Gücün təsviri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 957
Səs ver:
(səs: 0)
İnsanlar mağaradan çıxıb, yaşayış yerləri tikməyə başladığı vaxtdan minillər əwəl, qədim peşə olan tikinti meydana gəlmişdir. O zamanlar, bir insan ev inşaatında hər işi əvvəldən axıra qədər özü edə bilirdi. Hal-hazırda istənilən tikinti - inşaatçı kollektivi tərəfindən yerinə yetirir və hər kəsin öz ixtisaslaşmış vəzifəsi vardır. Yoxsa, müasir zamanda böyük körpülərin, binaların, zavodların və stadionların tikilməsi mümkün olmazdı.

İnşaat ixtisasları çoxdur, lakin onların arasında ən başlıcası bənnadır.

Bənnalar öz qurğularını kərpicdən, kubikdən, daşdan və beton pilitələrdən qururlar. Onların işləri çox da asan deyil və məsuliyyətlidir. Onlar binanın tikintisini fundametdən başlayır, daşları yan-yana düzür və bu işi sona qədər aparırlar. Kərpic və daşları, bir-birinə daş kimi möhkəmləndirən sement məhlulu ilə yapışdırırlar.

Divarların tikintisində onların şaquliliyinə çox ciddi nəzarət etmək lazımdır. Bunun üçün daşhörənlər inşaat vasitəsi olan şaquldan istifadə edirlər.

Bax beləcə daşları, böyük beton plitələri üst-üstə, yan-yana düzərək bizim üçün gözəl və yaraşıqlı evlər tikirlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri