Əlağa Kürçaylının "Gəl baharım, gəl" şeiri haqqında fikirlərim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 865
Səs ver:
(səs: 0)
Mənim ən çox sevdiyim şairlərdən biri Əlağa Kürçaylıdır. Atamın kitab rəfində onun bir neçə kitabına rast gəlmişəm. Götürüb oxumuşam. Çox xoşuma gəlib.

Bu yaxınlarda ədəbiyyat dərsində də biz onun «Gəl baharım, gəl» şeirini keçdik. Çox gözəl yazılmış bənd də sənət nümunəsidir. ilin ən gözəl fəsillərindan biri olan bahara müraciətlə yazılmış bu lirik şeirdə təbiətin oyanış dövrü, gül-çiçək, yaşıllıq çağı çox real və səmimi bir dillə əks etdirilmişdir. Əsərdə xüsusən Novruz bayramı ilə bağlı cəhətlərin təsviri daha gözəl təsir bağışlayır:

Süfrə edək intəhasız göy çəməni,
Nimçələrdə göy səməni.
Qızıl şamlı xonça gətir:
Dədə-baba adətilə
Qapılara qurşaq ataq.

Şeirdə müəllif bahara müraciət edərək xahiş edir ki, yeni gün, təzə il gətirsin. Həm də elə gün, elə il gətirsin ki, barlı-bəhrəli, şirin nəğməli, yüksək bərəkətli, xoş ovqatlı olsun. El süfrəsi min bir nemətə bələnsin, el dodağı min bir nəğməli, min birzümzüməli olsun.

Dodağında nəğmə olsun sübhün yeli.
Elə gəl ki, gəlişini
Dağlar, daşlar duya bilsin.
Gətirdiyin hər neməti
El süfrəyə qoya bilsin.

Bahar gözəllikdir, bahar təravətdir, bahar təmizlik, saflıqdır. Qoy bahar öz gəlişi ilə bizə həmişə bahar gətirsin.

Gəl, özünü gətir bizə
Gətir bizə ilk baharı,
Gəl, yubanma bunca, gətir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri