İdman - Millətin sağlamlığıdır (1) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 31
Paylaş:
Səs ver:
(səs: 0)
Sağlam bədəndə sağlam ruh olar

Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamağa idman kömək edir.

Azərbaycanlılar - böyük idman həvəskarlarıdır. Azərbaycanda ən populyar oyunlardan biri - futboldur. Ölkədə çoxlu sayda futbol klubları var və futbol yarışları bir çox məktəblərdə keçirilir.

Bizim ölkənin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və olimpiya oyunlarında iştirak edirlər. Onlar müxtəlif idman yarışları üzrə: karate, cüdo, voleybol, qılınc oynatma, həndbol və digər idman növləri üzrə mükafat yerlərinə layiq görülürlər. Son illər bizim məmləkətimizin paytaxtı olan Bakı şəhərində müxtəlif beynəlxalq yarışlar keçirilir.

Bizim respublikada idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Bu tikililər müasir idman avadanlığı ilə təchiz edilir və dünya standarlarına uyğun gəlir.

Qəzeti və ya televizoru açdıqda biz idman haqqında müxtəlif informasiyalar qəbul edirik. Bütün bunlar, Azərbaycanda idmana göstərilən böyük diqqətin göstəricisidir. Bu isə, öz növbəsində, vətəndaşların öz sağlamlıqlarına olan diqqət deməkdir, nəticədə də, millətin sağlam olmasıdır.

İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin eyni zamanda insanda ruh yüksəkliyi əmələ gətirir, insanın zirək, çevik və dözümlü olmasına səbəb olur. idman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. idmanla məşğul olan insanlar daha intizamlı olurlar. Onlar xarici görünüşcə daha yaxşı görünür və özlərini daha yaxşı idarə edirlər. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. Idmanla məşğul olan insanlarda adıçəkilən bu hisslər daim yüksək olur. idman insanı tək fiziki deyil, eyni zamanda ruhi cəhətcə də tərbiyələndirir. Idmanla aktiv məşğul olan millət - sağlam bir millətdir.

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 31
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
idman saqlamliqimizdir
11 fevral 2019 10:10
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Idaman haqqinda cox sey demek olar. Idman saglamliqdir. Tesekkurler.
11 fevral 2019 07:49
1
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri