Ətraf mühitin qorunması sağlamlığımızın rəhnidir - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 983
Səs ver:
(səs: 0)
Günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Təbiət canlı və cansız olur. Günəş, ulduzlar, hava, su, daşlar cansız təbiəti təşkil edir. Bitkilər, göbələklər, heyvanlar canlı təbiətdir. Respublikamızın hər bir vətəndaşı öz təbiətini öyrənməli və sevməlidir. Hər tərəfi xalı kimi bəzəyən meşələr, gur və sakit axan çaylar, ecazkar göllər, mavi Xəzər, vəhşi heyvanlar, buz kimi bulaqlar, əzəmətli dağlar təbiətin möcüzəsidir.

Təbii gözəlliyi görmək hər şeydən əvvəl ona qayğı göstərmək deməkdir. Əgər bu gözəlliyin qayğısına qalmırıqsa, demək öz sağlamlığımızı qorumuruq.

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır.

Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur.

Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.

Təbiət həm də bizim həyatımızı zinətləndirir. O, bizə böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin şirin pıçıltısı insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və sədaqətli gələcəyini təmin edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri