Xoşbəxtlik nədədir? (fikir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 710
Səs ver:
(səs: 1)
«Xoşbəxtlik» məfhumunu təsvir etmək mümkün deyil, yalnız duyğuları, hissləri və əhvalı təsvir etmək olar. Xoşbəxtlik duyğusu az sezilərək, insanın gözlərində təzahür oluna bilər. Həmin adamın gözlərindən sevinc və şövq hiss olunur. Və yaxud, «açıq etiraf» olunan xoşbəxtlik, bu halda sanki buludlara doğru uçmağa, bütün Yer kürəsini əhatə etməyə qadirdir.

Bəzən də insan çoxdan arzuladığı bir şeyi əldə etməyə müvəffəq olur. Bəzən də, fövqəladə əlvan qürubun və ya tam göy qurşağının şahidi olur.

İnsan - qəribə bir məxluqdur. O illərlə hər hansı bir pisliyi yadda saxlaya bilər, edilən bir yaxşılığı isə sabahısı gün unuda bilər. Görəsən belə bir insana onun həyat tarixçəsi necə görsənir? Başdaşbaşa vahiməli, yalnız inciklik və acı xəbərlər, məyusluq və xəstəliklərlə dolu... Onda, nəyə görə bu insana həyat verilmişdir? O «öz həyatının dəmirçisi», həyatının qurucusu, öz həyatını müxtəlif rənglərlə bəzəyən rəssam və öz ətrafında dostlarının çevrəsini yaradandır. Bəs axı o, nədən şikayət edir?

Başqa bir insana belə gəlir ki, onun belə deyək, heç nəyi yoxdur, maddi cəhətdən təmin olunmamışdır, öz məişətini qaydaya salmamışdır, lakin onun qəlbi sanki oxuyur, onun qəlbinə bütün aləm sığışır. Və o, hamının əli çatdığı şeylər barəsində bölüşməyə hazırdır, yalnız gərək insanı görməyi və hiss etməyi bacarsın.

Məsələn, nəyə görə qocalıq belə müxtəlif görsənir?
Görürsən ki, bir yaşlı insan daim işdə-gücdə, qayğılardadır, ona yaşamaq maraqlıdır, o həyat təəssüratları ilə bölüşməyə həmişə hazırdır. Beləsi daha cavan görsənir və onunla söhbət etdikdə, müsbət enerji alırsan. Digər bir təqaüdçü isə, həmişə cavanlıqda gözü qalan, deyingən, həmişə keçmiş həyatından şikayətçi - «filan işi axıra çatdıra bilmədim», «axıradək tikə bilmədim», «axıradək onunla barışa bilmədim» və s. Axı, kim ona bunu indi etməyə mane olur? Axı, illər gedir və sən də hələ yaşayırsan!

Cavanlıq və yetkinlik dövrü getdi, onun əvəzinə müdriklik və xoş qocalıq dövrü gəldi. Nəyə görə bir qisim qocaları sevirlər, digərlərini isə yox? Bəzən küçədə bir qoca ilə rastlaşırsan və ona valeh olursan, digərini gördükdə isə ondan qaçmaq istəyirsən.

Xoşbəxtliyi əldə etmək hər bir yaşda mümkündür. İnsanın daxili aləmi nə qədər zəngindirsə, bir o qədər də xoşbəxtlik haqqında hisslər və fikirlər müxtəlifdir. Əgər uşaq bərk ağlayırsa və onun dərdi - bir ədəd dondurmadırsa, nəticə etibarilə onun ağlamağından bezən valideynləri, onun arzu etdiyi «Eskimo»nu ona alıb verirlər. Görəsən, uşaq artıq xoşbəxtdirmi? Əlbəttə ki, yox! Baxmayaraq ki, uşağın üzündə sevinc ifadəsi təzahür olunur. O, sadəcə olaraq istədiyi dondurmanı əldə etdi, onun valideynləri isə öz növbəsində, nəticə etibarilə onun anginasını müalicə edəcəklər və yaxud, zəruri ərzağı bəlkə də ala bilməyəcəklər, çünki olan pul artıq dondurmaya və s. xərclənmişdir.

Xoşbəxtlik gərək həcmli olsun. O sənə bir tərəfi ilə toxunubsa, deməli, o biri tərəfi ilə səni bir şeylə birləşdirir ki, həqiqi səadət gətirə bilər. Məsələn, Günəş - xoşbəxtlikdir: o milyardlarla insanları isidir və o, dünyaya verilən bir nemətdir. Buna görə də, Allah tərəfindən insana verilən neməti insan qənimət bilib ona qane olsa o, artıq xoşbəxtdir. Insan çox vaxt xoşbəxtliyi başqa yerdə axtarır, halbuki, xoşbəxtlik onun ətrafındadır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri