Əmək-həyatın bünövrəsidir (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 186
Səs ver:
(səs: 0)
Ensiklopedik lüğətdə deyilir: «Əmək - insanın öz tələbatlarının ödənilməsi və uyğunlaşdırılması sahəsində şüurlu faəliyyətidir. Əmək insanın formalaşması və inkişafında həlledici rol oynamışdı. Bəşəriyyət özünün bütün ixtiraları, nəaliyyətləri və uğurlarına görə, məhz əmək fəaliyyətinə borcludur».

İnsanın bir mütəxəssis kimi yetişib inkişaf etməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsinə, mənəvi rahatlığın və razılıq hissinin yaranmasına yalnız onun maraqlarına, imkanlanna və arzularına cavab verən əmək fəaliyyətidir. Heç kəs deyə bilməz ki, ona uyğun bir iş yoxdur, hər bir insan cəmiyyətə xeyir gətirə bilər. Bizi əhatə edən hər bir şey, gündəlik istifadə etdiyimiz sadə qələmdən başlayaraq və ən qəliz sistemli cihazlara kimi insan əməyinin səmərəsidir. Bu mənada insan əməyi məqsədyönlü və şüurlu xarakter daşıyır. Həyatda nəyəsə nail olmaq üçün çalışmaq lazımdır. El arasında atalar doğru demişlər ki, «Əməksiz yemək olmaz».

Bəşəriyyətin yolu uzun və əziyyətlidir. Məhz əmək fəaliyyətinin nəticəsində insan oğlu soyuqla, aclıqla, vəhşi heyvanlarla mübarizədən qalib çıxa bilmişdir. Yaşadıqca insan inkişaf edir, öz əmək qabiliyyətlərini artırır və əmək alətlərini təkmilləşdirir. Əmək insan həyatında böyük əhəmiyyətə malikdir. Bəşəriyyət uzun müddət təbiətin verdiyi nemətlərindən ən sadə üsullarla istifadə edirdi: bitkiləri və giləmeyvələri yığmaqla, ovçuluq edib və balıq tutmaqla. Tədricən insanların əməyi əvvəlki müddətlərə nisbətən daha məhsuldar olurdu. insan çalışaraq yeni bilgilər əldə etmiş və bir çox şey öyrənmişdir. Gərgin əməyin sayəsində insan elmi-texniki tərəqinin uca zirvələrini fəth etmişdir. Hal-hazırda insan əməyi maddi nemətləri istehsal edir və bunlar sərf edilən keyfiyyətli və kəmiyyətli əməkdən asılıdır.

Deməli, yaşamaq, geyinmək, yaratmaq üçün biz kifayət qədər çalışmalıyıq. Əmək - insanın rifahıdır, onun bütün həyatının və fəaliyyətinin bünövrəsidir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 186
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli insadir
1 dekabr 2018 09:45
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri