Dünyada kitabdan əziz dost yoxdur (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 092
Səs ver:
(səs: 2)
Kitabsız yaşamaq olmaz - kitab insanın ən yaxşı dostudur. Müasir dünyada elə bir adam tapılmaz ki, əlində kitab tutmasın. Kitablarla biz yeni nələrsə öyrənirik, başqa-başqa xarici ölkələrdə olan həyatı tanıyırıq. Kitablar var elmi kitablardır, birdə var bədii kitablar. Bir çoxları bu cür bədii kitabları yaxşı istirahət mənbəyi kimi hesab edir. Lakin bu heçdə belə deyil.

Ən kiçik yaşlarımızdan kitabların bizə açdığı nağıllar aləminin möcüzələrinə qərq oluruq. Məktəbə gələrkən biz yenə də həyatımızın kitabı olan əlifba ilə qarşılaşırıq. Əlifba bizi hecalıya-hecalıya oxumağı öyrədir, lakin sonra biz artıq oxumağı bacarandan sonra bizim üzümüzə elm aləminin yolları açılır.

Siz tanımadığınız bir kitabı açırsız və çox ağıllı böyük bir dostla, kitabın yazıçısı ilə üz-üzə gəlirsiz. Sizin gözünüzdə inanılmaz səhnələr canlanır: kitabın qəhrəmanları planetlərarası səyahətlərə gedir, düşmənlərlə savaşır, dostlarını xilas edirlər, təbiətin sirrlərini açırlar. Və biz də onlarla bir yerdə səyahət edirik, döyüş meydanlarında savaşırıq, mübahisələr edirik, mübarizə edirik, uduruq və uduzuruq. Biz sanki bu insanları görürük, səslərini eşidirik, onlarla birlikdə kədərlənir, onlarla bir yerdə sevinirik. Onlara qarşı keçirdiyimiz həyəcan bizi bütövlüklə bürüyür. Biz bədii sözlərin gücünə və müəllifin sözlərinin mənalı ifadələrinə valeh oluruq. Biz əsərin bir hissəsinə çevrilirik, kitab bizləri döyüşə və qəhrəmanlıqlara aparır, vətənpərvərliyi öyrədir, Vətənə qarşı hədsiz sevgini və sədaqəti təlqin edir. Qorki deyirdi ki, ədəbiyyat xalqda qəhrəmanlıq ruhiyyəsini, qəlbini və dərrakəsini cuşa gətirir. Bizim heç fərqini belə hiss etmədiyimiz halda, kitablar ətrafımızdakı dünya haqqında bizə bilgilər ötürür, bizim xarakterimizi, hisslərimizi və düşünmə tərzimizi formalaşdırır, gözəlliyi, sevməyi öyrədir və bizdə haqqın və ədalətin qələbə çalması uğrunda hər an mübarizəyə hazır olma hissini tərbiyə edir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri