Bizim mənzil (təsvir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 108
Səs ver:
(səs: 0)
Mən valideyimlərimlə birgə yeni böyük bir evin yeddinci mərtəbəsində yaşayıram. Bu mənzilə biz yaxın zamanlarda köçmüşük, lakin artıq yeni evə öyrəşmişik. Təzə mənzilimiz keçmiş evlə müqayisədə daha gözəl və rahatdır.

Mənzilə daxil olurkən, elə o an böyük və geniş dəhlizə varid olursan. Bir divardan asılqanlar, digər divardan isə bədənnüma ayna qoyulmuşdur. Yaxında mətbəxə açılan qapı, digər tərəfdə isə sağda - bizim otağa və valideynlərimin otağına girişdir. Bizim otağımız geniş və işıqlıdır, buradan lociyaya çıxış var. Uşaq otağını biz qardaşımla özümüz yığıb-yığışdırırıq. Bizim otaqda iki çarpayı var: biri mənim, o birisi isə Samirin. Sol küncdə paltar şkafı, oyuncaqlar və kitablar üçün şkaf durmuşdur. Bizim gözəl kitabxanamız var və burada ən maraqlı kitablar yığılmışdır. Divann yanında, sağda kitab rəfli yazı masası, televizor və maqnitofon üçün dolabça durmuşdur.

Yazı masasının arxasında mən dərslərimi edir və rəsm çəkirəm. Düzünü desəm, masa həmişə səliqəli vəziyyətdə olmur, buna görə də anam bəzən mənə irad tutur.

Kitab rəfində dərsliklər və «Uşaq ensiklopediyası» seriyasından olan kitablar düzülmüşdür, mən onları vaxt tapdıqda vərəqləməyi xoşlayıram. Kitabların arasında bir balaca boş yer vardır, orada dağlardan tapdığımız gözəl daşlar və dağ qumotusu, botanik bağda bitən bəzi bitkilərin yarpaqları vardır. Bütün bunlar səliqəli surətdə düzülmüşdür və hər səhər gözlərimi açdıqda bu gözəl mənzərənin şahidi oluram. Bu gözəllik mənə deyir ki, tezliklə yay qayıdacaq və biz ailəliklə təkrar olaraq nəvazişli dənizə gedəcəyik.

İndi siz təsəvvür etdiniz, mənim mənzilim nə formadadır? Bizə qorıaq gəlin və siz görəcəksiniz ki, bizim ev necə təmiz və rahatdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri