"Deyirəm vətənin bircə qış günü yaxşıdır qürbətin yüz baharından" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 380
Səs ver:
(səs: 0)
Elə şeylər var ki, insanın həyatında onları heç nə ilə əvəz etmək mümkün deyil. Vətən kimi. Yem dalınca uzaq məsafələr qət edən quş axşam düşəndə adi quru otlardan toxuduğu yuvasına qayıdır, burada özünə rahatlıq tapır, nəsil artınr. İnsan da belədir. O, vəzifə pillələrində yüksələ, ömrünün müəyyən illərini hansısa bir səbəbdən yaxın-uzaq məmləkətlərdə keçirə bilər. Ancaq harada olmasına baxmayaraq, insan dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı, əcdadlarının ruhu dolaşan Vətənə can atır.

İnsan əzəli və əbədi rahatlığını yalnız doğma Vətənində tapır. Dünyada sərvəti, iqtisadi gücü, görməli yerləri, iri şəhərləri, məşhur abidələri ilə şöhrət tapan məmləkətlərin sayı çoxdur. Fransanın paytaxtı Eyfel qülləsini, Luvr muzeyini, Misir piramidalannı, Çin səddini, Italiya şəhərlərinin qədim məhəllələrini görməyi, Türkiyənin Antalya kurortlarında dincəlməyi, Rusiya çöllərində qış idman növlərinin ləzzətini dadmağı kim arzulamır? Ancaq ayrı-ayrı ölkələrin, şəhərlərin gözəllikləri nə qədər cazibədar olsa da, Vətəni əvəz edə bilməz. Biz o yerlərə dünyagörüşümüzü genişləndirmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq üçün can atırıq. Müəyyən müddət qaldıqdan sonra qərib məmləkətlərin gözəllikləri, rahatlıqları belə adamı sıxır. Qəlbimizdə Vətənə bağlılıq isə əbədi və dəyişməzdir. Mən Vətənsiz insanı qəfəsə salınmış quşa bənzədirəm. Bülbül qəfəsdə susur, şirin nəğmələr oxumur, qəm-qüssədən saralıb-solur. Vətənsiz insan da belədir. Vətən yoxdursa, geniş dünya ona dar gəlir, özünə yer tapa bilmir, daim nisgil, xiffət içində yaşayır.

Vətənin insan üçün nə demək olduğunu son illərin hadisələrinin timsalında aydın görmək mümkündür. 1988-ci ildən etibarən bədnam qonşularımız - ermənilər xalqımıza qarşı məkrli planlarının növbəti mərhələsini həyata keçirməyə başladılar. Əzəli torpaqlarımız olan indiki Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdülər, Dağlıq Qarabağı, ona bitişik rayonları işğal edərək soydaşlarımızı doğma ev-eşiklərindən didərgin saldılar. Həmin insanların çoxusu, ələlxüsus da yaşlı nəslin nümayəndələri Vətənsizlik dərdinə dözməyərək dünyalarını dəyişdilər,

«Tez-tez kəndimizi yuxuda görürəm. Şirin xəyallar məni Soyuq Bulaq dağlarına apanr. Sanki heç nə dəyişməyib. Kəndimizin ortasından keçərək qıvrıla-qıvrıla çöllərə tərəf axan çayın şırıltısını lap yaxında eşidirəm. Uşaqlığım, ilk gəncliyim keçən göy çəmənlər, yamyaşıl yamaclar yenə məni öz qoynuna səsləyir. Özümü dünyanın xoşbəxti sanıram, hər daşı, hər ağacı sinəmə sıxıb öpmək, özüm də torpağa qarışıb onun bir zərrəsi olmaq istəyirəm... Heyhat, bütün bunlar şirin xəyallardır, acı reallıq isə belədir: doğma yurd yerləri düşmən tapdağı altındadır. Açığı, əvvəllər yurd yerlərinin belə əziz, əvəzsiz olduğunu, bu qədər dərk etmirdim. O yerlərə bircə dəfə ayaq basmaq üçün bütün həyatımı verərdim». Qaçqın Gülçöhrə Əliyevanın yazdığı bu sətirlər indiki Ermənistandan zorla çıxarılmış on minlərlə soydaşımızın el-oba həsrətini, iztirablarını, mənəvi sıxıntılarını ifadə edir. Tarixi ədalətsizliklər üzündən itirilmiş torpaqlar, yurd yerləri qarşısıalınmaz bir qüvvətək Vətən övladlarını özünə çəkir.

Vətən həsrəti ilə göynəyən insanların həyatından çoxlu belə misallar gətirmək mümkündür. Böyük şairimiz Hüseyn Cavid əsərlərində ifadə etdiyi milli ideyalara görə repressiya qurbanı olmuşdur. O, uzaq Sibirə sürgün edilmiş, elə orada da dünyasını dəyişmişdir. Vətəndən uzaqlarda yad torpaqda uyuyan şairin ruhu narahat idi. Nəhayət, bu həsrətə son qoyuldu. Ötən əsrin səksəninci illərində böyük çətinliklərdən sonra onun nəşi Azərbaycana gətirildi və Naxçıvanda doğma torpağa tapşırıldı, onun qəbri üstündə əzəmətli məqbərə ucaldıldı. Bununla da, sağlığında bütün varlığı ilə Azərbaycana bağlı olan H.Cavidin ruhu Vətənə qovuşdu. Bu, şairin yaxınları, onun yaradıcılığını sevənlər üçün böyük təsəllidir.

Beləliklə, xalqımızın mentalitetində Vətənə bağlılıq mühüm yer tutur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri