İnsan - Təbiətin qayğıkeş sahibidir (3) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 046
Səs ver:
(səs: 1)
Quş havada uçmaq üçün, balıq suda üzmək üçün yaradıldığı kimi, insan da təbiətdə yaşamaq üçün yaradılmışdır. Bizim bütün həyatımız təbiətlə bağlıdır. Biz hava ilə nəfəs alır, su ilə susuzluğumuzu aradan qaldırırıq. Təbiət bizə qida, geyim və yurd-yuva bəxş edir. O, yaşamaq üçün bizim bütün zəruri ehtiyaclarımızı ödəyir.

Təbiət sərvətləri ilə zəngindir, lakin bu sərvətlər tükənməz deyil, buna görə də insanlar bu nemətlərlə ağıllı və qayğılı rəftar etməlidir.

Yüz il bundan qabaq, L.N.Tolstoy belə yazırdı: «Xoşbəxtlik - təbiətlə bir yerdə olmaq, onu görmək və onunla söhbət etməkdir». Iş burasındadır ki, o zaman təbiət başqa bir halda idi, indi isə başqa halda. O zaman çaylar rahatcasına öz təmiz sularını dənizlərə axıdır, mavi səmada isə quşların nəğmələrindən başqa bir şey sükutu pozmurdu. Yaxın zamanlarda bəşər birdən ayıldı ki, bütün bu gözəl nemətlər: təmiz çaylar və göllər, meşələr, şumlanmamış çöllər, heyvanlar və quşlar - getdikcə azalır və məhv olmaqdadır. XX əsr elmi-texniki inkişafla bərabər, çoxlu dərd-bəla da gətirmişdir. Bu dərd-bəlalar içərisində ən böyüyü - ətraf mühitin ağrılı vəziyyətidir. Təbiət bizim müəllimimiz olub və qalmalıdır, bəşər isə onun qayğıkeş sahibi olmalıdır. Heç bir şey bizim üçün canlı təbiəti əvəzləyə bilməz, axı, biz onun birzərrəsiyik.

Hansı flora və fauna növlərinin artıq məhvolma təhlükəsi ilə üz-üzə gəlməsini bilmək üçün xüsusi Qırmızı kitablar təşkil olunmuşdur. Həmin kitablarda yox olub aradan gedən heyvan, quş və bitki növlərinin adları qeyd edilərək, məlumat verilmişdir. Dünyanın müxtəlif ölkələrində, xüsusi ərazilər ayrılmış və bu sahələrdə heyvanları ovlamaq qəti qadağan edilmişdir. Bu xüsusi əraziləri qoruqlar adlandırırlar.

Təbiət - bəşərə verilən ən əziz olan şeylərdən biridir. Bəşər, qayğıkeş bir sahib kimi bu zəngin sərvətin istifadəsində diqqətli olmalı, sabahısı günü və gələcək nəsilləri düşünərək israf etmədən bu qiymətli xəzinədən istifadə etməlidir. Təbiətdə baş verən xüsusi qanunauyğunluqlar var və bəşər gərək bu qanunlara müdaxilə edib təbiətdə disbalans törətməsin. Təbiət, ona qarşı olan etinasız münasibəti qəbul etmir və edilən səhvləri bağışlamır. Bəşər təbiəti mühafizə etməyə borcludur, çünki bunu ilk növbədə özü üçün edir.

Bu məsələdə biz əsas bir şeyi unutmamalıyıq. Hava - «atamız», su - «anamız», Yer kürəsi isə - evimizdir.

Hər bir insan gərək uşaqlıqdan təbiət qarşısında vəzifəsini bilsin, yəni onu sevsin, qorusun və mühafizə etsin. Mən də öz növbəmdə bunları icra etməyə çalışıram.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri