Başqasının uğuruna sevinən xeyirxahlıqla zəngindir (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 835
Səs ver:
(səs: 0)
Dünya mürəkkəbdir, çox mürəkkəb - bunlar nə vaxtsa əvvəllər məşhur olan mahnının sözləridir. Bu həqiqətən də belədir. Biz cəmiyyətdə müxtəlif insanların əhatəsində yaşayırıq. Hərənin bir fikri, ideyası, milləti və dini var. Ona görə də onların əməllərini - yaxşı və pisə ayırmaq olar. Xeyirxahlıq çox böyük məfhumdur, bura ürəyiaçıqlıq, sevgi, minnətdarlıq və.s aiddir. Bizə xeyirxahlığı ilk dəfə uşaqlıqda oyuncaqlarımızla oynarkən açıqlayırlar. Məktəb illərində isə müəllimlər bizə sinif yoldaşlarımıza, müəllimlərimizə və ümumən ətrafdakılara qarşı xeyirxah olmağı aşılayırdılar.

Mən öz dostum Gülməmmədin xeyirxahlığı haqqında danışmaq istərdim. Bir dəfə mən onunla velosipedlə balıq ovuna getdim. Hava çox isti olduğundan susuzluq bizi narahat edirdi, yolun uzaqlığını nəzərə alıb suya qənaət edirdik. Biz lazımi qədər balıq tutduq və artıq evə qayıdarkən, mən təsadüfən öz balıq olan qabımı dənizə aşırdım. Bu məni məyus etdi. Qızmar günün altında bütün günü çalışmağım hədər getdi. Mənim məyusluğumu görən dostum, öz zənbilinin hamısını mənə uzatdı. Çox məmnun oldum, biz balığı yarı böldük. Hərə öz evinə yollandı, ikimiz də sevinc içində idik. Mən sevinirdim ki, bu cür yaxşı dostum var, Gülməmməd isə öz dostunu yarı yolda qoymadığına görə şad idi. Növbəti dəfə hər şey tamam tərsinə olan bilər və onda mən Gülməmmədə kömək edərəm.

Həyatda sevinc, kədər və hətta, məyusluq dəqiqələri olur. Hər hansı çətin və problemli məsələdə insanlar bizim köməyimizə çatır. İstərdim ki, bütün insanlar xeyirxahlıq əhvali-ruhiyyəsində tərbiyə alsın və savab əməllər edərək ətrafdakılara sevinc bəxş etsin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri