Əsl vətənpərvər necə olmalıdır? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 257
Səs ver:
(səs: 3)
Vətən - doğma diyar, ana yurd...

Vətən bir millətin illər uzunu yaşadığı, adət-ənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, Ana qucağı kimi isti, Ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə coğrafı sərhədləri olan bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz bu torpaqlardadır.

Vətən müqəddəsdir, ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar 5 uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər.

Vətən və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks halda bu sevgi kamil sayılmır.

Hər bir vətəndaş mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Mənsub olduğu xalqın dilini, dinini, dövlət rəmzlərini göz bəbəyi kimi qorumalıdır. Hüquqlarını bilib, qanunlara əməl etməlidir.

Bütün mənliyimizi ana vətənimizə - Azərbaycanımıza borcluyuq. Hər bir vətəndaş yurduna sadiq və layiq vətəndaş olmalıdır və bunun üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq.

Düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin atəşi ilə məhv etməliyik. Torpaqlarımızı azad etmək üçün gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq.

Əsl vətənpərvər o adama demək olar ki, o, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır.

Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri