaradılmış mənzərəyə diqqət yetirək.

Üfüq qırmızı atəşlə od tutub yanır, gözəl yay səhəri başlayır. Çaydan bir qədər uzaqda dağ döşündə od qalamış çoban öz sürüsünü oyadıb yaylaqda otlamağa səsləyir. Gecədən çəmənin üstünə qonmuş şeh uzaqdan hiss olunur, əsən kiçik meh insana ləzzət verir. Göy üzünə dağların zirvəsindən ağ dumanlar ucalır, yaylaq havası adamın ruhunu oxşayır. Yaylaq havası çox sərin və safdır. Gün çıxıb göydə buludları qırmızı rəngə boyayır. Kəndlilər yavaş-yavaş yuxudan oyanır, hərə öz işinə tələsir.

Göründüyü kimi, şairin yaratdığı yay səhəri elə təbii və canlıdır ki, bu reallığı bütün əzəməti ilə hiss edir, yay səhərinin havası ilə nəfəs alır, təbiətdən zövq duyursan. Həm də şair burada yalnız səhərin təsviri ilə kifayətlənmir, səhərin açılması ilə əlaqədar insan həyatındakı canlanmanı, oyanmanı da təbiətin bir gözəlliyi kimi təqdim edir. Məhz bu cəhətlərinə görədir ki, «Yay səhəri» şeiri həmişə təravətli və gözəldir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri