Əziz və sevimli Bakı - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 634
Səs ver:
(səs: 1)
Tanınmış sovet şairi V.Mayakovski yazırdı: «Mən Bakıdan gözəl şəhər tanımırarm. Elə mən də, bu fikirlə razılaşıram. O, mənim üçün əziz, mehriban və sevimlidir. Şəhərin bir çox mərkəzi küçələri, mavi Xəzərin sahilindəki Milli parka doğru enir. Burada ətirli çay içib, qocaman ağacların kölgəsində oturub mavi gözlü Xəzəri seyr etmək olar. Bu cür gözəllikdən göz çəkmək qeyri münkündür.

Görkəmli sənətkar, dünya şöhrətli müğənni - Rəşid Behbudov bütün repertuarlarında Bakı haqqında, məlahətli səslə oxuyardı. Doğma şəhərimiz haqda, çoxlu sayda şeirlər və qəsidələr yazılmışdır.

Bakıda çoxlu sayda qədim binalar və tarixi abidələr vardır, buna görə mən doğma şəhərimi çox sevirəm. Ən əsası Qız qalası, Içərişəhər, Şirvanşahlar sarayı kompleksi. Ümumiyyətlə, Içərişəhərə daxil olduqda, sanki ayrı bir aləmə, qədim zamanlara gedib düşürsən.

Teatrlarımız isə olduqca gözəldir. Böyük məmnuniyyətlə Rus Dram teatrına və Gənc tamaşaçılar teatrlarında gedən tamaşa və teatrlara gedib, bununla dərin mənəvi zövq alıram. Şəhərin mərkəzində yerləşən möhtəşəm respublika sarayı çox gözəldir. Burada daim müxtəlif elmi, mədəni və s. tədbirlər keçirilir, müxtəlif mügənillər öz solo konsertlərini keçirirlər.

Vətənə sevgisini öz poeziyasında tam çalarları ilə ifadə etmiş dahi şair Səməd Vurğunun bu şəhərdə yaşaması məndə iftixar hissi doğurur.

Bakı - Ü.Hacıbəyovun, M.Maqomayevin, Q. Qarayevin yaşayıb yaratdığı şəhərdir.

Fidan və Xuraman Qasımova bacıları, İbrahimbəyli qardaşları və digər bir çox sənətkarlar, maraqlı insanlar, dövlət xadimləri Bakının sakinləridir. Bir çox dünya şöhrətli bəstəkar, şair, alimlər Bakıda böyüyüb boya-başa çatmışlar: Rastropoviç, akademik Landau, Qusman və s.

Bu diyarın sakinlərinin adət-ənənəyə hörməti və bağlılığı, xüsusilə maraqlıdır. Novruz şənliyində bayram əhvali-ruhiyyəsi, rəngarəng şamlar hamısı ruh yüksəkliyi yaradır. Hər bir evdə bayram süfrəsi açılır, küsülülər barışır, qohum-əqrəba bir-birinə qonaq gedir, hamı deyir-gülür və şənlənir. Müdrik xalq Novruz bayramında dünyasını dəyişənləri də yaddan çıxarmır və onların ziyarətinə gedirlər.

Təəssüf ki, Bakı tarixində faciəli anlar da az olmamışdır. 1990-cı il yanvar ayının 20-si şəhərin mərd müdafiəçiləri, əli yalın və silahsız Sovet imperiyasının cəllad əsgərləri tərəfindən şəhid edildilər. Mən tez-tez Şəhidlər xiyabanını ziyarət edirəm, onların ruhlarına dua oxuyub, xatirələrini daim uca tuturam. Bu müqəddəs məkanda xalqımızın igid övladları uyuyur.

Xüsusilə, Xəzər dənizini mən çox sevirəm. Onun gözəl çimərlikləri və istirahət mərkəzləri olduqca qəşəngdir.

Çalışacağam ki, doğma şəhərimizin daha da çiçəklənib inkişaf etməsi yolunda, mən də nəsə bir töhfə edim.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri