Bizim həyatımızdakı kitablar - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 748
Səs ver:
(səs: 0)
Hazırkı dövrdə həyatımızı kitablarsız təsəvvür etmək mümkün deyil. Ehtimal ki, bizim planetdə insandan çox kitab vardır. Kitab çapından qabaq insanlar kitabı, insan zəkası və təcrübəsinin bir xəzinəsi sayırdılar. Əlyazmalar aylarla yazılıb toplanır və kitab halına salınır, dərin hörmət və ehtiramla qorunurdu. Üç tip kitab mövcuddur. ilk olaraq bu, müxtəlif sahələrin bilgilərinə aid və bəşəriyyətin dərin zəkalarının məhsulu olan kitablardır. Sonra, dərsliklər, arayış kitabçaları və çoxlu sayda lüğətlər gəlir. Və son olaraq, asudə vaxtda oxumaq üçün bütün növ və janrlara aid kitabları göstərmək olar.

Klassik əsərləri oxuduğunuz zaman, hər dəfə bunu tələsmədən etmək lazımdır. Nizami, Füzuli, Tolstoy, Dostoyevski, Mopassan, Balzak və s. əsərlərinin dərk edilməsi yaşdan və təcrübədən asılıdır. Ciddi kitablar üzərində düşünərək onları oxumalı və hətta ola bilsin ki, hər birini bir neçə dəfə qiraət etmək lazım gəlir. Təfəkkür edən oxucu üçün bu kitablar təkrar oxunduqda, hər dəfə düşünmək üçün yeni bir qida verirlər.

Bir çox insanlar fantastik əsərlər, o cümlədən elmi fantastikanı oxumağı xoşlayırlar. Bəziləri isə fantastik detektiv əsərlərə meyil edirlər. Əlbəttə, bu növ ədəbiyyatın özüməxsus üstünlükləri və əskiklikləri mövcuddur. Yəni, bu əsərləri «yüngül əsərlər» sırasına aid edənlər də var. Mənim fikrimcə, yaxşı fantastika insan şüurunu, məntiqi təfəkkürünü və dünyagörüşünü inkişaf etdirir. Bu sözləri, detektiv əsərlər haqqında da söyləmək olar. Onlar, oxucu üçün çox maraqlı olan, gündəlik həyatın və ya hər hansı ölkənin xırda detallarını təsvir edirlər. Bu janrın şah əsərlərin müəllifləri olan Artur Konan Doyl, Aqata Kristi və s. insan qəlbinin dərinliklərinə vararaq incə psixoloji təhlillər vermişlər.

Qədim atalar sözlərində deyildiyi kimi, çörək insanın yeganə qidası deyil. Kitab - idrak mənbəyi və kamillik vasitəsidir. Bəzən müəyyən həyati məsələləri həll etmək çox çətin olur. Mən belə fikirləşirəm ki, bunları həll etməkdə bizə məhz kitablar kömək edir. Gərək bütün həyat boyu, kitablar bizim dostlarımız olsunlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri