İdman - Millətin sağlamlığıdır (1) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 956
Səs ver:
(səs: 0)
Sağlam olmaq - insan səadətinin və xoşbəxtçiliyinin əsas amillərindən biridir. Onun dəyər və qiymətini heç bir pul və heç bir var-dövlətlə ölçmək mümkün deyil. Əbəs yerə Sokrat belə söyləməmişdir: «Sağlam yoxsul, xəstə padşahdan xoşbəxtdir».

Hələ qədim zamanlarda insan bədəninin gözəl quruluşuna, sağlamlığına və qəd-qamətinə fikir verilərdi. Düzgün duruş və hərəkətlərin dürüstlüyü, əzələlərin düzgün inkişafı və zəriflik, ümumiyyətlə, öz bədəni və əzalannı kamil surətdə idarəetmə bacarığı işlənilirdi. Gimnastika qədim Çində və Hindistanda yaranmış və Yunanıstanda bizim eradan beş əsr əwəl geniş yayılmışdır. Yunanıstan və Romanın böyük mütəffəkirlərindən olan Demosfen, Əflatun, Sokrat, Siseron qocalığa qədər gimnastika ilə məşğul olurdular. Bu onlara uzun müddət və məhsuldar fəaliyyət göstərməyə köməklik edirdi. Belə ki, böyük riyaziyyatçı Pifaqor idmanla məşğul olaraq güclü atletə çevrilmişdi və Olimpiya oyunlarında iştirak edərək onun qalibi olmuşdur, ona sağlığında heykəl ucaltmışdılar. Müdrik Sokrat, idmanla bədənini möhkəmlədərək, qışda qarda ayaqyalın gəzirdi.

Bir çox rus alimləri xəstəliklərin qarşısının qabaqcadan alınması və böyüməkdə olan nəslin sağlam olması üçün fiziki məşğələlər tərtib etmişlər. Buna ən bariz misal - görkəmli şəxslərin bu sahədə etdikləridir. Məlumdur ki, onlardan çoxusu möhkəm sağlamlığa və böyük yaradıcılıq enerjisinə malik olmuşlar. Lev Tolstoy hər gün gimnastik məşğələləri yerinə yetirir, at çapır, velosiped və konki sürürdü. Məşhur hərb generalı Suvorov isə əvvəllər zəif sağlamlığa malik imiş. Lakin idmanla məşğul olduqdan sonra, o, qüvvətli və dözümlü bir şəxsə çevrilmiş, hərbi və süvari həyatının çətinlikləri ona çox rahat gəlirmiş.

Biz elmi-texniki tərəqqinin yüksək və sürətli inkişaf edən bir dövrdə yaşayırıq. Artıq, maşın və mexanizmlər insan əməyinin bir çox hissəsini əvəz etmişdir və bunun sayəsində insan fiziki yüklənməni aşağı salır. Bu da öz növbəsində, hansısa əzaların işləməməsi ilə nəticələnir. Bütün bunları nəzərə alaraq, bizim məmləkətdə çoxlu sayda idman kompleksləri inşa edilməli, stadionlar və idman meydançaları salınmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri