İnsan nəyə görə qanunlara tabe olmalıdır? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 514
Səs ver:
(səs: 0)
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə özünün Konstitusiyasını - Qanununu qəbul etdi.

O gündən də Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan xalqı vahiddir. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Azərbaycan dövləti xalqın və hər vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır. Qanuni surətdə hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və respublikanın ərazisindən kənara gedə bilər.

Azərbaycanda yaşayan hər bir vətəndaşın qanundə nəzərdə tutulmuş hüquq və vəzifələri vardır. Bu o demək deyil ki, hər kəs qanundan istədiyi kimi istifadə etsin. Xeyr. Heç kəsin qanunları pozmaq ixtiyarı yoxdur. Hər kəs öz hüquq və vəzifələrini bilməli, yeri gəldikdə qanundan kənara çıxmadan öz haqqlarını tələb etməyi bacarmalıdır. Əgər kimsə qanunu pozarsa öz cəzasını çəkər və çəkəcəkdir. Dövlətimiz necə ki, xalqın yaşayışını hər cür təmin edir, onun hüquq və azadlıqlarını müdafiə edir, insanlar da qanunlara tabe olmalı və onu qorumalıdırlar. Əgər belə olarsa hamı sakit, xoşbəxt və firavan yaşayar, heç bir zorakılığa, rüşvətxorluğa, mənəm-mənəmliyə yol verilməz. Hamının tabe olduğu yalnız və yalnız qanunlarımızdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri